Scientific works



Yüklə 5.01 Kb.
PDF просмотр
səhifə5/32
tarix24.04.2017
ölçüsü5.01 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   32

ЯДЯБИЙЙАТ 
 
1.Атакишийева  М.  Бакы Дювлят Университетинин тарихи. Бакы:  Бакы Университети 
Няшриййаты, 1991 ( Ы щисся),  364 сящ. 
2. Ящмядов  Щ.  ХЫХ яср Азярбайжан мяктяби. Бакы:  Маариф,  1985, 300 сящ. 
3.Мяммядов В. Жялил Мяммядгулузадя  адына Нахчыван Дювлят Мцяллимляр Институту. 
Бакы:  Чянлибел, 2001, 220 сящ.   
4. Нахчыванда илк мяктяб  вя тящсилин  инкишаф  йолу. «Шярг  гапысы» гязети, 28 август 
1998-жи ил, № 56 (16673) 
5.Нахчыван МДА. ф.  224.с.5.инв.№ 173 
6.Щябиббяйли И.  Жялил Мяммядгулузадя  мцщити вя мцасирляри. Бакы:  Азярбайжан 
Дювлят Няшриййаты,  1997,  684 сящ. 
7.  Я.Шяриф.  «Молла Нясряддин»  нежя йаранды. Бакы:   Азярняшр,  1986, 394 сящ. 
8.Мирящмядов   Я. Азярбайжан Молла Нясряддини. Бакы:    Йазычы, 1980, 
     430 сящ. 
9. «Молла Нясряддин»  ъурналы, 1906, № 21 
10. Ящмядов  Щ. Азярбайжан мяктяб  вя педагоъи фикир тарихи. Бакы:  АБУ, 2001, 320 сящ. 
11.  Жяфяров  Щ. Нахчыванда тящсил:  инкишаф  йолу вя имканлары. Бакы:   Елм вя тящсил, 
2011, 344 сящ. 
12. Ялийев Я.  Нахчыван МССР-ин мядяни инкишафы.  Бакы, 1958, 46 сящ. 
13. Мяммядгулузадя  Ж. Ясярляри, Ы жилд, Бакы:   1951, 284  сящ. 
14. «Шярги-рус»  гязети, 18 декабр 1903-жц ил 
15. «Гафгаз»  гязети, 1896, № 196 
16.  «Тифлисский  листок»  гязети, 1898, № 114 
17. «Новое обозрение» гязети, 1895, № 4115
 
 
ABSTRACT 
                 Vagif Mammadov 
                                       Education  at Nakhchivan  in  the XIX century 
 
The  article  deals  with  the  foundation  of newly  formed  schools,  interests  and successes  on 
this  field  in  Nakhchivan.  M.T . Sidqi  and another  patriot  writers   had  a great  role  in  the  history  of 
the  education   and creating  new  schools. 
 
 
РЕЗЮМЕ 
В.Мамедов 
Образoвание в Нахчыване в ХIХ веке 
В  статве  рассматриваются  вопросы  об  открытии  в  Азербайджане  школ  нового    типа 
начиная с начала ХIХ века, о процесса, идущем в этом направлении в Нахчыване, а также об 
успехах,  приобретенных в этом сфере.  
Исследуется  деятельност  в  М.Т.Сидги  и  других  просветителей-интеллигентов,  в 
создании  школ нового типа анализированы этапы истории образавания.  
 
 

 
 
- 34 - 
NDU-nun  Elmi  Şurasının  30  mart  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 08) 
         Məqaləni  çapa təqdim  etdi:  Fəlsəfə üzrə elmlər doktoru, professor  
M.Rzayev 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 2 (67) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 2 (67) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 2 (67) 
 
İLQAR KƏNGƏRLİ 
Naxçıvan Dövlət Universiteti 
UOT:  930 
 
NAXÇIVAN  MAARİFİ MÜHARİBƏ DÖVRÜNDƏ (1941-1945-Cİ  İLLƏR) 
 
 
Açar  sözlər: Böyük Vətən Müharibəsi, Naxçıvan Muxtar Respublikası, maarif və təhsil 
 
Keywords:  the  Great  Patriotic  War,  the  Nakhichevan  Autonomous  Republic,  awareness 
and education 
 
Ключевые  слова:  Великая  Отечественная  Война,  Нахчыванская  Автономная 
Республика, просвещение и образование 
 
Müharibə  illəri    bütün  ölkədə  olduğu  kimi  Naxçıvan  MSSR-də    də  təhsilin  bütün  formalarının 
inkişafında    çox  mürəkkəb  və  böhranlı  mərhələni  təşkil  edir.  Məktəblərinin  iş  ahənginin    pozulması, 
müəllimlərin  xeyli  hissəsinin  orduya  çağırılması,  təhsilə  ayrılan    dövlət  vəsaitlərinin  azaldılması 
Muxtar  Respublikada  məktəb  şəbəkəsinin  səviyyəsinin  də  aşağı  düşməsinə  gətirib  çıxardı. 
Məktəblərin  müəllim  kadrları,  dərslik  və  dərs  vəsaitləri,  digər  zəruri  avadanlıqlarla  təmin  edilməsi 
ilə  bağlı  ciddi  problemlər  yarandı. 

 
 
- 35 - 
Həmin  dövrdə  şagird  kontingenti  də,  ibtidai  və  orta  məktəblərin  sayı  azalmışdı,  və  bu 
tendensiya  bütün  ölkə  üçün  səciyyəvi  idi.  İbtidai  məktəblərin  sayının  azalması  bir  tərəfdən  ölkədə 
ümumi  icbari  yediillik  təhsilə  keçidlə  bağlı  olmuşdusa,  digər  tərəfdən  müharibənin  doğurduğu 
fövqəladə  vəziyyətlə  əlaqədar  idi.  Əgər  1940-1941-ci  tədris  ilində  Naxçıvan  Muxtar  Respublikası 
üzrə  196  ümumtəhsil  məktəbində  30458  nəfər  şagird  təhsil  alırdısa,  1941-1942-ci  tədris  ilində 
məktəblərin  sayı  153-ə,  şagirdlərin  sayı  isə  18850  nəfərə  qədər  azalmışdı.  Bu  hər  şeydən  əvvəl, 
müharibənin  tələblərinə  uyğun  olaraq  yuxarı  sinif  şagirdlərinin  istehsala,  kənd  təsərrüfatına  geniş 
cəlb  edilməsi  ilə  əlaqədar  idi  (2,  s.49).  Naxçıvan  MSSR-də  maarif  sistemində  əsas  problem  kişi 
müəllimlərin  cəbhəyə  getməsi  ilə  onların  sayının  kəskin  surətdə  azalması  idi.  Müəllimlərə    artan 
kəskin  təlabatı  ödəmək  üçün  dərslərin  tədrisi  qeyri-ixtisas  müəllimlərinə,  orta  təhsillilərə  həvalə 
edilmiş,  qadın  müəllimlərin  sayını  artırmaq  üçün  Naxçıvan  Müəllimlər  İnstitutuna,  Ordubad 
Pedaqoji  Texnikumuna  tələbələrin,  o  cümlədən  qızların  sayı  artırılmış,  Naxçıvan  şəhərində  qadın 
pedaqoji  kursları  təşkil  edilmişdi.  Müəllimlərə  olan  ehtiyacı  nəzərə  alaraq  Naxçıvan  MSSR  Maarif 
Komissarlığı  pedaqoji  ixtisası  olmayan  gəncləri,  hətta  yenicə  orta  məktəbi  bitirmiş  qızları  tədrisə 
cəlb  etmək  haqqında  qərar  qəbul  etməli  olmuşdu.  Müəllim  qıtlılığının  digər  səbəblərindən  biri  də 
müəllimlərin  digər  sahələrdə,  idarəetmə  strukturlarında  məşğul  olmaları  idi.  Bu  Muxtar 
Respublikada  ali  təhsillilərin,  ziyalılıarın  əksəriyyətinin  pedaqoji  təhsilli  olması  ilə  əlaqədar  idi. 
Müəllimlərin  məktəbə  qayıtmasının  zəruriliyini  başa  düşən  Azərbaycan  KM  MK  və  XKS  1943-cü 
ilin  fevralında  başqa  sahələrdə  işləyən  və  ixtisasca  pedaqoq  olan  kadrların  məktəblərə  qaytarılması 
haqqında  qərar qəbul  etdi  (2, s.49-50) 
   1941-1942-ji  tədris  ilində  Naxçıvan  MSSR  üzrə  28  orta,  65  yediillik,  60  ibtidai  məktəbdə 
18850  şagird  təhsil  alırdı  ki,    bunların  da  6257  nəfərini  qızlar  təşkil  edirdi  (1,  s.56).  1943-cü  ildə 
Muxtar  Respublikada  848  nəfər  müəllim  işləyirdi  ki,  onların  da  əksəriyyəti  qadın  idi.  1944-cü  ildə 
cəbhədəki  vəziyyətin  SSRİ-nin  xeyrinə  dəyişməsi  orduya  çağrılmış  müəllimlərin  bir  hissəsini  tərxis 
etməyə  imkan  yaratdı.  Müharibənin  ehtiyacları  üçün  alınmış  məktəb  binaları  geri  qaytarıldı.  Bu  isə 
öz  növbəsində  məktəblərin  sayının  artmasına  gətirib  çıxardı.  Ümumiyyətlə,  müharibə  dövründə  180 
ümumtəhsil  məktəbi  fəaliyyət  göstərirdi  ki,  onlardan  36-cı  orta  məktəb  idi  (müharibə  ərəfəsində 
orta  məktəblərin  sayı  27  idi).  Bundan  əlavə  Muxtar  Respublikada  3  texnikum,  Müəllimlər  İnstitutu, 
87  uşaq  bağçası  (onlardan  60-ı  kolxozlarda)  pioner  düşərgələri,  2  dövlət  teatrı,  6  kinoteatr,  101  klub 
müəssisəsi,  32 Qırmızı  guşə  və park fəaliyyət  göstərirdi  (4, 1945, 30 aprel).   
1943-cü  ildə  SSRİ  hökumətinin  qərarı  ilə  bütün  ölkədə  olduğu  kimi    Muxtar  Respublika 
məktəblərində  də  şagirdlərin  7  yaşdan    etibarən    ibtidai  məktəblərin  birinci  sinfinə  qəbuluna 
başlanıldı.  Hökumətin  1944-cü  ildə  qəbul  edilmiş  digər  qərarı  ilə  şagirdlərin  biliyinin 
qiymətləndirilməsinin  5  ballıq    (1,2,3,4,5)  sistemi,  ibtidai,  yediillik  və  orta    məktəbin  buraxılış 
imtahanları  müəyyən  edildi.  Orta  məktəbləri  əla  qiymətlərlə  və  nümunəvi  əxlaqla  bitirənlərə  qızıl 
və gümüş  medallar  verilməsi  qaydaları  təsdiq  edildi. 
1943/44-cü  tədris  ilindən  SSRİ  XKS-nin  qərarı  ilə  Azərbaycanın  Bakı,  Gəncə,  Şəki, 
Stepanakert  şəhərləri  ilə  yanaşı  Naxçıvan  şəhərində  də          qızlar  və  oğlanlar  üçün  ayrıca  məktəblər 
təşkil  edildi.  Lakin  bu  addım  özünü  doğrultmadı  və  1954-cü  ildə  qız  və  oğlan  məktəbləri  yenidən 
birləşdirildi. 
Müharibə  Naxçıvan  Müəllimlər  İnstitutunun  fəaliyyətinə  də  ciddi  təsir  göstəridi.  Müharibə 
başlayan  ilk  günlərdən  institutun  müəllim  və  tələbələrin  xeyli  hissəsi  səfərbər  olunaraq  cəbhəyə 
göndərildi.  Onların  əksəriyyəti  öz  döyüş  hünərləri  ilə  Naxçıvan  gənclərinin  layiqli  nümayəndələri 
olduqlarını  sübut  etdilər.  Naxçıvan  Müəllimlər  İnstitutunun  tələbələrindən  və  məzunlarından  3 
nəfəri  –  Abbas  Quliyev,  Nəcəfqulu  Rəfiyev  və  Qəzənfər  Əkbərov  göstərdikləri  şücaət  və 
qəhrəmanlığa  görə  Sovet  İttifaqı  Qəhrəmanı  adına  layiq  görülmüş,  Əli  Babayev,  Kamil  Qafarov, 
Həbib  Rzayev,  Sultan  Zeynalov,  Əsgər  Əhmədov  və  başqaları  igidliklərinə  görə  ali  hərbi  orden  və 
medallarla  təltif  olunmuşdular.   
Müəllim  və  tələbəlrin  cəbhəyə  göndərilməsi  institutun  təlim-tədris  prosesində  müəyyən 
çətinliklər  yaratsa  da,  mövcud  imkanların  maksimum  səfərbər  edilməsi  hesabına  təhsil  ocağı  öz 
potensialını  qoruyub  saxlaya  bilmişdi.  Müharibə  zamanı  institutun  qəbul  planı  ciddi  kəsirlə  yerinə 
yetirilmiş,  qəbul  olunanların  xeyli  hissəsi  də  müxtəlif  obyektiv  səbəblərdən  institutu  bitirə 

 
 
- 36 - 
bilməmişdi.  Müharibə  dövründə  (1942-1945-ci  illərdə)  institutun  əyani  şöbəsini  103  nəfər  bitirmiş 
və pedaqoji  fəaliyyətə  başlamışdılar  (5, s.34). 
İnstitutun  tələbə  kontingenti  ilə  bağlı  problemləri  aradan  qaldırmaq  məqsədilə  bütün  ölkə  ali 
məktəblərində  olduğu  kimi  Naxçıvan  Müəllimlər  İnstitutunda  qiyabi  təhsil  forması  genişləndirilmiş, 
1943-1944-cü  tədris  ilində  instituta  42,  1944-1945-ci  tədris  ilində  86,  1945-1946-cı  tədris  ilində  147 
nəfər  tələbə  qəbul  edilmişdi  (5,  s.34).  Müharibə  dövründə  institutu  4  ixtisas  üzrə  166  tələbə 
bitirmişdi  (1,  s.60).  İnstitutda  mövcud  imkanlar  səviyyəsində  elmi-tədqiqat  və  tədris-metodiki  işlər 
aparılır,  tələbə  və  müəllimlər  partiya  və  komsomol  orqanlarının  siyasi-maarif  və  təbliğat  sistemində 
yaxından  iştirak  edirdilər.  Obyektiv  çətinliklərə  baxmayaraq,  institutda  tədrisin  keyfiyyətinin, 
tələbələrin  dərslərin  mənimsəmə  səviyyəsinin  artırılması  onların  mədəni-məişət  problemlərinin  həlli 
üçün  lazımi  tədbirlər  görülürdü.  Lakin  müəllim  kadrlara  olan  ehtiyaca  baxmayaraq  tələbələrin 
biliklərinin  qiymətləndirilməsində  obyektivlik  və  prinsiplilik  göstərilir,  formalizmə,  diplom  almaq 
xatrinə,  keyfiyyətin  kəmiyyətə  qurban  verilməsinə  qətiyyən  yol  verilmirdi.  Məsələn,  institutun 
1944-1945-ci  tədris  ilindəki  fəaliyyətinə  aid  sənəddən  məlum  olur  ki,  institutdan  getmiş  35  nəfər 
tələbədən  26-nın  akademik  borcu  olmuş,  2  nəfər  intizamsızlıq  etdiyinə,  6  nəfər  isə  özbaşınalıq 
etdiyinə  görə  təhsil  ocağından  qovulmuşdu.  Bütün  bunlar  institutun  yüksək  səviyyəli,  vətənpərvər, 
əzmkar  müəllimlərin  sayəsində  əldə  edilmişdi.  Müharibənin  ağır  şərtlərinə  baxmayaraq,  tələbələrin 
yüksək  savad  alması  üçün  bilik  və  bacarıqlarını  əsirgəmirdilər.  Naxçıvan  Müəllimlər  İnstitutunun  4 
nəfər  müəllimi  (Həsən  Qazıyev,  Nəsir  Məmmədov,  Əsəd  Cəfərli  və  Abbas  Əsgərov)  əməkdar 
müəllim  adını  almaları,  təkcə  onların  özlərinin  deyil,  bütün  institutun  fəaliyyətinə  verilən  qiymətin 
təzahürü  hesab  edilməlidir  (2, s.50-51).  
Müharibə  dövründə  Naxçıvan  Müəllimlər  İnstitutunda  Muxtar  Respublikanın  ən  görkəmli 
və  yüksək  ixtisaslı  müəllimləri  –  Murad  Tutayuk,  Həsən  Salayev,  Əsəd  Cəfərli,  İbrahimxəlil 
Axundov,  Abbas  Əsgərov,  Həsən  Qazıyev,  Cəfər  İmanov,  Tofiq  Bektaşi,  Əbülfəz  Həsənov,  Həsən 
Səfərli,  Müzəffər  Nəsirli,  Xəlil  Əliyev,  Əli  Əliyev,  Lətif  Hüseynzadə  tələbələrə  elmin  əsaslarını 
öyrətmişlər.  İnstitutun  kadr  potensialının  formalaşmasınada,  tədris-təlim  prosesinin  yüksək 
səviyyədə  təşkil  olunmasında  institutun  direktoru  işləmiş  Əsgər  Əhmədovun  (1939-1941-ci  illər), 
Əli  Hüseynovun  (1942-ci  il),  Nəsir  Məmmədovun  (1943-1944-cü  illər),  Cəfər  İmanovun  (1945-
1946-cı  illər),  müharibədən  sonra  instituta  rəhbərlik  etmiş  Həsənağa  Əbdiyevin  (1946-1950-ci  illər), 
Əbülfəz  Həsənovun  (1951-1952-ci  illər),  Lətif  Hüseynzadənin  (1952-1953-cü  illər)  və  Süleyman 
Süleymanovun  böyük  xidmətləri  olmuşdu.   
Ümumi  düşmən  üzərində  qələbədə  əhalinin  bütün  təbələqərinin  əməyi  var  idi.  Naxçıvan  MR-
nın  təhsil  sisteminin  fəaliyyəti  də  qələbə  üçün  bütün  imkanların  səfərbər  olunmasına  yönəldilmişdi. 
Müharibənin  ilk  günlərindən  Muxtar  Respublika  müəllimləri,  şagirdləri,  bütün  təhsil  kollektivləri 
yüksək  vətəndaşlıq  mövqeyi    nümayiş  etdirərək  vətənpərvərlik  hərəkatında  yaxından  iştirak 
etmişdilər.  Muxtar  Respublika  məktəbliləri  döyüşən  orduya  isti  paltar  və  sovqat  göndərilməsi, 
müdafiə  fonduna    vəsait  toplanması,    döyüşən  ordu  üçün  döyüş  texnikasının  alınması,  cəbhəçi 
ailələrinə,  yaralı  döyüşçülərə  qayğı  göstərilməsi  və başqa işlərdə  fəal  iştirak  edirdilər. 
 Məktəb  kollektivləri  vətənpərvərlik  hərəkatının  yeni  forması  olan    müxtəlif  növ  metal 
qırıntılarının,  kağız  tullantılarının  toplanması  işində  də  fəal  iştirak  edirdilər.  Bu  məqsədlə 
iməciliklər  keçirilir,  şagird  briqadaları  min  tonlarla  qara  və  əlvan  metal  qırıntıları  toplayıb  təhvil 
verirdilər.  Daha  çox  metal  və  kağız  toplanması  uğrunda  rayonlarda  məktəblərarası  yarışlar  təşkil 
olunurdu. 
Müharibənin  ilk  günlərindən  başlayaraq  Muxtar  Respublikanın  sənaye  müəssisələrindən, 
kolxoz  və  sovxozlardan,  mədəni-maarif  ocaqlarından  minlərlə  işçi  qüvvəsi,  kadr  cəbhəyə 
səfərbərliyə  alınmışdı.  Ona  görə  də  MR-da  dövlət  plan  və  tapşırıqların  yerinə  yetirilməsində  əsas 
ağırlıq  yeniyetmələrin,  qadınların  və  qocaların  üzərinə  düşmüşdü.  İstehsalatdan  cəbhəyə  gedənlərin 
yerinə  əsasən  yeniyetmələr  və  gənclər,  qadınlar  tuturdular.  Öz  atalarını,  qardaşlarını  cəbhəyə  yola 
salmış  oğlan  və  qızlar  sükan  arxasında,  dəzgah  başında,  tarlalarda  onları  layiqincə  əvəz  etməyə 
başladılar. 
Müharibənin  başlanması  1941-ci  ilin  yayına  təsadüf  etdiyindən,  məhsulu  itkisiz  yığıb  təhvil 
vermək  üçün  MR-nın  bütün  məktəbliləri  səfərbər  edilmişdi.  Məhsul  yığımında  təkcə  kəndlərdə 

 
 
- 37 - 
yaşayanlar  deyil,  şəhər  məktəbliləri  də  yaxından  iştirak  edirdilər.  1941-ci  ildə  kənd  təsərrüfatı  
işlərinə  Muxtar  Respublikada    3.100  komsomolçu  və  3.491  pioner  cəlb  olunmuşdu  (8,  1941,  19 
iyul)  Kəndlərdə  müxtəlif  təsərrüfat  işlərinin  görülməsində    məktəblilər  kolxoz  və  sovxozlara 
yaxından  kömək  göstərirdilər.  (1,  s.47-49).  Kənd  təsərrüfatı  maşın  və  mexanizmlərini  idarə  etmək 
üçün,    7-10-cu  sinif    şagirdləri  müxtəlif  kurslara  və    dərnəklərə  cəlb  olunmuşdular.  Yuxarı  sinif 
şagirdlərinin  əkin  və  məhsul  yığımına    daha  geniş  cəlb  edilməsi  üçün  geniş  iş  aparılırdı.  Məhsul 
yığımı  ilə  əlaqədar  dərs  saatlarının  miqdarı  azaldılmış,  16  yaşdan  yuxarı  məktəblilər,  müəllimlər 
təsərrüfat  işlərinə  səfərbər  edilmişdilər.  Ordubad  rayonunun  müəllim  və  şagirdləri  yay  tətili  zamanı 
və  istirahət  günlərində  kolxoz  tarlalarında  çalışaraq  1942-ci  ildə  19.155  əmək  günü  qazanmışdılar. 
Müharibə  illərində  Naxçıvan    MSSRdə    153  şagird  istehsalat  briqadası    təşkil  edilmişdi  ki,  onlara  5 
minə  yaxın  şagird  cəlb  olunmuşdu  (3,  s.47-48).  Təkcə  1942-ci  ilin  məhsul  toplanışı  zamanı 
tarlalarda  364  müəllimin  rəhbərliyi  altında  5219  məktəbli  taxıl  yığımına  kömək  etmişdi.  Həmin  il 
Naxçıvan  rayonunun  16  məktəbində  659  şagird  hər  gün  kolxoz  zəmilərində  başaq  toplayırdı(1, 
s. 58). 
Ordubad  rayonunun  müəllim  və  şagirdləri  yay  tətili  zamanı  və  istirahət  günlərində  kolxoz 
tarlalarında  çalışırdılar.  Onlar  1942-ci  ildə  19.155  əməkgünü  qazanmışdılar.  Həmin  rayonun  Dəstə 
kənd  məktəbində  103  nəfər,  Parağa  məktəbində  87  nəfər,  Dırnıs  məktəbində  39  nəfər  müəllim 
və şagird  birlikdə  3077 əməkgünü  qazanmışdılar  (1, s. 58). 
Müharibə  başlanandan  bir  az  sonra  Naxçıvan  MSSR-in  müəllim  və  şagirdləri  Abxaziya 
MSSR-in  xalq  maarifi  müəssisələri  ilə  yaрыш  müqaviləsi  imzaladılar.  Yarışın  şərtlərinə  görə  hər 
iki  Muxtar  Respublikanın  xalq  maarif  kollektivləri  müharibə  şəraitində  təlim-tərbiyə  işlərini 
yaxşılaşdırmağı,  müəllim  və  şagirdləri  kənd  təsərrüfatı  işlərinə  cəlb  etməyi  öz  öhdələrinə  aldılar. 
Müqavilənin  şərtlərini  yerinə  yetirmək  məqsədilə  Noraşen  rayonunun  Baş  Noraşen  (indiki 
Cəlilkənd)  məktəbinin  şagird  kollektivi  müəllim  Yusif  Həsənovun  rəhbərliyi  ilə  120  hektar 
sahənin  becərilməsinə  və  məhsulun  yığılmasına  fəal  yardım  göstərdi.  Həmin  məktəbin  bu 
fəaliyyətindən  nümunə  götürən  Axura  kənd  məktəbinin  şagirdləri  46  hektar  sahənin  becərilməsi 
və  biçilməsi  işində  iştirak  etdilər.  Onlar  mövsüm  ərzində  1310  əməkgünü  qazandılar  (1,  s. 
58).  1941-1942-ci  illərdə  Əbrəqunus  rayonunun  müəllim  və  şagird  kollektivləri  kolxozçulara 
fəal  yardım  göstərirdilər.  Müəllim  H.  Əsgərovun  və  Ə.Əliyevin  başçılıq  etdiyi  şagirdlər  kənd 
təsərrüfatı  bitkilərin  alaq  otlarıdan  təmizlənməsi  normasını  150-160  faiz  yerinə  yetirirdilər.  Həmin 
rayonun  Ərəzin  kənd  məktəbinin  şagirdlərindən  Mədinə  Əlsgərova  Züleyxa  Həbibulayeva  Fatma 
Qarayeva,      Səfiyyə    Məmmədova,  Əliqulu  Qəmbərov  və  b.  hər  biri  140-200  əməkgünü  qazanmışdı. 
Şahbuz  rayonunun  mərkəzindəki  orta  məktəbin  müəllimi  M.Quliyev,  Ordubad  rayonu  Vənənd 
kənd  orta  məktəbinin  müəllimi  Ə.  Məmmədov,  Culfa  rayonu  müəllimlərindən  Ə.  Əlizadə,  Noraşen 
rayonu  Qarabağlar  kənd  orta  məktəbin  müəllimi  H.Bağırov,  Çərçiboğan  kənd  orta  məktəbin 
müəllimi  S. Sadıqova  şagird  briqadalarına  rəhbərlik  edirlər  (7, s. 20, iş.12,v.  32). 
1941-1945-ci  illər  müharibəsi  dövründə  ölkənin  hər  yerində  olduğu  kimi,  Naxçıvan    MSSR-
də  təşkil  edilmiş  şagird  briqadaları  kənd  təsərrüfatı  məhsulları  istehsalının  yüksədilməsi 
sahısındə  böyük  iş  görürdü  . 
Şagird  briqadalarının  üzvləri  iş  alətlərini  də  özləri  düzəldirdilər.    Belə  ki,  onlar  təkcə 
müharibənin  birinci  ilində  196  oraq,  67  dəryaz,  127  bel,  98  dırmıq  və  s.  hazırlamışdılar.  (7, 
s.20,  iş.285,  v.19-20). 
Ümumiyyətlə,  Naxçıvan  MSSR  zəhmətkeşlərinin,  xüsusən  gənclərin  yaxından  iştirakı  və 
köməklikləri 
nəticəsində 
Böyük 
Vətən 
müharibəsi 
illərində 
alman-faşist 
işğalçılarını 
darmadağın  etmək  üçün  müdafiə  fonduna  180  milyon  89  min  manat  nəğd  pul,  12  kq  qızıl-
gümüş,  mindən  çox  bağlama  göndərilmişdir.  (6,s.6,  iş.20,  v.41-45). 
Naxçıvan  məktəbliləri  cəbhəyə  yardım  kampaniyalarında  yaxından  iştirak  edirdilər.  Bu 
vətənpərvərlik  hərəkatı  müxtəlif  formalarda  həyata  keçirilirdi  (1, s.53-55). 
Müharibə  illərində  Muxtar  Respublikanın  müəllim  və  şagirdləri  arxa  cəbhədə  əsil 
vətənpərvərlik  nümunələri  göstərərək  faşizm  üzərində  qələbənin  əldə  olunmasına  öz  töhvələrini 
vermişdilər.  Müdafiə  fonduna  vəsait  toplanmasında  şagirdlər  xüsusilə  fərqlənmişdiər.  Məsələn, 
Noraşen  rayonunun  Siyaqut  kəndindən  olan  Hüseynəliyev  Əmir  Abbas  oğlu  5000  manat, 

 
 
- 38 - 
Qarabağlar  kənd  orta  məktəbinin  8-ci  sinif  şagirdi  Qaraş  Mədətov  10.000  manat,    Düdəngə    kənd 
orta  məktəbinin  şagirdi  Həsən  Şirəliyev  6000  manat,    Dəmirçi  kənd  orta  məktəbinin  şagirdi 
Həsənov  Əli  Əhməd  oğlu  2400  manat,    Sərxanlı  kənd    orta  məktəbinin  şagirdi  Mustafayeva  Xavər 
İlyas  qızı  25.000  manat,  Naxçıvan  rayonunun  Qaraxanbəyli  kənd  orta  məktəbinin  şagirdi  Cəfərov 
Rza  20.000 manat  pul  vermişdilər  (1, s.56). 
Muxtar  Respublika  məktəbliləri  «Azərbaycanın  gənc  pioneri»  adına  döyüş  təyyarəsinin  heyəti 
üçün  120.114,  «Azərbaycanın  gənc  pioneri»  tank  heyətinə  isə  410.447  manat  pul  vermişdilər.  Bu 
vəsait  gənclərin  qazandıqları  əməkhaqqı  hesabına  ödənilmişdi  (1, s.56). 
Məktəbli  gənclər  işğaldan  olunmuş  ərazilərə  yardım  kampaniyalarında  döyüşçü  ailələrinə 
yardım  yardım  göstərilməsində,  uşaq baxçalarına  himayə  edilməsində  də fəallıq  göstərirdilər.   
Müharibənin  qanunauyğunluqları    Naxçıvan  MR-da  təhsilin,  maarifin  inkişafına  öz  təsirini 
göstərsə  də,  partiya,  sovet  orqanlarının      həyata  keçirdiyi    siyasi-inzibati,  təşkilati  tədbirlər  təhsil 
sisteminin,  tədris  müəssisələrinin  fəaliyyətinin  iflic  vəziyyətinə  düşməsinin  qarşısını  almış,  Muxtar 
Respublika  əhalisinin  savadlılıq  səviyyəsində  ciddi  geriyədüşmələr  baş  verməmişdi.  Əksinə, 
müharibənin  sonlarında    hərbi  vəziyyətin  Sovet  İttifaqının  xeyrinə  dəyişməsi  Naxçıvan  MR-da 
təhsilin  ehtiyaclarının  ödənilməsi,  kadr  potensialının  bərpa  edilməsi,  maddi-texniki  bazanın 
möhkəmləndirilməsi  üçün  əlavə  addımlar  atmağa  imkan  vermiş,  nəticədə  MR-da  həm  müəllimlərin 
və şagirdlərin,  həm  də məktəblərin  say artımında  müsbət  dəyişikliklər  baş vermişdi. 
Müharibə  bütün  Azərbaycan  gəncliyinin,  o  cümlədən  muxtar  Respublika  gənclərinin  mənəvi 
mətnliyini  təsdiq  edən  ciddi  sınaq  oldu.  Müharibə  gənclərimizin  mübarizliyini,  vətənə  sədaqətini, 
Vətən  və Xalq  yolunda  canlarını  belə  qurban  verməyə  hazır  olduqlarını  nümayiş  etdirirdi. 
1941-1945-ci  illərdə  Azərbaycan  gəncliyinin  döyüş  və  əmək  rəşadəti  müasir  gənclərimiz  üçün 
örnək  olmaqla  bərabər,  həm  də  o  zamankı  təhsil  sisteminin,  MR-nın  məktəb    kollektivlərinin 
ləyaqətli  nəsil  yetişdirmək  bacarığını  və təcrübəsini  bir  daha  sübut  etmiş  oldu 
 
ƏDƏBİYYAT 
 
1.
 
Cəfərov  H. Azərbaycan  gənclər  hərəkatı  yeni  inkişaf  mərhələsində,  Bakı,  Nurlan,  2007 
2.
 
Cəfərov  H. Naxçıvanda  təhsil:  inkişaf  yolu  və imkanları,  Bakı,  Elm  və təhsil,  2011  
3.
 
Cəfərov  H., Hüseynov  A., Hacıyev  İ. Bilsin  ana torpaq, Bakı,  Bilik,  1991 
4.
 
“Kommunist”  qəzeti 
5.
 
Məmmədov  V. Naxçıvan  Müəllimlər  İnstitutu,  Naxçıvan,  Əcəmi,  2004 
6.
 
Naxçıvan  Muxtar  Respublikasının  Dövlət  Arxivi  (NMRDA),  fond  2 
7.
 
NMRDA,  fond  13 
8.
 
“Şərq qapısı”  qəzeti 
1   2   3   4   5   6   7   8   9   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə