373
Сечилмиш ясярляри
lX
sözlər haqqında məlumatı
əyani nümunələrlə
təqdim edəcək. Bu zaman «bağ», «su», «çay»,
«üzüm», «dağ» kökləri əsasında yaranan
bağban,
bağça, bağlı, sulu, dağlı, üzümlük, üzümçü, çayçı,
otlu, otlaq
və s. kimi sözlərin mənasının izahı və
kənd təsərrüfatı ilə bağlılığınının müxtəlif
yozumlarda şərhi vacibdir.
Kök və şəkilçi bölməsində isə uşaqları əmək
və onun nəticələri ilə bağlı anlayışların adları, iş,
hal, hərəkət, vəziyyət
bildirən sözlər üzərində
işlətmək olar. Bu zaman işi elə qurmaq lazımdır ki,
adlardan əmələ gələn proses ifadəçiləri daha artıq
dərəcədə peşə və əmək prosesləri haqqında
informasiyaya malik sözlərdən ibarət olsun.
Burada, əlbəttə ki, şagirdin yaşadığı regionla bağlı
təsərrüfat, istehsalat anlamlı sözlərin seçilməsi
məsləhətdir. Belə ki, kənd təsərrüfatı, bağçılıq və
məişət əməyi ilə bağlı sözlərin verildiyi
çalışmalarda sözlərin kök və şəkilçiyə ayrılması və
tərkibinin təhlili tapşırılmışdır. Məktəbin yerləşdiyi
regiondan
və
yaxınlıqdakı
istehsalat
müəssisəsindən,
həmçinin
sinfin
valideyn
kontingentinin peşə üstünlüyündən asılı olaraq,
şagirdlərin
müəyyən söz, onun quruluşu, mənası
üzərində daha çox işlətmək məsləhətdir. Məs. neft
sənayesi müəssisələrinin yaxınlığında yerləşən
yaşayış
sahələrində, məlumdur ki, valideynlərin
əksər qismi neftlə bağlı işlərdə işləyəcəklər. Buna
görə də həmin regionda yerləşən məktəbdə «Kök