Bakı Avrasiya Universiteti Fənnin adı Ümumi dilçilik Sərbəst işin növünün adı Referat



Yüklə 31,32 Kb.
səhifə1/2
tarix24.12.2023
ölçüsü31,32 Kb.
#191182
növüReferat
  1   2
Belge (1) (1)


Bakı Avrasiya Universiteti
Fənnin adı______Ümumi dilçilik________________
Sərbəst işin növünün adı________Referat________
Mövzusu_______Mahmud Kaşğari'______________
Təhsilin səviyyəsi_________Bakalavr____________
Təhsilalan:____Salmanova Aidə ______qrup______
(S.A.A)
Müəllim(sərbəst işin növünün rəhbəri)
______Cəmil Babayev, Qubad Cəbrayılov________
(elmi dərəcə,elmi ad,S.A.A)

Təhvilvermə tarixi:____________
Qiymət:”_____”________________
(rəqəm və hərflə)
Bakı 2022
Mündəricat

  • 1Şəcərəsi

  • 2Həyatı

  • 3Əsərləri

  • 4İstinadlar

GİRİŞ


Şəcərəsi


Mahmud Kaşğarinin hökmdar nəslindən və ya ən azından əsilli bir ailədən olduğu haqqında ən mühüm mənbə onun, öz əsərində də qeyd etdiyi kimi atalarının Əmirlərdən gəlməsidir. "Bizim atalarımız olan bəylərə Hamir deyirlər, çünki Oğuzlar əmir deyə bilmirlər, əlif hərfini "h" hərfinə çevirərək deyirlər. Babamız Türk illərini Samanoğullarından alan bəydir, adına Hamir Təkin deyilir".Özünün verdiyi məlumatdan Türk tarixinin əhəmiyyətli dövlətlərindən biri olan Qaraxanlı dövlətinin xanədan sülaləsinə mənsub olduğu aydınlaşır.O Qaraxani hökümdarı II Məhəmməd Buğra xanın nəvəsi olmuşdur. "Divanü Lüğat-it-Türk"ü Özbək dilinə tərcümə edən S.Mütəllibov M.Kaşğarinin soyu haqqında belə fikir deyir: Kaşğarlı Mahmud "ə"ni "ha" kimi deyən bir qəbilənin oğludur. Bu qəbilə geniş bir ərazidə yayılmışdır və "Divan" yazılan zaman daha çox özbəklərin arasında yaşayırdılar. İndi bu qəbilə Kuramda və Fərqanənin bəzi bölgələrində, Qarabulaqda və s. yerlərdə yaşayır. Kaşğarlı Mahmud bu qəbilənin övladıdır.


Həyatı

Mahmud Kaşğari 1029-cu ildə Kaşğar elinin Azıx kəndində (indiki Özbəkistan) anadan olmuşdur. Bəzi mənbələrə görə isə İsık-Kul gölünün sahilində yerləşən Barskan şəhərində (indiki Qırğızıstan ərazisi) dünyaya gəlmişdir. İlk təhsilini Kaşğarda Saciyə və Hamidiyyə mədrəsələri kimi elm mərkəzlərində almış, dövrünün elmləri ilə bərabər ərəb və fars dillərini mükəmməl şəkildə öyrənmişdir.Təxminən 1058-ci ildə Bağdada getmiş, bir müddət burada yaşamışdır. Bağdad həmin zaman Səlcuq imperiyasına tabe idi. Ərəblərin türkləri tanıması, onların adət və ənənələrini öyrənməsi baxımından çətinlik çəkməsi, xüsusən dil problemləri Mahmud Kaşğaridə bir əsər yazmaq ideyasını yaratdı. On il müddətində bir çox əraziləri səyahət etdikdən sonra adını tarixə həkk edən ensiklopedik əsərini yazdı.


Təxminən 1080-ci ildə Kaşğara qayıdan alim 1105-ci ildə burada dünyasını dəyişir. Kaşğar yaxınlığında Opal kəndində dəfn olunmuşdur. Üzərində "Müqəddəs alimin məzarı" yazılmış məqbərəsi 1984-cü ildə təmir olunmuşdur. Hal-hazırda məqbərədə alimin məzarı yerləşən otaqQurani-Kərim oxunması üçün ayrıca bir salon və muzey bölümü vardır. Muzey hissəsində Mahmud Kaşğarinin "Divanü Lüğat-it-Türk" əsərinin əlyazması, müxtəlif dillərdə tərcümə və nəşrləri, bir neçə litoqrafik çaplı Qurani-Kərim, Mahmud Kaşğari və onun əsəri haqqında yazılmış məqalələr və kitablar nümayiş olunur. Burada həmçinin, Mahmud Kaşğarinin portreti və Qaraxanlılar dövrünə aid əşyalar da vardır.
UNESCO tərəfindən 2008-ci il "Mahmud Kaşğari ili" elan olunmuşdur.
Mahmud Kaşğarinin məşhur "Divanü Lüğat-it-Türk" əsəri ensiklopedik xarakter daşıyır. Türk dili, ləhcələri, tarixi, coğrafiyası, folklorumifologiyası, müəyyən qədər astronomiyası ilə bağlı materialları əhatə edən bir bilik xəzinəsidir. Kitab 319 səhifədən ibarətdir. Bu əsərini yazmaq üçün on ildən artıq türklər yaşayan bölgələri gəzərək material toplamışdır. 1072–1074-cü illər arasında yazdığı əsərini 1076-cı ilə qədər təkmilləşdirmiş, 1077-ci ildə Abbasi xəlifəsi Əbul Qasım Abdullaha təqdim etmişdir.
"Divanü Lüğat-it-Türk"də "Dünya xəritəsi"

Yüklə 31,32 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin