Фирузя Мяммядли
verməkdən az əhəmiyyət kəsb etmir. Adamların
sağlamlığı və iş qabiliyyəti son nəticədə hazırlan-
mış qidanın keyfiyyətindən də asılıdır. Aşbaz
insanların sağlamlığı uğrunda mübarizə aparanlara
həmişə kömək edən peşə sahiblərindən biridir.
Harada adamlar yaşayır, işləyir, dincəlir, orada
aşbaz da lazımdır. Onlar zavod və fabriklərin
yeməkxanalarında,
ekspedisiyalarda
və
dəniz
kəşfiyyatlarında,
dəmir
yol
vağzallarının
restoranlarında işləyir. Bir sözlə, aşbazlıq – kütləvi
peşədir.»
Bu söhbət zamanı müəllimin çörəyə qayğıkeş
münasibət məsələsinə yeri gəlmişkən, toxunması
əlbəttə ki, işin xeyrinədir.
Bu söhbətdən sonra yaxşı olar ki, müəllim 77
nömrəli çalışmada çörək haqqında verilmiş mətni
imla yazdırsın. Mətni olduğu kimi verməyi lazım
bilirik: «Çörək əsas qida məhsuludur. O, müxtəlif
peşələrdə çalışan milyonlarla adamın əməyinin
bəhrəsidir. Çörəyi həmişə əziz tutmaq lazımdır.
Kim quru çörək tikəsini atırsa, insana yaraşmayan
nalayiq hərəkət edir. Boyat çörəkdən də dadlı
yeməklər hazırlamaq mümkündür».
«Köhnəlmiş
sözlər
və
neologizmlər»
mövzusu üzrə verilmiş 82 nömrəli çalışmada kənd
təsərrüfatı sahəsində keçmiş istehsal vasitələri
barədə danışılır. Çalışmanın linqvistik təhlilindən
sonra vaxtilə əkinçilik peşəsində işlədilmiş bu
alətlərin bugün yararsızlığı, bunları əvəz edən
447
Сечилмиш ясярляри
lX
texnikanın böyük üstünlükləri, əkinçilik peşəsinin
bütövlükdə taxılçılıq təsərrüfatları ilə əvəzlənməsi
bu təsərrüfatda zəruri olan
traktorçuluq, kom-
baynçılıq,
slesar-çilingər
peşələri
barədə
danışmaq münasibdir.
Bu
söhbətin
davamı
kimi
Uşinskidən
aşağıdakı parçanı imla yazdırmaq faydalı olar:
«Eyni dəmir parçasından bir vaxtda, eyni
emalatxanada iki kotan düzəltdilər. Bunlardan biri
əkinçinin əlinə düşdü və dərhal işə salındı. Digəri
dükanda istifadəsiz qaldı. Bir müddətdən sonra hər
iki kotan görüşdü. Əkinçidəki kotan gün kimi parıl-
dayırdı. Dükandakı isə tamam pas atmışdı.
– Söylə görüm, niyə parıldayırsan? – deyə
paslı kotan o birisindən soruşdu.
– Zəhmətdən, mənim əzizim, - deyə o biri
kotan cavab verdi.»
Bəli, iş göyrməyənlər pas atır, xarab olurlar.
İş görənlər isə daha da parıldayırlar.
V sinif «Azərbaycan dili» kursunun məğzini
«Morfologiya» təşkil edir. Məlum olduğu kimi,
morfologiya «sözün tərkibi» və «nitq hissələri»
kimi iki mühüm qrammatik normalaşmanın
linqvistik şərhini əhatə edir. Lakin dərslikdə bunun
«Nitq hissələri» bölməsinin tədrisi nəzərdə
tutulmuşdur. «Nitq hissələri» bəhsi aşağı sinifdə
keçilənlərin bir qədər geniş və daha dərin elmi
əsaslandırması ilə verilir. Burada «İsim», «Sifət»,
|