299
Сечилмиш ясярляри
lX
"Demə sən qorxaqsanmış" kimi çatacaqdı. Bu isə
Səfər kimi bir igid üçün təhqiramiz bir ifadə olardı.
Göründüyü kimi, sözlərin ekvivalentliyi ilə
bağlı üslubi məqam onların
antonimləri ilə
müqayisədə öz dəqiq qiymətini tapır. Müqayisə
üçün:
ciyərli-ağciyər, cəsur-qorxaq.
Bu cərgədə "cəsur" və "ciyərli" sözləri
ekvivalent olduğu halda, "ağciyər" və "qorxaq"
sözlərində məna eynilyi yox, məna yaxınlığı vardır.
Ona görə də bu sözlər (ağciyər – qorxaq) sinonim
hesab olunmalıdır.
Leksik ekvivalentliyin dialekt mövqeyi ilə
bağlı üslubi rolu ədəbi dilə məxsus "fürsət" ilə
dialekt sözü olan "girəvə"
sözünün işəldilməsində
də müşahidə olunur. Aşağıdakı nümunəyə diqqət
yetirək:
"İndi İbrahim xanın əlinə
girəvə
düşmüş-
dü" (Y.V.Çəmənzəminli. "Qan içində" romanı).
Nümunə gətirdiyimiz cümlə "Qan içində"
romanındandır. Romanda Azərbaycan xanlıqlar
dövrünün siyasi hadisələrində mühüm rol oynamış
iki məşhur sima – Fətəli xan və İbrahim xan
arasında hakimiyyət uğrunda çəkişmə getdiyi
göstərilir. Daha doğrusu, Fətəli xan Azərbaycan
torpaqlarını birləşdirib,
öz hakimiyyətinə tabe
etmək isətsə də, İbrahim xan Qarabağ xanlığının
müstəqilliyi uğrunda mübarizə aparır. Bu iki xan
kiçik bir fürsəti belə əldən vermədən bir-birindən
intiqam almağa çalışır. Belə bir imkan İbrahim
xanın əlinə düşdükdə o, Fətəli xanın "Qəmər" və