357
Сечилмиш ясярляри
lX
yer-yerdən müxtəlif cavablar verəcəklər.
Ona görə
də onların təfəkküründə atın qoşqu heyvanı kimi
tarixi
rolu,
insanların
həyat
şəraitini
yüngülləşdirməkdə onların əvəzsiz dostu, mühari-
bələr tarixində fədakar yürüşləri barədə unudulmaz
təsəvvürlər aşılayan
gözəl və səlis cümlələrlə
danışıb, «Doğurdanmı at ətini yeyirlər» sualını
aydınlaşdırmaq olar. Bəli, bəzi qədim tayfalar,
xalqlar atdan təkcə yuxarıdakı məqsədlə yox, həm
də qidalanma məqsədilə istifadə etmişlər. Atın südü
lap qədimdən xüsusi içki kimi içilmiş, hazırda onun
faydalılığı elmi cəhətdən əsaslandırılmışdır. At
südü ilə müalicə sanatoriyaları (qımız sana-
toriyaları) yaradılmışdır. Buradaca müəllim hazırda
atların qorunması, onları
kəsməyin qadağan
olunması barədə məlumat verib, müqayisəli şəkildə
müharibənin törətdiyi ümumi fəlakətlər sırasında
insanların at əti yemək məcburiyyətində qalması
barədə kiçik epizodlar danışa bilər. Çalışmanın dərs
zamanı bu şəkildə davamı uşaqların zehnində
dərsin əsas məqsədinə dair təəssüratı poza bilər.
Lakin burada əmək məhsulları və əmək prosesləri
haqqında şagirdlərdə ilkin
təsəvvür yaratmaq üçün
imkanların genişliyini nəzərə alıb bu işin davamını
əlavə məşğələlərə keçirmək olar.
Səs fərqləşməsi, onların yazıdakı qrafik
işarələrinə dair biliyin
möhkəmləndirilməsi işi
savad
təliminin
ilkin
mərhələsində
vacib
problemlərdən biridir. Buna görə də sait və samit