Dünya əhalisini demoqrafiyasını və onun qanunauyğunluqlarını öyrənmək İqtisadi Coğrafiyanın əsas vəzifələrindən biridir. Demoqrafiya yunan sözüdür. Demos – xalq, qrafos Demoqrafiya – yazıram deməkdir. Əhali artımının qanunauyğunluqları, onun sosial-iqtisadi şəraitdən, təbii amillərdən asılılığını, miqrasiyanı, əhalinin sıxlığını və onun paylanmasını öyrənən elmdir. Dünya əhalisinin demoqrafiyası heç bir tarixi dövrdə sabit qalmamış, hər zaman dəyişikliyə məruz qalmışdır. Kapitalizmdən əvvəlki dövrdə dünya əhalisinin sayı çox yavaş artırdı. Bu hadisə daha çox aramsız müharibələr, epidemiyalar, insanların həyat səviyyəsinin aşağı olması ilə əlaqədardır. Ən çox təbii artım 1963-cü ildə olmuşdur. Bu zaman dünyanın təbii artımı 2.2% təşkil edib.