Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə238/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   234   235   236   237   238   239   240   241   ...   321
Фирузя Мяммядли 
zaman onlar hökmən peşələrə dair aşağı siniflərdə 
eşidib-bildiklərini 
xatırlamalı 
və 
ona 
əsaslanmalıdırlar. O da mümkündür ki, belə yazılar 
valideynlərin işi, peşəsi ilə əlaqələndirilsin. 
118 nömrəli çalışma məzmunca müəyyən bir 
peşəyə həsr olunmasa da, burada işlədilmiş «at» 
sözünün mətni situasiyasından çıxış edərək, ev 
heyvanları sırasında atlar barədə uşaqların keçmiş 
təsəvvürlərini canlandırmaq, insanların dostu və 
köməyi hesab olunan bu qoşqu vasitəsinin bəşəri 
rolu, əhəmiyyəti, bu gün üçün əvəzsizliyi və nadir 
xüsusiyyətləri haqqında danışmaq olar. Yeri 
gəlmişkən dünya bazarında yaxşı atın qiymətinin 
«QAZ-24» qiymətinə bərabər olduğunu, bunun 
üçün atlara qayğı və diqqətin artırılmasının 
vacibliyini qeyd etmək və atlara həsr olunmuş 
kinofilmlər, kitablar barədə danışmaq yerinə 
düşərdi. Bütün bu söhbətlərin nəticəsi «mehtərlik» 
peşəsinin üzərində mərkəzləşməlidir. Bu peşənin 
qədimliyi, 
müqəddəsliyi 
haqqında 
maraqlı 
epizodlara («Koroğlu» dastanından) müraciət 
etmək olar. Bu mənada şagirdləri aşağıdakı suallar 
ətrafında müsahibəyə cəlb etmək və ya sərbəst yazı 
üzərində işlətmək olar: 
1. Bədii ədəbiyyatdan hansı mehtər surətlərini 
tanıyırsınız? 
2. İlxıçı nə deməkdir? 
3. Siz atları sevirsinizmi? 
4. Kimin valideyninin atı var? 


481 
Сечилмиш ясярляри 
lX 
5. Böyük Vətən müharibəsində atların rolu 
haqqında nə deyə bilərsiniz? 
6. Atla insanın dostluğu barədə nə bilirsiniz? 
7. Baxdığınız filmlərdən atların sədaqətli 
yoldaşlığına dair bir epizod danışın. 
119 nömrəli tapşırıqda M.Cəlalın «Bir gəncin 
manifesti» əsərindən bir parça verilmişdir. Burada 
xalçaçılıq peşəsi barədə danışmaq imkanı verən 
maraqlı bir epizodla qarşılaşırıq: 
«Mister vahiməyə düşmüş kimi geri çəkildi. 
Alt çənəsini laxlatdı. Tacir onun dediyini tərcümə 
etdi. 
Görürsən, «Hara getsə, - deyir, - onu mən 
alacağam». 
Sona daha da acıqlandı. İti və həyacanlı 
nəzərlə həm taciri, həm də misteri süzüb, əli ilə 
rədd işarəsi verdi. 
– İtə ataram, yada satmaram. 
Sona arxasını misterə və tacirə çevirib elə 
cəld gedirdi ki, deyəsən evdə yağı daşır. Onun 
ardınca iki həris canavar gözü baxırdı. 
Yüzlərlə vətəndaşın sevincli, alqışlı baxışları 
o namuslu qızı və qeyrətli ananı yola salırdı: 
– Halal olsun! 
– Halal olsun! 
O nə dayanır, nə dinir, nə geri baxırdı. 
Qəlbində qaynayan vətən eşqi və analıq qüruru ilə 
başını uca tutub gedirdi». 


482 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin