Фирузя Мяммядли
bağlı olan çalışmalarla möhkəmləndirilməsi
vacibdir.
«Söz birləşməsi» çox geniş anlayış olub,
idraki fəaliyyətimizin bütün sahələrini əhatə edir.
Buna görə də bu mövzunu möhkəmləndirmək
məqsədi ilə verilən çalışmalar müxtəlif məzmunlu
ola bilər. Bu mövzunun tədrisi təkcə dərslik çərçi-
vəsində məhdudlaşmayıb, müəllimə sərbəst mətn
seçmək üçün də geniş imkanlar verir. Burada isə,
əlbəttə ki, həyatın, bizi əhatə edən mühitin, nəhayət
məktəbin yerləşdiyi regionun ən müxtəlif cəhətləri
ilə bağlı, uşaqlara daha yaxın, daha tanış mövzulara
müraciət etmək faydalı olar. Bununla belə,
çalışmaq lazımdır ki, dərslikdə verilən çalışmalarda
peşə məlumatı imkanı verən, yaxud məktəb
peşəyönümü işinin ümumi istiqamətinə köməkçi
təsiri ola biləcək bircə söz belə nəzərdən qaçmasın.
Bu mənada, «Söz birləşmələri» mövzusu üzrə
verilmiş 67 nömrəli çalışmada «mədən fəhləsi»,
«usta köməkçisi», «yol mühəndisi», «kənd
müəllimi»,
«maşinist
köməkçisi»,
«elektrik
qaynaqçısı», «gəmi kapitanı» kimi birləşmə
şəklində ifadə olunmuş peşə və ixtisas adlarına rast
gəlirik. Bu peşələrin hər biri cəmiyyətimiz üçün
çox zəruri olub, hər biri sahəsində ixtisaslı
peşəkarlara ehtiyac vardır. Buna görə də peşələrin
adları sadalanarkən müəllim bunların hər biri
haqqında məlumat verməyə hazır olmalıdır.
Mümkündür ki, şagirdlər öz marağına uyğun olaraq
503
Сечилмиш ясярляри
lX
bunlardan hər hansı biri haqqında danışmağı müəl-
limdən xahiş etsin.
Bunu nəzərə alaraq, aşağıda həmin peşələrdən
bir neçəsi barədə məlumat verməyi lazım bildik.
«Maşinst köməkçisi» əslinə qalsa, peşə
olmayıb, qatar sürücülüyü vəzifələrindəndir.
Burada peşə məsuliyyəti və peşə informasiyası
«maşinst» sözünün üzərinə düşür. «Maşinst» - yəni
qatar sürücüsü sürücülük peşələrinin ən şərəflisi,
gəmi sürücülüyünə nisbətən xeyli cavanıdır. Qatar,
məlum olduğu kimi, keçən yüzilliyin ortalarından
üzübəri təkmilləşə-təkmilləşə gələn nəqliyyat
vasitələrindəndir. Qatar sürücülüyü işinin özü də
qatarın özü kimi samballı, ağır yüklü bir işdir. Ma-
şinistin işi təkcə qatarın qoşa relslər üzrə hərəkəti,
stansiyalarda,
yarımstansiyalardakı
fasiləsi,
apardığı yükü, yaxud sərnişinləri salamat mənzilə
çatdırılmasından ibarət deyildir. Maşinist lazım
gəldikdə qatarın təmiri işi ilə də məşğul olmağı
bacarmalıdır. Təsadüfi deyil ki, səfərə çıxan
qatarlar hər dəfə stnasiyalarda dayananda maşinst
və onun köməkçisi yerə düşüb paravozun
həndəvərini dolanır, onun təkərlərini, porşen və
klapanlarını dönə-dönə nəzərdən keçirirlər. Ayrı
cür ola da bilməz. Çünki səfərə nasaz çıxan qatar
nəinki təkcə öz yükünə zərər gətirər, həm də ona
qarşı gələn qatarlarla toqquşub, ağır fəlakətlərə
səbəb ola bilər.
|