Scientific works



Yüklə 5.01 Kb.
PDF просмотр
səhifə32/32
tarix24.04.2017
ölçüsü5.01 Kb.
1   ...   24   25   26   27   28   29   30   31   32

ƏDƏBİYYAT 
 
1.
 
Əliyev 
R., 
Novruzov 
N., 
Məmmədov 
M. 
İnvestisiyanın 
maliyyələşdirilməsi 
və 
kreditləşdirilməsi.  Bakı:  2003.  440 s. 

 
 
- 230 - 
2.
 
Azərbaycan  iqtisadiyyatı.  Dərslik.  İ.H.Aliyev,  S.A.İbadovun  rəhbərliyi  ilə.  Bakı,  Ağrıdağ,  1999, 
400 s. 
3.
 
Azərbaycanın  vergi  jurnalı.  Bakı- 5/2014.212 s. 
4.
 
“İnvestisiya  fəaliyyəti  haqqında”   Azərbaycan  Respublikasının  Qanunu. 
5.
 
Səmədzadə  Z.Ə. (2002) Milli  iqtisadiyyat  və sahibkarlıq.“İqtisadiyyat”  qəzeti 
6.
 
“Vergilər”  qəzeti.  2014-cü il. 
7.
 
Azərbaycan  Respublikasının  regionlarının  2009-2013-cü  illərdə  sosial-iqtisadi  inkişafı  Dövlət 
Proqramı.  Bakı,  14 aprel  2004-cü il 
8.
 
Musayev  A.F.(2014). Vergi  siyasətinin  iqtisadi  problemləri.  Bakı.285  s 
9.
 
Azərbaycanın  vergi  jurnalı.  Bakı-2/  2014. 212 s. 
 
XÜLASƏ 
Famil  Həsənov 
İqtisadi  təhlükəsizliyin  qorunmasında  investisiya siyasətinin 
əhəmiyyəti və vergitutmanın  səmərəliliyi 
Məqalədə  investisiya  sahəsində  Azərbaycan  iqtisadiyyatının  təsərrüfat  subyektlərinin, 
xüsusən  milli  sahibkarlığın  fəallığının  inkişaf  etdirilməsinin  bir  sıra  maliyyə-vergi  üsullarının 
müəyyən  olunması,  Azərbaycan  iqtisadiyyatına  investisiya  axının  gücləndirilməsi  ilə  onun 
təsərrüfat  subyektlərinin  fəallığının  artırılması  istiqamətində  müvafiq  üsullar  müəyyən  edilmişdir.  
İstər  xarici  və  istərsə  də  daxili  investorların  maliyyə  vəsaitlərinin  xarici  və  daxili  təhlükədən 
qorunması  üçün  dövlət  səviyyəsində  müvafiq  tədbirlərin  istiqamətləri  göstərilmişdir.  Ölkənin  həyatı 
üçün  strateji  əhəmiyyət  kəsb  edəninvestorların  fəaliyyət  dairələrinin  beynəlxalq  standartlara 
uyğunlaşdırılmasında  iri  şirkətlərin  maliyyə  imkanlarının  mühüm  rol  oynamaları  şərh  edilmişdir.   
 
 
NDU-nun  Elmi  Şurasının  30  mart  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 08) 
         Məqaləni  çapa təqdim  etdi:  İqtisad üzrə elmlər doktoru T.Abbasov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 2 (67) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 2 (67) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 2 (67) 

 
 
- 231 - 
                                                                                          
 
HƏSƏN MƏMMƏDOV 
Naxçıvan Dövlət Universiteti 
                                                                          hesenmemmedov@hotmail.com
 
UOT:  332.1 
 
NAXÇIVAN  MUXTAR RESPUBLİKASINDA  KƏND TƏSƏRRÜFATININ DAYANIQLI 
İNKİŞAF  İSTİQAMƏTLƏRİ 
 
 
Açar  sözlər: dayanıqlı  inkişaf, güzəştli kredit, kənd təsərrüfatı ili,sosial-iqtisadi  inkişaf. 
 
Key  words:  sustainable  development,preferential  loans,agricultural  year,socio-economic 
development. 
 
Ключевые  слова:  устойчивое  развитие,  льготные  кредиты, сельскохозяйственный 
год, социально-экономическое  развитие. 
 
Ölkəmizin  və  onun  ayrılmaz  hissəsi  Naxçıvan  Muxtar  Respublikanın  sosial-iqtisadi 
inkişafında  kənd  təsərrüfatının  rolu  inkar  edilməzdir  Ölkə  iqtisadiyyatında  kənd  təsərrüfatının 
özünəməxsus  yerinin  olması  isə  heç  də  təsadüfi  deyil.  Dövlət  əhalinin  ərzağa  olan  daxili  tələbatını, 
əsasən,  öz  potensialı  və  imkanları  hesabına  ödəyə  bilməsi  üçün  regionlarda  infrastruktur  sahələrinin 
yaradılması  və  kənd  təsərrüfatının  inkişaf  etdirilməsi  istiqamətində  mühüm  islahatlar  reallaşdırıb  və 
bu  proses  davam  etdirilir.  Eyni  zamanda,  iqtisadiyyatımızda  kənd  təsərrüfatı  neft  və  tikinti 
sahələrindən  sonra  üçüncü  ən  böyük  sahə  olmaqla  iş  yerləri  ilə  təminatda  ayrıca  xüsusi  çəkiyə 
malikdir.  Bu  sahə  kənd  yerlərində  yoxsulluğun  azaldılmasına  əsaslı  təkan  verən  sektor  olduğundan, 
kənd  təsərrüfatının  inkişaf  etdirilməsi  və  müasirləşdirilməsi  istiqamətində  mühüm  işlər  görülür, 
aqrar  sektora  qoyulan  investisiyalar  ilbəil  artır.  Dövlət  tərəfindən  subsidiyalar  ayrılır,  aqro  xidmət 
sahələri  yaradılır,  güzəştli  şərtlərlə  gübrə,  yanacaq  paylanılır,  lizinq  yolu  ilə  yeni  texnikalar  verilir. 
Fermerlərə  verilən  güzəştli  kreditlər  hesabına  kənd yerlərində  yeni  istehsal  sahələri  yaranır(1). 
 Ölkə  iqtisadiyyatının  prioritet  sahəsi  olan  qeyri-neft  sektorunda,  xüsusi  əhəmiyyətə  malik 
kənd  təsərrüfatı  sürətlə  inkişaf  edir.  Kənd  təsərrüfatının  inkişafına  göstərilən  qayğı  nəticəsində  ölkə 
ərazisində  məhsul  istehsalının  artımı  mütəmadi  olaraq  təmin  olunmaqdadır.  Bu  istiqamətdə  qarşıya 
qoyulan  məqsədə  müvəfəqiyyətlə  çatmaq  üçün  ölkə  prezidentinin  təşəbbüsü  ilə  bu  il,  2015-ci 
təsərrüfat  ili  “Kənd  təsərrüfatı  ili”  elan  edilmişdir.  Burada  başlıca  məqsəd  aqrar  sektorda  mövcud 
problemlərin  həllinə  sistemli  və  kompleks  yanaşmanı  təmin  etmək,  bu  sahəyə  dövlətin  inzibati  və 
maliyyə  resurslarını  səmərəli  şəkildə  cəlb  etmək,  innovasiya  yolu  ilə  qabaqcıl  texnologiyanın  tətbiqi 
nəticəsində  kənd  təsərrüfatında  məhsul  istehsalını  artırmaq,  kənd  təsərrüfatının  inkişafına  təkan 
vermək  və  onun  modernləşdirilməsini  sürətləndirmək,  nəticədə  ölkə  əhalisinin  kənd  təsərrüfatı 
məhsullarına  artmaqda  olan  tələbatını  maksimum  səviyyədə  ödəməkdən  ibarətdir  (8).  
Kənd  təsərrüfatının  ölkə  iqtisadiyyatı  üçün  əhəmiyyətli  sahə  olduğunu  nəzərə  alaraq 
ölkəmizin  hər  yerində  olduğu  kimi,  Naxçıvan  Muxtar  Respublikasında  da  kənd  təsərrüfatının 
inkişafı  məqsədilə  dövlət  tərəfindən  hər  il  ciddi  tədbirlər  görülməklə,  torpaq  mülkiyyətçilərinə  daha 
yaxşı  çalışmaq  üçün  əlverişli  şərait  yaradılmaqdadır.  Bu  gün  Naxçıvanda  aparılan  aqrar  islahatlar 
kənd  təsərrüfatının  bitkiçilik  və  heyvandarlıq  kimi  sahələrinin,  eləcə  də  emal  sənayesinin  inkişafına 
etibarlı  zəmin  yaratmışdır.  Dövlətimiz  tərəfindən  kənd  təsərrüfatı  sahələrinin  sürətli  inkişafı 
məqsədilə  bir  sıra  sərəncam  və  qərarlar  qəbul  edilmişdir.  Belə  ki,  Naxçıvan  Muxtar  Respublikası 
Ali  Məclisi  Sədrinin  sərəncamları  ilə  təsdiq  edilmiş  “2008-2015-ci  illərdə  Naxçıvan  Muxtar 
Respublikasında  əhalinin  ərzaq  məhsulları  ilə  etibarlı  təminatına  dair  Dövlət  Proqramı”,  “Naxçıvan 
Muxtar  Respublikasının  2014-2018-ci  illərdə  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı”,  “2012-2015-
ci  illərdə  Naxçıvan  Muxtar  Respublikasında  meyvəçiliyin  və  tərəvəzçiliyin  inkişafı  üzrə  Dövlət 
Proqramı”nın  icrası  muxtar  respublikada  aqrar  sahənin  davamlı  inkişafı  üçün  zəmin  yaratmışdır. 
Bütün  bunlar  hesabına  muxtar  respublikanın  aqrar  sahəsində  ilbəil  iqtisadi  artım  müşahidə 
olunmuşdur.  Qeyd  etmək  lazımdır  ki,  2014-cü  ildə  də  digər  iqtisadi  sahələrdə  olduğu  kimi,  kənd 
təsərrüfatında  da iqtisadi  artım   davam  etmişdir(1,2,3).   

 
 
- 232 - 
Naxçıvan  Muxtar  Respublikası  Dövlət  Statistika  Komitəsinin  2014-cü  ilin  sosial-iqtisadi 
inkişafının  yekunlarına  dair  statistik  məlumatlarına  əsasən,  demək  mümkündür  ki,  2014-cü  ildə 
kənd təsərrüfatı  məhsulları  2013-cü illə  müqayisədə  6,1 faiz  artmışdır  (8). 
Apardığımız  tətqiqatlardan  aydın  olur  ki,  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi 
Sədrinin  2008-ci  il  17  sentyabr  tarixli  Sərəncamı  ilə  təsdiq  olunmuş  “2008-2015-ci  illərdə  Naxçıvan 
Muxtar  Respublikasında  əhalinin  ərzaq  məhsulları  ilə  etibarlı  təminatına  dair  Dövlət  Proqramı”nın 
qəbul  edildiyi  2008-ci  illə  müqayisədə  bitkiçilik  məhsullarının  həcmi  2,4  dəfə  artaraq  229  milyon 
646  min  manata,  heyvandarlıq  məhsullarının  həcmi  isə  2,1  dəfə  artaraq  125  milyon  511  min  manata 
çatmışdır.
  Bu  gün  dövlət  tərəfindən  kənd  təsərrüfatı  istehsalçılarına  və  emal  müəssisələrinə  geniş 
texniki  və  maliyyə  dəstəyinin  göstərilməsi  aqrar bölmənin  inkişafında  mühüm  rol oynayır(8).   
“Kənd  təsərrüfatı  məhsulları  istehsalçılarına  dövlət  dəstəyi  haqqında”  Azərbaycan 
Prezidentinin  2007-ci  il  23  yanvar  tarixli  Sərəncamına  uyğun  olaraq,  kənd  təsərrüfatı  məhsulları 
istehsalçılarının  istifadə  etdikləri  yanacağın,  mühərrik  yağının  və  mineral  gübrələrin  dəyərinin  orta 
hesabla  50  faizinin  dövlət  tərəfindən  ödənilməsi,  buğda  səpininin,  toxum  və  ting  istehsalının 
subsidiyalaşdırılması  kənd  təsərrüfatı  istehsalına  güclü  təkan  vermişdir.  Bununla  yanaşı,  ölkəyə 
xaricdən  damazlıq  heyvanların  gətirilməsi  və  istehsalçılara  lizinq  yolu  ilə  50  faiz  güzəştlə  satılması 
həyata  keçirilir.
İstehsalın  həcmini  davamlı  olaraq  artırmaq  məqsədi  ilə  aqrar  sahənin  kənd 
təsərrüfatı  maşın  və  mexanizmləri,  mineral  gübrələrlə  təchizatı  mütəmadi  olaraq  yaxşılaşdırılır. 
Belə  ki,  bu  günə  kimi  “Naxçıvan  Aqrolizinq”  Açıq  Səhmdar  Cəmiyyətinin  xətti  ilə  1505  ədəd 
müxtəlif  təyinatlı  kənd  təsərrüfatı  texnikası  və  avadanlıq  alınaraq  muxtar  respublikaya  gətirilmiş, 
onun  xeyli  hissəsi  ötən  il  lizinq  yolu  ilə  məhsul  istehsalçılarına  yönləndirilmişdir.  Təkcə  ötən  il 
ərzində  aqrar  sektorda  məhsul  istehsal  edən  sahibkarlara  3867,3  ton  mineral  gübrə  verilmişdir  ki,  bu 
da  yüksək  məhsuldarlıq  üçün  zəmin  yaratmışdır.  İnanırıq  ki,  görülmüş  məqsədyönlü  tədbirlər 
nəticəsində  gələcəkdə  də bu sahədə  iqtisadi  artım  davam  etdiriləcəkdir  (8).
 
Muxtar  respublikada  kənd  təsərrüfatının  davamlı  və  dayanıqlı  inkişafını  bundan  sonra  da 
təmin  etmək  üçün  aşağıdakı  tədbirlərin  həyata  keçirilməsi  məqsədəuyğun  olardı: 
1.Kənd  təsərrüfatı  məhsulları  istehsal  edən  fermer  təsərrüfatlarında,  bir  qayda  olaraq,  uçot-
hesabat  işlərini  nizama  qoymaq; 
2.Təsərrüfat  subyektlərinə  hər  il  uzunmüddətli  bank  kreditləri  ayırmaq  və  bu  zaman  zəruri 
təsərrüfat  sahələrinin  inkişaf  etdirilməsinə  üstünlük  verən  tədbirlər  hazırlamaq  və  bunu  təşviq 
etmək; 
3.Muxtar  respublika  ərazisi,  əsasən,  dağlıq  və  dağətəyi  relyefə  malik  olduğundan, 
Azərbaycanın  digər  bölgələri  ilə  müqayisədə,  burada  kənd  təsərrüfatını  inkişaf  etdirmək  məqsədi  ilə 
daha da güzəştli  şərtlər  tətbiq  edilməsinin  vacib  və əhəmiyyətliliyini  nəzərə  almaq; 
4.Muxtar  respublika  ərazisində  fəaliyyət  göstərən  kəndli  fermer  təsərrüfatlarına  verilən 
kreditlərin  iqtisadi  mexanizmini  sadələşdirmək,  uzunmüddətli  və  güzəştli  kredit  sistemini  tətbiq 
etmək. 
5.Kəndli  fermer  təsərrüfatlarında  istehsal  olunacaq  məhsullara  dövlət  tərəfindən  hasilat 
normaları  qoymaq,  istehsal  olunmuş  məhsulların  artıq  hissəsinin  dövlət  tərəfindən  tədarük  olunaraq, 
emal  müəssisələrinə  göndərilməsini  təşkil  etmək. 
6.Dövlət  sahibkarları  kənd  təsərrüfatı  məhsullarının  emalı  müəssisələrinin  yaradılmasına 
istiqamətləndirməli,  hazır  məhsulun  bazara çıxarılması  üçün  onlara  lazımı  dəstək  göstərməlidir. 
Fikrimizcə,  sadaladığımız  tövsiyələrin  kənd  təsərrüfatının  inkişafı  istiqamətinə  tətbiqi 
bundan  sonra  da  muxtar  respublikada  dayanıqlı  inkişafın  təmin  olunmasına  təkan  verər  və  nəticədə 
əhalinin  maddi  və mədəni  rifah  halı  daha da yaxşılaşa  bilər.
 
                               
 
 
 
ƏDƏBİYYAT 
 

 
 
- 233 - 
1.
 
“2008-2015-ci  illərdə  Azərbaycan  Respublikasında  əhalinin  ərzaq  məhsulları  etibarlı 
təminatına  dair Dövlət  Proqramı”. 
2.
 
“Naxçıvan  Muxtar  Respublikasının  2014-2018-ci  illərdə  sosial-iqtisadi  inkişafı  Dövlət  Pro-
qramı” 
3.
 
 “2012-2015-ci  illərdə  Naxçıvan  Muxtar  Respublikasında  meyvəçiliyin  və  tərəvəzçiliyin 
inkişafı  üzrə  Dövlət  Proqramı” 
4.
 
 “Aqrar  sahədə  islahatların  sürətləndirilməsinə  dair  əlavə  tədbirlər  haqqında”  Azərbaycan 
Respublikası  Prezidentinin  22 mart  1999-cu il  tarixli  fərmanı. 
5.
 
M.C.Hüseynov   Aqrar bölmənin  dayanıqlı  inkişaf  problemləri.  Bakı,   2006. səh. 310 
6.
 
M.M.Sadıqov    Maliyyə  potensialı:  formalaşma    və  aqrar  sahənin  prioritetliyi.  Bakı,  2009. 
səh.294 
7.
 
M.M.Sadıqov,    M.C.Hüseynov,  H.H.Həsənov.  Kənd  təsərrüfatının  maliyyəsi.  Gəncə,  2012. 
səh. 403. 
8.
 
http:/www.statistika.nmr.az 
 
ABSTRACT                                    
                                                                          Hasan Mammadov                                                                                                
The directions  of the sustainable agricultural  development  in  Nakhchivan  AR  
The  work  deals  with  the  the  directions  of  the  sustainable  agricultural  development  in  NAR. 
It  is  shown  that  important  works  ate  carried  out  in  the  directions  of  the  sustainable  agricultural 
development,investments  in  the  agricultural  sector  isgrowing  every  year.  As  a  result,agriculture 
develops  sustainably. 
The  agrarian  reforms  in  NAR  paved  the  way  tobthe  development  of  processing  industry,crop 
and livestock. 
Finally,recommendations  for  sustainable  directions  agricultural  development  is  given. 
 
РЕЗЮМЕ 
                                                                                            Гасан Мамедов                                                                                                                                                                                                                                              
Направление устойчивого развития сельского хозяйства в Нахчыванской АР 
 
Работа  посвящена  устойчивому  развитию  сельского  хозяйства  в  Нахчыванской  АР. 
Указано,  что  с  каждым  годом  растут  инвестиции  по  направлению  на  развитие  сельского 
хозяйства.Результатом  является  устойчивое  развитие  сельского  хозяйства  в  автономной 
республике. 
 
Аграрные  реформы  проводимые  в  Нахчыванской  АР  создали  прочную  основу  для 
развития  сельского  хозяйства,  животноводства,  а  также  развития  перерабатывающей 
промышленности. 
 
Наконец, даны рекомендации для устойчивого развития сельского хозяйства. 
 
                                                                     
 
NDU-nun  Elmi  Şurasının  30  mart  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 08) 
         Məqaləni  çapa təqdim  etdi:  İqtisad üzrə elmlər doktoru  N.Əhmədov 
 
 
 
 
 
 
MÜNDƏRİCAT 

 
 
- 234 - 
 
TARİX ELMLƏRİ 
 
1.
 
 İ
smayıl Hacıyev. Xarici  dövlətlərin  Naxçıvanla  bağlı  siyasətlərində  erməni  amili..............3 
2.
 
Firudin  Rzayev. Naxçıvanlıların  etnogenezi  tarixində   kəngər  türkləri..............................10 
3.
 
Fəxrəddin  Cəfərov. Naxçıvan  zəhmetkeşləri  1941-1945-ci illər  müharibəsində................17    
4.
 
Vaqif  Məmmədov. XIX  əsrdə Naxçıvanda  təhsil................................................................27 
5.
 
İlqar  Kəngərli.
 
Naxçıvan  maarifi  müharibə  dövründə  (1941-1945-ci illər)......................33   
6.
 
Məmməd Əliyev.
 Muzeylər  mənəvi  sərvətimizdir..............................................................38 
7.
 
 Kamal  Mahmudov.  50-ci illərin  ortalarında  Azərbaycan  SSR-də siyasi  vəziyyət  və siyasi     
             sistemi  təkmilləşdirmək  cəhdləri...........................................................................................41
   
8.
 
Oktay Rzayev. Müasir  gənclik  və hərbi-vətənpərvərlik  tərbiyəsi.........................................45    
9.
 
Ариф Зейналов. История изучения русского  языка в азербайджане.............................48 
 
10.
 
Nadir  Hüseynbəyli. Sovet  hakimiyyətinin  ilk  illərində  ermənilərin  Naxçıvana  qarşı   
ərazi  iddiaları  və  soyqırımı  siyasəti.......................................................................................57 
11.
 
Самира  Мамедова, Ехтирам Зейналов. 
Деятельность Международной 
 
Ассоциации Израиль-Азербайджан "Aziz"   
(1991-2008 Г.).............................................63 
12.
 
Elgün  Aslanov. Qarabağın  keçmiş  tarixi  dövrünə  baxış.....................................................67
    
13.
 
Arzu  Abdullayev.  Naxçıvanda  sənətkarlığın  tarixi  coğrafiyası..........................................70       
 
 
 
SİYASİ ELMLƏR VƏ HÜQUQ 
 
14.
 
Мəmməd Рзайев. Milli  mənlik  süuru  və müasir  şəxsiyyətin  mahiyyəti  problemi.............73 
15.
 
Qərib  Allahverdiyev.  Cəmiyyətdə  azadlığın  müəyyən  dərəcədə   məhdudlaşdırılması 
zərurəti  haqqında...................................................................................................................79 
16.
 
Yusif  Hüseynov. “Molla  Nəsrəddin”  məktəbinin  estetikası.................................................84 
17.
 
Qəhrəman  Behbudov.Mirzə  Ələkbər Sabir  yaradıcılığında  inqilabi–demokratik  fikir......89 
18.
 
Novruzəli   Rəhimov. Azərbaycan   multikulturalizmi   milli- mənəvi   dəyər   kimi...............94 
19.
 
Qərib  Əsgərov. Azərbaycan-NATO  əlaqələri:  milli  təhlükəsizlik  konteksində................100 
20.
 
Sevinc Abbasova.  Heydər  Əliyev  və Azərbaycan  Respublikasında  gender 
qanunvericiliyinin  təşəkkülünün  bəzi  məsələləri  (1993-1997-ci illər)................................106 
21.
 
Osman  Hacıyev.Azərbaycan  Respublikasında  orta sinif   cəmiyyətin  modernləşməsinin    
 
      subyekti  kimi.......................................................................................................................113
 
22.
 
Рамиль Асланов. Современные угрозы информационной безопасности..................119 
23.
 
Elnur  Hacalıyev. Siyasi  modernləşmə  siyasi  proses kontekstində...................................128 
 
 
ARXEOLOGİYA VƏ NUMİZMATİKA 
 
24.
 
Fəxrəddin  Səfərli. Adları  epiqrafik   abidələrdə  aşkar edilmiş  görkəmli   şəxsiyyətlər......134 
25.
 
Zeynəb  Quliyeva. Naxçıvanın  Dəmir  dövrü  keramikasinin  ornamental  təhlili.................140 
26.
 
Toğrul  Хəlilov. Ordubad rayonunun   sоn tunc-еrkən   dəmir  dövrü  bəzək əşyaları...........145 
27.
 
Ruhiyyə Rzayeva. Sirabçay  hövzəsinin  Eneolit  dövrünə  aid əmək  alətləri.......................154 
 
 
İQTİSAD ELMLƏRİ 
 
28.
 
Asif Şirəliyev. Naxçivan  regionunda  sahibkarliğin  inkişafi  məsələləri.............................160 

 
 
- 235 - 
29.
 
Nazim  Əhmədov.
 
Heydər   Əliyevin   uğurlu   inkişaf   modeli  Naxçıvanda   dinamik    
inkişafı   təmin   edir..............................................................................................................163 
30.
 
Ağarza  Rüstəmov. Aqrar  islahatların  nəticələri  və Naxçıvan  Muxtar  Respublikasında   
kənd təsərrüfatı  istehsalının  mövcud  vəziyyətinin  təhlili....................................................167 
31.
 
Теймур Аббасов. Аграр  базарда  тяляб вя  тяклифин  мювжуд vязиййятинин  
гиймятляндирилмяси..............................................................................................................
171 
32.
 
Müslüm  Cabbarzadə.  Naxçıvan  Muxtar  Respublikasının  sosial-iqtisadi  inkişaf 
proqramlarında  iqtisadi  təhlükəsizlik  məsələləri.................................................................176   
33.
 
Mehdi Bağırov.  Aqrar sferada  əmək  vərdişlərinin  formalaşmasinda  təlim-tədris 
istiqamətlərinin  rolu............................................................................................................182 
34.
 
Asəf Qəribov.Qloballaşma  və Azərbaycan  iqtisadiyyatında  inkişafın  xarici   
iqtisadi  amilləri....................................................................................................................186   
35.
 
Mehriban  İmanova.  Regional  siyasət  və sənayenin  inkişaf  istiqamətləri.........................190                 
36.
 
Nuriyyə İbrahimova.  Naxçıvan  Muxtar  Respublikasıda  aqrar sahənin  dayanıqlı   
iqtisadi  inkişafı...................................................................................................................194   
37.
 
Kəmalə Təhməzbəyova.  Глобал мцнасибятлярin  formalaşması  və инкишаф   
Истигамятляри......................................................................................................................1
98   
38.
 
Lətifə Novruzova.  Naxçıvan  MR-in  iqtisadi  inkişafında  kiçik  və orta  
sahibkarlığın  rolu.................................................................................................................203 
39.
 
Mədinə Allahverdiyeva.
  Qloballaşma  şəraitində  Naxçıvan  MR-də kənd təsərrüfatının 
inkişafı.................................................................................................................................206 
40.
 
Cavadxan  Qasımov.  Aqrar siyasət  Naxçıvan  Muxtar  Respublikasında   
sağlam  iqtisadiyyatın  əsasıdır............................................................................................210 
41.
 
Bəhram  Həsənov. Liberal  iqtisadiyyatın  təşviqi  və aqrar sahibkarlıqda 
innovasiyaların  tətbiqi.......................................................................................................213 
42.
 
Ceyhun  Mahmudov,  Tükazban  Hacıyeva. Azərbaycan  Respublikasında 
 nağdsız  hesablaşmaların  müasir  inkişaf  prosesi...............................................................218 
43.
 
Famil  Həsənov. İqtisadi  təhlükəsizliyin  qorunmasında  investisiya  siyasətinin   
əhəmiyyəti  və vergi  tutmanın  səmərəliliyi........................................................................222 
44.
 
 Həsən Məmmədov. Naxçıvan  MR-də kənd  təsərrüfatının  dayanıqlı   
inkişaf  istiqamətləri...........................................................................................................226 
 
 
 
 
 
 
 
 
1   ...   24   25   26   27   28   29   30   31   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə