485
Сечилмиш ясярляри
lX
sənətin sirlərinin daha artıq açılmasına və bu
sahədə fəaliyyət göstərənlərin usta titulu ilə
mükafatlanmasına səbəb olmuşdur. Elm və
texnikanın inkişafı boyaqçı peşəsini asanlaşdırsa
da, mürəkkəb texniki avadanlıq və kimyəvi
qatılıqlar bu peşənin gələcək sahibləri qarşısına
nəzəri və praktik cəhətdən hazırlıqlı olmaq tələbi
qoyur. Buna görə də hazırda bu peşəyə nail olmaq
istəyənlər üçün Texniki Peşə Məktəbləri nəzdində
müvafiq şöbələr açılmışdır. Boyaçılıq əzəli və
əbədi peşələrdən olduğu üçün öz tarixi inkişafı
ərzində
peşəkar
boyaqçı
dinastiyalarının
yaranmasına səbəb olmuşdur. Bu gün «boyaqçı»
peşəsinə maraq nəinki azalmamış, əksinə bir çox
qədim toxuculuq məmulatının canlandırılması ilə
bağlı olaraq, daha da artmışdır. Bu peşə ağır zəh-
mət tələb etsə də, insanların məişətini rəngarəng
etmək istəyi o qədər güclüdür ki, bu sənətin
sahibləri onunla məşğul olmağı şan və şərəf işi
bilirlər. Başqa cür ola da bilməz: insan öz əməyinin
xeyirli cəhətləri barədə daim düşünməli, əməyin ro-
mantikası ilə yaşamalıdır. Yalnız bu zaman əmək
insanın zövq mənbəyinə çevrilə bilər. «Boyaqçı»
peşəsinin funksional mövqeyini nəzərə alaraq aşağıda
bu peşənin professioqramını veririk:
Dostları ilə paylaş: