Фирузя Мяммядли
ifadəsi «qaz-operator» pe-şəsi barəsində məlumat
vermək üçün linqvistik işarə ola bilər.
«Qaz-operator» qaz sənayesi, qaz çəkilişi, qaz
hasilatı, qaz kəmərlərinin təmiri, ona nəzarət, qaz
aparatlarının saz saxlanması, quraşdırılması, qazın
məişət və sənaye təhlükəsinə qarşı profilaktik
tədbirlərin görülməsi, qazın axınına nəzarət
edilməsi və s. kimi məsələlər üzrə fəaliyyət
göstərir.
«Qaz-operator»
peşəsi
texniki
peşə
məktəblərinin müvafiq fakültələrində tədris olunur.
Qaz-operatorun maaşı mükafatlıdır.
Qaz çəkilişi, xüsusən kəndlərimizin qazla
təmin olunması dünyanın meşə örtüyünün xilası
yolunda görülən ən əhəmiyyətli tədbirlərdən biridir.
Bu, həm də kənd zəhmətkeşlərinin məişət
qayğılarını yüngülləşdirən vasitələrdən olub,
müasir sosial tədbirlərin ən zəruri olanıdır.
«Həmcins
üzvlərdə
şəkilçilərin
və
hissəciklərin ixtisarı» mövzusu üzrə 263 nömrəli
çalışmadakı «mexanizator» sözü bu peşə barəsində
informasiya vermək imkanı yaradır.
«Mexanizator» maşınqayırma peşələrindən
olub, konkret olaraq traktor və pambıq yığan
maşınlarda sürücü peşəsi verir.
Məlum olduğu kimi, pambıqyığan maşınların
iqtisadi həyatımızın istehsal vasitələri sırasına daxil
olması son 25-30 ilin işidir. Pambıqğıyan maşınlar
pambıqçıların əməyini mexanikləşdirən, onların
515
Сечилмиш ясярляри
lX
əllə pambıq yığması işini yarıbayarı azaldan vasitə
olub, təsərrüfat aləti kimi birdən-birə qəbul olun-
mamışdır. Bu maşınların geniş tətbiqi uzun
çətinliklərdən
sonra
həyata
keçirildi.
İlk
mexanizator xalqımızın igid qızı Sevil Qazıyeva
belə bir çətinlik qarşısında qaldığı təklənmənin
qurbanı oldu. Bununla belə, onun cəsarətli addımı
çox tez bir zamanda yüzlərlə Azərbaycanlı qızların
mexanizatorluq kurslarına yazılması, bu sahədə
uğurla fəaliyyət göstərməsi, hər il Komsomolun
MK-si və Respublika Televiziyasının keçirdiyi
müsabiqələrin qalibləri sırasına keçməsi üçün
uğurlu yol açdı.
Sevil Qazıyevanın adı, şöhrəti, hünəri
özündən sonra onlarca ardıcılın yetişməsinə səbəb
oldu.
Mexanizatorluq
peşəsinə
texniki
peşə
məktəblərində yiyələnmək olar.
|