498
Фирузя Мяммядли
Ölkəmizdə balıqçılıq təsərrüfatları dövlət
əhəmiyyətli istehsal birliklərindəndir.
«Balıqçı» peşəsi çətin və ağır zəhmət tələb
edən, həmçinin özünə çoxlu fədakar peşəkarlar cəlb
edən peşələrdəndir. Balıqçı
olmaq üçün birinci
növbədə dənizin təbiəti ilə uyğunlaşmağı, onun
vaxtlı-vaxtsız fırtınaları, qabarma-çəkilmələri ilə
mübarizədə qalib çıxmağı bacarmaq lazımdır. Daha
sonra
balıqlar
aləminə, onların tələbatına,
növlərinə,
xalq
təsərrüfatındakı
yeri
və
əhəmiyyətinə, onların fizio-bioloji təbiətinə bələd
olmalı, nadir balıq növlərinin qorunub saxlanılması
qayğısına qalmalı, hansı növ balıqdan
nə məqsədə
istifadə olunmasını dəqiq müəyyənləşdirməyi
bacarmalıdır.
Ovçuluğun bütün başqa sahələrində olduğu
kimi balıq ovu da ovçusundan
öz işinə vicdan və
məsuliyyətlə yanaşmağı tələb edir. Bir çox hallarda
balıq ovunu balıq oğurluğuna çevirən brakonyerlər
balıq tutmaq işinə vəhşicəsinə yanaşmaqla təbiətin
bu əvəzsiz sərvətinə amansız zərbə vururlar. Balıq
torundan tutmuş dinamit işlətməyə kimi hər cür
vasitədən istifadə etməklə onlar ovlanması qadağan
olunan balıq növlərinə kimi məhv edir və onların
kürüsündən, ətindən
möhtəkirlik məqsədləri ilə
istifadə edirlər.
Elə buna görə də meşədə heyvanların
qorunması işində olduğu kimi, suda balıqların
qorunması işi də dövlət əhəmiyyəti kəsb etmişdir.