AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ
P O L İ S A K A D E M İ Y A S I
KAFEDRA: «İctimai elmlər»
FƏNN: «Fəlsəfə»
FAKÜLTƏ: Qiyabi
MÜHAZİRƏ
MÖVZU: «İstiqamətverici mühazirə»
Vaxt-2 saat
Tərtib etdi: «İctimai elmlər»
kafedrasının baş
müəllimi, polis baş leytenantı Rəşad Qasımov
Mühazirə kafedranın iclasında müzakirə edilib və bəyənilib.
Protokol № ____ “________” ______________ 2016-cı il
BAKI 2 0 1 6
2
MÖVZU : «İstiqamətverici mühazirə»
PLAN
GİRİŞ
1. Fəlsəfi problemlərin ümumi səciyyəsi. Dünyagörüşü anlayışı.
2. Fəlsəfi biliyin təbiəti. Fəlsəfə, elm və din.
3. Fəlsəfənin genezisi və predmeti haqqında təsəvvürlərin təkamülü.
NƏTİCƏ:
ƏDƏBİYYAT:
1. Bağırov Z. Fəlsəfə (sxemlərdə). Dərs vəsaiti. ( bakalavr hazırlığı üçün). Bakı,
2009
2. Fəlsəfə (Ali məktəblər üçün dərs vəsaiti). Bakı, 1999
3. Fəlsəfə. Ensiklopedik lüğət. Bakı, 1997
4. Fərhadoğlu M. Fəlsəfənin əsasları (dərs vəsaiti). Bakı, 2006
5. Hacıyev Z. Fəlsəfə (Ali məktəblər üçün dərslik). Bakı, 2012
6. İmanov H. Fəlsəfənin əsasları. Bakı, 2010
7. Mehdiyev R. Fəlsəfə (Ali məktəblər üçün dərs vəsaiti). Bakı, 2010
8. Nəzərova A. Fəlsəfə terminlərinin izahlı lüğəti. Bakı, 2014
9. Paşayev V. Fəlsəfə. Bakı, 1999.
10. Rüstəmov Y. Fəlsəfənin əsasları (dərs vəsaiti). Bakı, 2007
11. Şükürov A. Fəlsəfə (Ali məktəblər üçün dərslik). Yenidən işlənmiş və
təkmilləşdirilmiş ikinci nəşri . Bakı, 2008
12. Şükürov A. Fəlsəfə - cəmiyyətdə onun yeri və rolu. Bakı, 1996
13. Tağıyev Ə. Fəlsəfə. Bakı, 2012
14. Алексеев П.В. Философия (Учебник). Москва, 1998
15. Волчек Е.З. Философия (Учебник). Минск, 2003
16. Габидулин Р. Основы философии. Москва, 2003
17. Горелов А.А. Основы философии. (Учебник для вузов). Москва, 2010
3
GİRİŞ
Fəlsəfə ruhun bədəni tərk edərək xəyalən olsa da, mütləq dünyaya qayıtmaq
cəhdidir. Müxtəlif insanların ruhları Həqiqət, Xeyir və Gözəllik aləminə eyni dərəcədə
yaxın olmadığına görə, onların hafizələrində mütləq aləmin rəngarəngliyi müxtəlif
şəkildə iz qoymuşdur. Fəlsəfi sistemlərin çoxluğu, həmçinin onların arasında
ziddiyyətlər buradan irəli gəlir.
Deyə bilərik ki, fəlsəfə mənəvi təfəkkür mədəniyyətinin ayrıca bir hissəsidir. O,
fəlsəfəni öyrənən insanı praktiki həyat proqramı, həyatın ali mənasını dərk edilməsi,
əxlaqi ideallar ilə silahlandırmağı qarşısına məqsəd qoymuşdur. İ.Kant fəlsəfənin fəal
praktiki xarakterini vurğulayaraq yazırdı: "Umumiyyətlə, müdriklik bilikdən daha çox
fəaliyyət tərzindən ibarətdir..."
Fəlsəfə mükəmməl müdriklik ideyasını təcəssüm etdirir, insan zəkasının ali
məqsədlərini göstərir. Filosofluğun mahiyyəti ali mənəvi dəyərləri əsaslandırmaqdır.
Fəlsəfə dünyanı əvvəlcə dərk edən, sonra isə onu qiymətləndirən insanın mənəvi
istiqamətləndirilməsi funksiyasını yerinə yetirir.
İnsanda insaniyyətlik, bütövlükdə insanın nə demək olduğu fəlsəfəni
maraqlandıran məsələlərdir. Onu öyrənənlərə insan haqqında həqiqəti dərk etmək
imkanı yaradır. Onu sadəcə olaraq insana yönəlməsi deyil, insana məhz subyekt,
şəxsiyyət kimi istiqamətlənməsi səciyyələndirir.
Fəlsəfə biliyin ən humanist nəzəri formasıdır. O, insanla xüsusi dildə danışır, ona
kim olduğunu, insani ləyaqət və vəzifənin nədən ibarət olduğunu, onun cəmiyyətə,
təbiətə, başqa insana, bütün Kainata münasibətdə bir insan kimi hüquq və vəzifələrinin
nədən ibarət olmasını izah edir.
Biliyin dünyagörüşü sistemi olan fəlsəfənin əsas vəzifəsi insan mənəviyyatını, ali
humanist əqidələr sistemini inkişaf etdirməkdir. Fəlsəfənin öyrənilməsi onun tarixini, ən
görkəmli nümayəndələrinin baxışlarmı, əsas anlayış və kateqoriyaları bilməyi nəzərdə
tutur.
4
Dostları ilə paylaş: |