354
Фирузя Мяммядли
marağın artmasına, texnika ilə ilk tanışlığa kömək
edər, həm də mövzunun şüurlu mənimsənilməsi və
uzun müddət yadda saxlanılmasına kömək edər.
Əslində lüğət üzərində iş əməliyyatına daxil olan
bu məsələ şagirdin yetişdiyi mühit və onu əhatə
edən əmək sahələri ilə bağlı
şəkildə öz şərhini
tapdıqda
tədris
prosesinin
aktivləşdirilməsi,
səviyyəcə yüksəlməsinə köməkçi vasitəyə çevrilir.
«Dostlar» mövzusunun öyrənilməsi,
mövzu
ilə bağlı sualların tərtibi və müsahibə bu proses
zamanı şagirdlərə əmək
sahələri barədə məlumat
vermək, onların əmək haqqındakı təsəvvürlərini
zənginləşdirmək üçün geniş imkanlara malikdir.
Belə ki, mətndə işlədilmiş «zavod», «fabrik»
sözləri üzərində təhlil işi məktəbli qız Xalidənin ata
və anasının fəhlə olmasını aşkara çıxarmağa imkan
verdiyi kimi, Xalidənin dostlarının onu yoluxmağa
gələndə gördükləri işlərlə (yemək hazırlamaq,
döşəməni süpürmək) əlaqədar sual-cavab balaca
qayğıkeşlərin evdə analarına necə kömək etməsi,
ümumiyyətlə
bu işi könüllümü, yoxsa xüsusi
tələblərlə yerinə yetirdiklərini aydınlaşdırmağa şə-
rait yaradır. Beləliklə, mövzudan kənara çıxmadan
şagirdlərin sərbəst mühakimə yürütməsinə, mövzu
ilə bağlı təəssüratının genişləndirilməsinə köməkçi
vasitə kimi onlarla əmək mövzusunda müsahibə
aparmaq olar.
Bəzi çalışmalarda uşaqlara səs fərqləşməsi
mövzusu
ilə
bağlı
məna
dəyişikliklərini