SəRBƏst iŞ MÖvzu: antivurus proqramlari müƏLLİMƏ



Yüklə 25,97 Kb.
səhifə1/4
tarix12.05.2022
ölçüsü25,97 Kb.
#57617
  1   2   3   4
antivurus programlari


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT MƏDƏNİYYƏT və İNCƏSƏNƏT UNİVERSİTETİ

KURTUROLOGİYA FAKULTƏSİ

SƏRBƏST İŞ

MÖVZU:ANTİVURUS PROQRAMLARI

MÜƏLLİMƏ:GÜLŞƏN HACIYEVA

TƏLƏBƏ:QULİYEVA NURAY

İXTİSAS:KİTABXANAÇILIQ VƏ İNFORMASİYA FƏALİYYƏTİ

QRUP:KTX020

KURS:ll

ŞÖBƏ:ƏYANİ

İlk antivirus proqramları 1984-cü ildə Andi Hopkins tərəfindən yazılmış CHK4BOMB və BOMBSQAD utilitləri hesab olunur. CHK4BOMB yüklənən modulları təhlil etməyə imkan verirdi və bütün mətn məlumatlarını və koddakı "şübhəli" yerləri aşkarlayırdı. Sadə və səmərəli olmasına görə CHK4BOMB önəmli populyarlıq qazandı.

Antivirus proqramları — kompüter viruslarından mühafizə üçün xüsusi proqramlardır. Virus proqramlarını aşkarlamaq və ləğv etmək üçün antivirus proqramlarından istifadə edilir.

Viruslar müxtəlif vasitələrlə bir kompüterdən digər kompüterə keçməyə cəhd edən, verilənlərin korlanmasına (dəyişdirilməsi və ya silinməsi) gətirən və ya istifadəçinin işinə mane olan, digər proqramlarda gizlənmiş kiçik həcmli proqramlardır. Virus özgə disketlərdən, e-mail və ya digər İnternet resurslarından istifadə edilən zaman təhlükə yarada bilər, bu zaman lazım olmayan və tanimadığınız məktub və resursları maksimum dərəcədə məhdudiyyətlə istifadə etməniz məsləhətdir.

Viruslar 3 məqsəqlə yaradılır: intiqam, kommersiya, özünü təsdiq. Virusun aşkar edilməməsi üçün o çox kiçik həcmə malik olmalıdır. Odur ki, virus proqramları çox zaman Assembler proqram dilində yazılır.

Antivirus proqramları funksiyalarından asılı olaraq aşağıdakı tiplərə bölünür:



  • Proqram-həkim – tapır və müalicə edir: Dr.Solomon, Norton AntiVirus, Dr.Web, Aidstest, AVP, AntiViral Toolkit Pro Scaner, Antivirus Kaspersky Personal, Nod 32, Panda, Avista , Avast Antivirus[1]

  • Mühafizəçi proqramlar – RAM-da yerləşir, yalnız tapır: AntiViral Toolkit Pro Manitor.

  • Detektor proqramlar – yalnız onlara məlum virusları tapır.

  • Revizor proqramlar – sistemin ilkin vəziyyəti ilə yükləmədən sonrakı vəziyyəti müqayisə edilir. Faylların kontrol cəmi yoxlanılır.

Viruslarla mübarizə proqramlarının bir neçə növü var — skanerlər (başqa adı: faqlar, polifaqlar), disk müfəttişləri (CRC-skanerlər), rezident monitorlar və immunizatorlar.

  • Skanerlər. Antivirus skanerlərin iş prinsipi faylların və sistem yaddaşının yoxlanmasına və onlarda məlum və ya yeni (skanerə məlum olmayan) virusların axtarışına əsaslanır. Məlum virusların axtarışı üçün "maska"lardan istifadə edilir. Virusun maskası konkret virus üçün spesifik olan müəyyən sabit kodlar ardıcıllığıdır. Bir çox skanerlərdə həmçinin "evristik skanlama" alqoritmlərindən istifadə edilir, yəni yoxlanan obyektdə komandalar ardıcıllığı analiz edilir, müəyyən statistika toplanır və hər bir yoxlanan obyekt üçün qərar qəbul edilir ("ola bilsin yoluxub" və ya "yoluxmayıb").


  • Yüklə 25,97 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin