387
Сечилмиш ясярляри
lX
gedən nəzəri və praktik materialların
verdiyi
imkanlar
çərçivəsində
uşaqların
peşə
təsəvvürlərinin inkişaf etdirilməsi üçün burada
səmərəli iş aparmaq olar. 390, 391, 404, 414, 415,
421, 425, 444, 449, 454 nömrəli çalışmalar
məzmunca sənaye, kənd təsərrüfatı məhsulları
istehsalı üzrə peşələrə dair məlumat vermək,
şagirdləri ölkəmizin təbii sərvətlərinə,
fauna və
florasına, relyef xüsusiyyətlərinin qorunması
zəruriyyətinə hörmət və məhəbbət ruhunda tərbiyə
etmək üçün materialla zəngindir.
Məsələn, cümlə haqqında ilkin təsəvvürə
malik olan şagirdlərə 390 nömrəli çalışmada
verilmiş cümlələri müəyyənləşdirib, sonunda nöqtə
qoymaq və cümləni böyük hərflə başlamaq tələb
olunur.
Bu tələb əlbəttə, işin zahiri, formal
cəhətidir. Burada mətnin məzmununun açıqlanması
çox zəruridir. Şagirdlərə bədii parçadakı qartalın və
ilanın ölkəmizin heyvanlar aləmində yeri, ilan
zəhərinin tibbi-müalicəvi
əhəmiyyəti barədə məlu-
mat vermək, bunların qorunması üçün görülən
tədbirlər barədə danışmaq olar. Yeri gəlmişkən,
uşaqlara «Qırmızı kitab» barəsində məlumat
vermək və bunun dünya miqyaslı
rolundan bəhs
açmaq mümkündür.
Bu qəbildən olan 404, 415 nömrəli
çalışmaların icrasında da belə izahat işi tələb
olunur.