- 3 -
İSSN 2224-0829
ELMİ ƏSƏRLƏR
İCTİMAİ ELMLƏR SERİYASI
SERIES OF SOCİAL SCIENCES
СЕРИЯ СОЦИАЛЬНЫХ НАУК
№2(67)
NAXÇIVAN, NDU, “QEYRƏT”-2015
НАУЧНЫЕ ТРУДЫ
SCIENTIFIC WORKS
- 4 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 2 (67)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 2 (67)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 2 (67)
TARİX ELMLƏRİ
İSMAYIL HACIYEV
AMEA Naxçıvan Bölməsi
E-mail:
ismayil_haciyev@yahoo.com
UOT: 316.32
XARİCİ DÖVLƏTLƏRİN NAXÇIVANLA BAĞLI
SİYASƏTLƏRİNDƏ ERMƏNİ AMİLİ
(1917-1921-ci illər)
Açar sözlər: Böyük dövlətlər, ABŞ, İngiltərə, Rusiya, Türkiyə, erməni amili, Naxçıvan
Key words: Great states, USA, England, Russia, Turkey, Armenian factor, Nakhchivan
Ключевые слова: Большие государства, США, Англия, Россия, Турция, армянский
фактор, Нахчыван
XX əsrin əvvəllərində I Dünya müharibəsinin nəticəsində dünyada yaranmış yeni geosiyasi
vəziyyətlə əlaqədar Cənubi Qafqazda da müəyyən dəyişikliklər baş verdi: Azərbaycan Xalq
Cümhuriyyəti, Gürcüstan Demokratik Respublikası və Ararat Respublikası yarandı. Bu üç müstəqil
dövlətlər arasında ərazi mübahisələri vəziyyəti gərginləşdirdi. Xüsusilə, Ararat Respublikası
“böyük Ermənistan” yaratmaq arzusu ilə ərazi iddialarına silahlı yolla sahib olmaq üçün fəaliyyətə
başladı. Böyük dövlətlərdən - ABŞ, İngiltərə, Rusiya və b. – siyasi, hərbi və maddi kömək alan
Ermənistan dövləti azərbaycanlılara qarşı soyqırımı həyata keçirməyə başladı. Böyük dövlətlər
Cənubi Qafqazda, Azərbaycanda, eləcə də Naxçıvanda möhkəmlənmək, Naxçıvanı Ermənistana
vermək üçün erməni amilindən istifadə edirdi. Azərbaycan rəhbərləri, naxçıvanlıların inadlı
mübarizəsi, Türkiyənin ədalətli mövqe tutması böyük dövlətlərin məqsədlərinin gerçəkləşməsinə
imkan vermədi.
Azərbaycana bağlı Naxçıvan bölgəsi XX yüzilliyin əvvəllərində mürəkkəb və çətin
hadisələrlə qarşılaşdı. Azərbaycanın bu bölgəsi dörd ölkənin qovşağında yerləşdiyindən çox böyük
strateji və geosiyasi əhəmiyyət kəsb edirdi. Bununla əlaqədar yaxın (Türkiyə, Rusiya, İran,
Ermənistan) və uzaq (İngiltərə, ABŞ və s.) xarici dövlətlətlər bu dövrdə Naxçıvan bölgəsinə dair
müəyyən siyasət yetirmiş və bu siyasətdə erməni amili mühüm yer tutmuşdur. Bir sıra xarici
dövlətlərə sığınan ermənilər onların köməyi ilə Azərbaycan torpaqlarına, eləcə də İrəvan, Naxçıvan,
Qarabağ və b. ərazilərə köçürülmüşlər. Bu XV əsrdən başlasa da, daha çox XIX əsrin 20-ci illərində
kütləvi hal almışdır. Təkcə 1828-ci ilin fevral-iyun aylarında İrandan İrəvan, Naxçıvan və Qarabağ
xanlıqlarının ərazisinə 8249 erməni ailəsi, ən azı 40 min nəfər erməni köçürüldü.
1
Bundan bir az
sonar Osmanlı dövləti ərazisindən isə daha 90 min nəfərdən artıq erməni köçürülüb gətirildi.
2
Ermənilər Şimali Azərbaycan torpaqlarına xüsusi məqsədlə, yəni onlara daimi vətən yaratmaq
niyyəti ilə köçürülürdü. Erməniləri yerləşdirmək üçün 200 min desyatindən çox dövlət torpaqları
ayrılmış, habelə müsəlmanlardan 2 milyon manatlıqdan yuxarı xüsusi torpaqlar da pulla alınaraq
ermənilərə paylanmışdır.
Tanınmış rus tədqiqatçısı N.Şavrov yazırdı ki, rəsmi köçürülmüş 124 min nəfər erməni ilə
yanaşı, 10 minlərlə erməni ailələri də qeyri-rəsmi surətdə Güney Qafqaza axışmışlar. O qeyd edirdi
ki, XX yüzilliyin əvvəllərində Güney Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan
çoxu yerli əhali olmayıb, Rusiya hakimiyyət orqanları tərəfindən buraya köçürülənlərdir.
3
Ermənilərin köçürülməsi işi və Azərbaycan torpaqlarında yerləşdirilməsi fasiləsiz davam
etdirilirdi. Rusiya imperatoru I Nikolay (1825-1855) ermənilərin köçürülməsinə nəinki şərait
yaratdı, həm də onlar üçün “erməni vilayəti” təşkil etdi. Bu, tarix boyu erməni siyasətçilərinin ən
- 5 -
böyük arzusu idi. I Nikolay 1828-ci il martın 21-də “Erməni vilayəti”nin yaradılması haqqında
fərman verdi. Həmin fərmana görə, İrəvan və Naxçıvan xanlıqları ləğv edildi, qədimdən
Azərbaycan torpaqları olan İrəvan və Naxçıvan xanlıqları və Ordubad dairəsi hesabına “Erməni
vilayəti” yaradıldı.
4
“Erməni vilayəti” nin ümumi sahəsi 26.9 min kv.km idi. Köçürülməyədək
erməni vilayətində 81.749 nəfər müsəlman və 25.151 nəfər erməni olmuşdur. Kütləvi
köçürülmələrdən sonra “erməni vilayəti”ndə ermənilərin sayı 82.377 nəfərə (15.059 ailə) çatdı.
Nəticədə “erməni vilayəti”ndə erməni əhalisi müsəlmanları cüzi də olsa, sayca üstələdi.
5
1840-cı ildə “Erməni vilayəti” ləğv edilərək yerində Gürcü-İmeretiya quberniyası təşkil
edildi. 1849-cu ildə İrəvan quberniyası təşkil edilir, Naxçıvan qəzası və Ordubad dairəsi bu
quberniyanın tərkibinə daxil idi.
Ermənilərə himayədarlıq edən çarizm onlardan bir əlverişli vasitə və dayaq nöqtəsi kimi
istifadə etməyə, Qafqazın sərvətlərinə sahib olmağa və ermənilərin əli ilə Şərqə doğru ekspansiya
siyasətini genişləndirməyə çalışırdı. Özünün coğrafi-strateji əhəmiyyətinə görə Azərbaycan o
zaman Rusiya imperiyasının xarici siyasət diplomatiyasında əsas yer tuturdu. Çar Rusiyası Cənubi
Qafqazın işğalınadək bu regionda Rusiyanın himayəsində olan “erməni dövləti”nin yaradılmasında
maraqlı idi. Lakin Güney Qafqazın işğalından sonra bu ərazilərdə ermənilərə ayrıca dövlət
qurulmasına çar Rusiyası maraqlı deyildi. Şünki bu hal Rusiyanın imperiya və böyük dövlətçilik
siyasətinə zidd idi.
Osmanlı imperiyasını bölüşdürməyə çalışan çar Rusiyası onun ərazisində “erməni dövləti”
yaratmaqda maraqlı idi. Təsadüfi deyildir ki, çar II Nikolay söhbətlərinin birində qeyd etmişdi ki,
Anadoluda, təbii, ermənilərlə məşğul olacağam, onlara müstəqil bir rejim quracağam.
Çar
Rusiyasının
siyasətini
bolşevik
Rusiyası
davam
etdirdi.
Cənubi
Qafqazın
bolşevikləşdirilməsi üçün V.İ.Lenin S.Şaumyanı Qafqazın müvəqqəti Fövqəladə Komissarı təyin
etdi. S.Şaumyanın əsas məqsədi Azərbaycanı parçalamaq, ərazilərinin böyük bir hissəsində
“Ermənistan dövləti” yaratmaq idi. 1918-ci ilin Mart soyqırımı da bu məqsədlə törədilmişdi.
Rusiya imperiyasının dağılmasından sonar Cənubi Qafqazda üç respublika öz müstəqilliyini
élan etdi. Bu dövlətlər arasında Ararat Respublikası nə ərazisi, nədə ki, paytaxtı olan yeganə
respublika idi. Öz respublikalarını “Ararat” adlandıran ermənilər vaxtilə çar Rusiyası tərəfindən
köçürüldükləri Azərbaycan torpaqlarına iddialarını ortaya qoymuşdular. 1918-ci il mayın 28-də
ermənilər müstəqil dövlətin qurulmasını siyasi mərkəzləri olmadan bəyan etmişdilər. Azərbaycan
Xalq Cümhuriyyəti böyük dövlətlərin təzyiqi altında qədim Azərbaycan şəhəri İrəvanı
6
və ona
bitişik təxminən 9,5 min kv. km ərazini ermənilərə güzəştə getməyə məcbur oldu. AXC Nazirlər
Şurasının sədri Fətəli xan Xoyski və başqaları güman edirdilər ki, bununla ermənilərin bütün ərazi
iddiaları bitəcəkdir.
Beləliklə, 1918-ci ilin may ayında qədim Azərbaycan ərazisində erməni daşnak dövləti,
1920-ci il noyabrın 29-da isə bolşeviklərin zor gücü ilə “Ermənistan SSR” yaradıldı. Amerika alimi
Səmyuel Vimzin qeyd etdiyi kimi, “… üç min ildən artıq bir müddətdə dövlətçiliyi olmayan, indi
isə erməni reallıqlarına deyil, yalnız erməni iddialarına əsaslanaraq ermənilərin dövlət yaratmağa
çalışması nəticəsində müttəfiqlərin müstəqil Ermənistan yaratmaq qərarı qəribə görünürdü”.
7
Ararat Respublikası “böyük Ermənistan” yaratmaq xülyası ilə yaşamış və Azərbaycana qarşı
ərazi iddiaları irəli sürmüş, bir sıra hallarda iddiada olduqları ərazilərin əhalisini soyqırıma məruz
qoymuşdur. Qonşu dövlətlərin Azərbaycana qarşı ərazi iddiaları var idi ki, bunun 7,9 min kv.km-i
Ararat Respublikasına aid idi.
8
Onların ərazi iddialarında Naxçıvan mühüm yer tuturdu. Erməni
daşnakları və “erməni bolşevikləri” eyni siyasətlə Azərbaycandan torpaq qoparmağa çalışmışlar.
Ermənilər Naxçıvan bölgəsini “böyük Ermənistanın” tərkib hissəsi kimi görür və buraya sahib
olmaq üçün böyük dövlətlərin hər cür təstəyindən istifadə edirdilər. “Naxçıvan və Şərursuz
Ermənistan yaşaya bilməz”, - xülyası ilə yaşyan ermənilər hər cür vasitələrdən istifadə edirdilər.
1917-1921-ci illərdə Naxçıvan diyarına silahlı basqınlar etmiş, əhalini soyqırıma məruz qoymuş,
Naxçıvanda erməni general-qubernatorluğu yaratmağa cəhd göstərmiş, azərbaycanlılardan 73727
nəfərini (38 faiz) öldürmüş, lakin məqsədlərinə nail ola bilməmişlər. 1920-ci il dekabrın 28-də
Ermənistan İnqilab Komitəsi Naxçıvanın müstəqilliyini etiraf etmiş, 1921-ci ilin oktyabrında isə
- 6 -
Qars müqaviləsini imzalamaqla Naxçıvan diyarını Azərbaycan ərazisi olduğunu təsdiq etmişdir.
Lakin bu gün də xam xəyallarından geri çəkilməmişdir.
Rusiyanın, İngiltərənin, ABŞ-ın, İranın, Türkiyənin Qafqaz siyasətində, eləcə də Naxçıvanla
bağlı siyasətlərində erməni amilini əsas götürmüşlər. Türkiyə Cümhuriyyəti istisna olmaqla, bu
dövlətlər qeyri-obyektiv mövqe tutmuş, ermənipərəst siyasətləri, ikili siyasətləri ilə diqqəti cəlb
etmişlər.
Rusiya Azərbaycanın müstəqilliyini qəbul etməmiş, Cənubi Qafqazı, xüsusilə Azərbaycanı
ilhaq edərkən erməni amilindən yararlanmış, erməni əsgəri gücləri rus ordusuna yardımçı olmuşlar.
Rusiya dövlətinin rəhbərlərindən və siyasətini aparan siyasətçilərindən olan V.Lenin, İ.Stalin,
G.Çiçerin, Q.Orconikidze və başqaları Ermənistanı sovetləşdirmək üçün bir sıra Azərbaycan
torpaqlarını, eləcə də Naxçıvan və Şəruru Ermənistana güzəşt etmək fikrində olmuşlar. RSFSR ilə
Ermənistanın daşnak hökuməti arasında 1920-ci il avqustun 10-da müqavilə bağlanmış və bu
müqavilədə Qarabağ və Zəngəzur qəzası ilə yanaşı, Naxçıvan diyarı da Ermənistan ərazisi kimi
qəbul edilirdi.
9
1920-ci il noyabrın əvvəlində Bakıda çıxış edən İ.Stalin qeyd etmişdir ki, indiki
halda Naxçıvanı Ermənistana vermək olmaz, Ermənistan sovetləşərsə vermək olar.
10
Stalinin bu
fikri özünü çox gözlətmədi, təqribən 25 gündən sonra Ermənistan sovetləşdi. Əslində Stalin qeyd
olunan fikrini məqsədli söyləmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti və Sovet Azərbaycanı rəhbərlərinin qəti mövqeləri,
naxçıvanlıların inadlı və qəhrəman mübarizəsi Rusiyanın Naxçıvanı Ermənistana güzəşt edilməsinə
imkan verməmişdir. 1921-ci ilin yanvarında Naxçıvanda keçirilən rəy sorğusunun nəticəsi,
Azərbaycan ədliyyə komissarı və Azərbaycanın RSFSR-dəki səlahiyyətli nümayəndəsi Behbud ağa
Şahtaxtinskinin V.Leninə müraciətləri
11
Rusiyanın məsələyə obyektiv yanaşmasını məcbur etmiş,
Türkiyə nümayəndə heyətinin Naxçıvanla bağlı qəti mövqeyi və obyektivliyi Naxçıvanla bağlı
məsələlərin Moskva müqaviləsində düzgün əks olunmasına gətirib çıxarmışdır. Moskva
müqaviləsinin üçüncü maddəsinə görə Naxçıvan Azərbaycanın tərkibində saxlanılmış, ona üçüncü
dövlətə heç bir zaman verməmək şərti ilə muxtariyyət statusu verilmişdi.
12
Türkiyə Cümhuriyyəti bəhs olunan dövrdə Azərbaycana, eləcə də Naxçıvan diyarına siyasi,
hərbi və maddi yardım göstərmişdir. Naxçıvan nümayəndə heyətinin müraciətindən sonra buraya
türk ordusu göndərilmiş və Kazım Qarabəkir Paşa 1918-ci il iyulun 7-də Naxçıvanda qərargahını
qurmuşdu. Xəlil bəyin, general Veysəl bəyin başçılığı ilə Osmanlı qoşunları naxçıvanlıların
müdafiəsinə kömək etmişdir. Veysəl bəy öz qeydlərində yazmışdır: “Bizim Naxçıvanda
olmağımızın əsas məqsədi ermənilərin təcavüzünə mane olmaq idi”.
13
Lakin I Dünya müharibəsinin
nəticəsi olaraq türk əsgər və zabitləri Naxçıvanı tərk etməyə məcbur olmuşdu. Naxçıvanda Araz-
Türk Respublikası yaradılmış (1918 noyabr – 1919 mart), 20 tabor, 500 nəfərlik süvari dəstə və
özünümüdafiə dəstələri formalaşdırılmış və erməni basqınlarının qarşısı alınmışdır. N.Nərimanovun
“Bəyanatı”ndan narahat olan Türkiyə Rusiya ilə aparılan danışıqlarda Naxçıvanın ərazi taleyini həll
etmiş və ona muxtariyyət statusu verilməklə Azərbaycanın tərkibində saxlanılmışdır.
1918-ci ilin noyabrında Bakıya, 1919-cu ilin yanvarında Naxçıvana gələn ingilis qoşunları
ikili siyasət aparmış, erməniləri müdafiə etmiş, Naxçıvanda ingilis general-qubernatorluğu
yaratmışdı.
14
İngilislərin özlərini bitərəf elan etməsinə baxmayaraq, Naxçıvanın Ermənistana
qatılması ideyasını müdafiə edirdilər.
İngilis missiyasi ermənilərin Naxçıvana qarşı işğalçılıq hərəkətlərinə nəinki mane olur,
əksinə erməniləri silahlandırırdı. Onlar bir tərəfdən Naxçıvanın Azərbaycanın bir hissəsi olduğunu
tanıyır, maliyyə və silah vəd edir, digər tərəfdən isə Naxçıvanın daşnak Ermənistanın hakimiyyətinə
verilməsi təkliflərini irəli sürürdülər.
15
İngilis general-qubernatorları F.Lauten və C.Simpson hər vəchlə Naxçıvanın Ermənistana
tabe etdirilməsinə çalışırdılar. Onların bilavasitə göstərişi ilə əhalidəki silahlar yığışdırılır, Osmanlı
təəbələri və Azərbaycan hökuməti tərəfindən Naxçıvana göndərilmiş zabit heyətindən Naxçıvanı
tərk etmək tələb olunurdu.
Naxçıvanın
“erməni
idarəçiliyinə”
verilməsini
Britaniyanın
Qafqazdakı
qoşunlarının
komandanı Devi 1919-cu il aprelin 17-də Xatisyan ilə Gümrüdə müzakirə etmişdi. Erməni
komandiri Dronun Naxçıvanı silah gücünə tabe etdirmək haqqında planı Devinin Simpsonla
- 7 -
görüşündə bəyənilmişdi. General Tomson da onların bu məqsədlərini qəbul etmişdi. Tomson
erməni rəhbərlərinə təklif etmişdi ki, Qarabağın və Zəngəzurun Azərbaycana verilməsini qəbul
edərlərsə, Qars və Naxçıvanın onların nəzarəti altına keçməsinə kömək edəcəkdir.
İngilis generalı Devi 1919-cu il mayın 2-də Naxçıvana səfəri zamanı Müsəlman Milli
Şurasının üzvləri və Naxçıvanın nüfuzlu adamları ilə görüşündə Naxçıvan və Şərur qəzalarının
Ermənistan Respublikası ərazisində yerləşdiklərinə görə onun hakimiyyətinin tabeçiliyə keçməli
olduqlarını bildirmişdi.
16
İngilislərin bu rayonları ermənilərə vermək fikrindən dönmədiklərini görən naxçıvanlılar bir
sıra şərtlər irəli sürdülər. Bu şərtlərin yerinə yetirilməsi zorla ayrılmış vilayətlərin vəziyyətini
qismən yüngülləşdirdi. Naxçıvan bölgəsinin Ermənistan Respublikasının “müvəqqəti idarəçiliyinə”
verilməsi barədə ingilis generalı Devi və İrəvan hərbi dəstəsinin rəisi Dro tərəfindən 1919-cu il
mayın 3-də birgə əmr imzalandı.
17
Mayın 14-də general Devi və Ermənistanın baş naziri Q.Xatisyan Naxçıvana gəldilər.
Naxçıvanlılar onları kəskin etirazla qarşıladılar və barışmaz mövqelərini onlara çatdırdılar. Lakin
naxçıvanlıların etirazları əməli nəticə vermədi və bölgənin əhalisi iyulun sonlarına qədər “erməni
idarəçiliyi” altında yaşamalı oldular. Mayın ortalarında daşnak Varşamyanın başçılığı ilə Naxçıvan
general-qubernatorluğu yaradıldı. Daşnaklar yalnız Naxçıvan şəhərini və dəmiryolu ətrafındakı
əraziləri nəzarətdə saxlaya bilmişdi.
1919-cu il iyulun əvvəllərində ingilis qoşunları Naxçıvanı tərk etməyə başladı. Naxçıvan
əhalisi erməni işğalçılarına qarşı tədricən əsl müharibəyə çevrilən azadlıq mübarizəsinə başladı.
Ermənilərə qarşı vuruşan könüllülərin sayı 6 minə çatırdı.
18
Naxçıvan şəhəri ətrafında, Şahtaxtı, Yengicə və Noraşen stansiyalarında hərbi sursat
cəhətdən daha üstün olmalarına baxmayaraq, erməni qüvvələri məğlub edildilər, çoxlu silah və
sursat, zirehli qatar ələ keçirildi.
Naxçıvan bölgəsində ingilislərin “himayəsi” altında silah gücünə yaradılmış “erməni
idarəçiliyi” iflasa uğradı və biabırçılıqla başa çatdı.
ABŞ da Naxçıvanla bağlı siyasətində erməni amilinə əsaslanırdı. 1919-cu ilin yayında
Naxçıvan bölgəsində ingilislərin mövqelərinin zəiflədiyini görən ABŞ burada daha fəal siyasət
yeritməyə başladı. Qafqazda nüfuz dairəsini qazanmaq uğrunda İngiltərə ilə rəqabətə girən
Birləşmiş Ştatlar Şimali Azərbaycanın, xüsusi ilə də Naxçıvan bölgəsinin strateji mövqeyinə
mühüm əhəmiyyət verir, ermənilərin bu diyarı ələ keçirmək niyyətlərindən öz məqsədləri üçün
istifadə edərək, bölgədə möhkəmlənməyə çalışırdı.
19
ABŞ, əsasən, daşnakpərəst mövqedən çıxış
etsə də, bölgəyə kifayət qədər hərbi qüvvə gətirə bilməməsi, yerli azərbaycanlı əhalinin çox güclü
müqaviməti, AXC hökumətinin prinsipial mövqeyi və s. görə ikili siyasət yeridirdi. Belə ki, 1919-
cu il avqustun 22-də Paris konfransının Ermənistana Ali komissar təyin etdiyi pokovnik V.Haskel
Ermənistandakı çıxışında daşnakların bu qəzalara qarşı irəli sürdükləri ərazi iddialarını müdafiə
etdiyini bildirmişdi. Avqustun 29-da Bakıda Baş nazir N.Yusifbəyli, xarici işlər naziri M.Cəfərov
və b. ilə görüşlərində bölgənin Azərbaycanın idarəçiliyində saxlanacağını elan etmişdi.
20
ABŞ hökuməti Naxçıvan bölgəsi ilə bağlı məsələlərdə əsasən ermənipərəst mövqe tuturdu.
1919-cu ilin sentyabrında V.Haskel Naxçıvan və Şərur-Dərələyəz torpaqlarını əhatə edən “bitərəf
zona” yaradılması layihəsini Azərbaycan hökumətinə təqdim etdi. Bu layihəyə görə “bitərəf zona”
polkovnik V.Haskelin təyin etdiyi amerikalı qubernatorun idarəsində olmalı idi. “Bitərəf”, yaxud
“neytral zona” yaradılması haqqında Haskelin birinci layihəsi yerli hakimiyyət orqanlarının
tamamilə Amerika qubernatoruna tabeliyini nəzərdə tuturdu. Bu layihəyə görə Şərur və Naxçıvan
qəzaları amerikalı qubernatorun başçılığı ilə müttəfiqlərin idarəsi altında olan zonanı təşkil etməli
idi.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti V.Haskelin layihəsini qəbul edə bilməzdi. Hələ
1919-cu il fevralın 28-də AXC hökuməti Naxçıvan general-qubernatorluğu yaratmış və Bəhram xan
Naxçıvanskini qubernator təyin etmişdi.
21
Xarici işlər naziri M.Cəfərovun V.Haskelə göndərdiyi
teleqramda “bitərəf zona” yaradılmasına qəti etiraz olunur, bölgənin yalnız Azərbaycanın ayrılmaz
tərkib hissəsi kimi Amerika general-qubernatorluğu tərəfindən idarə edilməsinə razılıq verilirdi.
- 8 -
V.Haskelin layihəsi əsasında Naxçıvanda general-qubernatorluğun yaradılması yerli
azərbaycanlı əhalinin də kəskin etirazına səbəb oldu. 1919-cu il sentyabrın 9-da yerli əhalinin
Haskelə təqdim etdiyi tələbnamədə, eləcə də həmin ilin oktyabrın 1-də Naxçıvanda
S.Cəmillinskinin, Xəlil bəyin və Kalbalı xanın V.Haskelin nümayəndəsi A.Robenzonla görüşündə
Naxçıvan, Şərur, Dərələyəz, Vedibasar və Milistan əhalisinin əksəriyyətinin Azərbaycan türkləri
olduğunu, bu ərazilərin iqtisadi, siyasi, mədəni və strateji cəhətdən Azərbaycanın ayrılmaz tərkib
hissəsi olduğunu və öz qanları ilə azadlıq qazandıqlarını nəzərə çatdırmışdı.
22
Müttəfiqlərin Ali komissarının Azərbaycan üzrə müvəkkili Ceyms Rey 1919-cu il oktyabrın
16-da Müsəlman Milli Şurasına və Kalbalı xana göndərdiyi məktubunda Naxçıvan və Şərur
rayonlarının müttəfiq idarəçiliyində saxlanıldığını, orada Amerika general-qubernatorluğunun
yaradıldığını, ABŞ ordusunun mühəndisi, polkovnik Edmond L.Dellinin ona baçşı təyin edildiyini
və oktyabrın 23-də Naxçıvana gəlib vəzifələrinin icrasına başalayacağını çatdırırdı.
23
1919-cu il oktyabrın 24-də Naxçıvana gələn C.Rey S.Cəmillinski, Kalbalı xan və Xəlil bəylə
görüşündə V.Haskelin Naxçıvanda general-qubernatorluq yaradılması haqqında bəyanatını elan
etdi. Bəyanatda, həmçinin bölgədə yaşayan xalqların sayına görə erməni və azərbaycanlılardan
ibarət Mərkəzi Şuranın yaradılması, bölgədən Azərbaycan və Ermənistan qoşunlarının çıxarılması,
dəmiryolun və teleqrafın qubernatorun nəzarəti altında qalacağı, idarəetmə xərclərinin yerli büdcə
hesabına ödənilməsi bildirilirdi.
24
Lakin Naxçıvan rəhbərləri öz mövqelərində qalaraq C.Reyin
təkliflərini qətiyyətlə rədd etdi. Ertəsi gün ictimaiyyətin geniş nümayəndələri amerikalı
nümayəndələr ilə görüşündə də əhalinin yalnız Azərbaycan hökumətini tanıdığını amerikalı
nümayəndələrin nəzərinə çatdırıldı. Bölgənin azərbaycanlı əhalisinin güclü müqaviməti ilə rastlaşan
C.Rey
Delinin
burada
general-qubernator
kimi deyil, müttəfiqlərin Ali komissarlığının
nümayəndəsi kimi qalması ilə razılaşdı.
Beləliklə, Naxçıvan əhalisinin inadlı mübarizəsi və Azərbaycan hökumətinin ciddi səyləri
nəticəsində ermənilərin bölgəni “bitərəf zona”ya çevirmək və orada Amerika general-
qubernatorluğu yaratmaq yolu ilə Naxçıvanı Azərbaycandan ayırmaq cəhdləri boşa çıxdı.
Məqsədlərinə nail ola bilməyən Amerika nümayəndələri 1919-cu ilin sonu – 1920-ci ilin
əvvəllərində Naxçıvanı birdəfəlik tərk etdi.
25
Şimali Azərbaycanla, eləcə də Naxçıvanla sərhədə malik olan İran dövləti beynəlxalq
şəraitdən asılı olaraq AXC-yə müxtəlif münasibətlər bəsləmişdi. Əvvəlcə AXC-nin suverenliyini
tanımadı, hətta, respublikanın “Azərbaycan” adlandırılmasına etiraz etdi.
26
Azərbaycan ingilislərin
nəzarətindən xilas olduqdan sonra İranın Azərbaycan Respublikasına münasibəti dəyişdi. Oktyabr
ayında (1919) AXC-nin Tehranda rəsmi diplomatik nümayəndəliyi yaradıldı.
27
Nümayəndəliyin
başçısı İsmayıl xan Ziyadxanov idi.
Diplomatik nümayəndəlik İranda danışıqlar aparırdı. Danışıqların birində Azərbaycan
nümayəndəliyi İrandan tələb etdi ki, ermənilərin fitvası ilə Naxçıvana qarşı düşmən hərəkətlərinə
son qoysun. Belə ki, İran erməniləri Naxçıvan üzərinə hücumlarda yaxından iştirak edir, İran
hökuməti daşnakların Naxçıvandan 60 min azərbaycanlını Cənubi Azərbaycana köçürmək barədə
planına qarşı çıxmırdı. Tehran, ingilis və ermənilərin təhriki ilə Naxçıvanı zəiflədib, ermənilərin
planlarının gerçəkləşməsi üçün münasib şərait yaratmağa meyilli idi.
1920-ci il yanvarın əvvəllərində Adil xan Ziyadxanov AXC-in İran səfiri təyin edildi.İranın
Azərbaycana, eləcədə Naxçıvana qarşı haqsız iddiaları onun nəzərinə çatdırıldı. 1920-ci il martın
20-də İran hökuməti Azərbaycan Respublikasının suverenliyini tanıdı, iki ölkə arasında dostluq və
əməkdaşlıq haqqında müqavilə imzalandı.
Erməni daşnaklarının İran vasitəsi ilə Naxçıvana yiyələnmək arzuları da baş tutmadı.
Böyük dövlətlərin, xüsusilə Rusiya, İngiltərə, ABŞ və başqalarının Naxçıvanda
möhkəmlənmək siyasəti erməni amilinə əsaslansa da yerli azərbaycanlıların və Azərbaycan
hökumətinin inadlı və məqsədəuyğun fəaliyyətləri nəticəsində puç oldu.
- 9 -
Dostları ilə paylaş: |