422
Фирузя Мяммядли
241 nömrəli çalışmada verilmiş «Uşaqlar
radioda dəniz neftçilərinin həyatına aid söhbətə
qulaq asdılar» cümləsindəki «neftçi» sözünün məna
açımı uşaqlara çatdırıldıqdan sonra ölkəmizin neft
sənayesi, bu sahədə respublikamızın mövqeyi, nef-
tin böyük sənaye
və təsərrüfat əhəmiyyəti, Böyük
Vətən müharibəsi illərində Bakı neftinə uzanmaq
istəyən yırtıcı əllər, Bakı neftinin tarixi
qələbəmizdəki rolu, vətənin xilası
naminə orada
gecə-gündüz işləyib, alın təri axıdan qəhrəman
neftçilərimiz, ailəliklə neftçıxarma sahəsində
işləyən
neftçi
sülalələri,
Sosialist
Əməyi
Qəhrəmanları, vaxtilə dünyanın səkkizinci mö-
cüzəsi kimi qarşılanmış dəniz şəhəri – Neft daşları
və s. barədə ətraflı
məlumat vermək, neftçi olmaq
üçün neft texnikumu, texniki peşə məktəbi, neft
sənayesi sahəsində yüksək
ixtisas qazanmaq üçün
institut – Neft və Kimya institutunun mövcudluğu
haqqında danışmaq olar.
«Samit səslərin növləri» mövzusu üzrə
verilmiş 246 nömrəli çalışmada təklif olunur ki,
şagirdlər bildikləri nəqliyyat vasitələrinin adlarını
yazıb, oradakı samit səsləri təhlil eləsinlər. Buryaya
əlbəttə ki, kənd təsərrüfatı maşınları – traktor, kom-
bayn, kultivator və s. əlavə etmək və bunlardakı
samit səslərin təhlilindən sonra bu maşınlardan
istifadə
sahəsi,
həmçinin
«traktorçu»,
«kombaynçı», «mexanizator»
peşələri barədə da-
nışmaq olar.