Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə205/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   201   202   203   204   205   206   207   208   ...   321
Сечилмиш ясярляри 
lX 
dirik. Orada buzovlara həvəslə qulluq edirik. İndi 
kəndimiz çox böyüyüb. Onun bəzi küçələrinə asfalt 
döşənib. Kolxozçular şəxsi təsərrüfatlarında mal-
qara saxlayırlar. Biz həyətimizdəki buzovlara da 
yaxşı qulluq edirik.» 
Təyin
əşyanın 
əlamət, keyfiyyət və 
kəmiyyətinin müəyyənləşdirilməsinə xidmət edir. 
Necə? Nə cür? Hansı? Neçə? Neçənci? suallarına 
cavab olur. «Təyin» mövzusu üzrə verilmiş 161 
nömrəli çalışmada 
inĢaatçı, bənna
peşələrinə dair 
məlumat vermək olar. «İnşaatçılar böyük binalar 
tikirlər» cümləsində «böyük binalar»ın tikilməsinə 
sərf olunan tikinti materialları, insan əməyi, 
cürbəcür vəsait haqqında məlumat vermək müm-
kündür. Şagirdləri başa salmaq lazımdır ki, 
«inşaatçı» - tikinti işi ilə məşğul olanlara deyilir. 
Buraya mühəndis də, prorab da, fəhlə də, bənna da, 
dülgər də daxildir. Ümumiyyətlə tikinti işinin 
aparılması bu kadrların hər birindən eyni dərəcədə 
asılıdır. Bunlardan biri çatışmazsa, və ya öz işini 
yarıtmaz görərsə, bu, işin gedişatında əvvəldən-
axıra özünü göstərəcəkdir. İnşaat işi təkcə yaşayış 
binalarının tikilişilə deyil, idarə və müəssisələrin, 
məktəb və uşaq bağçalarının, fabrik və zavodların, 
körpülərin, strateji hasarların, SES-in və s. tikilişinə 
də aiddir. Hər bir sahənin öz ixtisaslı mühəndis-
arxitektor kadrları və işçi qüvvəsi olur. İnşaat 
sahəsi üçün kadrlar texniki-peşə məktəblərində, 
orta ixtisas təhsili məktəblərində və ali məktəblərdə 


410 
Фирузя Мяммядли 
hazırlanır. Ölkəmizdə inşaatçı peşələri üzrə kadr 
hazırlığı işinə böyük diqqət və qayğı göstərilir. 
Onların yüksək əmək haqqı ala bilməsi, tez bir 
zamanda mənzillə təmin olunması, inşaatçı 
ailələrinin istirahəti, uşaqlarının tərbiyəsi və 
oxuması üçün hər cür şərait yaradılmışdır. 
Fəhlələrin təhsillərini qiyabi davam etdirməsi, 
ustalıq dərəcələrini artıra bilməsi üçün daim qayğı 
göstərilir. Əlbəttə, ola bilsin aranızda bənna olmaq 
istəyənləriniz, dülgərlik peşəsini seçənləriniz 
olacaq. Bu şərəfli peşələrdən qorxub çəkilmək 
lazım deyil. Bilməlisiniz ki, yer üzərində qurub-
yaratmaqdan gözəl iş yoxdur. Ulu babalarımızın 
əlləri ilə tikilib, əsrləri adlayırıq, bugünə gəlib 
çıxan əzəmətli qalalarımız və qurucularının, onu 
tikənlərin ölməzliyi, dünya durduqca yaşarılıq 
simvolu olub, hər birimiz tərəfindən şan-şöhrət 
rəmzi kimi hörmətlə, iftixarla xatırlanır. Bir çox 
kolxozlar, kino-teatr binaları, stansiyalar, səadət 
sarayları belə adamların adı ilə adlandırılır. 
162 nömrəli çalışmada verilmiş şəklə 
baxaraq, mətn tərtib etmək təklif olunur. Şəkildə 
kolxoz tarlası və tərəvəz məhsulu toplayan 
məktəblilər təsvir olunmuşdur. Tapşırığı icra etdir-
məzdən əvvəl məktəblilərin kolxoz, sovxoz, fabrik 
və 
zavodlara 
köməyi, 
onların 
əməyinin 
qiymətləndirilməsi, şagird istehsalat briqadaları, 
şagirdlərin buradakı əməyinin xarakteri və 
nəticələri barədə müəllimin məlumat verməsi 


411 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin