Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə244/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   240   241   242   243   244   245   246   247   ...   321
Сечилмиш ясярляри 
lX 
4. Son dövrlərdə tikinti materialları sırasına 
beton, dəmir, mərmər üzlük, kafel və məişət 
rahatlığını təmin edən əşyalar və s. daxil olmuşdur. 
5. Qızılkərpic gildən tökülüb bişirilməklə, 
kubik daşlardan kəsilməklə, çiy kərpic isə 
palçıqdan yoğurulub, qəliblərə tökülərək gündə 
qurudulmaqla hasilə gəlir. 
«Köməkçi nitq hissələri» adından da məlum 
olduğu kimi, müstəqil lüğəvi mənadan məhrum 
olan, əsas nitq hissələri arasında bəzi qrammatik 
əlaqələrin yaranmasına kömək edən linqvistik 
vasitələrdəndir. Bu nitq hissələrinin leksik-
semantik və qrammatik funksiyası peşəyönümü 
işinə ancaq əsas nitq hissələri fonunda xidmət edə 
bilər. Buna görə də bu mövzular üzrə verilmiş 
çalışmaların peşəyönümü imkanlarını müstəqil 
lüğəvi məzmuna malik sözlər, ifadələr sferasında 
aparacağıq. 
«Qoşma» mövzusu üzrə verilmiş «Dərsdən 
sonra kinoya getdik» cümləsində peşə məlumatı işi 
«kino» sözü üzərində qurulmalıdır. Məlum olduğu 
üzrə müasir gənc nəsil «kino» çəkilişi problemləri 
ilə əvvəlki nəsillərə nisbətən daha çox tanışdır. Bu, 
hər şeydən əvvəl, televerilişlərə daxil olan kinofilm 
proqramlarının xidmətidir. Bundan başqa uşaqlar 
məktəblərdə, 
pioner 
evlərində, 
pioner 
düşərgələrində, klublarda və s. kino yaradıcılığı, 
film çəkilişi dərnəklərində məşğul ola bilirlər. 


494 
Фирузя Мяммядли 
Lakin bu imkan həmişə və hər yerdə eyni 
dərəcəli deyil. Xüsusən kənd regionlarında yaşayan 
uşaqlar bu məzmunda teleproqramlarla və 
dərnəklərlə az maraqlanırlar. Buna görə də 
cümlədəki «kino» sözünün lüğəvi və sosial 
informasiya imkanlarından istifadə edərək bu 
sahədə bir neçə dəqiqəlik söhbət aparmaq olar. 
Kinonun meydana gəlmə tarixi, keçdiyi inkişaf 
yolu, bu günkü səviyyəsi barədə qısa məlumatdan 
sonra «kinomexanik» peşəsinə istiqamətverici 
söhbəti davam etdirmək zəruriyyəti öz-özünə 
yaranacaqdır. 
«Kinomexanik» peşəsi özlüyündə cəlbedici 
peşələrdən olduğu üçün gənclərin bu sahəyə meyli 
bu gün problem təşkil etmir. Lakin bu peşəni 
sevərək, onunla məşğul olmaq hələ işin bir 
təərfidir. İkinci tərəfi – tamaşaçı kütləsinə, 
publikaya münasibətlə bağlıdır. Kinomexanik 
mədəni xidmət sferasında tamaşaçı tələbatını ödəyə 
biləcək səviyyədə durmağı bacarmalıdır. Nümayiş 
etdirəcəyi film barədə lazımi məlumata əvvəlcədən 
malik olmalı, lazım gələrsə, onun maraqlı 
epizodlarından danışmağı bacarmalıdır. Axı, 
kinomexanik həm də təbliğatçıdır. Kifayət qədər 
tamaşçı cəlb edə bilmək üçünsə bu, mühüm cəhət-
dir. Filmin nümayişi tamaşaçıya hadisələrin 
ardıcıllığını izləməyə imkan verməli, səs effektləri 
onlarda 
mənfi 
deyil, 
müsbət 
emosiyalar 
yaratmalıdır. Axı, tamaşaçı kinozalına istirahət 


495 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin