494
Фирузя Мяммядли
Lakin bu imkan həmişə və hər yerdə eyni
dərəcəli deyil. Xüsusən kənd regionlarında yaşayan
uşaqlar bu məzmunda teleproqramlarla və
dərnəklərlə az maraqlanırlar.
Buna görə də
cümlədəki «kino» sözünün lüğəvi və sosial
informasiya imkanlarından istifadə edərək bu
sahədə bir neçə dəqiqəlik söhbət aparmaq olar.
Kinonun meydana gəlmə tarixi, keçdiyi inkişaf
yolu, bu günkü səviyyəsi barədə qısa məlumatdan
sonra «kinomexanik»
peşəsinə istiqamətverici
söhbəti davam etdirmək zəruriyyəti öz-özünə
yaranacaqdır.
«Kinomexanik» peşəsi özlüyündə cəlbedici
peşələrdən olduğu üçün gənclərin bu sahəyə meyli
bu gün problem təşkil etmir. Lakin bu peşəni
sevərək, onunla məşğul olmaq hələ işin bir
təərfidir. İkinci tərəfi – tamaşaçı
kütləsinə,
publikaya münasibətlə bağlıdır. Kinomexanik
mədəni xidmət sferasında tamaşaçı tələbatını ödəyə
biləcək səviyyədə durmağı bacarmalıdır. Nümayiş
etdirəcəyi film barədə lazımi məlumata əvvəlcədən
malik olmalı, lazım gələrsə, onun maraqlı
epizodlarından danışmağı bacarmalıdır. Axı,
kinomexanik həm də təbliğatçıdır. Kifayət qədər
tamaşçı cəlb edə bilmək üçünsə bu, mühüm cəhət-
dir. Filmin nümayişi tamaşaçıya hadisələrin
ardıcıllığını
izləməyə imkan verməli, səs effektləri
onlarda
mənfi
deyil,
müsbət
emosiyalar
yaratmalıdır. Axı, tamaşaçı kinozalına istirahət