Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə193/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   189   190   191   192   193   194   195   196   ...   321
Фирузя Мяммядли 
391, 414, 421, 425, 449, 454 nömrəli 
çalışmalardakı mətnlər sənaye məhsulları və kənd 
təsərrüfatı istehsalı ilə bağlı məlumat vermək üçün 
əlverişli məzmuna malikdir. Məsələn, 454 nömrəli 
çalışmada qrammatik tələb ödəndikdən sonra, şa-
girdlərlə mətnin məzmunundan çıxış edərək 
kolxozçu, pambıq təsərrüfatı, rəngsaz, emalatxana, 
dülgər, bağban, bağ və s. peşə və təsərrüfat 
sahələrinə dair terminlərin mənasının izahı yolu ilə 
fəal, məqsədyönlü iş aparmaq olar. 
Dərsliyin sonunda, «il ərzində keçilənlərin 
təkrarı» bölməsində verilmiş 508 və 516 nömrəli 
çalışmalar da bizim problemə uyğun materiala 
malikdir. 
İbtidai təhsil sistemində dördüncü sinif 
natamam orta və orta təhsil sisteminə keçmə 
prosesinin məsul mərhələsidir. Bu mərhələdə 
şagirdlərin psixo-fizioloji inkişafında nəzərə çarpa-
caq iradi keyfiyyətlərin artması ilə həmahəng təlim 
prosesində 
pedaqoji 
tələblərin 
reallaşma 
istiqamətində yüksələn xətlə dəqiqləşdirilməsi 
müşahidə olunur. Təlim prosesində ayra-ayrı fən-
lərin tədrisinə verilən pedaqoji tələbkarlığın 
fənlərin məzmunu ilə əlaqələndirilməsi, şagirdlərin 
aktivləşdirilməsi və şüurlu mənimsənilmənin 
təmini üçün tətbiq olunan metodoloji üsullar, 
problem situasiyalar təcrübəli fənn müəllimləri 
tərəfindən üzvi surətdə əlaqələndirilir. Fənlərin 
tədrisində əmək tərbiyəsi və peşə təsəvvürlərinin 


389 
Сечилмиш ясярляри 
lX 
genişləndirilməsi işi bu mərhələdə ciddi şəkildə 
peşə seçməyə hazırlığın başlanğıc dövrü kimi sə-
ciyyələndirilə bilər. 
Dördüncü sinif ümumtəhsil fənlərinin ibtidai 
tədrisindən ümumi təsəvvür səviyyəsində bilik 
yaratma istiqamətindəki təlim işinin həyatla, 
istehsalatla, məhsuldar əməklə daha çox əlaqə-
ləndirilməsini tələb edir. Bu mənada, tədris işi 
şüurlu mənimsəmənin ən aktual formalarına 
əsaslandırılmalıdır. 
Amanaşvili, 
Nikolayev, 
Şerbakov və s. kimi təcrübəli müəllimlərin sovet 
pedaqogikasının son nailiyyətləri sayılan iş 
üsulunda təlimin sinif – dərs formasına verilən yeni 
tələblərin bir növ müasir insanın emosional – 
estetik hisslərinə motivləşdirildiyi məlumdur. Buna 
görə də tədris fənnlərinin məhsuldar əməklə, isteh-
salatla əlaqələndirilməsində yeni üsulların işlənib 
hazırlanması, nəzəri cəhətdən yüksək pedaqoji 
səviyyədə duran əsaslı müddəaların sınaqdan 
keçirilməsi vacib sayılmalıdır. 
Azərbaycan 
dilinin 
dördüncü 
sinif 
səviyyəsində nisbətən mürəkkəbləşdirilmiş nəzəri 
materiallarının tədrisi təbii ki, peşə seçmə imkanı 
verə bilməz. Belə ki, linvistik kateqoriyaların 
nəzəri cəhətdən öyrədilməsi şagirdə gələcəkdə hər 
hansı bir peşənin ustası olmaq deyil, seçdiyi 
peşənin savadlı və dövrünün elmi-texniki 
yenilikləri səviyyəsində durmağı bacaran mütəxəs-
sisi, ustası olmaq imkanı verir. Düzgün yazı və oxu 


390 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin