Scientific works


ABSTRACT  Ilgar  Kengerli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/32
tarix24.04.2017
ölçüsü5,01 Kb.
#15631
1   2   3   4   5   6   7   8   9   ...   32

ABSTRACT 
Ilgar  Kengerli 
Education  of  the Nakhchivan  during  the war  (1941-1945) 
    On  the  basis  of  literature  reviews  the  status  of  public  education  of  the  Nakhchivan  Autonomous 
Republic  during  the  war  of  1941-1945.  Highlights  the  measures  taken  to  alleviate  the  negative 
effects  of war on education.  Briefly  analyzes  the contribution  of  Pedagogical  team  to the victory. 
Reyci  İsmail  zeynalov 
 
 
РЕЗЮМЕ 
Ильгар  Кенгерли 
ПРОСВЕЩЕНИЕ  НАХЧЫВАНА  В ПЕРИОД  ВОЙНЫ (1941-1945 ГГ.) 
       В  статье  на  основе  имеюшейся  литературы  рассматривается  состояние  народного 
просвещения  Нахчыванской  Автономной  Республики  в  период  войны  1941-1945  годов. 
Освещаются  меры,  предпринятые  для  облегчения  негативных  воздействий  войны  на 
образование. Вкратце анализируется вклад педогогического  коллектива в общую  победу.   
  

 
 
- 39 - 
 
 
 
NDU-nun  Elmi  Şurasının  30  mart  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 08) 
         Məqaləni  çapa təqdim  etdi:  Fəlsəfə üzrə elmlər doktoru, professor  
M.Rzayev 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 2 (67) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 2 (67) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 2 (67) 
 
MƏMMƏD ƏLİYEV 
Naxçıvan Dövlət Universiteti 
E-mail: mamed@mail.ru 
UOT:  572.9 
MUZEYLƏR  MƏNƏVİ SƏRVƏTİMİZDİR 
 
Açar  sözlər: Muzey, fond, ekspozisiya, aksponat, kolleksiya, sərvət. 
Key words:   Museum, fund, exposition, exhibits, collection, wealth. 
Ключсвые слова: Музеим, фонды,  экспозиции, экспанаты, коллекции  , богатства. 
 
Muzeylər  sənədli,  maddi  təsviri,  incəsənət    dəyərlərində  ifadə  olunan  bəşəriyyət  tarixi 
haqqında  çox  böyük  sayda  informasiyanı  qoruyub  saxlayır.  Unikal  fondlar,  kolleksiyalar,  nadir 
nəşrlər  haqqında  məlumatlar  muzey  işçiləri  tərəfindən  böyük  qayğı  ilə  nəsildən-nəslə  ötürülür  və 
muzey  sənədlərində  toplanır.  Bu  gün  bu  qiymətsiz  informasiyanı  qoruyub  saxlamaq,  onun  açıqlığını 
və istifadə  rahatlığını  təmin  etmək  lazım  olan  vacib  məsələlərdən  biridir. 

 
 
- 40 - 
Ən  qədim  dövrlərdən  başlayaraq  təşəkkül,  təkamül  və  inkişaf  yolu  keçmiş,  zaman-zaman 
insanların  bu  və  ya  digər  tələbatını  ödəmək  məqsədilə  yaradılmış  bu  nümunələr  sonralar 
mədəniyyət  sərvəti,  muzey  əşyası,  muzey  eksponatı  adlarını  almışdır.   
Əldə  edilmiş  bu  nadir  tapıntıların,  milli  sərvətlərin  müəyyən  qismi    muzeylərimizdə 
mühafizə  olunub  uğurla  nümayiş  etdirilsə  də,  digər  bir  qismi  bu  gundə  də  Londonun  Viktoriya  və 
Albert,  Nyu-Yorkun  Metropoliten,  Almaniyanın  Berlin  və  Drezden,  Sankt-Peterburqun  “Ermitaj” 
Moskvanın  Tarix  və  Şərq  xalqları  sənəti  muzeylərini,  silah  palatasını,  Parisin  Luvr    muzeyini, 
İstanbulun  Topqapı  sarayını  və  dünyanın  digər  muzeylərini  bəzəyir.  İnsan  övladı  yarandığı  gündən 
öz  keçmişini  dərk  etməyə,  onu  qiymətləndirməyə  çalışmışdır.  Tarix  boyu  baş  vermiş  sosial-siyasi 
hadisələrə  münasibətimizin  formalaşdırılmasında  muzeylərimizin  rolu  əvəzsizdir.   
Hər  bir  yüz  illik  ictimai  quruluşun  xüsusiyyətlərinə  uyğun  olaraq,  tarixdə  öz  izini 
qoymuşdur.  Bir-birindən  fərqlənən  və  elmi  əhəmiyyətə  malik  olan  mənəvi  və  maddi  sərvətlər 
yaratmışdır. 
 
Bəşəriyyətin  tərəqqisi  prosesində  yaranmış  maddi  və  mənəvi  sərvətlərin    öyrənilməsi 
əsasında  ayrı-ayrı  xalqların  tarixi  və  mədəniyyəti  dəqiqləşdirilmiş  maddi  və  mənəvi  sərvətlərin 
qorunması,  onların  öyrənilməsinin  ilkin  şərtləri  yaranmışdır.    Belə  bir  işin  öyrənilməsi  və  tədqiqi  isə 
muzeylərin  üzərinə  düşür.   
 
Muzeylər  mədəniyyət  müəssisəsi  və  elmi  mərkəzlər  kimi  ən  dəyərli  tarixi  məlumatları 
böyük  məsuliyyətlə  qoruyub  saxlayır.  Tarixin  keşiyində  duran  muzeylər   elmin  beşiyidir. 
Dövr  dəyişildikcə  elmə  münasibət  də  dəyişlir.  Lakin  elm  çox  qüvvətlidir.  Onun  cazibə 
qüvvəsi  bütün  sahələri  özünə  tabe  edir.  Təsadüfi  deyil  ki,  muzeylər  də  elmi  mərkəzlərə  çevrilərək 
öz  varlığının  vacibliyini  ictimaiyyətə  sübut  etdi.  “Dünyanı  gözəllik  xilas  edəcək”  kimi  tanınmış 
fikir  muzeylərə  də  şamil  edilə  bilər.  Çünki  muzey  latınca  “muzeum”  sözündən  olub  incəsənətin 
bütün  komponentlərini  özündə  əks edən, muzalara  həsr olunmuş  yer,  muzalar  məbədi  deməkdir.   
Son  illərdə  müxtəlif  profilli  muzeylərin  yaranması  eksponatların  daha  dərindən 
öyrənilməsinə  imkan  yaratmışdır.   
Azərbaycanda  Sovet  hakimmiyyəti  qurulana  qədər  xalqımızın  zəngin  mədəni  irsinin 
nümunələri  Qafqaz  canişininin  Tiflisdəki  muzeyində    toplanırdı.  Çox  hallarda  heç  bir  əsası  olmadan 
“İran”  və  “Türkiyə”  mədəniyyəti  nümunələri  kimi  qələmə  verilirdi.  Azərbaycanda  müasir  tipli 
muzeylər  XIX  əsrin  sonu,  XX  əsrin  əvvəllərində  meydana  gəlsə  də,  onun    sələfi  olan  kolleksiyaçılıq 
ənənələrinin  tarixi  çox qədimdir.   
Atabəylər  və  Səfəvilər  dövründə  hökmdar  saraylarında,  məbəd  və  kilsələrdə  qiymətli 
əşyaların,  nadir  sənət  əsərlərinin,  dünyəvi  və  dini  məzmunlu  zəngin  kitabların,  əlyazmaların 
qorunub  saxlandığı  məlumdur.  Həmin  dövrdə  qiymətli  əşyalar,  əsasən  xəzinələrdə  və    saray 
kitabxanalarında  qorunub  saxlanırdı.  Saray  kitabxanası  sadəcə  kitabxana  olmayıb,  həm  də  böyük 
elm  və  incəsənət  mərkəzi,  təhsil  ocağı,  muzey  əşyalarının  qorunduğu  böyük  bir  dövlət  müəssisəsi 
rolunu  oynayırdı. 
Ümumiyyətlə,  müasir  dövrümüzdə  də  bəzi  kitabxanaların  muzey  profilinə  və  zəngin 
kolleksiya  fonduna  malik  olması  ənənəsi  heç  də  az  yayılmamışdır.  Nyu-Yorkdakı  Morqan 
kitabxanası,  Sank-Peterburqdakı  M.Y.Saltıkov-Şedrin  adına  kitabxana  zəngin  muzey  eksponatlarına 
malik  olmaları  ilə  bütün  dünyada  şöhrət  qazanmışlar.  Bu  siyahıya  qiymətli  sənət  incilərinin  çoxluğu 
ilə  seçilən  Paris  milli  kitabxanasını  da  əlavə  etmək  olar.  Müasir  dövrdə  bir  çox  Azərbaycan 
kitabxanalarında  da  mahiyyətcə  qiymətli  muzey  eksponatlarındanh  geri  qalmayan  nadir  kitab 
fondları,  əlyazmalar,  albomlar  və rəsmlər  mövcuddur. 
Azərbaycanda  muzeylərə  dövlət  qayğısı  ümumimilli  Lider  Heydər  Əliyevin  hakimiyyətə 
gəlişindən  sonra  baş  verdi.  İstər  Azərbaycana  rəhbərlik  etdiyi  birinci,  istərsə  də  xalqın  qətiyyətli 
tələbi  ilə  hakimiyyətə  gəldiyi  ikinci  mərhələdə  Azərbaycanda  muzeylər  sözün  əsl  mənasında  öz 
qayğıkeş  hamisini  taparaq  qol-qanad  açıb  inkişaf  etmişdir.  Bu  dövrə  qədər  muzeylərin  sayı  20-dən 
artıq  olduğu  halda70-ci  illərdən  sonra  200-dən  artıq  oldu.  Onların  maddi-texniki  bazası 
gücləndirildi.  Muzeylərə  çoxlu  sayda  yeni-yeni  eksponatlar  daxil  oldu,  binaları  yenidən  quruldu  və 
yeni  muzeylər  yaradılmağa  başlandı.   

 
 
- 41 - 
Bu  mərhələdə  müstəqil  dövlətin  ali  təhsilli  arxivşünas  və  muzeyşünaslara  ehtiyacı  var  idi. 
Belə  ki,  respublikada  müxtəlif  profilli  200-dən  çox  muzey  üçün  muzeyşünaslıq  sahəsində  ali  ixtisas 
təhsilli  kadrlara  ehtiyacının  ödənilməsi  bu gün  çox  vacibdir. 
Son  zamanlar  ümumiyyətlə,  bütün  sahələrdə  olduğu  kimi  Azərbaycan  elminin, 
mədəniyyətinin  və  incəsənətinin  inkişafına  göstərilən  qayğı  getdikcə  öz  bəhrəsini  verməkdədir. 
Zəngin  mədəni  irsimizin,  milli-mənəvi  dəyərlərimizin  qorunmasında  böyük  xidmətlər  göstərmiş 
ümummilli  lider  H.Əliyevin  2000-ci  ilin  martında  imzaladığı  “Muzeylər  haqqında  qanun”a  görə 
muzey  fəaliyyəti  sahəsində  dövlət  siyasətinin  əsas  prinsipi  kimi  “milli  sərvətlərin  saxlandığı 
muzeylərin 
və 
muzey 
fondlarının 
mühafizəsinə 
dövlət 
qayğısı, 
onların 
ilk 
növbədə 
maliyyələşdirilməsi”  məsələsi  dövlət  vəzifələri  də  müəyyənləşdirildi.  Muzeylərin  saxlanılmasına, 
inkişafına  maddi-texniki  bazasının  möhkəmləndirilməsinə,  muzey  kadrlarının  hazırlanmasına  doğru 
yönəldilmiş  həmin  vəzifələrin  yerinə  yetirilməsi,  sözsüz  ki,  xalqın  maddi  mənəvi  sərvətlərinin,  milli 
irsinin  toplayıcısı,  qoruyucusu  və ötrücüsü  olan  muzeylərin  fəaliyyətində  həlledici  rol  oynamışdır. 
Müasir  dövrdə  muzeylərimizin  hərtərəfli  inkişaf  etdirilməsini  təmin  etmək  üçün  Azərbaycan 
Respublikası  Prezidentinin  6  mart  2007-ci  il  tarixi  sərəncamı  dövlətimizin  muzey  və  muzeyşünaslıq 
elminin  inkişafına  olan  qayğısının  parlaq  ifadəsidir. 
 
Heydər  Əliyevin  təşəbbüsü  və  əməli  fəaliyyəti  ilə  Azərbaycanda  muzey  və  muzeyşünaslıq 
elminin  inkişafı,  müxtəlif  profilli  muzeylərin  yaradılması,  muzeylərimizdə  aparılan  yenidənqurma 
və bərpa işləri  müasir  texnologiyaların  tətbiqi  kimi  tədbirlər  zamanın  tələbinə  çevrilmişdir.   
Yeni  dövrdə  ölkəmizdə  muzeyçilik  ənənələrinin  bərpa  edilməsi  təşəbbüsləri  də  qədim 
Naxçıvan  diyarının    adı  ilə  bağlıdır.  Görkəmli  yazıçı  və  publisist  Cəlil  Məmmədquluzadə  hələ  XIX 
əsrin  sonlarında  Naxçıvandakı  Nehrəm  kəndində  diyarşünaslıq  muzeyi  yaratmaq  qərarına  gəlmişdi. 
Çar  üsuli-idarəsi  şəraitində  dövlət  orqanlarından  heç  bir  əməli  yardım  ala  bilməyən  ədib  kəndlilərin, 
təəssübkeş  Naxçıvan  ziyalılarının,  müəllimlərin  və  şagirdlərin  köməyi  ilə  həmin  ilk  muzeyi  özü 
təşkil  etmişdi. 
Bu  gün  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  Sədri,  Heydər  Əliyev  siyasi 
məktəbinin  layiqli  davamçılarından  biri  olan  çox  hörmətli  Vasif    Talıbovun    muzeylərə  olan    diqqəti 
və  qayğısı  nəticəsində  Naxçıvanda  dövlət  qeydiyyatında  27  muzeylər  fəaliyyət  göstərir.  Muxtar 
respublikada  20-dən  artıq  ictimai  əsaslarla  yaradılmış  muzey  fəaliyyət  göstərir  ki,  bunların 
fəaliyyəti  müasir  dövrün  tələblərinə  tam  mənada  cavab verir. 
Muzeylər  yenidən  qurulmuş,  onların  maddi  texniki  bazası  möhkəmləndirilmişdir.   
Bunlardan  10  may  1999-cu  ildən  fəaliyyət  göstərən,  ümumimilli  liderin  adını  daşıyan 
Heydər  Əliyev  muzeyi,  1998-ci  ilin  aprelində  təşkil  olunmuş  Naxçıvan  Dövlət  xalça  muzeyi,  2000-
ci  ildə  yaradılmış  Azərbaycanın  suverenliyi  və  ərazi  bütövlüyü  uğrunda  döyüşlərdə  həlak  olmuş 
naxçıvanlıların  xatirəsini  əbədiləşdirə  xatirə  muzeyini,  2002-ci  ildə  Naxçıvan  şəhərindəki  “Əcəmi” 
seyrangahında  təşkil  olunmuş  Açıq  Səma  Altında  muzeyi,  2014-cü  ildə  açılmış  Muzey  qala 
kompleksini,  2014-cü  ildə  Bayraq  meydanında  yaradılmış  Bayraq  muzeyi  və  Azərbaycanın 
ayrılmaz  hissəsi  olan  Naxçıvanın  şanlı  tarixini  özündə  yaşadan  muzeylərin  adını  çəkmək  olar.  Bu 
günlərdə  Şahbuz  rayonunun  Nurs kəndində  açılan  Məmməd  Arazın  ev muzeyi  buna  əyani  misaldır. 
Muzeylərimizin  yeni  həyata  qədəm  qoyması,  onların  zənginləşməsi  gənc  nəslin  bu  yurdun 
tarixinin  və  mədəniyyətinini  öyrənməsi  baxımından  böyük  məsuliyyət
 
kəsb  etməklə  yanaşı  onların 
dünyagörüşünün  zənginləşməsində  də əhəmiyyətli  rol  oynayır. 
 
ƏDƏBİYYAT   
 
1.
 
Rauf   Məmmədov  “Naxçıvan  şəhərinin  tarixi  oçerki”  , Bakı,  Elm,  1977. 60s. 
2.
 
Nizami  Rəhimov  “Naxçıvan   Muxtar  Respublika  Dövlət  Tarix  Muzeyi”  (Məlumat-bələdçi)   
Naxçıvan-2002.  54s. 
3.
 
Pirquliyeva   Q. “Numizmatikanın  əsasları”.   Bakı  Nafta-Press,  2009. 168 s. 
4.
 
Azərbaycan  Respublikası  muzey  sərvətlərinin  və muzey  kolleksiyasının  uçotu  və mühafizəsinə 
dair  təlimat.  Bakı:  2008. 220s. 

 
 
- 42 - 
5.
 
Elfira  Qurbanova,  Apdin  Əlizadə.  “Muzeylərdə  elmi-tədqiqat  işinin  təşkili  və metodikası”.  Bakı- 
“Təkfur”-2011.  271 s.  
6.
 
Sabir  Əmirxanov   “Muzeyşünaslıq”.  Tədris-metodiki  vəsait.  Bakı-2012.  111s. 
 
 
ABSTRACT 
Mamed Aliyev 
Museums are spiritual  wealth 
 
The  role  of  museums  in  the  Azerbaijan  history.  The  article  deals  with  the  importance  of  the 
museums  on  training  the  young  generation.  It  also  describes  the  attention  and  care  of  the 
government  upon  the  museums. 
 
РЕЗЮМЕ 
Мамед Алийев 
Музеим наше духовное богатство 
 
В статье показана роль музеев в истрии. Азербайджана, значение музеев в воспитании 
молодого поколения и пристальное внимание государства развитию музеев. 
 
NDU-nun  Elmi  Şurasının  30  mart  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 08) 
         Məqaləni  çapa təqdim  etdi:  Fəlsəfə üzrə elmlər doktoru, professor  
M.Rzayev 
 
 
 
 
 
 
 
 
 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 2 (67) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 2 (67) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 2 (67) 
                                                                                                       
 
     KAMAL MAHMUDOV      
                                                                                                            Lənkəran Dövlət Universiteti                                                                                                          
   
                                                                                                            
kamal-1965@mail.ru 
UOT:  94(479.24) 
 
    50-Cİ İLLƏRİN ORTALARINDA  AZƏRBAYCAN  SSR-DƏ SİYASİ VƏZİYYƏT  VƏ 
SİYASİ  SİSTEMİ TƏKMİLLƏŞDİRMƏK CƏHDLƏRİ
 
 
 
 
Açar  sözlər: siyasi  vəziyyət, siyasi  sistem, islahat. 
 
Key words:  The political situation, the political system, the reform. 
 
Ключевые слова:
  
Политическая ситуация, политическая система , реформа . 
  
 
XX  əsrin  50-ci  illəri  keçmiş  SSRİ-nin  bütün  respublikalarında  olduğu  kimi  Azərbaycanın  da 
tarixində  mürəkkəb  ziddiyyətlər  və  çətinliklərlə  xarakterizə  olunan  dövrüdür.  Təkpartiyalı  siyasi 
sistemin,  Kommunist  partiyasının  dövlət,  hakimiyyət  orqanları,  sovetlər,  məhkəmə,  ictimai 

 
 
- 43 - 
təşkilatlar,  o  cümlədən  həmkarlar  ittifaqları  və  komsomol  üzərində  amiranə  rəhbərliyi  və  təzyiqi 
cəmiyyətin 
yaradıcı 
qüvvələrini 
xeyli 
dərəcədə 
buxovlayır, 
öz 
məqsədlərinə 
uyğun 
istiqamətləndirirdi.  Mənəvi  haçalanma,  sözlə  iş  arasında  uyğunsuzluq  artırdı.   
Kommunistlərin  sözdə  “humanist,  qayğıkeş”  milli  siyasət  kursu  tam  hakim  millətçilik 
mahiyyəti  daşıyırdı.  Assimilyasiyaya  nəzarət  etməklə,  məqsədyönlü  miqrasiya  prosesi  ilə  milli 
respublikalarda  etnik  tərkibi  dəyişdirmək,  məcburi  vahid  ünsiyyət  vasitəsinin  bərqərar  olmasını 
təmin  etmək,  lazım  gələn  anda  qarşıdurma  törədə  biləcək  bütün  münaqişə  ocaqlarını,  vasitələrini 
qoruyub  saxlamaqla  həyata  keçirilirdi  [6, 74] . 
Stalin  dövründəki  nöqsanların,  qüsurların  böyük  bir  hissəsi  Stalinin  şəxsiyyətinə  pərəstişdən 
irəli  gəlmiş  və  bir  qismi  də  Beriyanın  himayəçiliyi  ilə  Azərbaycanda  rəhbər  partiya  və  dövlət 
vəzifələrinə  soxulmuş  ermənilərin  fəaliyyəti  ilə  bağlı  olmuşdur.  Bu  dövrdə  75  mindən  çox  (29  min 
nəfəri  ziyalı  olmuş)  Azərbaycan  vətəndaşı  –  görkəmli  partiya  və  dövlət  işçiləri,  elm  və  mədəniyyət 
xadimləri,  qabaqcıl  mütəxəssislər  həbs  olunub,  sonra  da  məhv  edilmişlər  [7,  9]  .  Bu  dövrdə 
Azərbaycanda  baş  vermiş  repressiyalar  1934-1953-cü  illərdə  Azərbaycana  rəhbərlikdə  birinci  şəxs 
olmuş  M.C.  Bağırovun    adı  ilə  bağlansa  da,  repressiyalar  bilavasitə  mərkəzin  göstərişi  ilə  həyata 
keçirilirdi.  SSRİ-yə  daxil  olan  heç  bir  müttəfiq  respublika  bu  qeyri-qanuni    və  faciəli  prosesdən 
kənarda  qala bilmədi.    
          1953-cü  il  mart  ayının  5-də  otuz  ildən  artıq  sovet  dövlətinə  rəhbərlik  etmiş    Stalinin  vəfatı  ilə 
bütöv  dövr  başa  çatdı.  [4,  280]    Stalinin  rəhbərliyi  dövründə  formalaşmış  totalitar  rejim  şəraitində  
bütün  hakimiyyət  bir  qrup  partiya-dövlət  xadiminin  əlində  cəmlənmiş,  geniş  xalq  kütlələri  ölkənin 
idarə  olunması  prosesindən  kənarlaşdırılmışdı.  Buna  görə  də  1953-cü  ildən  sonra  ölkənin  hansı 
yolla  getməsi  rəhbər  vəzifələrdə  olan  nüfuzlu  şəxslərin  mövqeyindən  asılı  idi.   
          1953-cü  ilin  iyun  ayında  hakimiyyət  uğrunda  mübarizədə  partiya  aparatına  rəhbərlik  edən  
N.S.  Xruşşovun  səyi  ilə  L.P.  Beriya  həbs  edildi.  Dövlət  orqanları,    partiya  aparatı  vəzifəpərəstlik, 
millətçilik  və xarici  kəşfiyyatla  əlaqədə təqsirləndirilən  Beriyanın  tərəfdarlarından  təmizləndi.                      
          Stalindən  sonrakı  dövrün  əsas xüsusiyyətlərinin  formalaşmasında  Nikita  Xruşşov  aparıcı   rol 
oynadı.  Diktatorun  ölümü  ilə  bağlı  olan,  qısa    keçid  dövründən  sonra  ölkədə  başlanan  islahatlar  və 
eksperimentlər  böyük  dəyişikliklərə  səbəb oldu  [10, 202] .    
N.S.  Xruşşov  Stalinin  şəxsiyyətinə  pərəstişi  məhv  etməklə,  populyar  tədbirlərlə,  islahatlarla 
partiyada  və  cəmiyyətdə  nüfuz  qazanmağa  çalışırdı.  İctimai  tərəqqiyə  əngəl  olan  köhnə  siyasi 
sistemin, 
bürokratiyanın 
ifrat 
cəhətlərini, 
partiya-təsərrüfat 
fəallarına 
qarşı 
repressiyanı, 
cəmiyyətdəki  vahiməni  aradan  qaldırmağa  cəhdlər  göstərildi.  Mövcud  siyasi  sistemin  bütün 
qüsurları 
yalnız  Stalinin  şəxsiyyətinə  pərəstişin,  partiya  həyatında  “Lenin  normalarının” 
pozulmasının  nəticəsi  kimi  qələmə  verilirdi. 
Sov.  İKP-nin  XX  qurultayında  “sosialist  demokratiyasını  genişləndirməklə“  sistemi, 
kollektiv  rəhbərliyi,  partiyadaxili  demokratiyanı,  xalqla  əlaqəni  genişləndirməklə  partiyanı  daha  da 
möhkəmləndirmək  kimi  qeyri-real  tədbirlər  müəyyən  olundu.  Partiyanın  Mərkəzi  Komitəsi 
“Şəxsiyyətə  pərəstiş  və  onun  nəticələrini  aradan  qaldırmaq  haqqında”  (1956-cı  il,  30  iyun)  qərar 
qəbul  etdi.  Stalinizm,  şəxsiyyətə  pərəstiş  tənqid  olundu,  onun  təzahürləri  göstərildi,  lakin  bu 
hadisəni  törədən  səbəblər  mövcud  rejim  üçün  əlverişli  olmadığından  açıqlanmadı.   
Yenə  də  təkpartiyalı  inzibati-amirlik  sistemi  ədalətli  və  tarixən  özünü  doğrultmuş  bir  sistem 
kimi  qələmə  verildi.  Əməli  cəhətdən  partiya  nəzarətindən  çıxmış  və  siyasi  sistemə  həddindən  çox 
təzyiq  gücünə  malik  Daxili  İşlər  Nazirliyi,  onun  yerli  orqanları  nəzarət  altına  alındı  [2, 384-385] . 
            Şəxsiyyətə  pərəstişin  tənqidinin  ilk  mərhələsi  çox  ziddiyyətli  idi,  çünki  mahiyyətinə 
toxunmadan  Stalin  dövründə  formalaşmış  totalitar  rejimin  daha  mənfi  cəhətlərinin  ləğvi  prosesi 
gedirdi.  Stalinin  şəxsiyyətinə  pərəstişin  aradan  götürülməsi  ilə  həqiqətən  də  sovet  ölkəsinin  ictimai-
siyasi  həyatında  mülayimləşmə  başlanmışdı.  Güc  orqanları,  habelə  partiya  aparatı  1953-cü  ilin  iyun 
ayında  hakimiyyət  uğrunda  mübarizədə  daha  çevik  hərəkət  edən  Xruşşovun  səyi  ilə  həbs  edilmiş 
L.P.  Beriyanın  tərəfdarlarından  təmizlənməsi  prosesi  Azərbaycanda  da  geniş  kadr  dəyişikliyinə 
səbəb oldu. 
1953-cü  ilin  iyulunda  M.C.  Bağırov  Azərbaycan  KP  MK  və  Bakı  Komitəsinin  birgə 
plenumunda  vəzifəsindən  kənarlaşdırıldı.  O,  Bakıda  SSRİ  Ali  Məhkəməsinin  hərbi  kollegiyası 

 
 
- 44 - 
tərəfindən  mühakimə  edilib,  1956-cı  ilin  aprel  ayında  xalq  düşməni  kimi  ölüm  cəzasına–
güllələnməyə  məhkum  edildi  [7, 9] . 
1956-cı  ildə  Bakıda  Bağırov  və  onun  əlaltılarının  mühakimə  edildiyi  məhkəmə  prosesi 
“açıq”  adlansa  da,  məhkəmə  zalına  ancaq  xüsusi  vəsiqəsi  olanları  buraxırdılar.  Məhkəmə  zalında 
səslənən  etiraflar,  ifşaedici  sənədlər  sonra  yenə  də  ictimaiyyətdən  gizlədildi  [8,  56]  .  Bağırovun 
məhkəməsi  zamanı  aşkar  olunan  faktların  geniş  ictimaiyyətdən  gizli  saxlanmasında  dövlət  özü 
maraqlı  idi.  Bu  faktların  aşkarlanması  hakim  ideologiyanın  və  rəhbər  orqanların  nüfuzuna  mənfi 
təsir  göstərə  bilərdi. 
1953-cü  il  martın  27-də  SSRİ  Ali  Sovetinin  amnistiya  haqqında  fərmanı  oldu.    Repressiyaya 
məruz  qalanların  işinə  yenidən  baxılması  üçün  komissiyalar  yaradıldı  [7,  10]  .  On  minlərlə  ailə 
SSRİ-də gedən  prosesləri  ümid  və həyəcanla  izləyirdi. 
 Bəraətvermə 
prosesi 
başlandı. 
Repressiyalarda 
mövcud 
sistem 
deyil,  stalinizmi 
təqsirləndirmək,  bu  bəladan  təmizlənən  sovet  siyasi  sisteminin  ədalətli  olmasına  xalqda  inam 
yaratmaq  məqsədi  ilə  bu proses mühüm  siyasi  kompaniya  kimi  planlaşdırılmışdı  [2, 385] .  
Stalinin  vəfatından  və  M.C.  Bağırovun  həbs  edilib  güllələnməsindən  sonra  yüzlərlə 
azərbaycanlının  üzərindən  “xalq  düşməni”  damğası  götürüldü.  Onların  ailələrinin,  övladlarının 
məruz  qaldığı  təqiblərə  son  qoyuldu,  hüquqları  bərpa edildi  [7, 11] . 
Bununla  belə,  bəraətvermə  prosesində  minlərlə  siyasi  mübarizə,  o  cümlədən  20-30-cu  illərdə 
Azərbaycanın  müstəqilliyi  uğrunda  mübarizə  aparanlara,  təqib  olunaraq  xaricə  getməyə  məcbur 
olmuş  ziyalılara  və kommunist  rejiminə  qarşı  çıxanlara   bəraət verilmədi. 
Müttəfiq  respublikaların  məhkəmə  idarələri  və  ədliyyə  orqanlarının  işinə  rəhbərliyin 
həddindən  artıq  mərkəzləşdirilməsini  aradan  qaldırmaq  məqsədilə  məhkəmə  idarələrinin  və  ədliyyə 
orqanlarının  işinə  rəhbərlik  etmək  vəzifələri  müttəfiq  respublikaların  ədliyyə  nazirliklərinə  həvalə 
edildi.  [7, 15] . 
Respublikanın 
ictimai-siyasi  həyatında  mövcud  siyasi  sistemin  əsas  prinsiplərinə-
təkpartiyalılığa,  Kommunist  Partiyasının  bütün  siyasi  təşkilatlar,  dövlət  üzərində  amirliyinə 
toxunmadan  ictimai  təşkilatların,  xalq  hakimiyyəti  orqanlarının  fəaliyyətini  nisbətən  canlandırmaq 
üçün  şərait  yaradıldı.  Bəzi  operativ  məsələlərdə  idarəçilik  mərkəzdən  yerlərə  keçirildi.  Yerli 
sovetlər  iriləşdirildi,  kənd sovetlərinin  sayı  azaldıldı.   
Azərbaycan  SSR  Ali  Sovetinin  səlahiyyət  dairəsi  nisbətən  genişləndi.  1956-cı  ildə  Ali 
Sovetin  sənaye,  kənd  təsərrüfatı,  mədəni-maarif,  səhiyyə  və  ictimai  təminat,  tikinti  və  abadlıq 
komissiyaları  yaradıldı.  [1,  156]  .  Respublika  rəhbərliyi  SSRİ-də  başlamış  islahatlardan  və 
mülayimləşmə  prosesindən  istifadə  edərək  iqtisadiyyatın  inkişafında  ölkənin  maraqlarının  nəzərə 
alınmasına  cəhd  göstərirdi.   
1956-cı  ilin  avqustunda  qəbul  edilmiş  dil  haqqında  qanun  milli  şüurun  güclənməsinə,  bir  çox 
ziyalılarda,  geniş  xalq  kütləsində  milli  əhval-ruhiyyənin  yaranmasına  səbəb  oldu.  50-ci  illərin 
ortalarında  siyasi  ab-havanın  nisbətən  yumşalması  ilə  əlaqədar  milli  respublikalarda  müşahidə  olunan 
milli-dirçəliş  meyilləri  imperiya  mərkəzində  şovinizmin  güclənməsinə  səbəb  olmuş,  ciddi  müqavimətə 
rast gəlmişdi.   
1957-ci  ildə  Sovet  İKP  MK-nın  iyun  plenumunda  mühafizəkar  siyasi  rəqiblərini  məğlub  edib 
partiyadan  və  rəhbər  vəzifələrdən  uzaqlaşdırdıqdan,  orduda  və  Dövlət  Təhlükəsizlik  Komitəsində 
rəhbərliyi  təzələdikdən  sonra  əlində  böyük  hakimiyyət  cəmləşdirən  Xruşşovun  partiya  və  cəmiyyət 
üzərində  şəxsi amirliyini  gücləndirdi.  Xruşşov  “volyuntarizmi”  dövrü  başlandı  [2,  387]   
 Bir 
sıra 
ümumdemokratik  dəyişiklər  edilsə  də,  yenə  də  ölkədə,  o  cümlədən  Azərbaycanda  da  təsərrüfat 
quruculuğunda,  idarəetmədə,  ideoloji  işdə  olan  qüsurlar,  qeyri-demokratik  rəhbərlik  metodları  qalmaqda 
davam  edirdi.  Çünki  marksizm-leninizm  hakim  ideologiya  olaraq  qalmaq  etibarı  ilə  ictimai  mülkiyyətə 
söykənirdi,  cəmiyyətin  inkişafına  sinfilik  baxımından  yanaşırdı         [7, 12].   
Xalqın  dövlətçilik  fəaliyyətinə  yadlaşmasını,  hətta  1953-cü  ildə  Stalinin  vəfatından  sonra  əmələ 
gələn  müvəqqəti  siyasi  mülayimləşmə,  “şəxsiyyətə  pərəstişin  aradan  qaldırılması”,  “sosialist 
demokratiyasının  dərinləşdirilməsi”,  şüarları  altında  həyata  keçirilən  islahatlarla  əlaqədar  yaranan  siyasi 
mühit  də  aradan  qaldıra  bilmədi.  Bunun  bir  səbəbi  islahatların  kosmetik  xarakter  daşıması,  cəmiyyətin 
siyasi  və  iqtisadi  əsaslarının  toxunulmaz  qalması  idisə,  başqa  bir  səbəbi  sovet  mühitində,  kommunist 
ideologiyasının  təzyiqi  altında  formalaşmış,  tərbiyə  olunmuş  bir  çox  insanların  şüurunda 

 
 
- 45 - 
təşəbbüssüzlüyün,  ətalətin  kök  salması,  bəzilərinə  əlverişli  olan  köhnə  münasibətləri  mühafizəkarcasına 
qorumaq  cəhdləri  idi.  Lakin  mövcud  olan  məhdud  imkanlardan  xalqın  xeyrinə  istifadə  etmək,  milli-
mənəvi  oyanışa  kömək  göstərmək  üçün  ehtiyatlı  addımlar  atılırdı  [5, 257]  . 
50-ci  illərin  ortalarında  siyasi  ab-havanın  nisbətən  yumşalması  ilə  əlaqədar  müttəfiq 
respublikalarda,  o  cümlədən  Azərbaycan  SSR-də  müşahidə  olunan  milli  oyanış  meylləri  mərkəzdə  kök 
salmış  şovinizmin  daha  da  güclənməsinə  səbəb  oldu  [1,  157]  .  Mərkəz  tərəfindən  həyata  keçirilən 
islahatlar,  demokratikləşdirmə  istiqamətindəki  addımlar  bir  sıra  milli  respublikalarda  olduğu  kimi, 
Azərbaycanda  da,  milli  və  demokratik  meyillərin  güclənməsinə  səbəb  oldu.  Lakin  mərkəz  özü  buna 
hazır  deyildi  və hadisələrin  bu  cür inkişafı  onu  qane etmirdi. 
Sonrakı  dövrlərin  hadisələri  göstərdi  ki,  Moskva  milli  hərəkatın,  milli  dirçəlişə  səbəb  ola  biləcək 
hər hansı  tədbirin  qarşısını  almaq  üçün  hər cür təxribata,  “qurşaqdan  aşağı zərbələrə”  hazır  idi  [3, 27] . 
İ.V.  Stalinin  vəfatından  sonra  SSRİ-nin  yeni  rəhbərliyi  liberal  islahatlara  başladı.  Bu  islahatlar 
1957-ci  ilə  qədər  davam  etdi.  İslahatlar  nəticəsində  ictimai-siyasi  və  sosial-iqtisadi  sahələrdə  müəyyən 
uğurlar  əldə  olundu.  Buna  baxmayaraq  islahatlar  ictimai  həyatın  ideoloji  əsaslarına  toxunmadığı  üçün 
yarımçıq  xarakter daşıyırdı.     
 
Hakimiyyətə  gəldikdən  sonra  N.S.  Xruşşovun  həyata  keçirdiyi  islahatlar  nəticəsində  partiya 
aparatının  ölkənin  idarə  olunmasında  rolu  artdı.  Məhz  partiya  aparatı,  o  cümlədən  müttəfiq 
respublikaların  kommunist  partiyalarının    liderləri  Xruşşovun  1957-ci  ildə    mühafizəkar  stalinçi 
rəqiblərini  məğlub  etməsində  mühüm  rol  oynadılar.  Bu  prosesdə  İ.  Mustafayevin  də  müəyyən  rolu 
olmuşdu.  Xruşşov  hakimiyyətdə  möhkəmləndikdən  sonra  islahatlar  və  dəyişikliklər,  tarixə 
“mülayimləşmə”  dövrü  kimi  düşmüş  dövr  sona  çatdı.  Mərkəzdə  “mülayimləşmə”  dövrü  başa  çatdıqdan 
sonra  islahatçılıq  səylərini  davam  etdirməyə  çalışan,  milli-dirçəliş  meyllərinin  gücləndiyi  respublikalara, 
o  cümlədən  Azərbaycana  qarşı  təzyiqlər  gücləndi.  Mərkəzdə  artıq  liberalizm  və  islahatçılıq  cəhdlərindən 
imtina  etsələr  də,  yerlərdə  o  cümlədən  Azərbaycanda  “kommunist”  millətçiliyi  dərinləşməkdə  idi. 
Moskvanın  narazılığı  respublika  rəhbərliyinin  dəyişdirilməsi  ilə  nəticələnsə  də,  milli  ideyanın 
inkişafının  qarşısını  almaq  mümkün  olmadı. 
 
1969-cu  ildə  Azərbaycanda  rəhbərliyə  gəlmiş  H.  Əliyev  respublikada  idarəçilik  sistemi 
möhkəmləndirildi  [2,  400].  Azərbaycanın  sosial-iqtisadi  inkişafında  qazanılan  uğurlarla  yanaşı,  milli-
mədəni  dəyərlərin  inkişafına  da xüsusi  diqqət  yetirilirdi.   
 
50-ci  illərdə  milli  lider  kimi  məşhurlaşmış  yazıçı  M.  İbrahimov  1958-ci  ildə  Azərbaycan  SSR 
Ali  Sovetinin  sədri  vəzifəsindən  uzaqlaşdırılsa  da,  məhz  H.  Əliyevin  köməyi  ilə  1977-ci  ildə  SSRİ 
Asiya  və  Afrika  ölkələri  ilə  həmrəylik  komitəsinin  sədri  təyin  olundu.  M.  İbrahimovla  yanaşı  50-ci 
illərdə  milli  mədəniyyətin  inkişafında  fəal  rol  oynamış  R.  Rza,  S.  Rüstəm,  S.  Rəhimov,  F.  Əmirov, 
Niyazi,  R.  Behbudov  və  M.  Hüseynov  70-ci  illərin  sonu,  80-ci  illərin  əvvəllərində  Sosialist  Əməyi 
Qəhrəmanı  adına  layiq  görüldülər  [9,  616-617]   .  
 50-ci  illərin  sonunda  respublika  rəhbərliyinin  N.  Nərimanova  münasibəti,  partiya  rəhbərliyi 
tərəfindən  tənqid  olunmuşdu.  Ancaq  1972-ci  ildə  H.  Əliyev  N.  Nərimanovun  100  illik  yubileyini 
keçirmək  üçün  Mərkəzin  razılığını  aldı.  Beləliklə  H.  Əliyev  Kremlin  Nərimanova  münasibətini 
dəyişməsinə  nail  oldu  [9, 631]  . 
 
1978-ci  ildə  qəbul  olunmuş  Azərbaycan  SSR-nin  yeni  Konstitusiyasına  H.  Əliyevin  təşəbbüsü 
ilə  azərbaycan  dilinin  dövlət  dili  olması  haqqında  maddə  əlavə  olundu.  H.  Əliyevin  müdrikliyi 
sayəsində  1956-cı  ildə  qəbul  olunmuş  dil  haqqında  qanundan  fərqli  olaraq  1978-ci  il  Konstitusiyasında 
azərbaycan  dilinə  dövlət  dili  statusu  verilməsi,  mərkəzlə  münasibətlərin  kəskinləşməsinə  səbəb olmadı.    
50-ci  illərdə  Azərbaycanda  cərəyan  edən  ictimai-siyasi  proseslər  nəticəsində  formalaşan  milli 
ideyanın   inkişafı,   H. Əliyevin  respublikaya  rəhbərliyi  dövründə  daha geniş  vüsət aldı. 
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin