398
Фирузя Мяммядли
işləyən fəhlələrin ağır, lakin çox şərəfli işi barədə
söhbət aparmaq zəruridir.
Dördüncü sinfin Azərbaycan dili kursu
«Sintaksis və durğu işarələri» bölməsindən
başlanır.
Dərslikdə olduğu kimi, «Sintaksis»
bölməsi söz birləşmələri, cümlə və onun növləri ki-
mi mövzuları əhatə edir. Söz birləşmələri – sözlərin
möhkəm leksik-qrammatik qanunları əsasında
birləşib, mürəkkəb məna, ifadə və nəhayət cümlə
əmələ gətirməsinə xidmət edir. Sözlərin məna və
qrammatik
cəhətdən
tabelilik
vəziyyətində
birləşməsi
sintaktik
konstruksiyanın
nitq
fəaliyyətindəki roluna məntiqi bütövlük, dolğunluq
verir. Fikrin konkret
və dəqiq ifadəsinə imkan
verir. Buna görə də nitq mədəniyyətinin inkişafında
«söz
birləşmələri»nin
möhkəm
qanunlarını
mənimsəmək çox faydalıdır. Məlumdur ki, insanın
hərtərəfli və ahəngdar inkişafında nitq, dil
normalarının ədəbi dil səviyyəsində qavrayışı
birinci yerdə duran məsələlərdəndir. Orta məktəb
həcmində dil normaları belə bir səviyyəyə nail
olmağa imkan verdiyindən, bunların aşağı
siniflərdən
macburi öyrədilməsi, nəzəri material-
ların praktik tətbiqinə imkan verən, həyati
problemlərlə, gənclərin peşə marağı
ilə daha çox
bağlı olan çalışmalarla möhkəmləndirilməsi
vacibdir.
«Söz birləşməsi» çox geniş anlayış olub,
idraki fəaliyyətimizin bütün sahələrini əhatə edir.