Фирузя Мяммядли
alətlərinə və əmək vərdişlərinə alışması, kollektiv
əmək proseslərində dağınıq işçi qüvvəsini bir
nöqtəyə istiqamətləndirmək, yorğunluğa üstün
gəlmək, müəyyən bir işə həvəs yaratmaq, ağır
zəhmətlə keçən vaxtı «sürətləndirmək» və sairəyə
xidmət etmişdir. Qədim əmək nəğmələrimizin,
holavarlarımızın, sayaçı mahnılarımızın oynaq
ritmi və intonasiya tutumu dediklərimizə sübutdur.
Qeyd etməliyik ki, birinci sinfin «Ana dili» kita-
bında «heca» mövzusu ilə əlaqədar verilən
nümunələr (xüsusən, çalışmalar) yuxarıdakı
məqsədə xidmət baxımından məqsədə müvafiq
deyildir.
«Sözlərdə bəzi samitlərin yazılışı» mövzusu
üzrə samit səslərin sözün əvvəlində, ortasında və
sonunda tələffüzü və yazılışı qaydalarına, eləcə də
sözdə qoşa samitlərin və ya müxtəlif samitlərin
yanaşı işlənməsi və bu zaman meydana çıxan tələf-
füz normalarının mənimsənilməsinə kömək edən
çalışmalar verilmişdir. Bu çalışmalarda kənd
təsərrüfatı və sənaye məhsulları, bunların istehsalı,
istehsal müəssisələri, məhsuldar qüvvələr və s.
barəsində şagirdlərin qavrama səviyyəsində müəl-
limin izahat işi aparması üçün geniş imkanlar
vardır. Çalışmaların icrası zamanı aşbazlıq işləri,
bunun məişət çərçivəsində təsviri üzrə söhbətlər
aparmaq, şagirdlərin maraq dairəsini evdə ana və
böyük
bacılarının
gördüyü
işlərə
istiqamətləndirmək, bu işlərin əhəmiyyətini izah
365
Сечилмиш ясярляри
lX
etməklə onları ev işlərində valideynlərə kömək
etməyə həvəsləndirmək olar.
Müxtəlif
ideya
istiqamətinə
malik
çalışmalarda verilən kənd təsərrüfatı, heyvandarlıq,
meşə təsərrüfatı, sənaye istehsalı məhsullarına və
bu sahələrə dair ümumişlək sözlərə (adlara)
əsaslanaraq şagirdlərdə bostan-tərəvəz məhsulları,
tətbiqi sərvətlərin qorunması, heyvanlar aləmi,
fabrik və zavodlar, bunların işi və s. barəsində
təsəvvürü genişləndirmək olar.
Kitabın bu bölməsinə daxil edilmiş «Eldar»
adlı qiraət materialında xəstə anasına qulluq
etməkdən boyun qaçıran tənbəl uşağın necə tərbiyə
olunması təsvir edilir. Xəstə ana özünün gördüyü
bütün işləri Eldarın adına çıxmaqla onu utandırır.
Öz bayaqkı hərəkətlərindən xəcalət çəkən uşaq
ananın onu qayğıkeş və işgüzar bir oğul kimi
qiymətləndirməsindən düzgün nəticə çıxarır və
anasının xidmətində durur. Eldarı tənbəl edən
əlbəttə ki, onun ev işlərinə laqeydliyi idi. Əgər
Eldar evdə ən adi işləri görməyə, anasına kömək
etməyə, süfrəni yığışdırmağa öyrəncəli olsaydı,
ondan kömək istəyən xəstə anasını pis vəziyyətdə
qoymaz və özü də xəcalət çəkməzdi. Bu materialın
tədrisi zamanı müəllim şagirdlərə aşağıdakı
suallarla müraciət edə bilər:
1. Eldarın səhvi nədə idi?
2. Eldar nə səbəbə görə belə tənbəl
böyümüşdü?
|