340
Фирузя Мяммядли
O sahil ki,
sizi aparmaq
istəyirəm,
qızıl qumla
örtülüdür.
Sizi aparmaq istədiyim
sahil
qızıl
qumla
örtülüdür.
Dilimizdə həm təyin budaq cümləsi feili
tərkblərlə, həm də feili tərkiblər təyin
budaq
cümlələri ilə əvəzlənə bilir. Bu isə qrammatik
ekvivalentlik üçün çox vacibdir. Məsələn:
Can ver elə cananə ki,
ilqarı gözəldir.
Ġlqarı gözəl olan
cananə
can ver.
Uçmaz elə bir xanə ki,
memarı gözəldir.
Memarı gözəl olan
xanə
uçmaz.
Qiymətli o şeydir ki,
xiridarı gözəldir.
Xiridarı
gözəl
şey
qiymətlidir.
Zərflik budaq cümləli tabeli mürəkkəb
cümlənin zaman, yer, tərzi-hərəkət, kəmiyyət,
səbəb və məqsəd budaq cümlələrinin bəzi tipləri
özlərinin sadə cümləyə çevrilmiş cümlə üzvlərinə
(eyni adda) ekvivalent ola bilir. Nümunələrə
müraciət edək:
Zaman budaq cümləsi:
Onun budağını bir az
tərpətdinmi,
iri ağ tutlar
yağış kimi yağır.
Onun budağını bir az
tərpədən kimi
iri ağ tutlar
yağış kimi yağır.
Özü də o vaxt gəldi ki, Özü də
qazan yenicə
342
Фирузя Мяммядли
Biz min əzaba dözmüşük
ki,
bu günləri görək.
Biz
bu günləri görək deyə
min əzaba dözmüşük.
Yalandan əlli statya tapır
ki,
fəhlələrin
pulunu
kəssin.
Fəhlələrin pulunu kəsmək
üçün
yalandan əlli statya
tapır.
Budaq cümlə tipləri
ilə feili tərkibləri
ekvivalentlik baxımından araşdırılmasından belə
qənaət hasil olur ki, budaq cümlə növlərinin heç də
hamısı deyil, ancaq bəziləri özlərinin sadə cümləyə
çevrilmiş formasında feli tərkiblə ifadə olunmuş
eyni adda cümlə üzvünün mənası ilə ekvivalent ola
bilir.
Qrammatik ekvivalentliyin bu ifadə tərzi
tabeli mürəkkəb cümlə tərkibindəki budaq cümlə
ilə sadə cümlə tərkibindəki feili tərkib arasında
özünü daha çox göstərir.
Beləliklə
deməliyik
ki,
linqvistik
ekvivalentlik dilin semantik sistemində xüsusi bir
kateqoriya olub, həm leksik, həm də qrammatik
səviyyələrdə özünəməxsus dil vahidlərinə malikdir.
Linqvistik ekvivalentlik dil səviyyəsində
leksik, frazeoloji və
qrammatik vahidləri əhatə
etməklə nitq prosesində xüsusi üslubi mövqeyə
malikdir.
Sinonimlərdən fərqli olaraq, ekvivalent
vahidlər mənaca bir-birinin tam eynini təşkil edib,
"başqa bir nitq vahidinin funksiyasını yerinə
yetirən nitq vahididir."
343
Сечилмиш ясярляри
lX
Dubletlərdən fərqli olaraq ekvivalentlər dil
mənsubiyyəti baxımından
eyni mənşəli olub, daha
çox söz və ifadə quruluşuna məxsusdur. Yəni
eynimənşəli dil vahidləri daxilində təzahür edən
semantik hadisədir.
Linqvistik ekvivalentlər leksik və qrammatik
olmaqla tiplərə ayrılır.
Leksik ekvivalentlər dubletlərdən fərqli
olaraq "dili yükləmir." Bu leksik-semantik
kateqoriya öz üslubi imkanları ilə – bədii dildə
əvəzetmə mövqeləri ilə zəngin məna və məzmun
çalarlarına malik olub,
nitqin xəlqiliyinə xidmət
edir.
Leksik ekvivalentlər dildə təkrarların qarşısını
alır.
Leksik ekvivalentlər ədəbi dilin seçmə və
əvəzetmə
əməliyyatında
prosesin
gedişatını
tənzimləyən semantik hadisədir.
Leksik ekvivalentlik sözlə frazeoloji vahid
arasında mövcuddursa, qrammatik ekvivalentlik
özünü cümlə modelində göstərir.
Eynimənalı cümlələrin tərəfləri sadə cümlələr
içərisində söz-cümlə ilə müxtəlif növlü sadə və
mürəkkəb cümlələrdən ibarət olur.
Qrammatik
ekvivalentlik
sintaktik
ekvivalentlik səviyyəsində budaq cümlə ilə feli
tərkiblər arasında da mövcuddur.
Bu iki sintaktik konstruksiyanın quruluş
xüsusiyyətlərindən asılı olaraq, ekvivalentlik ancaq