Seçilmiş əsərləri X 269
tivdır. Digər bir qismi Azərbaycan dilində həmin mənanı ifadə
edən rus və ya Avropa mənşəli sözün sıxışdırılıb dilimizdən
çıxarılması məqamında işlənməklə fəal mövqeyə keçmişdir.
Belə ki, «dəstək», «dəstək vermək» sözləri məhz «mənəvi da-
yaq» məqamında son dövrlərdə dilimizdə işlənən «podderji-
vat», «podderjka» (rus mənşəli) sözünü sıxışdırıb çıxarmışdır.
Dilimizdə getdikcə daha artıq dərəcədə işləklik qazanan
«görüntülər» (mənzərələr, çəkilişlər, peyzajlar mənasında),
«gələnəklər» («ənənələr» əvəzinə), «bilim adamları» («elm
adamları» əvəzinə), «bağlantı» (telefon əlaqəsi mənasında),
«çağdaş» («hazırki» əvəzinə), «anında» («həmin dəqiqə» əvə-
zinə), «cavablamaq», «ziyarətçilər» (görüşə, məsləhətə, müali-
cəyə və s. gələnlər), «seyrçilər» («tamaşaçılar» əvəzinə), «so-
nuclamaq» (sona çatdırmaq), «olaylar» («hadisələr» əvəzinə),
«saylı» («nömrəli» əvəzinə), «birlik» (dilimizdə «toplum» mə-
nasında işlənirdi), «bəstəçi» («bəstəkar» əvəzinə), «yazar»
(«yazıçı» əvəzinə), «iyi» (yaxşı) və s. kimi sözlər Türkiyə
türkcəsindən götürülmüşdür. Bu sözlərin böyük bir qismində
struktur əlamətlər Azərbaycan dilinin sözyaratma modelinə
uyğun olduğundan (kök+şəkilçi), eləcə də türk mənşəli oldu-
ğundan dilimizin lüğət materialı içərisində yad ünsür kimi gö-
rünmür, əksinə Azərbaycan dili belə sözlər üçün doğma mühit
hesab olunur. «Cavablamaq» sözü «cavab vermək» əvəzində,
sözə qənaət məqsədi ilə dilimizin şifahi nitq üslubunun məh-
sulu kimi meydana gəlmişdir. Bu strukturda (-la, -lə şəkilçi-
lərinin köməyi ilə) sözyaratma dilimizin məhsuldar modelləri
sırasında olsa da, (müqayisə et «sayıqlamaq», «sığallamaq»,
«qılıqlamaq», «soraqlamaq» və s) «cavab» sözünün - la şəkil-
çisi ilə düzəldilmiş ifadə tərzi daha çox Türkiyə türkcəsindəki
«sonuclamaq» sözünün quruluş tərzinə uyğun gəlir. Buradan
isə belə qənaət hasil olur ki, dilimizin qrammatik quruluşu öz
ilkin köklərinə möhkəm bağlıdır və hansı dilinsə təsirindən
asılı olmayaraq, forma ona doğmadırsa, onu öz içərisinə alır və
onu öz mühitinin məzmun planında sabitləşdirir.