Əsərləri Müəllif Ensiklopediyada "Dünya xəritəsi" adlanan bir xəritə vermişdir. Bu xəritədə mərkəz Balasaqunu seçərək türklərin yaşadığı bütün ərazilər qeyd olunmuşdur. Xəritə üzərində "Əradi Azərabadkan" yer adı da qeyd edilmişdir.
Qaşqarlı, Xaqaniyə, Uygur, Oğuz, Kıpçak, Türmən, Qırğız, Çiğil, Yağma, Arqu və digər Türk soylu xalqları Türk adı altında cəmləşdirən bir türkoloqdur.
Türklərin yaşadıqları ölkələr, şəhərlər, qəsəbələr, kəndlər haqqında məlumat verərək Türk coğrafiyaşünası adına layiq görülmüşdür. Mahmud Kaşğari "türklərin bölgələrini, kəndlərini və çöllərini qarış-qarış gəzmişdir. Uzun illər o, türk, oğuz, qırğız şəhərlərini, kəndlərini, düşərgələrini dolaşaraq onların lüğətini yazmışdır". Nəticədə M.Kaşğari Xəzərin şərq sahillərindən başlamış Lobnor gölü meridianına və İli çayı enliyindən Kaşğarın cənub sərhədlərinə qədər olan geniş ərazini öyrənmiş, Orta və Mərkəzi Asiyanın bir hissəsinin ilk rayonlaşdırılmasını aparmış, türk xalqları və abidələrinin məskunlaşma sərhədlərini və yerlərini böyük dəqiqliklə müəyyən etmişdir.
Onun məşhur "Divanü Lüğat-it-Türk" (1072–1074) əsərində türk qəbilələri, çoxlu dağ, çay, göl, ölkə və dövlətlər haqqında geniş məlumatlar toplanmışdır. Tyan-Şan və Yeddigöllük, İssık-Kul gölü, Balasaqun dağları (Qırğızıstanda), Altay vadisi və İli çayı və s. ən müfəssəl şəkildə səciyyələndirilmişdir. O, Narının yuxarı hövzəsində olmuş, Çatırgöl və Siziç (Songöl) gölünü qeydə almışdır. "Divan"ın sonuna əlavə olunmuş xəritə Mahmud Kaşqari dövründə türkdilli xalqların yaşadığı ərazilərin təsvirini verən ilk xəritədir. O, bir sıra paralel formada düzülmüş Qərbi Tyan-Şan dağ sistemini öz xəritəsində daha düzgün əks etdirmişdir. Kaşqari Manqışlak (Manqıstan) yarımadası ilə də tanış idi – bu yarımadaya ilk dəfə məhz onun xəritəsində rast gəlinir.
Kaşğarinin Kitabu-cəvahirin-nəhv fi luğati-t-turk (Türk dilinin nəhv cövhərləri) adlı əsəri də vardır.
İstinadlar Kaşgarlı M., Divanu Lugat-it-Turk, c.1, Ankara, 1998, s.112
↑ Mutallibov S., "XI Asrning buyuk filologları ve Ularning Nayab Asarlari". Kaşğariy M., Devanu Luğatit Turk, T.1, Taşkent, 1960, s.17
↑ Bayat Fuzuli. Büyük Türk bilgin ve ansiklopedisti Kaşgarlı Mahmut. İstanbul: "Ötüken", 2008. s.34