Фирузя Мяммядли
Avtomobil çilingəri bütün markalardan olan
avtomobilləri müstəqil idarə etməyi, onları söküb-
yığmağı, maşının nasazlığını dərhal hiss etməyi,
onu aradan qaldırmaq üçün tədbirlər görməyi
bacarmalıdır.
Avtomobil
çilingərinin
fizika
və
riyaziyyatdan elementar biliyi olmalı, o, ixtisası ilə
əlaqədar müntəzəm olaraq, müvafiq ədəbiyyatı
mütaliə etməli, texnikanın ən yeni nailiyyətini işdə
tətbiq etməyi bacarmalı, robot texnikasını idarə edə
bilmək üçün kompüterlə işləməyi öyrənməlidir.
Avtomobil çilingəri diqqətli olmalı, daim
təhlükəsizlik
texnikasına
əməl
etməlidir.
Avtomobil çilingəri əsasən avtomobil nəqliyyatı
müəssisələrində, maşınqayırma zavodlarında, təmir
emalatxanalarında işləyir və iş yerində xüsusi
geyimlə təmin olunur.
Avtomobil çilingəri peşəsinə texniki peşə
məktəblərində yiyələnmək olar. (məktəblərarası
tədris-istehsalat kombinatlarında da həmin peşə
öyrədilir). Sonralar təhsilini davam etdirmək
istəyənlər politexnik texnikumlara, politexnik
institutlara daxil ola bilər.
«Rabitəçi» peşələri çoxcəhətli olub, bir neçə
istiqamətdə fəaliyyət göstərir. Buraya rabitə
operatoru, teleqrafçı operator, telefonçu və s.
daxildir.
«Teleqrafçı-operator» peşəsi:
451
Сечилмиш ясярляри
lX
Bu sahənin özü də müxtəlif ixtisaslara
qollanır: teleqrafçı, teleqram paylayan, teleqrafın
təmiri üzrə çilingər, teleqraf elektromantyoru. Bu
ixtisasların hər birinin öz iş xüsusiyyətləri,
vəzifələri vardır. Teleqrafçı – operatorun vəzifəsi
teleqramların tərtibi, ötürülməsi, qəbulu, şifrənin
açılması, xüsusi blanka köçürülməsi və ünvanın
dəqiqləşdirilməsi kimi məsələləri əhatə edir.
Teleqrafçı-operator peşəsinə tədris-istehsalat
kombinatlarında 3-cü dərəcənin alınması, texniki
peşə
məktəblərində,
rabitə
texnikumunda,
M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya
İnstitutunda yiyələnmək olar.
Bununla belə, hal kateqoriyasının tədrisi ilə
əlaqədar bizim problemin işinə müsbət təsir edə
biləcək bir neçə çalışmaya təsadüf etdik. 178, 179,
180 nömrəli çalışmalarda «çoban», «usta»,
«sürücü», «pambıq», «taxıl», «maşın» sözlərinin
ehtiva etdiyi peşə və məhsullar barədə söhbət
aparmaq olar.
«İsmin quruluşca növləri» mövzusunun da
peşəyönümü işi aparmaq imkanları genişdir. Belə
ki, sadə, mürəkkəb və düzəltmə isimlərə çəkilən
nümunələr sırasında istehsal vasitələri, müxtəlif
peşə sahibləri ifadəçiləri və peşə adlarının söz ya-
radıcılığı yolu ilə müəyyən formula düşmüş
nümunələrini misal gətirmək və lazım gələrsə, bu
barədə danışmaq olar. Məsələn, «gəmi», «traktor»,
«xarrat», «tokar» və s. kimi istehsal vasitələri və
|