Фирузя Мяммядли
peşələrin nəsildən-nəsilə ötürülməsi müəllim-şagird
rabitəsi ilə mövcud olmuşdur. Müəllim təkcə peşə,
sənət, elm yollarının işıqlandırıcısı olmayıb, həm
də gənclərin, öz tələbə və şagirdlərinin mənəvi
rəhbəri, mənəvi atasıdır. O, öz şagirdini dünya
şöhrətli bir şəxsiyyət də edə bilər, küçələrdə
veyillənən bir səfil də. Buradan belə qənaət hasil
olur ki, müəllimlik peşəsi öz sahibindən dərin bilik,
bacarıq, öz iş təcrübəsini artırmaq kimi
keyfiyyətlərlə bərabər, həm də yüksək mədəniyyət,
zəngin
mənəviyyat,
həssaslıq,
qayğıkeşlik,
vicdanlılıq,
əxlaqi
təmizlik,
ideal
insani
keyfiyyətlər də tələb edir. Buna görə də
müəllimliyə nail olmağı asan iş hesab etməklə
diplom üçün instituta daxil olmaq, onu birtəhər
başa vurub qondarma «müəllim» olaraq cəmiyyətin
gələcəyini baltamaqdansa, bu yola çıxmazdan əvvəl
yaxşı-yaxşı düşünmək lazımdır. Bu müqəddəs yola
ancaq və ancaq özündə təmiz vicdan, elmlərin əsas-
larına dərin maraq, yetişməkdə olan gəncliyə
qayğıkeş münasibət tərbiyə edən şəxslər qədəm
qoymağa haqlıdır. Bir sözlə, xalqın övladlarının
canını özünə müəllim adı qoyan cürbəcür
xuliqanlardan
qurtarmayınca
cəmiyyətin
gələcəyindən
saflıq,
səbatlılıq,
özümlülük
gözləmək faydasızdır. Bisavad həkim-müəllim
həkim yox, gələcəyin canisini, vicdansız institut
müəllimi müəllim yox, gələcəyin rüşvətxorunu,
mənəvi səfilini yetişdirəcək. Bu zəncirvari
507
Сечилмиш ясярляри
lX
reaksiyanın törəmələri isə ancaq fəlakət vəd edə
bilər.
«Müəllimlik» peşəsi barədə söhbətin bu
istiqamətdə davamından qorxub-çəkinmək lazım
deyildir. Nəzərə almaq lazımdır ki, yetişməkdə olan
gənclik bu günün hər ixtisasından olan ziyalıları və
peşə sahiblərinin ailəsindən çıxır. Bu ailələrdə daxil
olan çox müxtəlif ruhlu informasiyalarla müəllimin
dediyi qanadlı sözlər arasındakı ziddiyyət həyatı
yenicə öyrənməyə başlayan bu gənclərin çaş-baş
qalmasına səbəb ola bilər. Ona görə də onlara
həqiqəti, ancaq həqiqəti demək lazımdır.
Cümlə – sözlərin məna və qrammatik
cəhətdən məqsədli əlaqələnməsi olub, nisbi olaraq
bitmiş fikir ifadə edən söz birləşmələridir. Söz
birləşmələri cümlə daxilində ən müxtəlif şəkildə
təzahür etdiyi kimi, cümlənin özünün də məqsədə,
intonasiya və quruluşa görə müxtəlif növləri vardır.
Fikir bitkinliyi bir cümlə ilə ifadə olunduğu
kimi, bir neçə ilə də ifadə olunur. Bu isə mətn
yaradır. Bu mənada şagirdlərin peşə məlumatını
zənginləşdirmək məqsədi ilə cümlə konstruksi-
yalarından istifadə zəruridir. Xüsusən, peşəyönümü
istiqamətində aparılası müsahibə və söhbətlərdə
cümlələr çoxluğu bütöv mətnlər əmələ gətirir. Belə
söhbətlərin keçirilməsi üçün sual və nəqli cümlələr
fikir ifadəsində ən əlverişli sintaktik kons-
truksiyalardır.
|