Fənn:
Qida fiziologiyası
Tərtib etdi:
müəl., b.ü.f.d.
BABAŞLI A.Ə.
MÜHAZİRƏ 2.İNSAN FIZIOLOGIYASININ ƏSASLARI
Plan:
1. İnsan fiziologiyası haqqında qısa məlumat.
2. Həyat fəaliyyəti proseslərinin sinir və humoral tənzimi.
3. Qan və qan dövranı orqanlari sistemi, qanın morfoloji
tərkibi.
4. Qanın laxtalanması.
5. Qanın kimyəvi tərkibi və ürək-damar sisteminin fəaliyyəti.
İnsan fiziologiyası haqqında qısa məlumat.
İnsan fıziologiyası fıziologiya elminin ən böyük sahələrindən biri
olub, müasir təbiətşünaslıq elmləri arasında mühüm yer tutur. Onun
qədim inkişaf tarixi vardır və təbabətin nəzəri əsaslarından biri
sayılır.
İnsan
fıziologiyasının
bir
sıra
müddəaları,
heyvan
orqanizmlərinin həyat fəaliyyəti prosesləri təcrübə (ekspe-ri-ment)
yolu ilə öyrənilərkən əldə edilən nailiyyətlərə əsaslanır və heyvan
fıziolo-giyasının əsas müddəalarına müəyyən dərəcədə uyğun gəlir.
İnsan fıziologiyası insan orqanizmi, onun üzv və toxumaları, üzvlər
sis-tem-lərinin həyat fəaliyyətini və funksiyalarını, onların qarşılıqlı
əlaqə və təsirlərini, ida-rə və tənzim mexanizmlərini, orqanizm ilə
xarici mühitin vəhdətini öyrənən elmdir.
Fizioloji funksiyalar orqanizmi təşkil edən hüceyrə, toxuma,
orqan və orqan-lar sistemlərinin funksiyaları kimi təzahür
olunurlar. İnsan orqanizmində iki yüzə yaxın müxtəlif növ
hüceyrələrə rast gəlinir. Fəaliyyət göstərən, eyni funksiya
ye-rinə yetirən hüceyrələrin birləşməsindən müxtəlif növ
sinir
toxuması,
əzələ
toxu-ması,
epiteli
toxuması,
birləşdirici toxuma əmələ gəlir. Bu toxumalar və onların
əsasında əmələ gələn orqanların və orqanlar sistemlərinin
funksiyaları müxtəlifdir. Sinir toxuması sinir siqnallarının
nəqli və yenidən işlənməsi funksiyasını, əzələ toxumasının
yığılma funksiyasını,
sümük toxumasının dayaq funksiyasını, epiteli toxumasının
ötürücü və sekresiya funksiyalarını icra edir və ilaxır.
İnsan orqanizmində olan üzvlər bir və ya bir neçə funksiyanı
yerinə yetirirlər. Qaraciyər qanın tərkibinə keçən bəzi zərərli
maddələri zərərsizləşdirir, öd ifraz edir və sairə, böyrəklər
sidiyin ifrazını təmin edir, ağciyərlər tənəffus vəzifəsini həyata
keçirirlər. Eyni və ya oxşar funksiyaların icrası üçün müəyyən və
oxşar orqanların sistemləri formalaşdırılır ki, onların vəzifəsi hər
hansı həyat fəaliyyəti prosesini bütün mərhələlər üzrə bir-
birindən asılı və bir-birilə əlaqəli şəkildə icra etməkdir. İnsan
orqanizmində sinir sistemi, sümük, əzələ sistemi, tənəffüs
sistemi, ürək-qan damar sistemi, daxili sekresiya vəziləri
sistemi, cinsiyyət orqanları sistemi və digər sistemlər və
yanmsistemlər fəaliyyət göstərir. Quruluş (struktur) və funksiya
dia-lek-tik vəhdətdə olan anatomik və fızioloji göstəricilərdir.
Orqanizmdə funksiyasız struktur və ya struktursuz funksiya
olmur. İnsan orqanizminin quruluşu və ona xas olan
funksiyalar
fərdi
inkişaf
(ontogenez),
xüsusilə
də
doğulandan sonrakı inkişaf (postnatal ontogenez) dövründə
formalaşıb yetkinləşir.
Hər hansı bir toxuma, orqan və ya orqanlar sistemi başlıca
olaraq bir mühüm funksiyanı aparmaq üçün fəallıq göstərir.
Lakin orqanizm həyati vacib bir davranış aktı və ya
funksiyanı yerinə yetirmək məcburiyyətində qaldıqda, bir
neçə orqanın və ya orqanlar sisteminin funksiyaları
müvəqqəti olaraq, verilmiş davranış aktı başa çatana,
məqsədəuyğun
faydalı
nəticə
alınana
qədər
birgə
fəallaşırlar.
Fizioloq P.K.Anoxin bu cür birgə aktiv fəaliyyət göstərən və
müxtəlif sistemlərin birliyi kimi çıxış edən fızioloji mexanizmləri
funksional sistem adlandırmışdır. Məsələn, qida davranışı zamanı
sinir, həzm, ürək-damar, tənəffüs və hərəkət aparatları, müdafıə
reaksiyaları zamanı sinir, dayaq-hərəkət, tənəffus, ürək-damar
sistemləri sanki sinxron olaraq və ya ardıcıl şəkildə birlikdə
fəallaşırlar. Quruluş və funksiyaların fərqlənməsi, yetişməsi və
fəallaşması prosesləri ontogenezdə zaman etibarilə müx-təlif
(heteroxron) xarakter daşıyır: bəzi toxumalar, orqanlar və ya
sistemlər fərdi inkişafda tez, digərləri isə gec formalaşıb
yetkinləşirlər. Məsələn: sinir sistemi və onun bəzi elementar
funksiyaları hələ döl inkişafı dövründə yaranır. Həzm orqan-ları
doğulandan sonra fəaliyyətə başlayır, cinsiyyət orqanları çox gec
fəallaşırlar və ilaxır.
İnsanda sinir sistemi özünün ən yüksək inkişaf səviyyəsinə
çatmışdır. Mərkəzi sinir sistemi (baş və onurğa beyin) öz
sinirləri vasitəsilə bütün duyğu üzvləri, daxili və xarici
orqanlar ilə əlaqədədir. İnsanda baş beyinin, xüsusilə də baş
beyin böyük yarımkürələri və onun qabığının yüksək inkişafı
bu orqanın funksiyalarının xeyli mürəkkəbləşməsinə səbəb
olmuşdur.
Baş beyin qabığı bütün hiss üzvlərindən, hərəkət aparatından
və daxili orqanlardan gələn siqnalların analiz və sintezində, ali
sinir və psixi fəaliyyətin müxtəlif xassələrinin (yaddaş,
qavrama, təfəkkür, nitq, şüur və s.) təzahüründə başlıca rol
oy-nayır. İnsanın ali sinir fəaliyyəti orqanizmin xarici mühitlə
sıx
qarşılıqlı
əla-qə-lərinin
tənzimlənməsində,
vegetativ
(tənəlfus, qidalanma, çoxalma, ifrazat) və so-ma-tik (hərəkət,
xarici hissiyyat, nitq və s.) funksiyalarının idarə olunmasında
bir-başa və ya dolayı olaraq iştirak edir.
Baş beyinin fəaliyyətində şərtsiz və şərti reflekslər mühüm yer
tuturlar. Beyinin qabıqaltı və ara beyin törəmələri orqanizmin
davranış və emosional reaksiyalarının təşəkkülündə və həyata
keçməsində fəal iştirak edirlər. Beyinin kötük (lülə) hissəsinin
törəmələri (uzunsov beyin, beyin kör-pü-sü və orta beyin) bir
sıra həyati vacib funksiyaları - tənəffus, ürək-damar fəaliyyəti,
həzm prosesləri, bəzi hərəkət aktlarını idarə edən funksional
mərkəzlər hesab olunurlar.
Beyincik hərəkət aparatının tonusu və fəaliyyətini idarə edən
və əlaqələndirən mühüm mərkəzdir. Qabıqaltı törəmələrindən
olan hipotalamus orqanizmin qidalan-ma-sına xüsusilə fəal
təsir göstərir. Burada "aclıq", "toxluq", "susuzluq" hissləri ilə
sıx
bağlı
olan
vegetativ
mərkəzlər
yerləşmişdir.
Hipotalamusun ifraz etdiyi neyro-hormonlar bilavasitə baş
endokrin vəzi olan hipofızə, hipofız isə öz növbəsində ön
paydan qana ifraz etdiyi trophormonlar vasitəsilə müəyyən
periferik endokrin üzv-lərə (qalxanvari vəzi, böyrəküstü vəzi,
cinsiyyət vəziləri) aktiv təsir edir.
Onurğa be-yin sinirləri bədənin baş hissəsi istisna olmaqla
qalan bütün hissələrini - dərini, əzələləri, daxili üzvləri
sinirləşdirir və reflektor reaksiyalarda mühüm rol oynayırlar.
Əsas sinir prosesləri - oyanma və ləngimə beyin fəaliyyətinin
tərkib hissəsidir. Beyindaxili əlaqələrin formalaşmasında
müxtəlif sinir hüceyrələri və onların çıxıntıları arasında əmələ
gələn sinaptik rabitələrin rolu xüsusilə böyükdür. Sinir lifləri
ilə
yayılan
oyanma
siqnallarının
sinapslardan
keçməsi
mexanizmləri xüsusi vasitəli neyromediatorların (asetilxolin,
noradrenalin, serotonin və s.) təsirləri ilə əlaqədardır. Sinir
siqnalları (impulslar) elektrokimyəvi təbiətə malikdir və sinir
membranasından Na
+
və K
+
ionlarının qarşılıqlı hərəkətləri
sayəsində yaranır.
Beyinin, o cümlədən, onun ayrı-ayrı strukturlarının və
hüceyrələrinin (neyronların) bioelektrik potensialları beyin
fəaliyyətini əks etdirən mühüm göstəricilərdən birisidir. Bu
potensialiarı xüsusi cihazlar (elektronsefaloqraf) vasitəsilə
qeydə alıb təhlil etməklə beyinin və ya onun hissələrinin
fəaliyyəti haqqında mühakimə yürüdülür.
İnsan orqanizmi üçün sinir sistemi kimi daxili sekresiya
vəziləri (hipofız, epifız, qalxanvari vəzi, mədəaltı vəzi,
böyrəküstü vəzilər, cinsiyyət vəziləri) də mühüm rol
oynayırlar. Onların ifraz etdiyi hormonlar orqanizmin bütün
həyat fəaliyyəti proseslərinə bilavasitə və ya dolayı olaraq
aktiv təsir göstərirlər. Hormonlar funksiyaların kimyəvi
tənzimləyiciləri kimi məlumdurlar. Onların əsas təsir
"hədəfləri" hüceyrələrdə gedən maddələr mübadiləsi
prosesləridir. Onlar şəkər və zülal mübadiləsinə, su və duz və
digər mübadilələrə, o cümlədən orqanizmin genetik aparatına,
sinir sisteminin fəaliyyətinə stimuləedici təsir göstərirlər.
Cinsiyyət
və
böyrəküstü
vəzilərinin
hormonları
orqanizmin
baladoğma
və
müdafıə-uyğunlaşma
funksiyalarının
həyata
keçməsində
mühüm
rol
oynayırlar.
Tənəffüs sistemi
İnsanda
tənəffüs
funksiyası
üçün
yüksək
dərəcədə
ixtisaslaşmış orqanlar (xa-rici və daxili tənəffus yolları,
ağciyərlər) sistemi inkişaf etmişdir. İnsanda ağciyər-lərin hava
tutumu əmək və idman fəaliyyətinin növündən asılı olaraq
xeyli də-rəcədə (4000-6000 sm
3
) arta bilər. Tənəffüs sistemi
orqanları atmosfer havasından molekulyar oksigenin (O
2
)
qana daxil olmasına və qanda yığılmış karbon qazının (CO
2
)
havaya xaric olmasına xidmət edirlər. İnsanın dəqiqə ərzində
14-16 dəfə yerinə yetirdiyi ritmik reflektor tənəffus aktları
nəticəsində
onlar
toxuma
(hüceyrə)
tənəffusü
(qida
maddələrinin oksidləşməsi prosesləri) üçün sərf olunan O
2
-ni
toxumalara mütəmadi olaraq çatdırır və oksidləşmə prosesləri
nəticəsində əmələ gələn və bədən üçün zərərli olan CO
2
-ni elə
də orqanizmdən xaric edirlər.
Qan damar sistemi
İnsan orqanizmində ürək və qan-damar sistemi bir neçə həyati
vacib funksiyanı yerinə yetirir. Əslində bu funksiyalar qan və
onun hərəkəti ilə əlaqədardırlar. Ürək və qan damarları qanın
hərəkətini təmin edən orqanlardır. Qanın tənəffus, qi-da-lanma,
təmizləmə, müdafıə, daşıyıcı və ifrazat funksiyaları məlumdur.
O, həm də orqanizmin daxili maye mühitinin əsas tərkib
hissəsidir. Ürək və qan damar-la-rı-nın fasiləsiz ritmik reflektori
hərəkətləri sayəsində qan bu qapalı sistemdə daim döv-ran edir.
Kiçik qan dövranı (venoz qanın ürəkdən ağciyərlərə və geriyə
hərə-kə-ti) venoz qanın O
2
-lə zənginləşməsinə və CO
2
-dən
təmizlənməsinə xidmət edir. Bö-yük qan dövranı (arterial qanın
ürəkdən orqanlara və orqanlardan isə venoz qanın geriyə
hərəkəti) qida maddələrinin və
O
2
-nin toxuma və hüceyrələrə daşın-ma-sına, böyrəklər
vasitəsilə bəzi tullantı məhsullarından (sidik cövhəri, sidik
tur-şu-su və s.) azad olmasına xidmət edir.
Ürək
və qan damarlarının
fəaliyyəti
vegetativ
sinir
sisteminin simpatik və parasimpatik mexanizmləri vasitəsilə
tənzimlənilir.
Simpatik
oyanmalar
ürəyin
fəaliyyətini
sürətləndirir və qüvvətləndirir, parasim-patik təsirlər isə
əksinə, onu zəiflədir və ləngidir.
İnsanın ürəyi dəqiqədə orta hesabla 70-75 dəfə yığılıb-
boşalır və hər yığılma zamanı aorta damarına 70 ml-ə qədər
qan qovur. Qanın ürəkdən zərbə ilə qovulması və qan
damarları divarının qanın hərəkətinə göstərdiyi müqavimət
sahəsində aşağı (minimal) və yuxan (maksimal) qan təzyiqi
fərqləri əmələ gəlir ki, bu göstərici insanda orta hesabla 80-
120 mm civə sütununa bərabərdir. Qanın orqanlar arasında
normal paylanması və qanın fıziki-kimyəvi tərkibinin nisbi
sabitliyi orqanizmin bütün funksiyalarının icra olunması
üçün vacib şərtlərdən birisidir. Qan bədəndə humoral
(hümora-maye deməkdir) tənzimlənməni həyata keçirən
mühüm vəsilədir.
2) Həyat fəaliyyəti proseslərinin sinir və humoral tənzimi.
İnsan orqanizmində həyat fəaliyyəti prosesləri əsasən üç səviyyəli
tənzimləmə mexanizmləri vasitəsilə idarə olunur. Ən aşağı
səviyyəli
tənzimləmə
genetik,
fermentativ
və
metabolik
tənzimlənmədir ki, bu da hüceyrələrdə baş verir. Hüceyrə daxili
tənzimləmədə zülallann sintezinin, funksional fəallığının və
parçalanma-sının tənzimi başlıca rəl oynayır. Zülalların sintezi irsi
informasiya
daşıyıcıları
olan
de-zok-siribonuklein
turşuları
(DNT), ribonuklein turşuları (RNT) kimi yüksək mole-kul-lu
birləşmələrin və bu prosesdə iştirak edən xüsusi fermentlərin
(bioka-tali-za-torlar) fəaliyyəti ilə tənzimlənilir. Hüceyrədə elə bir
mühüm mübadilə (metabolik) proses və ya hadisə, elə bir funksiya
yoxdur ki, orada zülallar iştirak etməsin.
Onlar hüceyrənin quruluşunun formalaşmasında (struktur
zülalları),
metabolizmin
idarə
olunmasında
(ferment
zülalları), xüsusi funksiyaların həyata keçməsində (spe-sifik
zülallar),
müdafiə
xassələrində
(immun
zülalları),
həssaslığında
(reseptor
zülallar)
və
həyat
fəaliyyəti
təzahürlərində fəal iştirak edirlər. Hüceyrələrdə şəkərlərin,
yağların, amin turşuların mübadiləsi, oksidləşmə bərpa
prosesləri,
enerji
hasili,
maddələrin
transmembran
nəqliyyatı kimi mürəkkəb metabolizm hadisələri ferment
zülallarının tənzimləyicisi təsiri altındadır.
Ayrı-ayrı növ hüceyrələrdə metabolizmin idarə olunmasının
mexanizmi və xüsusiyyətləri az-çox fərqlənə bilər. Bu
onların funksional vəzifələri ilə əlaqə-dar-dır.
Sinir hüceyrələrində idarə və tənzim prosesləri daha çox onlarda
oyanıcıqlıq və oyanmaların nəqli, oyanma siqnallarının hifz
olunması və yenidən fəaliyyətə salınması (hafızə prosesləri),
sinir liflərinin böyümə və inkişafı, onların arasında sinaptik
əlaqələrin qurulması, neyromediatorların sintezi, azad olunması,
parçalan-ması və resintezi kimi hadisələrin nizamlanmasına
xidmət edirlər.
Hüceyrə
daxili
həyatın
tənzimlənməsində
hüceyrələrin
tənəffusünün və qida-lan-masının tənzimi mühüm yer tutur.
Hüceyrənin
tənəffüsü
prosesi
onun
çoxsaylı
və
iri
orqanoidlərindən olan mitoxondrilərdə həyata keçir. Hüceyrə
tənəffüsü orqa-nizmdə bioloji enerjinin əsas mənbəyidir.
Mitoxondrilərdə
hasil
olan
adenozin-tri-fosfat
(ATF),
quanizintrifosfat (QTF) kimi makroerqik fosfat birləşmələri,
xüsusilə
ATF
universal
bioloji
(biokimyəvi)
enerji
mənbələri funksiyasını yerinə yetirirlər. Hüceyrədə elə bir
mühüm proses yoxdur ki, onun həyata keçməsinə enerji
(ATF və ya QTF) sərf olunmasın. Sinir hüceyrələrində
(neyronlar) oyanmalann əmələ gəl-mə-si və nəqli prosesləri,
əzələ liflərində yığılma hadisələri çoxlu enerji sərfı ilə
müşayiət olunur.
Hüceyrələrin funksional fəallığı hüceyrədaxili qidalanma
tipi ilə sıx surətdə əlaqədardır. Hər bir hüceyrə onu əhatə
edən toxuma mayesi mühitindən mütəmadi olaraq su,
mineral duzlar, oksigen, qida maddələri və digər üzvi və
qeyri-üzvi birləşmələri mənimsəyir. Bunlar onun böyümə və
inkişafı, həyat fəaliyyəti, çoxalması və spesifık funksiyası
üçün zəruri olan kimyəvi komponentlərdir.
Orqanizm uzun müddət qida qəbul etmədikdə, onun daxili qida
ehtiyatları tükəndikdə, hüceyrəyə qida maddələrinin daxil olması
prosesləri zəiflədikdə və ya tam kəsildikdə hüceyrə metabolizminin
tənzimlənməsi mexanizmləri elə təhsis (korreksiya) olunur ki,
hüceyrədaxili mühitin (sitoplazma) nisbi sabitliyi (homeostatik
vəziyyəti)
kəskin
şəkildə
dəyişilməsin.Bu
halda
hüceyrənin
qidalanması onun daxili üzvi tərkib hissələrinin, hətta zülal, digər
makromolekulyar
birləşmələrin,
subhüceyrə
strukturlarının
(orqanoidlər və s.) deqradasiya və hidrolizi nəticəsində əmələ gələn
qida əhəmiyyətli metabolitləri hesabına həyata keçir. Bu prosesdə
hüceyrədəki lizosomların hidrolitik (parçalayıcı) fermentlərinin
aktivliyi mühüm rol oynayır. Lizosomal fermentlər hüceyrələrdə
endogen qidalanmanı tənzimləyən əsas amillərdən biri sayılır.
Hüceyrənin
funksiyalarının
və
daxili
metabolizminin
tənzimlənməsində onun səth membranı (sitoplazmatik membran)
mühüm rol oynayır. Bu yarımkeçirici qat hüceyrə daxilinə və
hüceyrədən onu əhatə edən mühitə müəyyən maddələrin seçici
(selektiv) keçiriciliyinə malikdir. Bəzi hüceyrələr üçün (məs: sinir
və əzələ hüceyrələri) membrandan içəri və xaricə yüklü ionların
(Na
+
, K
+
, Ca
+K
, Cl
-
və s.) ikitərəfli axını xüsusi əhəmiyyət kəsb edir.
Xarici membranda fıksə olunmuş ion nasosları bu prosesi
tənzimləyir. Membranda olan reseptor maddələr hormonların
hüceyrə
təsirini
içəri
ötürməklə
hüceyrədaxili
proseslərinin
nizamlanmasında mühüm rol oynayırlar. Burada bir mexanizm
ondan ibarətdir ki, hormon molekulu reseptor molekulası ilə birləşir,
reseptor bu təsiri tsiklik adenozinmonofosfat (T-AMF) vasitəsilə
hüceyrədə kinaza ferment sistemlərini aktivləşdirir,
axırıncılar isə hüceyrədaxili metabolizmə, hətta membranın
özündə gedən mübadilə proseslərinə fəal təsir göstərirlər.
Hüceyrə həyatının tənzimlənməsində hormonlar vasitəsilə
olan humoral kimyəvi tənzimləmə və sinir təsirləri
vasitəsilə həyata keçən tənzimləmə xüsusi əhəmiyyət kəsb
edir və ümumi xarakter daşıyır. Bu mexanizmlər toxuma,
orqanlar və orqanizm səviyyəsində tənzimlənmənin əsasını
təşkil edirlər. Hər iki tənzimləmə vahid bir mexanizm-
neyrohumoral tənzim mexanizmi kimi fəaliyyət göstərir. Bu
ona görə vahid və ya sıx əlaqədə işləyən mexanizm hesab
olunur ki, müxtəlif endokrin vəzilərin ifraz etdiyi hormonlar
sinir toxumasına və onun fəaliyyətinə müxtəlif səviyyələrdə
təsir edir, mərkəzi sinir sistemi isə öz növbəsində endokrin
orqanlarının fəaliyyətini tənzimləyir.
Humoral və ya kimyəvi tənzimləmə sinir tənziminə nisbətən qədim
və ontogenezdə daha əvvəl fəallaşan nizamlayıcı mexanizmdir.
Bədənin daxili mayeləri (qan, limfa, hüceyrələrarası maye və ya
toxuma mayesi, beyindaxili maye, sitoplazma) onun maye mühitini
təşkil edir. İnsan bədənində 5-6 1 qan, 20 1itr toxuma mayesi var.
Bu mühitin kimyəvi tərkibinin və funksional rolunun saxlanılması
neyro-endokrin sisteminin ümdə funksiyalarından biri sayılır.
Qanda və digər mayelərdə şəkərin, mineral duzların, suyun, sərbəst
amin turşuların, oksigen və CO
2
qazının, eləcə də başqa maddələrin
nisbi
sabit
səviyyələrinin
mühafızə
edilməsi
homeostatik
tənzimlənmənin əsas vəzifələrindən birisidir. Bu prosesdə daxili
sekresiya vəzilərindən qana keçən və toxumanın özündə yerli təsir
göstərən hormonların rolu böyükdür.
Böyrəküstü
vəzilərin
qabıq
maddəsinin
ifraz
etdiyi
aldesteron, dezosikortikosteron kimi hormonlar hüceyrə və
toxumalarda su-duz mübadiləsini dəqiq tənzimləyirlər. Bu
prosesdə böyrəklərin toxumasında əmələ gələn renin və
anqiotenzin hormonları da o mənada rol oynayırlar ki, onlar
böyrəklərdə qandan su, mineral duzlar və sidik məhsullarının
azad olunması (fıltrasiya) proseslərini tənzimləyirlər.
Mədəaltı vəzin langerhans adacıqlarının hasil etdiyi insulin və
qlyukoqon hormonları, qanda şəkərin fızioloji norma səviyyəsini
tənzimləyir,
insulin
qandakı
normadan
artıq
qlükozanın
qaraciyərdə, əzələdə və digər orqanlarda ehtiyat şəkər maddəsi-
qlikogen halında yığılmasını, o biri hormon isə qlikogenin
təzədən qlükozaya çevrilməsi reaksiyalarını tənzimləyir və
ilaxır.
Hormonların ümumi və xüsusi təsirləri ayırd edilməlidir. Bəzi
hormonlar
ümumi
mübadilə
proseslərinə
təsir
etməklə
orqanizmin böyümə və inkişafını, onun reaktivliyi, müdafıə və
adaptiv qabiliyyətini tənzimləyirlər (boy hornmonu, tiroksin,
adrenalin, hidrokortizon və s.).
Digərlərinin
spesifık
təsirləri
hədəf-orqanlar,
hədəf-
hüceyrələr səviyyəsində baş verir (cinsiyyət hormonları,
hipofızin
trop
hormonları
və
s.).
Hipofızin
adrenokortikotron hormonu (AKTH) böyrəküstü vəzin
qabıq
maddəsinə,
folikulstimuləedici
hormonu
(FSH)
cinsiyyət vəzilərinə tənzimləyici təsir edir və ilaxır.
Hormonların təsiri sinir siqnallarının təsirlərinə nisbətən
yavaş, çox hallarda dəqiq ünvanlanmamış, uzunmüddətli və
geniş əhatəli təsir kimi xarakterizə edilir. Qanda və digər
daxili mayelərdə hormonların miqdarı cüzi olsa da, bu
səviyyənin
qorunub
saxlanması
homeostazın
vacib
şərtlərindən biridir.
Orqanizmin daxili və xarici mühitində baş verən fıziki,
kimyəvi,
mexaniki
və
fızioloji
dəyişikliklər
bədəndə
səpələnmiş və sinir sistemi ilə sıx bağlı olan reseptorlar
tərəfındən qəbul edilib mərkəzi sinir sisteminə ötürülürlər.
Mərkəzi sinir sistemi, onun ayrı-ayrı yarımsistemləri - vegetativ,
somatik, simpatik və parasimpatik sistemləri, yüksək ixtisaslaşmış
funksional mərkəzləri reseptorların hissi siqnalları əsasında icraedici
orqanların (əzələ, vəz və s.) cari funksional vəziyyətlərini daim
tənzimləyirlər.
Sinir təsirləri, hormonal təsirlər kimi proses və funksiyaları
aktivləşdirir və ya ləngidə bilir. Bir çox hüceyrələr bilavasitə sinir
təsirlərinə
məruz
qalmırlar.
Məsələn,
qanda
oksigen
daşıyan
leykositlər sinir siqnallarını bilavasitə ala bilməz. Bəzi hüceyrələr
(məs: əzələ lifləri) hissi və hərəki sinir lifləri ilə bilavasitə bağlıdır və
birbaşa sinir təsirləri altında fəaliyyətə gəlirlər.
Eyni bir orqana sinir təsiri əks ola bilər. Simpatik və parasimpatik
sinir təsirləri eyni orqan üçün antaqonist xarakter daşıyırlar. Birincilər
ürəyə stimuləedici təsir göstərirsə, ikincilər ləngidici təsir göstərirlər.
Mədə-bağırsaq sistemində simpatik təsirlər ləngidici, parasimpatik
təsirlər isə stimuləedici effektə malikdirlər.
Somatik sinir sistemi əsasən əzələ fəaliyyətini, dəri
funksiyalarını
və
xarici
duyğu
üzvlərinin
aktivliyini
tənzimləyirlər. Vegetativ sinir sistemi daxili üzvlərin, o
cümlədən tənəffüs, ürək-qan-damar, həzm, ifrazat, endokrin
sistemlərinin fəaliyyətinin tənzimlənməsində başlıca rol
oynayır.
3) Qan və qan dövranı orqanlari sistemi, qanın morfoloji
tərkibi
İnsanın qan dövranı sistemi böyük və kiçik qan dövranı adlanan
2 şöbədən ibarətdir.
Qan, orqanizmin maye mühiti olub, böyük və kiçik qan
dövranına aid damarlarda aşağıdakı funksiyaları yerinə yetirir: -
nəqliyyat rolu (O
2
və tullantıları); -daimi (sabit) mühit saxlama
rolu; -müdafıə rolu (antitellər və antitoksinlər yaradır); -
tənzimedici rolu (hormonların köçürülməsinin köməyi ilə bütün
prosesləri tənzim edir).
Qidanın həzm olan son məhsullarının əsas hissəsi qana sorulur
Bundan əlavə, qan orqanizmdə hərəkət etməklə orqan və toxumalara
qida maddələrini və oksigeni çatdırır.
Qan, həmçinin həyat fəaliyyəti məhsullarının hüeeyrələrdən çıxarılıb
ifrazat orqanlarına verilməsini də təmin edir. Qan vasitəsilə,
həmçinin orqanizmdə həyat fəaliyyəti proseslərinin hormonal
tənzimi də həyata keçirilir. Qanda eyni zamanda orqanizmin bir sıra
müdafiə funksiyaları inkişaf edir ki, bunların da köməyi ilə
orqanizmdə daxil olan mikrobların məhv olunması təmin edilir
Qanın ən mühüm xüsusiyyətlərindən biri də orqanizmdə olan bütün
hüceyrə
və
toxumaların
kimyəvi
tərkibi
və
fıziki-kimyəvi
xassələrinin sabit vəziyyətdə saxlanmasında iştirak etməsidir.
Qan - plazmalardan və formalı elementlərdən təşkil olunmuşdur.
Plazma - qanın fibrinogen zülalı ilə birlikdə formalı elementlərinin
qanşığı şəklində olan maye hissəsidir. Fibrinogen zülalı ayrıldıqda
qan laxtalanır.
Qanın qırmızı rəngdə olan aşağı təbəqə hissəsi formalı
elementlər adlanır. Onlar qanda 3 cür hüceyrələr: qırmızı qan
kürəcikləri (eritrositlər), ağ qan kürəcikləri (leykositlər) və
trombositlər (qan lövhəcikləri) şəklində yerləşirlər.
Eritrositlər - nüvəsiz hüceyrələr olub (o, ES-linza şəklindədir)
əsas hissəsini su və hemoqlobin maddəsi təşkil edir. Hemoqlobin
qələvi xassəli qlobin zülalından və dörd molekul hemdən
ibarətdir. Hem isə tərkibinə ikivalentli dəmir (Fe
++
) daxil olan
mürəkkəb üzvi maddədir.
Hemoqlobin oksigen ilə asan birləşərək oksihemoqlobin yaradır.
Toxuma-lar-dan keçərək hemoqlobin O
2
-ni verir və CO
2
-ni
qəbul edir və nəticədə yenidən əmələ gəlmiş alqırmızı rəngli
hemoqlobin yaradır.
1 mkl qanda 5 mln-a qədər eritrosit olur. Bu miqdar 3 mln-dan
az olduqda, orqanizmdə azqanlılıq yaranır.
Eritrositlər - qırmızı sümük iliyində bir neçə mərhələ keçirərək
yetişir, qana düşürlər və 128-130 gün yaşayırlar. Sonradan
tərkiblərində dəmir ionları (Fe) saxlayırlar. Eritrositlərin 60%-ni
su və 40%-ni bərk maddələr təşkil edir.
Leykositlər - parçalanma, bölünmə funksiyasına malik nüvəsi
və protoplazması olan zəngin hüceyrələrdir. Onlar amöblər kimi
bakteriyalara,
mikroblara
doğru
hərəkət
edirlər
və
mikroorqanizmləri məhv edirlər. Onlar nüvəsinin quruluşuna
görə
və
protoplazmanın
dənəvərliyinə
görə
fərqlənirlər.
Leykositlərin sayı 1 mkl qanda 10000-12000 olduqda insan
orqanizmində xəstəlik yaranır. Xərçəng xəstəliyi və ya şüalanma
zamanı onların sayı 3000-ə çatır ki, bu da xəstəlikdir.
Leykositlər qırmızı sümük iliyində limfa düyünlərində və
dalaqda əmələ gəlirlər. Sağlam adamda xörək qəbulundan sonra
onlar miqdarca artır və yeyinti leykositozu yaradırlar (xəstəlik).
Leykositlər
mikroorqanizmlərdən
müdafiə
funksiyasına
malikdirlər.
Qan lövhəcikləri (trombositlər) qanın laxtalanma prosesində
iştirak edirlər. Onlar trombokinaza fermentinə malikdirlər.
Sağlam insanın 1 mkl qanında 400 minə qədər trombositlər
olur. Qanda 58% plazma və 12% formalı elementlər vardır.
Qanın laxtalanması.
Orqanizmi
qan
itirmədən
qorumaq
üçün
laxtalanma
prosesinin böyük əhəmiyyəti vardır. Bu prosesin əsasını
plazmada
olan
fibrinogen
zülalının
fıziki-kimyəvi
dəyişikliyə uğraması təşkil edir.
Qanın plazmasında olan fibrinogen zülalı laxtalanaraq
sapşəkilli fıbrinlərə çevrilir və yumaq şəklinə düşürlər.
Fibrinogen qlobulinlərə aiddir. Fibrinə çevrildikdə, o özünün
qlobulyar quruluşunu dəyişir deyə, albuminlərə xas olan həmin
sap vəziyyətinə düşür.
Yaradan qan axdıqda trombositlər ayrılır ki, parçalanaraq
trombokinaza fermentini əmələ gətirirlər (ayırırlar).
Qan plazması fıbrinogen və protrombindən ibarətdir. Onların hər
ikisi zülali maddələrə aiddir.
Trombokinaza fermenti protrombinə təsir göstərərək trombinə, o
isə fıbrinogenə təsir edərək fıbrinə çevirir. Bütövlükdə qanın
laxtalanması mürəkkəb prosesdir.
Düzgün qidalanmamaq da laxtalanmaya gətirib çıxara bilər.
Əgər
xörəkdə
K
vitamini
azdırsa,
onda
qaraciyərdə
protrombinlər
az
əmələ
gələcəklər
və
qan
yavaş-yavaş
laxtalanacaqdır.
Qanın kimyəvi tərkibi və ürək-damar sisteminin fəaliyyəti.
Formalı elementlərdən başqa, qan plazmasında (mayenin
tərkibində) 7-8% miqdarda zülal da vardır. Zülalın miqdarı
azaldıqda, "qapalı" şəkildə zülal azlığı baş verir. Onlar əsasən
albuminlər və qlobulinlərdən ibarətdirlər.
Qanda 80-120 mq% qlükoza, 1% neytral yağlar, 10-15 mq% süd
turşusu, karotinlər, sidik cövhəri, ammonium duzları və s. vardır.
Mövcud fızioloji təlimlərə əsasən bütün insanlar 4 qan qrupu ilə
fərqlənirlər. Bu da qan plazmasında eritrositləri birləşdirmək,
yapışdırmaq qabiliyyətinə malik olan 2 növ aqqlyütininlər
(antitellər)- və və eritrositlərdə isə eyni xassəyə malik xüsusi
maddələr - 2 növ aqqlyütinogenlərin - A və B xüsusiyyətləri ilə
izah olunur.
qrupda - qanın plazmasında hər iki növ ( və )
aqqlyiitininləri vardır.
qrupda - yalnız -aqqlyütininləri olur və -aqqlyütininlər
olmur.
qrupda - qanın plazmasında yalnız -aqqlyütininlor olur. Bu
qrupun eritrositləri isə B – aqqlyiitinogenlərdən ibarət olur.
qrupda – aqqlyütininlər tamamilə olmur. Burada eritrositlər
A və B aqqlyütinogenlərini saxlayırlar.
I qan qrupunu hamıya vurmaq olar.
II qrupu isə yalnız II və IV qrupa vururlar. A + olduqda
ölüm hadisəsi baş verir.
III qan qrupu III və IV qan qrupu olan insanlara vurula
bilər.
IV qan qrupu isə yalnız
ozünə
(IV qan qrupu olan
insanlara) vurula bilər.
Şəkil 1. Qanköçürmə sxeminin təsviri formaları
XVI əsrə kimi qan dövranı sistemini qapalı olmayan sistem
kimi təsəvvür edirdilər. 1628-ci ildə onun qapalı sistem
olduğu təsdiq olundu. Qan dövranı sistemi ürəkdən və
damarlardan ibarətdir və onun əsasını arterial və venoz sistemi
təşkil edir. Qanın hərəkətini təşkil edən ürəkdir. Ürək 4
hissədən ibarətdir: 2-si ürək qulaqcığıdır, aşağı hissədə isə 2
mədəcik vardır.
Ürək yumurtaya oxşar formalı əzələ orqanıdır və döş
qəfəsinin sol hissəsində döş hissəsini qarın nahiyəsindən
ayıran diafraqma pərdəsinin vətər mərkəzi üstündə yerləşir.
Ümumiyyətlə, ürək 2 yerə bölünür: sağ və sol ürək.
Qanın ürəkdə dövr etməsini aşağıdakı şəkildə təsəvvür etmək
olar:
Qanın orqanizmdə hərəkəti damarlarda həyata keçirilir.
Ürəkdən qanı daşıyan damarlar arteriya adını daşıyırlar və
onların ən böyüyü aorta adlanır.
Damarlar 3 təbəqədən ibarətdir (kapillyarlar 1 təbəqədən təşkil
olunmuşdur):
İntima (arteriya divarının daxili təbəqəsi) - selikli qişa;
Media (arteriya divarının orta təbəqəsi) - əzələ qatı;
Adventisiya (xarici təbəqədir) - birləşdirici toxuma.
Bunlar biri digərindən toxuma liflərinin quruluşuna görə fərqlənirlər.
Kapilyarlar kiçik qan damarlarına deyilir və onları yalnız mikroskop
altında görmək olur. Onların divarları bir hüceyrə qatından təşkil
olunmuşdur. Bu qatların köməyi ilə toxumalar və qan arasında
maddələr mübadiləsi baş verir. Kapilyarlar yığım şəklində venular
yaradırlar. Venular isə venalar şəklində toplanırlar.
Vena - qanın orqanlardan ürəyə axdığı damarlardır. Onun da
divarları 3 təbəqədən təşkil olunmuşdur.
Arteriyaların venadan fərqi ondan ibarətdir ki, venalarda orta
təbəqə zəif inkişaf etmişdir. Arteriyalar hidrostatik təzyiqi
saxlayır və sistematik olaraq daralırlar.
Ürək əzələsinin yığılmasına sistola, boşalmasına isə diastola
deyilir.
Ürək 3 fazada işləyir:
faza - qulaqcıqların sistolası adlanır. Bu zaman mədəciklər
diastola vəziyyətində olur. Bu proses 0,1 saniyə davam edir.
faza - mədəciklərin sistolasıdır. Bu zaman qan mədəciklərdən
aortaya və ağciyər arteriyasına qovulur. Bu proses 0,3 saniyə
ərzində başa çatır.
faza - qulaqcıqlar və mədəciklərin ardıcıl boşalması - ümumi
diastola və ya mədəciklərin diastolası adını daşıyır. Bu proses
isə 0,4 saniyə davam edir.
Göründüyü kimi, orta hesabla bir ürək döyünməsi 0,8 saniyə ərzində
başa çatır. Müəyyən olunmuşdur ki, sağlam insanm ürəyi 1 dəqiqə
ərzində orta hesabla 70-75 dəfə döyünməlidir.
Ürəyin avtomatik fəaliyyətə malik olmasına baxmayaraq, onun bu
fəaliyyəti mərkəzi sinir sisteminin daima tənzimləyici təsiri altında
olur. Ürəyin mərkəzi sinir sistemi ilə əlaqəsi azan sinirlər və simpatik
sinir siteminin sinirləri vasitəsilə həyata keçirilir. Müəyyən edilmişdir
ki, ürəyin fəaliyyəti sinir sistemi və həm də hormonlarla, o cümlədən
adrenalinlə həyata kcçirilir. Bu da ürək yığılmalarını gücləndirir və
sürətləndirir.
Nəhayət, ürək fəaliyyətinin tənzimləyiciləri kimi bir sıra mineral
maddələr, məsələn kalsium fəal iştirak edir. Kalium isə buna əks olan
effektə malikdir.
Qan təzyiqi - əsasən ürəyin işləməsindən asılıdır. Ürək fəaliyyəti
dövründə arteriyalarda onun təzyiqi eyni bərabərlikdə olmur.
Qan ürəkdən çıxan zaman aortada sistolik (maksimal) təzyiq 150 mm c.
sütununa, ondan ayrılan arteriyalarda təzyiq isə 120-yə çatır.
Qanı daşıyan damarlarda:
-arteriollarda təzyiq
30 - 40 mm.c. sütununa
- kapilyarlarda
15 - 20 mm.c. sütununa
-venalarda isə
- 5 mm.c. sütununa çatır.
Sağlam bədənli yaşlı insanlarda çiyin arteriyalarında sistolik təzyiq orta
hesabla 110-120 mm.c. sütununa, orta təzyiq 80-85 mm.c. sütununa,
diastolik (minimal) təzyiq isə 60-80 mm.c. sütununa çatır. Sistolik və
diastolik təzyiq arasında olan fərqi nəbz amilitudası adlandırılar. Onun
qiyməti orta hesabla 35-50 mm.c. sütununa bərabər olur. Müxtəlif
amillərin təsiri altında orqanizmin qan təzyiqi dəyişkən olur. Bu da ürək
fəaliyyətinin dəyişməsi ilə əlaqədardır.
Dostları ilə paylaş: |