Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə201/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   197   198   199   200   201   202   203   204   ...   321
Сечилмиш ясярляри 
lX 
səbəb və nəticələri maraqlandıracaq. Burada isə 
«pambıqçı», «kolxozçu», «fəhlə» peşələrinə dair 
söhbətlər üçün özül yaranmış olacaqdır. Əlbəttə, bu 
söhbətlərin heç birində dərsin əsas məqsədi bir an 
belə yaddan çıxarılmamalı, demək olar ki, hər 
mətndən, hər cümlədən sonra qrammatik sorğu 
keçirilməlidir. 
Bu mövzu üzrə sərbəst yazıların aparılmasına 
da geniş imkanlar vardır. 129 nömrəli çalışma 
məhz belə bir məqsəd daşıyır. Burada «Yaşıllığın 
dostları», «Yaşıllığı qoruyun» mövzusunda kiçik 
bir hekayə yazmaq təklif olunur. Aşağıda isə həmin 
mövzularda yazılacaq mətndə işlənəsi feillər 
verilmişdir. Bu əməliyyat zamanı şagirdlərin bütün 
diqqəti mövzunun işlənməsinə cəlb olunacağından 
ola bilsin ki, mövzunun əmək tərbiyəsi 
istiqamətində mahiyyətinə varmasınlar. Buna görə 
də müəllim frontal yoxlama zamanı və ya bundan 
sonra uşaqların yazılarında müşahidə edəcəyi bu 
ştrixləri onlara izah etməlidir. Cümlə və onun 
növləri mövzuları üzrə 134 nömrəli çalışma xalq 
təsərrüfatının heyvandarlıq sahəsi üzrə şagirdlərdə 
peşə təsəvvürü yaratmaq imkanına malikdir. Bu 
çalışmanın icrasından sonra şagirdlərə atçılıq 
təsərrüfatları, atların insana köməyi, keçmişdə və 
indiki sosial-iqtisadi həyatımızdakı rolu barədə 
məlumat vermək, sual və nəqli cümlələr vasitəsilə 
atlar 
barədə 
onların 
fikrini 
öyrənmək, 
münasibətlərini aşkara çıxarmaq olar. 


404 
Фирузя Мяммядли 
«Cümlənin baş üzvləri» mövzusu sintaktik 
konstruksiyanın iki qütbü – mübtəda və xəbər 
barəsində ibtidai məlumat verir. Mübtədanın baş 
üzv kimi rolu, 
kim, nə
və 
hara
suallarına cavab 
verməsinə dair praktik məşğələlər üçün çalışmalar 
müəyyənləşdirilir. 
Ümumiyyətlə, 
mübtəda 
haqqında danışılan əşya və hadisələrin adını 
bildirdiyinə görə bu mövzunun tədrisi ən müxtəlif 
peşə adlarının şagirdlərə çatdırılması və bu peşələrə 
dair konkret məlumatların verilməsi üçün geniş 
imkanlara malikdir. Dərslikdə bu mövzular 
(mübtəda və xəbər) üzrə verilmiş 140, 143 nömrəli 
çalışmalarda traktorçu, mühəndis, inşaatçı, sürücü 
sözləri ilə bağlı peşəyönümü işi aparmaq olar. 
Cümlənin mübtədası yerində işlənilməklə bu sözlər 
həmin peşələrə yiyələnmiş şəxsi ifadə edir. Lakin 
müəllim söhbəti elə qura bilər ki, şagirdləri məhz 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin