453
Сечилмиш ясярляри
lX
estetikanın əsaslarını, rəsmxətti,
texnoloji prosesləri
bilməyi tələb edir.
«Sürücü» peşəsi barədə IV sinif «Azərbaycan
dili» kursunun tədrisi ilə bağlı söhbət aparılsa da, V
sinifdə peşəyönümünə hazırlıq işi daha konkret və
daha dəqiq təsəvvür tələb etdiyini nəzərə alaraq,
burada həmin peşə barəsində yenidən söhbət açmaq
və şagirdlərə aşağıdakıları çatdırmaq faydalı olar:
Sürücülük peşəsi çətin və mürəkkəb
mexanizmin idarəetmə prosesi ilə bağlı olaraq,
ayıqlıq, sayıqlıq, diqqət və texnikaya qayğıkeş
münasibət tələb edir.
Sürücü avtomobili idarə et-
məyi, hərəkət şəraitini və idarə etdiyi avtomobilin
texniki vəziyyətini qiymətləndirməyi, yük, yaxud
sərnişin daşınması ilə əlaqədar tapşırıqların
yerinə
yetirilməsi üçün düzgün qərar qəbul etməyi
bacarmalıdır.
Avtomobili idarə edən sürücünün vəzifəsi
nəqliyyat
işinin
icra
edilməsi,
hərəkətin
təhlükəsizliyinin təmin olunması ilə əlaqədar bir
sıra tədbirləri ardıcıl yerinə yetirməkdən ibarətdir.
Sürücü diqqətli olmalı, yaxşı
görməli və
eşitməli, rəngləri aydın seçməli, məsafəni və sürəti
gözəyarı, səs gələn yeri isə düzgün təyin etməyi
bacarmalıdır.
Avtomobil nəqliyyatında sürücüyə əmək
haqqı onun ixtisas dərəcəsinə,
görülmüş işlərin
kəmiyyət və keyfiyyətinə, sərf olunmuş vaxta,
habelə tapşırılmış işin mürəkkəbliyinə müvafiq