Yaxşı biznes planı qurmağın 9 yolu
-
İşə bir xülasə hazırlamaqla başlayın. Yazdığınız xülasəyə işiniz haqqında açıqlayacı bir məlumatlandırma hissəsi, işinizdə təmin edəcəyiniz xidmətlər, işinizin qarşılaşacağı rəqabət, maliyyə vəziyyət analizi, işinizin hədəfləri, məqsədləri və digər əhəmiyyətli məlumatları qoymalısınız. İş planınızı hazırlayarkən bu xülasədəki məlumatları digər hissələrdə açıqlamalısınız.
-
Məqsədlərinizi, misyanızı və işiniz ilə bunlara necə çatmağı hədəflədiyinizi bildirin. Burada, vaxt keçdikcə işinizi harda görmək istədiyinizi də bildirə bilərsiniz. Müvəffəqiyyət açarı olaraq bu hədəflərə necə çatmağı planladığınızı və işinizin niyə xüsusi və digərlərindən fərqli olduğunu göstərməlisiniz.
-
İşinizin necə başlayacağını açıqlayın. İşinizi icra edəcək olan şəxslər haqqında məlumat verin, təcrübə və xüsusiyyətlərindən danışın. Başlanğıc xərclərinizi və işinizə başlamaq üçün nə qədər pula ehtiyacınız olduğunu qeyd edin.
-
İşinizin təklif edəcəyi xidmətləri müəyyən edin. Xidmətləriniz haqqında ətraflı məlumat verin və niyə sektorda bir fərqlilik yaradacağınızı qızılı formada qeyd edin.
-
İşinizin daxil olduğu bazarı müəyyən edin və işinizin bazarın hansı müəyyən bir seqmentinə xitab edəcəyini açıqlayın. Demoqrafik məlumatlardan faydalanın, işinizin qərargahı düşündüyünüz sahənin, alver vərdişlərindən bəhs edin. Anket və araşdırma işlərinizdə və bunların nəticələrindən danışın.
-
Rəqiblərinizdən necə bir addım qabaqda olduğunuzu göstərin, satış və marketinq planlarınızı, stratejilerinizi göstərin. Həmçinin, işiniz ilə əlaqədar planlaşdırılan kilometr daşlarını göstərən bir bölmə hazırlayın. Burda hansı tarixlərdə, nələri reallaşdırmağı planlaşdırdığınızı göstərin. Məsələn, açılış etməyi planlaşdırdığınız gün ilə kilometr daşlarına başlaya bilərsiniz.
-
İşinizin maliyyə planlarından bəhs edin. Bu hissədə, balans hesabatı, xeyir / ziyan analizinizi, pul vəsaitlərinin hərəkəti, avadanlıq siyahınızı, lazım olan sərmayələri, borc / kredit tələblərinizi, mənfəət və zərər vəziyyət analizinizi göstərməlisiniz. Həm də hesablamaları hansı ehtimalları nəzərə alaraq etdiyinizi da burada ifadə etməlisiniz.
-
Vergi qaytarmaları, icarə-lizinq müqavilələri, tədarükçü yazışmaları, müştərilər, iş yerinizdə işləyənlərinin CV-lərini və işiniz haqqında əhəmiyyətli sayıla biləcək, dəstəkləyici hər şeyi iş planınıza əlavə edin.
-
Bir baş səhifəsi hazırlayın, iş planınızın məzmununu göstərən cədvəli əlavə edin və bunu gözəl bir şəkildə təşkil edərək təhvil verin. Yazanda qırışan səhifələri düzəldin. Lap əvvəldən bir daha yoxlayın.
Müştəriləri necə cəlb edib və əldə saxlamaq olar?
Müştərini cəlb edib əldə saxlamağın çox yolları var. Bunun əsas sirri ondadır ki, öz biznesiniz haqqında məlumatı çox insanlara yaymalısan. İnformasiyanı necə yaymaq olar? Bunun üçün çoxdan tanınan üsulları istifadə edə bilərsən, hansılar ki, çox effekli deyiller, lakin ucuzdurlar. Sizin tanınmanız üçün nə etməliyik? Elanlar vurun. Bu asan və pulsuzdur. Lakin bu metodun kifayət qədər çatışmazdıqları var. Birincisi hər adam elanları oxumur. İkincisi bu elanlar əsasən kirayə mənzillər və s. kimi şeylərdə işlənir. Və bu da müştərinin şirkətə olan potensialını azalda bilə rki, elanları dirəklərdə gəzir. Əgər şirkətin yaxşı adı və istehlakçıları varsa, onda bu metod onlara uygun deyil.
Tanış vasitəsi ilə özünüz haqqında məlumat verin. İşçilərinizdən, dostlarınızdan, ailə üzvlərindən və digər tanışlarınızdan sizin biznes haqqında digərlərinə məlumat vermələrini xahiş edin. Bu üsulun iki müsbət tərəfi var. Birincisi bunu etmək asan və tezdir. İkincisi isə müştəri ona məsləhət verən insanı tanıyır və güvənir. Ona gorə o buna müsbət yaxınlaşıb sizinlə əlaqə quracaqdır. Əlbəttə ki, bu üsulu əsas kimi istifadə etmək olmaz, lakin əlavə olaraq çox yaxşıdır.
Vərəqələr. Onlara parlaq bəzək düşünün, üstlərində ünvanı, əlaqə nömrələrini və əsas informasiyaları qeyd edib çap edin. Onları yaymaq üçün fantaziyanızı işlədin. Onları küçədə paylaya bilərsiz, poçt qutularına ata bilərsiz və ya mağazalara, mənzillərə paylaya bilərsiniz. Bu daha bahalı yoldur ancaq işə yarayır. Bu üsulların böyük mənfi cəhətləri odur ki, onlar peşakar deyillər. Vərəqdəki elanlar müştəriyə güvən qazandırmır. Bu elə çıxır ki, "hər şeyin ucuz olması o deməkdir ki, şirkətin pulu yoxdur, yəni onlar müştərini aldadırlar və keyfiyyətsiz mal satırlar". Biznesmeni "zəngin" müştərilər maraqlandırır, müştərini isə "zəngin" biznes. Pul güvəndir. Bu güvən də sizin müştəriləri sizin şirkətə cəlb edəcəkdir.
İndi isə gəlin bu hissləri yaşadan üsullara keçək. Bu daha səmərəlidir, həm də bahalı. Dövrümüzdə reklam məhsulu təşviq etməyin ən yaxşı yoludur. Öz müraciətlərinizi hər yerdə edə bilərsiz- televiziya, radio, internet, radio, eləcə də billboard, bannerlər. Siz istədiyiniz ölçünü, rəngi, stili seçə bilərsiniz. Reklamın faydaları da odur ki, bütün büdcələrə uyğundur. Onun məqsədləri hansılardır. Niyə bu iş üçün çox lazımdır?
Reklam məlumatlandırır. O sizin məhsulunuzun üstün keyfiyətlərini tətbiqini və təsvirini bildirir.
Reklam xatırladır. Reklam müştərilərin sizin məhsulunuzu unutmağa qoymur. Əlbəttə, reklam vərəqələrinin paylanması kimi səthi deyil. Sizin məhsul və ya xidmət haqqında məlumatların yayılması ciddi və mürəkkəbdir. Bundan başqa yaxşı reklamın kiçik detalları var; diqqətlə seçilmiş reklamçı onun məzmunu, zamanı və məkanına önəm verir. Əlbəttə yaxşı reklam agentliyi sizin üçün professional və effektiv bir reklam düzəldə bilər, lakin bu gənc şirkətlər üçün bahalıdır.
Bələ ki, bütün dünyaya siz özünüzü tanıtdınız. Bəs müştəriləri cəlb edib əldə saxlamaq üçün nə etmək lazımdır? Bu suala cavab vermək üçün mən sizə aşağıdakı hekayəni oxumağı məsləhət görürəm.
"Biz sahildə yerləşən bir oteldə istirahət etməyə getmişdik. Axşam biz barda oturmağa getdik. İlk iki dəqiqədə barmen bizə yaxınlaşdı, bizim istəklərimizlə maraqlandı və bir neçə dəqiqəyə bizə orijinal kokteyl gətirdi. Ancaq o bizdən pul almadı və biz buna cox təəccübləndik. Bundan sonra hər axşam biz onunla nəsə içməyə getdik əlbəttə pulla". Barmen nə qazandı? O hörmət qazanaraq müştəriləri hər dəfəsində yanına çəkməyi bacardı. Bu üsul insanları cəlb edib əldə saxlamağı bacarır.
Müştərini həvəsləndirmək bu müştəriləri cəlb etməyə yönəlmiş hiyləli bir üsuldur. Nümunə, müştərilərə pulsuz nümünələr paylanmasıdır. Nümünələri mağazalarda, poçtda və ya küçələrdə paylamaq olar. Dequstasiya, müştərilərə məhsulla tanış olmaq imkanı verir. Məsələn, sizin əgər idman klubunuz varsa, ilk dərsi pulsuz və ya endirimlə ziyarət etmək imkanı yaradın. Əgər müştəri razı qalarsa onda dəvam edəcəkdir. Nümayişi, potensial müştərilərin məhsul xüsusiyyətləri və ya satış xidmətlərin prinsipi ilə yerində nümayiş etdirmək imkanı verir. Və bir neçə tövsiyələr.
Sadiq müştərilər: Təkrar müştəriləri təşviq etmək çox yaxşı təcrübədir. Əsas da bu restoranlara, kafelərə, gözəllik salonlarına saunalara və s. aiddir.
Nəzakət: Sizin məhsulunuz nə qədərdə yaxşı olsa da siz müştəriyə hörmətsiz davransanız onu itirərsiniz. Ona görə işciləri yaxşı seçin.
Yekunlaşdıraq. Müştərini eyni vaxtdaa iki yolla cəlb etmək mümkündür; onlara çoxlu məlumat vermək və sərfəli təkliflər etmək. Sizin seçdiyiniz metodlar sizin büdcənizdən asılıdır. Unutmayın ki, əgər sizin imkanlarınız varsa, onda bu üsulların hamısından istifadə edin. İnanın ki, nə qədər xərc çıxsa, o qədər də bəhrəsini görəcəksiniz.
Qeyd: Bu yazılar www.allmag.az saytında olan məqalələr əsasında hazırlanıb.
Dostları ilə paylaş: |