Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə242/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   238   239   240   241   242   243   244   245   ...   321
Сечилмиш ясярляри 
lX 
«süpürgəçi», «dərzi» peşələri ilə tanış etməyə im-
kan verir. 
«Süpürgəçi» peşəsi, məlum olduğu üzrə, 
insanların 
gün-güzəranının 
səliqə-sahmanına, 
normal həyat tərzi keçirməsinə, ideal gigiyenik 
şəraitə səbəb olsa da, bu peşə üzrə xüsusi məş-
ğuliyyətə, bu sahə üzrə ixtisas qazanmağa ehtiyac 
yoxdur. «Süpürgəçi»lik elə peşələrdəndir ki, öz 
peşəkarlarını çox da həvəslə cəlb etmir. Daha 
doğrusu, vətəndaşlar, xüsusən gənclər bu sahəyə 
meyl göstərmirlər. Halbuki məhz gənclərin bu peşə 
ilə maraqlanması, bu peşənin sahibi olması bu gün 
daha vacib, dah zəruri sosial problemlərdəndir. Ona 
görə zəruridir ki, bu peşə hər şeydən əvvəl xüsusi 
sağlamlıq və fiziki qüvvə tələb edən peşələrdəndir. 
Digər bir səbəb ondan ibarətdi ki, gənclərin zəhmət 
dünyasına gəlişinin məhz birinci pillədən başlaması 
onların dünyagörüşünün kamil formalaşma yolu 
keçməsinə səbəb olduğu kimi, onlarda zəhmət 
adamlarına hörmət, ehtiram, qayğıkeş münasibət, 
diqqət və təəssübkeşlik, həmçinin iqtisadi mü-
nasibətlər və problemlər üzrə ağıllı mühakimə 
yürütmək qabiliyyəti tərbiyə edər. Məhz belə 
şəxslər aşağıdan-yuxarıya cəmiyyət pillələrinin 
sosial problemləri barədə aydın təsəvvürə malik 
olar, xalqın ağrı-acısını duya bilər, vicdan 
tərəzisinin gözündə əyriliyə yol verməz. Xalqa və 
dövlətə vurulan milyardlarla iqtisadi, sosial və 
ictimai zərərin bütün məsuliyyəti birdən-birə 


490 
Фирузя Мяммядли 
yüksək vəzifə pilləsində əyləşib ağalıq iddiasında 
olanların, öz nəfsləri naminə partiya adından 
danışıb, dövlətin xəzinəsi ilə öz cibini qarışıq 
salanların boynunda olması isə bir həqiqətdir. 
«Süpürgəçi» peşəsi ölkəmizdə öz çətin və 
ağır əməyinin lazımınca qiymətləndirilməsi ilə 
fərqlənir. Belə ki, bu sahənin işçiləri yüksək əmək 
haqqı, bir neçə yerdə işləmək imkanı, ilk növbədə, 
həm də tez bir zamanda mənzillə təmin olunmaq 
imtiyazına 
malikdir. Bir sözlə, ölkəmizdə 
süpürgəçinin aylıq əmək haqqı ali təhsilli 
mütəxəssisin əmək haqqı səviyyəsindədir. 
«Feili bağlamalar» mövzusu üzrə verilmiş 
163 nömrəli çalışma «sürücü» peşəsi barədə 
məlumat işi aparmaq imkanı verir: 
«Sürücülük» peşəsi çətin və mürəkkəb 
mexanizmin idarəetmə prosesi ilə bağlı olaraq, 
ayıqlıq, sayıqlıq, diqqət və texnikaya qayğıkeş 
münasibət tələb edir. Sürücü avtomobili idarə 
etməyi, 
avtomobilin 
texniki 
vəziyyətini 
qiymətləndirməyi, yük, yaxud sərnişin daşınması 
ilə əlaqədar tapşırıqların yerinə yetirilməsi üçün 
düzgün qərar qəbul etməyi bacarmalıdır. 
Avtomobili idarə edən sürücünün vəzifəsi 
nəqliyyat 
işinin 
idarə 
edilməsi, 
hərəkətin 
təhlükəsizliyinin təmin olunması ilə əlaqədar bir 
sıra tədbirləri ardıcıl yerinə yetirməkdən ibarətdir. 
Sürücü diqqətli olmalı, yaxşı görməli və 
eşitməli, rəngləri aydın seçməli, məsafəni və sürəti 


491 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   238   239   240   241   242   243   244   245   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin