Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə236/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   232   233   234   235   236   237   238   239   ...   321
Sement verin, 
Beton tökün, 
qaçırmayın Kürü gözdən. 
Bir an belə buraxmayaq 
cilovunu əlimizdən. 
Etibarsız dostlar kimi 


476 
Фирузя Мяммядли 
oynamasın bizimlə Kür. 
Görürsənmi, o bulanır, o hirslənir, 
o döyünür. 
Qurğumuzu uçurmasın. 
Qayaları sökün! Sökün! 
Sement verin! 
Beton tökün! 
Göründüyü kimi iş prosesinin əmək rejimi 
son üç misrada əmr cümlələri ilə – görülən nəhəng 
işin səs-küyü, təntənəsi, əzəməti və ağır zəhmət 
tələbi ilə bitir. Bütün bu nəhəng əməliyyat 
«Qayaları sökün. Sökün». Misrasındakı yüksək 
tonla bağlanır ki, bu da ekskovatorun iş prosesi 
barədə alletrasiya yolu ilə aydın lövhə yaradır. 
«Qaya sökmək», yerin bağrını sökmək, bünövrə 
qazmaq, dərin kanallar, geniş arxlar açmaq, suyu 
suya calamaq, susuz səhralara həyat gətirmək və s. 
kimi xeyirxah işlər bir zamanlar şərq əfsanələrində 
Fərhad simvolu üzərində cəmləşən işıqlı arzular, 
ümidlər bu gün ekskovatorun dəmir qollarına 
yönəldilmişdir. Ekskovator – əmək alətidir. Onu 
hərəkətə gətirən qüvvə isə insan əlindədir, 
«ekskovatorçu» peşəsinin əmək simfoniyası onun 
yarandığı gündən yazılmaqdadır. Bu peşə öz 
sirrlərini aça-aça, öz imkanlarını genişləndirə-ge-
nişləndirə, öz ustalığını artıra-artıra müasir 
dövrümüzün təmir-tikinti sənayesində ən irəlidə 
gedən texniki vasitə, ən ideal texniki təminat üçün 
həyat vəsiqəsidir. 


477 
Сечилмиш ясярляри 
lX 
46 nömrəli çalışmada «ovçuluq» barədə 
söhbət gedir. Mətnin məzmunundan çıxış edərək bu 
peşə barədə uşaqlara aşağıdakıları çatdırmaq 
faydalıdır: 
«Ovçuluq» - lap qədim peşələrdən olub, 
ibtidai 
icma 
quruluşunda 
insanların başlıca 
məşğuliyyəti və həyat uğrunda yeganə mübarizə 
yolu hesab edilirdi. Belə ki, cəmiyyətin güclü qüv-
vələri – kişilər qəbilənin yedizdirib doyuzdurulması 
qeydinə qalmalı və bundan ötrü də ətini yemək 
mümkün olan istənilən heyvanı ovlamalı olurdular. 
Əlbəttə, bir neçə «on»lardan ibarət qəbiləni 
yeməklə təmin etmək üçün iri heyvanların ovlan-
ması ovçuların qələbəsi və qəbilənin bayramı 
olurdu. Məsələn, vəhşi qaban, öküz, maral, ceyran, 
vəhşi camış, zubr və s. kimi heyvanların ovlanması 
kollektiv ovçular qrupu tərəfindən icra edilirdi. 
Zaman keçdikcə, ehtiyac və zəruriyyət özünə 
cürbəcür əmək alətləri və istehsal növləri icad 
etdikcə ovçuluq peşəsi insanların başlıca qidalanma 
imkanı funksiyasını itirib, uzun müddət ərzində 
əyləncə, əlavə məşğuliyyət, peşəkarlıq, asudə 
vaxtın təminatı, bir çox hallarda mənəvi tələbata 
çevrildi. Xüsusən feodalizm, kapitalizm ictimai 
quruluşunda çöl heyvanlarının kütləvi ovlanması 
bir çox hallarda nadir əti, dərisi, buynuzu, bəzən 
nadir sümüyü olan heyvanların yoxa çıxması ilə 
nəticələndi. 
Belə 
heyvanların, 
yəni 
kökü 
kəsilməkdə olan heyvanların qorunması, artırılması 


478 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin