441
Сечилмиш ясярляри
lX
haqqında da ümumi məlumat alır, hətta yenilikçi
müəllimlər öz şagirdləri ilə birgə rayonun təsərrüfat
işlərinə də kömək edir.
Nəzəri cəhətdən öyrəndiyi
materialı təcrübədə sınaqdan keçirir. Beləliklə,
müəllimin təcrübəsi artır.
Peşələr və qabaqcıl, nümunə ola biləcək peşə
adamları barədəki zəngin məlumatı müəllimin dərs
prosesində peşəyönümü ilə bağlı aparacaq işinin
səmərəliliyini artırır və müsbət nəticə üçün zəmanət
verir.
Ayrı-ayrı
fənlərin
tədrisi
prosesinin
çoxcəhətli spesifik xüsusiyyətləri müəllimdən hər
fənnin özünəməxsus istiqamət götürməyi tələb edir.
Belə ki, «Azərbaycan dili»
üzrə yeni dərsə
hazırlaşarkən müəllim mövzunun xüsusiyyətini,
çalışmaların peşə məlumatı imkanını nəzərə alaraq,
özü üçün plan tərtib etməlidir. Lazım gələrsə,
haqqında məlumat veriləsi peşələrlə bağlı sənaye
və kənd təsərrüfatı sahələri, eləcə də məktəblərarası
tədris-istehsalat kombinatları ilə əlaqə saxlamalıdır.
Tutduğu plana müvafiq olaraq,
təlim prosesində
peşəyönümünə dair nəzərdə tutduğu tədbirləri
həyata keçirməlidir.
Şagirdlərin
peşəyönümü
işinin
müvəffəqiyyətlə
təşkil
olunmasında
pedaqoji
kollektiv üzvlərinin bir-birinə münasibəti əsas
cəhətlərdən biridir. Məktəblərdə bu işin yaxşı təşkil
olunması üçün fənn müəllimləri,
sinif rəhbərləri
məktəbin,
ailənin
və
ictimaiyyətin
səyini
birləşdirməlidir. Şagirdlərin peşə seçməyə hazırlıq