Сечилмиш ясярляри
lX
3. Almaz mədəni barədə nə bilirsən?
4. Şüşə kəsən almaz nə üçün texniki almaz
adlanır?
Belə yazıların aparılması təkcə peşə
təsəvvüründə deyil, şagirddə yaradıcı təfəkkürün
inkişafında da müəyyən rol oynaya bilər. Əlbəttə,
mövzuların paylanmasından əvvəl müəllim hər bir
mövzuya dair izahat işi aparmalıdır.
«Sözün quruluşu» mövzusu üzrə verilmiş 31,
32, 35, 36 nömrəli çalışmalar xalq təsərrüfatının
sahələri, xüsusən kənd təsərrüfatı, bağçılıq üzrə
müxtəlif peşələr barədə məlumatlarla zəngindir.
Belə ki, 36 nömrəli çalışmada mürəkkəb sözlərin
seçilməsi tələb olunsa da, verilmiş mətnin
məzmunu şagirdlərin seçəcəyi mürəkkəb sözlərin
etimologiyasından bəhs edir. Bu sözlər isə başdan-
başa kənd təsərrüfatı məhsulları, quşçuluq və
meyvəçiliklə əlaqədar adlardan ibarətdir. Məsələn,
«böyürtkən»,
«qarğıdalı»,
«barama
qurdu»,
«günəbaxan», «şanapipik» sözlərinin etimologiyası
– mürəkkəb adların yaranma yolu barədə söhbət
eyni zamanda bu sözlərin ifadə etdikləri meyvə-tə-
rəvəz bitkiləri və quşlar haqqında da danışmağa
imkan verir. Lakin bu axırıncı şagirdləri dərsin əsas
məqsədindən yayındırmamalı, ikinci planda –
sözlərin mənaca izahı və həyatla əlaqəsi şəklində
aparılmalıdır.
Müəllim
«qarğıdalı»,
«günəbaxan»
bitkilərinin xüsusiyyəti və becərilməsinə dair ev
396
Фирузя Мяммядли
tapşırığı şəklində yazı işi: «baramaqurdu haqqında
bildikləriniz» mövzusunda şifahi sözbət apara bilər.
Nitq hissələrinin təkrarına həsr olunmuş
bölmədə isim, sifət, say, əvəzlik və feillərə dair
qaydalar xatırladılmış və praktik cəhətdən nəzəri
müəddaların möhkəmləndirilməsinə, həmçinin
tətbiqinə xidmət edən müxtəlif məzmunlu
çalışmalar verilmişdir.
Məlum olduğu kimi, nitq hissələri – oxşar
qrammatik əlamətlərinə görə qruplaşan sözlərə
deyilir. Bu mənada əşyanın adını bildirən «isim»
mövzusunda qrammatik cəhətdən eynicinsli olan
müxtəlif adlar, o cümlədən peşə adlarının isim ka-
teqoriyaları çərçivəsində linqvistik xüsusiyyətləri
öyrənilirsə, bu adın (peşə adının) özü-öz mahiyyəti
barədə məlumat verilməsi zəruriyyətini yaratmış
olacaqdır. Əlamət və keyfiyyətin ifadəsinə xidmət
edən sifətlər həmin adların – buraya təkcə peşə
adları deyil, həmçinin müxtəlif növlü sənaye və
kənd təsərrüfatı məhsullarının adları, istehsal
vasitələri və texniki alət adları da daxildir –
müxtəlif tərəflərdən zahiri və daxili imkanlarının
açılmasına, saylar kəmiyyət və sıra göstəricilərinin
müəyyənləşməsinə,
əvəzliklərin
mənsubiyyət
əlaqələrinin qurumuna və nəhayət feillər isə əmək
proseslərinin gedişatını izləməyə imkan verəcəkdir.
Elə buna görə də bu mövzuların tədrisi və ya
təkrarı zamanı dərsliyin verdiyi çərçivədə
məhdudlaşıb qalmaq lazım deyildir. Müəllim
|