Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə210/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   206   207   208   209   210   211   212   213   ...   321
Сечилмиш ясярляри 
lX 
isə hər yerə – evlərə, küçələrə, idarə və 
müəssisələrə, uşaq bağçalarına və məktəblərə 
işıqçəkən əli ilə, mantyor barmaqlarının sehri ilə 
yol açır. Görün mantyorluq nə qədər işıqlı bir 
peşədir. Bir evə işıq çəkilir – ona deyirlər: «Ömrün 
işıqlı olsun!» Yüz evə işıq süzülür; yüz ağızdan bir 
ünvana dilək eşidilir: «Ömrü işıqlı olsun!» 
Bu peşə böyük ustalıq, bacarıq, qabiliyyət, 
son dərəcə həssaslıq tələb edən, başqasının həyatını 
işıqlandırmaq naminə, hətta fədakarlığa belə aparan 
bir sənətdir. Buna görə də mantyorluq peşəsinin 
sirlərini dərindən öyrənmək, bu peşəyə yiyələnmək 
üçün xüsusi təhsil müəssisələri – peşə məktəbləri, 
texnikumlar vardır. 
«Sürücü» peşəsi barədə: 
«Vaxt var idi – insanlar uzaq-uzaq ölkələrə, 
iqlim-iqlim məkanlara səfərə çıxır və buna aylarla, 
bəzən illərlə vaxt sərf edirdi. Əgər yadınızdadırsa, 
bizim nağıllarımızın çoxunda belədir: nağıl 
qəhrəmanları – cavan oğlanlar, ağsaqqal kişilər, 
dərvişlər üç ilin, yeddi ilin, doqquz ilin səfərinə 
çıxır, vədə tamam olana ancaq qayıdıb gələ 
bilirdilər. Uzaq səfərlərə sərf olunan ömür-gün ulu 
babaları səbirli, təmkinli və tədbirli etmişdi. Çünki, 
fərqi yoxdur, tələsdin-tələsmədin, birdən-birə qırx, 
əlli, yüz dəvə qoşulmuş ağır yüklü, ləng yerişli 
karvanın, öz yürüşü var. Mənzil vardı ki, iki aya 
gedilir, mənzil vardı ki, iki ilə də başa çatmırdı. 
Bəli, keçmişdə, lap qədim dövrlərdə insanlar bir 


420 
Фирузя Мяммядли 
yerdən başqa yerə gedərkən, minik kimi atdan, də-
vədən, öküzdən, eşşəkdən istifadə etmiş, iri 
dənizləri, çayları, gölləri qayıqla, yelkənli gəmilərlə 
üzüb keçmişlər. Kütləvi yürüşlərdə, köç zamanı 
istifadə olunan at arabasının da, öküz arabasının da, 
karvana qoşulan dəvələrin də, qayığın da, yelkənli 
gəminin də sürücüsü olmuş, kimsə adamları bir 
yerdən başqa yerə aparmaq kimi məsuliyyətli, bir 
çox hallarda isə təhlükəli bir işin ağırlığını 
çiyinlərində daşımışdır. Görürsünüzmü, sürücülük 
hardan başlayan, necə qədim bir peşədir! Bu gün 
biz sürücü deyəndə avtomobil sürücüsü, qatar 
sürücüsü, təyyarə sürücüsü və s. başa düşürük. Elm 
və texnikanın son nailiyyətlərindən yüksək sürət 
götürmüş bu nəhəng, ecazkar maşınlar bir cüt 
zəhmətkeş əlinin hökmünə tabe olur, bir cüt əlin 
hökmü ilə hərəkət edirlər. Hələ görün bu əllərə nə 
qədər insan həyatı tapşırılır. Bu əllər hər gün 
minlərlə həyatın xilaskarına çevrilir, minlərlə 
arzunu, istəyi, diləyi mənzilinə, məkanına 
qovuşdurur. Lakin əllərin iradəsinə tabe olan bu 
maşınlar sürücüdən bilik tələb edir. Maşınlar o 
əllərə etibar olunur ki, onların özləri də peşəsini, 
ixtisasını gözəl bilən bir beyinin, bir ağılın hökmü 
ilə işləsin. Belə olanda sürücü sərnişinlərin, 
sifarişçilərin əfsanəvi simurğuna çevrilir, müqəddəs 
Xızırına dönür. Axı, nağıllarımızdakı simurq quşu 
da, müdrik Xızır da insanları bir an içində, göz 
yumub-açan saatda bir mənzildən başqa mənzilə 


421 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin