Mühazirə MÖvzu 1 Epidemiologiya fənni, üsulları və inkişaf tarixi MÖvzu 2



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə1/34
tarix06.06.2020
ölçüsü3,39 Mb.
#31611
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   34
Epidemiologiya pdf 1N BTK


Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
1 nömrəli Bakı Tibb Kolleci 
Tibb Kolleci 

 
 
 
MÜNDƏRİCAT 
 
Mövzunun adı 
Mühazirə 
MÖVZU 1 
Epidemiologiya fənni, üsulları və inkişaf tarixi 
MÖVZU 2 
Epidemik proses haqqında anlayış, infeksiya mənbəyi və yoluxma mexanizmi 
MÖVZU 3 
Həssaslıq və immunitet. Epidemik prosesin hərəkətverici qüvvələri. Epidemik 
prosesin təzahürləri 
MÖVZU 4 
Yoluxucu xəstəliklərin profilaktikasının əsas prinsipləri. Profilaktik və 
əksepidemik tədbirləri 
MÖVZU 5 
Yoluxucu xəstəliklərin spesifik profilaktikası 
MÖVZU 6 
İmmunoprofilaktika sahəsində dövlət siyasəti.Peyvənd işinin təşkili 
MÖVZU 7 
Sanitar-epidemioloji xidmət. Karantin infeksiyaları. İnfeksion xəstəliklərin 
təsnifatı 
MÖVZU 8 
Qrip 
MÖVZU 9 
Difteriya 
MÖVZU 10 
Göyöskürək 
MÖVZU 11 
Skarlatina 
MÖVZU 12 
Qızılca 
MÖVZU 13 
Məxmərək 
MÖVZU 14 
Su çiçəyi 
MÖVZU 15 
Epidemik parotit 
MÖVZU 16 
Vərəm 
MÖVZU 17 
Meningit 
MÖVZU 18 
Legionelyoz 
MÖVZU 19 
Qarın yatalağı (typhus abdominalis). Paratif A və B (paratyphus abdominalis 
A, B) 
MÖVZU 20 
Dizenteriya (Dysenteriae, Shigella) 
MÖVZU 21 
Amöbiaz (Amoebiasis) 
MÖVZU 22 
Lyamblioz(Lambliosis) 
MÖVZU 23 
Balantidiaz(Balantidiasis) 
MÖVZU 24 
Bağırsaq eşerixiozları (Escherichioses) 
MÖVZU 25 
Qida toksikoinfeksiyaları 
MÖVZU 26 
Botulizm 
MÖVZU 27 
Salmonelyoz(Samonellosis) 
MÖVZU 28 
Poliomielit (Poliomyelitis) 
MÖVZU 29 
Viruslu hepatitlər 
MÖVZU 30 
Leptospiroz(Leptospirosis) 
MÖVZU 31 
Bruselyoz(Brucellosis) 
MÖVZU 32 
Ornitoz 
MÖVZU 33 
Toksoplazmoz (Toxoplasmosis) 
MÖVZU 34 
İersinioz 
MÖVZU 35 
Vəba (Cholera) 
MÖVZU 36 
Kampilobakterioz(Campylobakteriosis) 
MÖVZU 37 
Tibbi parazitologiya. Helmintologiya haqqında anlayış 
MÖVZU 38 
Trematodlar sinfi: Opistorxoz, Fassiolyoz 
MÖVZU 39 
Fassiolyoz 
MÖVZU 40 
Dikroselioz 

Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
1 nömrəli Bakı Tibb Kolleci 
Tibb Kolleci 

 
 
 
MÖVZU 41 
Şistosomozlar 
MÖVZU 42 
Difillobotrioz 
MÖVZU 43 
Himenolepidoz 
MÖVZU 44 
Sestodlar sinfi: Teniarinxozvə Tenioz 
MÖVZU 45 
Tenioz 
MÖVZU 46 
Sestodlar sinfi: Exinokokk və Alvekokk 
MÖVZU 47 
Alveokokkoz 
MÖVZU 48 
Nematodlar sinfi: Askaridozvə Trixosefalyoz 
MÖVZU 49 
Anizakidoz 
MÖVZU 50 
Trixoseffalyoz 
MÖVZU 51 
Enterobioz 
MÖVZU 52 
Nematodlar sinfi: Strongiloidoz. Trixinelyoz 
MÖVZU 53 
Trixinelyoz 
MÖVZU 54 
Ankilostomidoz 
MÖVZU 55 
Səpkili yatalaq 
MÖVZU 56 
Brill xəstəliyi 
MÖVZU 57 
Malyariya 
MÖVZU 58 
Qayıdan yatalaq 
MÖVZU 59 
Kü-qızdırması 
MÖVZU 60 
Hemorragik qızdırmalar 
MÖVZU 61 
Taun 
MÖVZU 62 
Tulyaremiya 
MÖVZU 63 
Viruslu B Hepatiti (VBH) 
MÖVZU 64 
Qarayara 
MÖVZU 65 
Quduzluq 
MÖVZU 66 
Tetanus 
MÖVZU 67 
QİÇS 
MÖVZU 68 
Dabaq 
MÖVZU 69 
Dermotomikozlar 
MÖVZU 70 
Hospital (xəstəxanadaxili, nozokominal) infeksiya 
Laboratoriya 
MÖVZU 1 
Epidemik prosesin sxeminin tərtibi və təhlili 
MÖVZU 2 
Canlı keçiricilər 
MÖVZU 3 
Sahədə yoluxucu xəstələrin üzə çıxarılması, qeydə alınması və xəstə haqqında 
xəbərdarlıq 
MÖVZU 4 
Sahədə üzə çıxarılan yoluxucu xəstələrin təcrid qaydası 
MÖVZU 5 
Yoluxucu xəstəliklərin spesifik profilaktikası 
MÖVZU 6 
Profilaktik peyvənd təqvimi 
MÖVZU 7 
“Soyuq zəncir” və ona nəzarət sistemi 
MÖVZU 8 
İnyeksiyanın təhlükəsizliyi 
MÖVZU 9 
Peyvənd otağı və onun işi 
MÖVZU 10 
Ocağın epidemioloji müayinəsi 
MÖVZU 11 
Yoluxucu xəstəliklər kabinetinin işi.Bəzi yoluxucu xəstəliklərlə xəstələnmişlərin 
dispanser müşahidəsi. 
MÖVZU 12 
Gigiyena Epidemiologiya Mərkəzi (GEM) və Epidemioloji şöbənin işi 
MÖVZU 13 
Rayon xəstəxanasının poliklinika şöbəsinin apardığı əksepidemik 
MÖVZU 14 
Sənaye müəssisələrinin tibb məntəqəsində aparılan əksepidemik işi 
MÖVZU 15 
Uşaq poliklinikasında əksepidemik iş 

Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
1 nömrəli Bakı Tibb Kolleci 
Tibb Kolleci 

 
 
 
MÖVZU 16 
Məktəbəqədər uşaq müəssisəsində əksepidemik iş.Müəssisənin rejimi 
MÖVZU 17 
Məktəbdə aparılan əksepidemik iş 
MÖVZU 18 
Ərazinin sanitar mühafizəsi 
MÖVZU 19 
Qrip xəstəliyinin profilaktikası 
MÖVZU 20 
Difteriya xəstəliyinin profilaktikası 
MÖVZU 21 
Skarlatina xəstəliyinin profilaktikası 
MÖVZU 22 
Göyöskürəyin profilaktikası 
MÖVZU 23 
Qızılca xəstəliyinin profilaktikası 
MÖVZU 24 
Məxmərək xəstəliyinin profilaktikası 
MÖVZU 25 
Vərəm xəstəliyinin profilaktikası 
MÖVZU 26 
Su çiçəyi və təbii çiçək xəstəliklərinin profilaktikası 
MÖVZU 27 
Epidemik parotitin profilaktikası 
MÖVZU 28 
Meninqokokk infeksiyasının profilaktikası 
MÖVZU 29 
Qarın yatalağının və paratif A, B-nin profilaktikası 
MÖVZU 30 
Dizenteriyanın profilaktikası 
MÖVZU 31 
İbtidailərin əmələ gətirdiyi xəstəliklərin profilaktikası 
MÖVZU 32 
Viruslu Hepatitin (A, E) profilaktikası 
MÖVZU 33 
Poliomielitin profilaktikası 
MÖVZU 34 
Qida toksikoinfeksiyalarının və Botulizmin profilaktikası 
MÖVZU 35 
Salmonellyozun profilaktikası 
MÖVZU 36 
Vəbanın profilaktikası 
MÖVZU 37 
Bruselyozun profilaktikası 
MÖVZU 38 
Leptospirozun profilaktikası 
MÖVZU 39 
GEM-də parazitoloji xidmət 
MÖVZU 40 
Laborantın şəxsi gigiyenası və laboratoriyadaxili yoluxmanın xəbərdarlıq 
edilməsi 
MÖVZU 41 
Müayinə üçün materialların yığılması, göndərilməsi və onunla işləmə qaydası 
MÖVZU 42 
Trematodozların profilaktikası 
MÖVZU 43 
Sestodozların profilaktikası 
MÖVZU 44 
Nematodozların profilaktikası 
MÖVZU 45 
Helmintozlara qarşı mübarizə tədbirləri 
MÖVZU 46 
Səpkili yatalağın profilaktikası 
MÖVZU 47 
Malyariyanın profilaktikası 
MÖVZU 48 
İksoid gənə borreliozunun profilaktikası 
MÖVZU 49 
Hemorragik qızdırmaların profilaktikası 
MÖVZU 50 
Taunun profila ktikası 
MÖVZU 51 
Tulyar emiy anın  profilaktik ası 
MÖVZU 52 
B, C, D virus hepatitlərinin profilaktikası 
MÖVZU 53 
Gənə ensefalitinin profilaktikası 
MÖVZU 54 
Qara yaranın profilaktikası 
MÖVZU 55 
Quduzluğun profilaktikası 
MÖVZU 56 
Tetanus 
MÖVZU 57 
QİÇS-in profilaktikası 
MÖVZU 58 
Dermatomikozların və qoturluğun profilaktikası 
MÖVZU 59 
Leyşmaniozlar 
MÖVZU 60 
Xəstəxanadaxili infeksiyaya qarşı aparılan tədbirlər 

Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
1 nömrəli Bakı Tibb Kolleci 
Tibb Kolleci 

 
 
 
 
 
MÖVZU 1 
Mühazirə 
 
Epidemiologiya fənni, üsulları və inkişaf tarixi 
 
Epidemiologiya  fənni  və  üsulları: 
Epidemiologiya 
epidemik 
prosesin 
inkişaf 
qanunauyğunluqlarını öyrənən elmdir; bu  elm insanlar arasında yoluxucu  xəstəliklərin  yayılma prosesini 
(infeksiya  mənbəyi,  yoluxma  mexanizmi  və  həssas  orqanizm),  sosial  şəraitdən  asılı  olaraq  yeni 
yoluxmanın əmələ gəlməsini öyrənir. 
Epidemiologiyanın  müasir  tərifi  ilk  dəfə  1927-ci  ildə  D.K.Zabolotnı  tərəfindən  verilmişdir. 
D.K.Zabolotnıya görə, “Epidemiologiya epidemiyalar haqqında elmdir, epidemiyaların baş verməsinin və 
inkişafının, epidemiyaların yayılmasına kömək edən şəraitlərin öyrənilməsi ilə məşğul olur, onlara qarşı 
mübarizə üsullarını təklif edir”. 
Bu anlayış  son illərə qədər epidemiologiyanın mahiyyətini tam əks etdirirdi. Lakin  müasir dövrdə 
buna münasibət dəyişmişdir. Belə ki, əvvəllər çoxlu epidemiyalar törədən, külli miqdarda insan təlafatına 
səbəb  olan  vəba, taun səpkili  yatalaq və  s. yoluxucu  xəstəliklər   artıq  epidemiya törətmir, təbii çiçək 
xəstəliyi isə tamamilə ləğv edilmişdir. Ona görə də müasir epidemiologiyanın vəzifəsi epidemik prosesin 
intensivliyindən asılı olmayaraq insanlar arasında yoluxucu xəstəliklərin baş verməsinin və yayılmasının 
səbəblərini öyrənməkdən ibarətdir. 
Başqa  sözlə  desək,  “Yoluxucu  xəstəliklərin  epidemiologiyası  –  epidemik  prosesin 
qanunauyğunluqlarını və onların öyrənilmə üsulları  haqqında  biliklər  sistemidir”  (V.D.Belyakov 1989), 
eləcə  də, “Epidemiya əleyhinə  tədbirlər  və onların həyata keçirilməsi, ayrı-ayrı  əhali qrupları arasında 
yoluxucu  xəstəliklərin  yayılmasının qarşısının alınması,  əhali    arasında  xəstəlik  göstəricilərinin  aşağı 
salınması və bəzi yoluxucu xəstəliklərin ləğv edilməsinə yönəldilmiş elmdir”. 
Epidemiologiyanın tarixinə dair qısa məlumatlar:  
Epidemiologiyanın epidemiya haqqında 
elm kimi formalaşması qədim təbabətin yaranması  dövrü ilə eyni vaxta təsadüf edir. Epidemiya termini 
(“Epi” üzərində “demos” xalq)  müəyyən  ərazidə  əvvəllər  qeyd  olunmayan yoluxucu xəstəliyin yaranması 
və artması kimi başa düşülür. Yoluxucu xəstəliklər haqqında dəqiq məlumata bizim eradan 4000-3000 il 
əvvəl rast gəlirik, lakin yoluxucu xəstəliklərin əksəriyyətinin törədicilərinin insan bədəninə uyğunlaşması 
insanın şüurlu növ kimi (Homosapiens) yaranması vaxtına düşür. 
O dövrün alimləri arasında yoluxucu  xəstəliklərin  təbiətini  izah  edən  biri- birinə 
zidd 2 fikir tərəfdarları mövcud idi: 
1. miazmatiklər 
2. kontagionistlər. 
Epidemiologiyanın  inkişafında  ingilis  həkimi  E.Cenner  (1749-1823)  tərəfindən  inək  çiçəyi  ilə 
insanların  peyvənd  edilməsi  faktının  böyük köməyi oldu. Bununla  yanaşı,  XIX  əsrin ikinci yarısında 
L.Paster (1822-1825), İ.İ.Meçnikov (1825-1916), R.Kox (1843-1910), D.İ. İvanovski (1864-1920) 
apardığı  elmi  işlərin  sayəsində  mikrobiologiyanın  sürətlə  inkişaf  etməsi  yoluxucu  xəstəliklərin 
epidemiologiyasında hazırda mövcud olan müasir fikirlər təsdiq edildi. 
Epidemik xəstəliklərin səbəbi – canlı orqanizmlərdir (contagium virum) – onun tərəfdarları belə 
hesab edirdilər ki, həmin orqanizmlər xəstələrdən sağlam şəxslərə ötürülür. Bu məlumatlara eramızdan 
əvvəl 430-cu ildə baş vermiş “öldürücü xəstəliyin” təsvirində rast gəlmək olar. 
L.V.Qromaşevski  epidemiologiyanın  inkişafına  qeyri-ənənəvi  yolunun  tərəfdarı  idi.  Onun  əsas 
müayinə üsulu yoluxucu xəstəlikləri öyrənən biliklərin sintezidir. Burada epidemiologiyanın sintetik rolu 
öz əksini tapmışdır. 
Müəllif  epidemiya  məfhumunu  yoluxucu   xəstələnmə  ilə  məhdudlaşdırır   və onu 
2 hissəyə  bölür: 

Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
1 nömrəli Bakı Tibb Kolleci 
Tibb Kolleci 

 
 
 
1. dar mənada “epidemiya” məfhumu epidemiyanın əvvəlki təyinatına uyğundur; 
2. bununla yanaşı, epidemiyanı geniş mənada və ya epidemik proses anlayışı kimi izah edir; 
Son  onillikdə  bir  çox  tibb  elmlərində  populyasion  yanaşma  məfhumu  qəbul  edilmişdir.  Bunun 
nəticəsində  qeyri-yoluxucu  xəstəliklərin  epidemiologiyası  anlayışı  meydana  gəldi.  Bu,  bir  çox  elmi 
mübahisələrə səbəb oldu. Lakin həyat özü bu məsələni həll etdi və epidemiologiya termini yeni, daha 
geniş mənada tibb elmi və təcrübəsinə daxil oldu. Epidemiologiyanın ümumtibb elmi olması bir daha 
təsdiq edildi. 
Epidemiologiyanın  metodları: 
Epidemik  proses  elə  mürəkkəb  hadisədir  ki,  onu  tək  bir 
metodla öyrənmək qeyri-mümkündür. Epidemik prosesin inkişaf səbəblərini təhlil edərkən bəzən eyni 
vaxtda  bir  neçə  metoddan,  məsələn,  epidemioloji  müayinə  tarixi,  statistik,  mikrobioloji,  immunoloji, 
eksperimenatl metoddan istifadə etmək lazım gəlir. Bundan başqa,  epidemiologiya ilə  yanaşı, digər elm 
sahələrində də (Biologiya, Parazitologiya, Coğrafiya və. s) işlədilən metodlar tətbiq  olunur. 
Bu    müayinə    metodların    ən    başlıcası    epidemioloji    müayinə    metodudur
.  Bu 
metod onunla qiymətlidir ki, yoluxucu xəstəliklərin əmələ gəlməsini və inkişafın hərtərəfli öyrənməyə 
imkan  verir.  Yoluxucu  xəstəliklərə  qarşı  mübarizədə  tətbiq  olunan  epidemioloji  müayinə  metodunun 
yüksək effektivliyi sayəsində ondan son zamanlar geniş yayılmış somatik xəstələrin təhlilində istifadə 
olunur. 
Epidemioloji müayinə metodu 
– epidemiologiyanın əsas  metodudur.  O,  əhali  arasında həm 
yoluxucu  xəstəliklərin  tək-tək  xəstələnmə  haidsələrinin  (ocaqlar),  həm  də    çoxlu  qrupların 
xəstələnməsinin  (epidemiyalar)  müayinəsində  istifadə  edilir.  Epidemioloji  müayinə  yoluxucu 
xəstəliklərin  baş  vermə  səbəbini  öyrənməyə  imkan  verir,  xarici  mühitin  müxtəlif  amillərinin  rolounu, 
xəstəliyin  yayılmasında  bu  və  ya  başqa  şərtlərin  təsirini,  epidemik  prosesin  inkişafında  onların 
əhəmiyyəti açıqlamağa kömək edir. 
Tarixi  metod
.  Epidemiologiyada  qədimdən  istifadə  olunur.  O,  bu  və  ya  başqa  yoluxucu 
xəstəliklərin vaxtı, olduğu yeri və müxtəlif tarixi dövrlərdə yayılması haqqında fikir yürütməyə imkan 
verir. 
Statistik  metod. 
Başqa elmlərdə  olduğu kimi,  epidemiologiyada  geniş  istifadə  edilir.  Satistik 
müayinə metodu  xəstələrdən  yığılmış  ilkin  məlumatlara  başlanır.  (məs:  ocağın  epidemioloji  müayinə 
kartası; təcili bildiriş vərəqəsi). Ocaqlarda müayinə apararkən və ya epidemiyanı təhlil  edərkən  toplanan 
məlumatlar cədvəllərdə cəmlənir və statistik üsullarla işlənir. 
Mikrobioloji  metod
.  Müasir  dövrdə  mikrobioloji  müayinə  metodundan  nəinki  yoluxucu 
xəstəliklərin  etiologiyasının  təyin  edilməsi  yollarını,  xaric  edilməsinin  vaxtını  həm  də  törədincinin 
yoluxmuş orqanizmdən ifraz edilməsinin yollarını, xaric edilməsinin vaxtını və şiddətini, törədicilərin 
xarici mühitə davamlılığını və s. müəyyən etmək üçün istifadə olunur. Bu zaman bir çox epidemioloji 
məsələlər öyrənilir. 
İmmunoloji metod
. Müasir  epidemiologiyada  geniş istifadə  edilən immunoloji  müayinələrin 
əsas  məqsədi  əhalinin  müxtəlif  yoluxucu  xəstəliklərə  qarşı  immuntetinin  vəziyyətini,  eləcə  də 
immunoloji  amillərin  epidemik  prosesdə  əhəmiyyətini  açıqlamaqdan  ibarətdir.  Bundan  başqa,  bu 
müayinələrin  köməyi  ilə  peyvənd  edilmiş  kollektivlərin  arasında  immuntetin  səviyyəsi    və 
vakansiyasının effektivliliyi öyrənilir. 
Eksperimental  metod 
(eksperimental  epidemiologiya).  Epidemiologiyanın  ən  mürəkkəb 
məsələlərinin  həllində  istifadə  olunur.  Müasir  dövrdə  peyvənd  preparatlarının,  immunoqlobulinlərin, 
dezinfeksiya,  deratizasiya  maddələrinin  keyfiyyəti,  yoluxucu  xəstəlik  törədicilərinin  virulentliyi  və  s. 
eksperimental metodun vasitəsilə təyin edirlər. 
V.D.Belyakov (1989) epidemioloji metodu yenidən işləyərkən aşağıdakı  hissələrə  bölünmüşdür: 
1.Epidemioloji  müayinə  metodu 
–  məkan  və  zaman  daxilində  xəstələnmənin 
paylaşmasının təhlilinə əsaslanan metodik üsulların cəmidir. Bu, profilaktik və əksepidemik tədbirlərin 
aydınlaşdırılması və xəstəliyin əmələ gəlməsi mexanizmini  müəyyən etmək  üçün əvəzedilməz 
metoddur. Əsas məqsəd vəstəliklərin profilaktikasına dair həyata keçirilən tədbirlərin elmi  cəhətdən 

Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
1 nömrəli Bakı Tibb Kolleci 
Tibb Kolleci 

 
 
 
əsaslaşdırılmasına  və  onların  effektivliyinin  qiymətləndirilməsidir.  Epidemioloji  metodun  təcrübi 
səhiyyədə istifadə edilməsinə epidemioloji diaqnostika deyilir. 
2. Təsviri-qiymətləndirici metod aşağıdakıları nəzərdə tutur: 
a)  İlkin məlumatların  toplanması 
– İlkin məlumatların qeydiyyatı, hesabat məlumatlar, götürülən 
nümunələrin müayinələrinin nəticələri əsasında aparılır; 
b)  Statistik göstəricilərin hesablanması 
– bu zaman ümumi qəbul edilmiş göstəricilərdən istifadə 
olunur; 
c)  Müxtəlif nozoloji formalarda xəstələnmənin 
təhlili nəticəsində meydana çıxan problemlərin 
qiymətləndirilməsi (ölüm  səbəblərinin araşdırılması, xəstələnmə, ölüm,  əmək  fəaliyyətinin  müvəqqəti 
itirilməsi, əlilik, iqtisadi zərər və s.); 
d) Hirpotenzin  yaranması


Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
1 nömrəli Bakı Tibb Kolleci 
Tibb Kolleci 

 
 
 
MÖVZU  2 
Epidemik proses haqqında anlayış, infeksiya mənbəyi və 
yoluxma mexanizmi 
İnfeksiya  mənbəyi: 
Epidemik  proses  inkişafında  infeksiya  mənbəyi  mühüm  rol  oynayır. 
İnfeksiya mənbəyi – törədicinin çoxaltdığı, toplandığı və xarici mühitə ifraz edildiyi və onun mövcud 
olması üçün təbii yaşayış mühiti hesab olunan yoluxmuş canlı orqanizmdir. 
Müasir  terminologiyada  “İnfeksiya  mənbəyi  dedikdə  törədicinin  növ  kimi  saxlanmasını  təmin 
edən təbii yaşayış və çoxalma mühiti başa düşülür”. İnfeksiya mənbəyi bunlardır: 
1. İnsan – kəskin və xroniki infeksiya ilə xəstə, rekonvalessent və ya törədicigəzdirənlər; 
2. Canlı orqanizm, əsasən heyvanlar, nadir hallarda bioplankton; (zooplakton və ya fitoplankton); 
3. Abiotik ətraf mühit. 
Yoluxmuş orqanizmdən törədicinin xaric edilməsi fizioloji proseslərlə (defekasiya, sidik, tənəffüs, 
tüpürcək ifrazı,  epitelinin  deskvamasiyası  və s.),  onların patoloji intensivləşmiş (ishal), həmçinin  bəzi 
patoloji aktlar (öskürək, zökəm, asqırma,  qusma) və s.  proseslərlə (dəridə  və selikli  qişalarda  xoralar, 
eroziyalar) şərtlənir ki, bunlar xəstəliyi müşayiət  edirlər. Törədicilər  qapalı qan sistemində yerləşdikdə 
onlar orqanizmdən qansoran buğumayaqlılar vasitəsilə xaric  edilir. 
Yoluxmuş orqanizmdən  xaric  edildikdən  sonra  yoluxucu  xəstəliklərin  törədiciləri  ətraf  mühitdə 
qalır, burada onlar nəinki müəyyən müddətdə həyat qabiliyyətini saxlayır, həm də bu və ya digər amillərlə 
yeni orqanizmə daşınırlar. 
Əgər  infeksiya  mənbəyi insandırsa, onda xəstəlik antropoozlarlar  qrupuna aiddir. Bəzi  yoluxucu 
xəstəliklərdə  insan  yeganə  infeksiya  mənbəyi  (qarın  yatalağı  və  səpkili  yatalaq,  malyariya,  qızılca, 
epidemik parotit) ola bilər. Çox vaxt xəstə klinik əlamətləri şiddətlənmə dövründə  törədiciləri maksimal 
miqdarda  ifraz edir, yəni xəstəlik törədicinin ətraf mühitdə  yayılmasını təmin edən simptomlarla (zökəm, 
asqırma, öskürək,  qusma, diareya, tüpürcək ifrazı,  yerli  zədələnmə ocaqlarının  möhtəviyyatı) müşayiət 
edilir. Bu zaman oxşar simptomların yaranması yoluxucu xəstəliklə xəstə insanın mikroorqanizmdən və 
onun toksinindən fiziki cəhətdən azad olmasına şərait yaradır. 
Yoluxucu  xəstəlik  aşağıdakı  dövrlərə  bölünür:  inkubasiya  dövrü  –  yoluxma  anında  etibarən 
xəstəliyin  klinik  əlamətləri  meydana  çıxana  qədər  davam  edir,  xəstəliyin  manifestləşməsi  dövrü, 
rekonvalessensiya dövrü, sağalma və qalıq əlamətləri dövrü. 
İnkubasiya dövründə
, adətən törədicinin ətraf mühitə yayılaması müşahidə olunmur, lakin  bəzi 
infeksiyalar  (qızılca,  B  və  C  viruslu  hepatit)  zamanı  bu  dövrün  sonunda  törədicinin  ifraz  edilməzi 
mümkündür. 
Bir  qayda  olaraq,  xəstəliyin  başlanğıcından  nə  qədər  çox  vaxt  keçmişsə,  xəstə  və  ya  xəstəliyi 
keçirmiş şəxs ətrafdakılar üçün bir o qədər az təhlükəsizdir. 
Sağalma dövründə törədicinin ifraz edilməsi azalır və əksər yoluxucu xəstəliklərdə tamamilə kəsilir. 
Lakin  bəzən  rekonvalessent 
törədicigəzdirənlik 
formalaşır  ki,  bu  halda  ətraf  mühitdə  törədicinin 
müəyyən müddət ifraz edilməsi mümkündür (difteriya, streptokokk infeksiyası, vəba, qarın yatalağı). 
Törədicigəzdirənlər 
–  praktik  sağlam  şəxslərdir.  Törədiciləri  ifraz  etmə  müddətindən  asılı 
olaraq törədicigəzdirənliyin kəskin (3 aya qədər qarın yatalağı  və  paratiflərdə) və  ya xronik formaları (3 
aydan bir neçə on ilə qədər) ayırd edilir. Xronik törədicigəzdirənlik bir çox illər və hətta ömürlük davam 
edə bilər.  Rekonvalesset, kəskin  və xronik törədicigəzdirənlər çox  vaxt böyük epidemioloji əhəmiyyət 
daşıyır, belə ki, onlar təcrid edilmir, sağalam şəxslərlə aktiv ünsiyyətdə qalırlar. Bir sıra infeksiyalarda 
belə  törədicigəzdirənlərin  miqdarı  (meninqokokk  infeksiyası,  vəba,  difteriya)  manifesti  formalarla 
xəstələrin sayından on, yüz, hətta min dəfə çox olur. 
Törədicigəzdirənlik  infeksion  xəstəliklərə  qarşı  əvvəllər  peyvənd  olunmuş  şəxslər  və  ya  həmin 
xəstəliklərə tutulmuş şəxslərdə, başqa  sözlə, immunteti olan şəxslər də  ola bilər, buna sağlam 

Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin