Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə212/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   208   209   210   211   212   213   214   215   ...   321
Сечилмиш ясярляри 
lX 
247 nömrəli çalışmadakı «Mənim qardaşım 
zavodda işləyir» cümləsi üzrə peşəyönümü 
istiqamətində aşağıdakı sualla uşaqlara müraciət 
etmək məqsədəuyğundur. 
1. Kimin valideyni zavodda işləyirsə, əlini 
qaldırsın? 
Əgər məktəbin yerləşdiyi regionda zavod 
varsa, uşaqlara həmin zavodun işi, oradakı fəhlələr 
barədə danışmaq olar. 
Valideyni zavodda işləyən şagirdə tapşırmaq 
olar ki, valideyni ilə birgə zavoda getsin və orada 
gördüklərinə dair kiçik bir hekayə yazsın. Ola 
bilsin ki, şagird bu hekayəni yaza bilməsin. Onda 
ona kömək məqsədi ilə müəllim şifahi sorğu ilə şa-
girdi zavdda gördüklərini danışmağa vadar 
etməlidir. 
«Əlifba» mövzusu üzrə verilmiş 263 nömrəli 
çalışma şagirdlərə kənd təsərrüfatı məhsulları və 
kolxozçu əməyi barədə məlumat vermək üçün 
yaxşı material verir. Burada «traktor», «pambıq», 
«yığım», «tarla», «kolxozçular» sözlərinin yazılışı, 
məna açımı və yeri gəlmişkən, bunların kənd 
təsərrüfatı 
sahəsinə, 
kəndli 
əməyinə 
olan 
münasibəti barədə ətraflı danışmaq imkanı vardır. 
«Traktor» sözünün kənd təsərrüfatı sahəsinə 
aid istehsal vasitələrindən olduğunu, traktorun 
meydana çıxdığı ilk illərdə insanların bu əcaib-
qəraib maşına münasibətini, bu illərin kol-
lektivləşmə, kooperativ təsərrüfatı dövrü ilə bir 


424 
Фирузя Мяммядли 
vaxta düşməsi, traktorun aqrar sənayemizdəki yeri, 
ölkəmizdə 
maddi 
nemətlər 
bolluğunun 
yaradılmasında onun rolu barədə lirik, bir qədər də 
pafoslu bir üslubda danışmaq, kollektivləşmə 
illərinə həsr olunmuş kino-filmləri uşaqların yadına 
salaraq orada traktorun ilk nümunələrinin 
çəkildiyini, bu günə kimi onun xarici formasının və 
mexanizminin ciddi surətdə təkmilləşdirildiyini 
onlara başa salmaq lazımdır. 
Bu mövzunun davamı kimi növbəti 
«Azərbaycan dili» dərsində «traktorçu» peşəsi 
barəsində ətraflı məlumat vermək imkanı yaranmış 
olur. 
267 nömrəli çalışma üzrə şagirdlərlə əmək 
tərbiyəsi istiqamətində söhbət aparmaq, onların 
kənd təsərrüfatı bitkiləri və heyvandarlığa dair 
təsəvvürlərinin zənginləşdirilməsinə kömək etmək 
olar. 
«Leksika» bölməsində söz və onun məna 
xüsusiyyətləri haqqında məlumat verilir. Sözün 
leksik mənası – onun ifadə etdiyi ilkin, başlanğıc 
mənadır. Bu bölməyə «sözlərin çoxmənalılığı», 
«omonimlər», «sinonimlər» və «antonimlər»də 
daxil edilmişdir. Bu, belə də olmalıdır, çünki dil 
yaruslarında ilkin və başlanğıc qat kimi Leksika 
(söz) bölməsi qalan bütün yaruslar üçün əsas və 
bünövrədir. Əks halda, «sözsüz», leksik material-
dan məhrum dilçilik tədqiqatı ola bilməzdi. 
Semantik cəhət, məcazlaşma söz materialının daxili 


425 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin