Фирузя Мяммядли
Bu parçada ehtiyac üzündən özünün ən
qiymətli yadigar xalçasını satmaq məcburiyyətində
qalan ananın əcnəbi ilə münasibəti təsvir olunur.
Ana, vətənin qiymətli sərvətinin xarici tacirlərin
əlinə düşməsinə razı olmur. Ağır ehtiyacına, aclığın
əlində qalmasına baxmayaraq belə bir yolla gələcək
çörək pulundan imtina edir. Yazıçı simvolik olaraq
xalçanı vətənin bir parçası kimi verir. Ana surəti
vasitəsi ilə bu bir parça vətənin də yadlardan
qorunmasının vacib və müqəddəs bir iş olduğunu
bədii vasitələrlə təsdiq edir. Müəllif haqlıdır. Gözəl
bir ağac da, nadir bir quş və ya heyvan da, uca bir
dağ da, incə bir sənət əsəri də, istedadlı bir
vətəndaş da vətən üçün sərvətdir, simvolik olaraq
bir parça vətən torpağıdır. Biz hamılıqla,
böyükdən-kiçiyə bu sərvəti qiymətləndirməyi, bu
bir parça vətən torpağını yadlardan qorumağı
bacarmalıyıq.
Yazıçının təsvir etdiyi «Yusif və Züleyxa»
xalçası da bizim ulu sənət adamlarımız tərəfindən
toxunub yadigar qoyulan, zaman keçdikcə bizim
fəxrimizə,
vüqarımıza
çevrilən
qiymətli
incilərimizdəndir.
«Gələcək zaman feili sifətləri» mövzusu üzrə
verilmiş 147, 148, 151, 152, 153 nömrəli
tapşırıqların linqvistik tələbi ödənildikdən sonra
mətn və cümlələrdə işlədilmiş «tikiləcək ev»,
«pambıqçı qız», «toxucu qız», «salınası bağlar»,
«sağılası inəklər», «təmir ediləsi maşınlar»
483
Сечилмиш ясярляри
lX
birləşmələrinin semantik informativ məzmundan
çıxış edərək «bənna», «kolxozçu» («pambıqçı»,
«toxucu», «bağban», «sağıcı», «slesar» (çilingər),
peşələrinə dair istiqamət verici söhbətlər aparmaq
olar. Yuxarıda qeyd etdiyimiz kimi, bu peşələrin
əksəriyyəti barədə aşağı siniflərdə məlumat
xarakterli söhbətlər aparıldığından burada həmin
peşələrin tarixi, ictimai-iqtisadi və sənaye
əhəmiyyəti, yayıldığı regionlara dair sual-cavab
(müsahibə) üsulu ilə əlaqələrə dair keçmiş bilikləri
canlandırmaq mümkündür. Məsələn:
«Bənnalığa» dair suallar:
1. Kim deyər «bənna» kimlərə deyilir?
2. Bənnalar haqqında nə deyə bilərsiniz?
3. Bənnalıq peşəsinin qədimliyinə dair bir
epizod danışa bilərsinizmi?
4. Valideynləriniz arasında bənna işləyən
varmı?
5. Sən gələcəkdə bənna olmaq istərdinmi?
6. Əgər bənna olsaydın, özün üçün tikəcəyin
evə nəyi əlavə edərdin? (regiondan asılı olaraq)
Toxucu peşəsinə dair:
1. Toxucu kimlərə deyilir?
2. Qədim toxucularla indikilər arasında fərq
varmı?
3. Toxuculuq fabrikində olmusanmı?
4. Kimin valideyni toxucu işləyir?
5. Parça toxuyanların xalça toxuyanlardan
fərqi barədə nə deyə bilərsiniz?
|