Virus proqramları və ya kompüter virusları - texniki vasitələrlə bir kompüterdən digər kompüterə keçməyə cəhd edən, verilənlərin korlanmasına (dəyişdirilməsi və ya silinməsi) gətirən və ya istifadəçinin işinə mane olan, digər proqramlarda gizlənmiş kiçik həcmli proqramlardır. Virus proqram özünü təxminən bioloji virus kimi aparır: özü-özünə çoxalır, sistem faylları daxilində maskalanır və kompüterə və ya sistemə ziyanlı təsirlər göstərir (əməliyyatlar yerinə yetirir). Virus xarici yaddaş qurğularından (disketlərdən), elektron poçt və ya digər İnternet resurslarından istifadə edilən zaman təhlükə yarada bilər, bu zaman lazım olmayan və tanımadığınız məktub və resursları maksimum dərəcədə məhdudiyyətlə istifadə etməniz məsləhətdir.
Virus faylları kompüterə yalnız icra edilən fayllarla birlikdə daxil ola bilər. Mətn sənədləri, rəsmlər, arxivlər, cədvəllər və s. risk obyekti hesab oluna bilməz. Yeganə istista bir sıra ofis proqramlarındakı ssenarilərdir ki, bunlara makrovirus deyilir (makroviruslar hazırda böyük təhlükə təşkil etmir, bu, daha çox proqramların xətalarından irəli gələn problemlərdən qaynaqlanır)
Virusları aşağıdakı əlamətlərə görə təsnif etmək olar:
yaşayış mühitinə görə: fayl virusları (com, exe, bat, doc virusları), yükləmə virusları, makro viruslar;
yaşayış mühitini yoluxdurma üsuluna görə: rezident və qeyri-rezident;
əməliyyat sisteminə görə: MS-DOS
destruktiv imkanlarına görə: ziyansız, təhlükəsiz, təhlükəli, çox təhlükəli;
virus alqoritminin xüsusiyyətlərinə görə: "tələbə" virusları, kompanyon-viruslar, ""soxulcanlar" (worm), "stels"-viruslar ("görünməz" viruslar), "polimorf"-viruslar (özüşifrlənən viruslar), şəbəkə virusları və s.
Hər gün 10-15 yeni növ virus meydana çıxır. Virusların miqdarı həndəsi silsilə üzrə artı təxminən 500 virus, 1992-ci ildə - 3 000, 1994-cü ildə - 5 000, 1996 – 9 000, 1999 – 30 000, 2001 – 50 000, 2004-cü ildə 112 000-dən çox virus məlum idi.
Kompüter viruslarının sayının artması ilk növbədə onunla bağlıdır ki, proqramlaşdırmanı bir qədər öyrəndikdən sonra istənilən şəxs virus yaza bilər. Bu işdə ona leqal və qeyri-leqal ədəbiyyat, virusların yazılması üçün xüsusi proqram təminatı kömək edə bilər. Hətta müxtəlif mutasiya generatorları mövcuddur ki, birinci kurs tələbəsinin yaratdığı sadə virusdan onun köməyi ilə mürəkkəb virus yaratmaq olar.
Dostları ilə paylaş: |