Фирузя Мяммядли
bölməsində şagirdlər sözlərin quruluşu – kök və şə-
kilçilər və nitq hissələri ilə tanış olurlar.
Sözün tərkibi, qrammatik söz qrupları barədə
biliyin uşaqların əmək tərbiyəsi və peşə təsəvvürü
ilə əlaqəsi ola bilərmi? Problemin elmi mahiyyəti
şagirdlərin mənəvi-əxlaqi tərbiyəsində nə kimi rola
malikdir? «Azərbaycan dili» (ikinci sinif)
dərsliyində bu məqsədə xidmət üçün imkan varmı?
Varsa, bu imkanlar nə dərəcədədir?
Bu məsələlərin aydınlaşdırılması və elmi
əsaslandırılması dərslikdə gedən materialların iki
istiqamətdə araşdırılması zəruriyyəti yaradır.
1) Elmi-nəzəri materialın peşə təsəvvürü,
əmək tərbiyəsi istiqamətində təhlili.
2) Praktik materialın peşə təsəvvürü, əmək
tərbiyəsi istiqamətində təhlili.
Bu iki istiqamət bir-birindən təcrid edilmiş
şəkildə araşdırılmayıb, bir-birini tamamlayır, biri o
birinə əsas, söykək olur.
Məsələn, «sözün tərkibi» mövzusu kök və
şəkilçi barədə uşaqlarda praktik dil vərdişi
yaratmaq məqsədi daşıyan nümunələr, çalışmalarla
zəngindir. Burada həyatın, məişət və təsərrüfat
sahələrinin ən müxtəlif anlamları ilə bağlı sözlər
vardır. Eyniköklü sözlər barədə nəzəri məlumatla
əlaqədar verilən 110, 111, 112№-li çalışmalarda
xalq təsərrüfatının ən müxtəlif sahələrinə dair əşya
və hadisələri bildirən sözlərin kök və şəkilçiyə
ayrılması tələb olunur. Təbii ki, müəllim eyniköklü
373
Сечилмиш ясярляри
lX
sözlər haqqında məlumatı əyani nümunələrlə
təqdim edəcək. Bu zaman «bağ», «su», «çay»,
«üzüm», «dağ» kökləri əsasında yaranan
bağban,
bağça, bağlı, sulu, dağlı, üzümlük, üzümçü, çayçı,
otlu, otlaq
və s. kimi sözlərin mənasının izahı və
kənd təsərrüfatı ilə bağlılığınının müxtəlif
yozumlarda şərhi vacibdir.
Kök və şəkilçi bölməsində isə uşaqları əmək
və onun nəticələri ilə bağlı anlayışların adları, iş,
hal, hərəkət, vəziyyət bildirən sözlər üzərində
işlətmək olar. Bu zaman işi elə qurmaq lazımdır ki,
adlardan əmələ gələn proses ifadəçiləri daha artıq
dərəcədə peşə və əmək prosesləri haqqında
informasiyaya malik sözlərdən ibarət olsun.
Burada, əlbəttə ki, şagirdin yaşadığı regionla bağlı
təsərrüfat, istehsalat anlamlı sözlərin seçilməsi
məsləhətdir. Belə ki, kənd təsərrüfatı, bağçılıq və
məişət əməyi ilə bağlı sözlərin verildiyi
çalışmalarda sözlərin kök və şəkilçiyə ayrılması və
tərkibinin təhlili tapşırılmışdır. Məktəbin yerləşdiyi
regiondan
və
yaxınlıqdakı
istehsalat
müəssisəsindən,
həmçinin
sinfin
valideyn
kontingentinin peşə üstünlüyündən asılı olaraq,
şagirdlərin müəyyən söz, onun quruluşu, mənası
üzərində daha çox işlətmək məsləhətdir. Məs. neft
sənayesi müəssisələrinin yaxınlığında yerləşən
yaşayış sahələrində, məlumdur ki, valideynlərin
əksər qismi neftlə bağlı işlərdə işləyəcəklər. Buna
görə də həmin regionda yerləşən məktəbdə «Kök
|