Scientific works



Yüklə 5.01 Kb.
PDF просмотр
səhifə25/32
tarix24.04.2017
ölçüsü5.01 Kb.
1   ...   21   22   23   24   25   26   27   28   ...   32

ƏDƏBİYYAT 
 
1.
 
Абасов И.Д. Азярбайжанын кянд тясяррцфаты.  Бакы, Елм вя тящсил,  2010, 592с. 
2.
 
Аббасов T.А. Кянд tясяррцфаtынын ресурс поtенсиалы вя ондан сяmяряли 
исtифадянин реэионал проблеmляри. Бакы, Елm,  с.45. 
3.
 
Абдуллайев А. Игtисадиййаt вя игtисади сийасяt.  Бакы, «Асийа» няшриййаtы, 2003. 
4.
 
Балайев Р.Я. Аграр бюлmянин вя ярзаг базарынын tянзиmлянmяси  mясяляляри. 
Mцасир   
mярщялядя  Азярбайжанда йени игtисади сисtеmя  кечидин ганунауйьунлуглары  вя 
проблеmляри      
 (Азярбайжан Милли Елmляр  Акадеmийасы  Игtисадиййаt Инсtиtуtу).  Коллекtив 
mонограсийа.    

 
 
- 180 - 
Бакы, Елm,  1998, 498 с. 
5.
 
Жябийев Р.M. Азярбайжанда базар инфрасtрукtурунун  форmалашmасы  вя инкишафы. 
Бакы,  2002, 231 с. 
6.
 
Ялирзайев Я.Г. Игtисадиййаt:  дцшцнжяляр, бахышлар.  Бакы, 2002, 465 с. 
7.
 
Ялирзайев Я.Г., Ялийев К.Г. Сащибкарлыьын инкишафынын tяmинаtы.  «Игtисадиййаt 
вя аудиt»    
№2,Бакы, 60 с., 2002. 
8.
 
Ялийев К.Г. Базар игtисадиййаtы шяраиtиндя сащибкарлыьын  инкишаф  проблеmляри. 
«Игtисадиййаt    вя айдиt» ъурналы №10, Бакы, 53 с., 2003. 
 
ABSTRACT 
T.A.Abbasov 
Evaluation  of existing circumstance  of demand  and  supply  in agrarian  market 
In  the  article  had  been  carried  out  on  meeting  of  requirements  in  the  growth  of  stable 
ownership  as  well  as  organizing  of  market  and  perspective  demand,  manufacture.  Issues  for  this  had 
been  researched  into  improving  of  production  structure  in  the  way  of  foreign  investment  and 
internal  resources,  its  resources,  demand  of  investment.  It  had  been  noted  that,  it  means  to  search 
ways  for  working  more  beneficial  competition  circumstance,  improving  of  productivity  necessary 
for  economic  growtli,  renovation  and byvestment  proqram. 
 
РЕЗЮМЕ 
Аббасов Т.А 
Оценка имеющегося  положения спроса и  предложения  на  аграрном   рынке 
В  статье    исследованы  перспективный  спрос,  организация  производства  и  рынка,  а 
также    в  их  управлении,    изучение  спроса  в  долгосрочном  развитии предпринимательства. 
Для  этого  рассмотрены    вопросы  спроса    в  инвестициях,  его  источники,  внутренние 
источники  и  совершенствование    структуры  производства  путем иностранных инвестиций. 
Отмечено, что инвестиционная программа  для производственного роста  и инноваций – это  
поиск путей повышения необходимой  производительности, и  работы, приносящей больший 
доход в условиях конкурентной среды.   
 
 
NDU-nun  Elmi  Şurasının  30  mart  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 08) 
          
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 2 (67) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  W О РКС ,  2015,  № 2 (67) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 2 (67) 
                                 
 
MÜSLÜM CABBARZADƏ 
muslum_cabbarzade@yahoo.com 
UOT  332.146 
 
NAXÇIVAN  MUXTAR RESPUBLİKASININ  SOSİAL-İQTİSADİ  İNKİŞAF 
PROQRAMLARINDA İQTİSADİ  TƏHLÜKƏSİZLİK  MƏSƏLƏLƏRİ  
 
Məqalədə  Naxçıvan  Muxtar  Respublikası  iqtisadiyyatının  inkişafı  ilə  bağlı  qəbul  edilmiş 
dövlət  proqramları  təhlil  edilmişdir.  Aparılan  islahatların  iqtisadi  təhlükəsizliyin  təmin  edilməsinə 
təsiri  ilə  bağlı  araşdırmalar  aparılmışdır.  Regionun  iqtisadi  təhlükəsizliyinin  yüksəldilməsinə  təsir 

 
 
- 181 - 
göstərən amillər müəyyən edilərək qiymətləndirilmişdir. 
 
Açar  sözlər:  Naxçıvan  iqtisadiyyatı,  region  iqtisadiyyatı,  iqtisadi  təhlükəsizlik,  ərzaq 
təhlükəsizliyi,  xarici iqtisadi əlaqələr. 
Keywords:  Nakhchivan  economy,  regional  economy,  economic  security,  food  security, 
foreign economic relations. 
Ключевые  слова:  Экономика  Нахчывана,  экономика  региона,  экономическая 
безопасность, продовольственная безопасность, внешнеэкономические  связи. 
 
Eksklav  şəraitə  malik  olan  Naxçıvan  Muxtar  Respublikasında  iqtisadi  təhlükəsizlik  sisteminin 
təşkilati  aspektlərini,  onun  formalaşması  və  inkişaf  xüsusiyyətlərini,  habelə  maliyyə-kredit,  enerji, 
ərzaq  təminatı,  informasiya  və  xarici  iqtisadi  fəaliyyət  sferalarında  mövcud  olan  iqtisadi  maraqların 
qorunması  problemlərini  öyrənib  ümumiləşdirmək  əsasında  iqtisadi  təhlükəsizliyin  daha  da 
möhkəmləndirilməsi  aktual  əhəmiyyət  kəsb edir. 
Naxçıvan  Muxtar  Respublikasının  iqtisadi  təhlükəsizliyinin  təmin  edilməsi  mövcud 
reallıqlar  baxımından  yaşadığımız  blokada  vəziyyətinin  ən  mühüm  problemlərindən  biri  hesab 
edilir.  Muxtar  respublika  daxildə  sabit  iqtisadi  artım  tam  təmin  edilsə  də,  xarici  amillərin  iqtisadi 
inkişafa  təsiri  daim  qalır.  Ona  görə  də  həmin  amillərin  təsirinin  qiymətləndirilməsi  və  nəzərə 
alınması  muxtar  respublikanın  iqtisadi  inkişafında  mühüm  əhəmiyyət  kəsb edir. 
Ümummilli  liderimiz  Heydər  Əliyev  ölkənin  iqtisadi  təhlükəsizlik  problemlərinin  həllini 
prioritet  məsələ  kimi  önə  çəkmişdir.  1993-cü  ildən  başlayaraq  ölkə  səviyyəsində  xüsusi  istiqamət 
kimi,  vahid  prinsiplərə  söykənən  milli  inkişaf  və  təhlükəsizlik  siyasəti  həyata  keçirilməyə 
başlanmış,  onun  konseptual  əsasları  müəyyən  edilmişdir  (6, s. 10).  
Enerji  təhlükəsizliyinin  təmin  edilməsi  istiqamətində  məqsədyönlü  və  strateji  fəaliyyətin 
əsası  1994-cü  ildə  “Əsrin  müqaviləsi”  ilə  qoyulmuş,  sonrakı  illərdə  “Energetika  haqqında” 
Azərbaycan  Respublikası  Qanunu,  “Alternativ  və  bərpa  olunan  enerji  mənbələrindən  istifadə 
olunması”  üzrə  Dövlət  Proqramı  qəbul  edilmiş,  neft  və  qaz  ixrac  boru  kəmərləri  şəbəkəsinin 
yaradılması  və şaxələndirilməsi  üzrə  uğurlu  siyasət  həyata  keçirilmişdir.   
Ərzaq  təhlükəsizliyinin  təmin  edilməsi  üçün  1995-ci  ildən  başlayaraq  aqrar  islahatların 
hüquqi  əsasları  yaradılmış  və  islahatlara  start  verilmişdir.  Ölkə  Prezidentinin  2  mart  2001-ci  il 
tarixli  Sərəncamı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikasının  Ərzaq  Təhlükəsizliyi  Proqramı”, 
25  avqust  2008-ci  il  tarixli  Sərəncamı  ilə  təsdiq  edilmiş  “2008-2015-ci  illərdə  Azərbaycan 
Respublikasında  əhalinin  ərzaq  məhsulları  ilə  etibarlı  təminatına  dair  Dövlət  Proqramı”  ölkəmizin 
ərzaq  təhlükəsizliyinin  yüksəldilməsində  mühüm  rol  oynamışdır. 
Nəqliyyat  təhlükəsizliyinin  təmin  edilməsi  ilə  bağlı  proqramlar  qəbul  edilmiş,  beynəlxalq 
nəqliyyat  dəhlizlərində  iştirakçılıqda  ölkəmizin  milli  maraqları  yüksək  səviyyədə  təmin  edilmişdir. 
İnformasiya  təhlükəsizliyi  sahəsində  bir  sıra  qanunlar  qəbul  edilməklə  informasiya  cəmiyyətinə 
keçidin  qanunvericilik  bazası  təkmilləşdirilmiş,  “Azərbaycanın  inkişafı  naminə  informasiya  və 
kommunikasiya  texnologiyalarının  inkişafı  üzrə  Milli  Strategiya  (2003-2012-ci  illər)”  və  bu  sahənin 
inkişafı  ilə  bağlı  bir  neçə dövlət  proqramı  təsdiq  edilmişdir.   
İqtisadi  təhlükəsizliyin  təmin  edilməsinin  hüquqi  əsasları  2004-cü  ilin  29  iyununda  qəbul 
edilmiş  “Milli  təhlükəsizlik  haqqında”  Azərbaycan  Respublikası  Qanununda  öz  əksini  tapmışdır. 
Qanunda  göstərildiyi  kimi,  Azərbaycan  Respublikasının  iqtisadi  sahədə  əsas  milli  maraqları  iqtisadi 
potensialın 
artırılmasından, 
bazar 
iqtisadiyyatının 
inkişafı 
və 
onun 
hüquqi 
əsaslarının 
təkmilləşdirilməsindən,  iqtisadi  sabitliyin  təmin  olunmasından,  iqtisadiyyatın  inkişafı  üçün  daxili  və 
xarici  investisiyalardan  ötrü  əlverişli  şəraitin  yaradılmasından,  təbii  və  maddi  sərvətlərin  qorunması 
və  səmərəli  istifadə  edilməsindən,  regional  və  dünya  bazarlarının  formalaşmasında  və  fəaliyyət 
göstərməsində  azad  və bərabərhüquqlu  inkişafın  təmin  edilməsindən  ibarətdir  (1).   
Azərbaycan  Respublikası  Prezidentinin  23  may  2007-ci  il  tarixli  Sərəncamı  ilə  təsdiq 
edilmiş  “Azərbaycan  Respublikasının  milli  təhlükəsizlik  konsepsiyası”  dövlətin  müstəqilliyini, 
ərazi  bütövlüyünü  və  demokratik  inkişaf  yolunu,  strateji  seçimi  kimi  Avratlantik  məkana 
inteqrasiyasını,  bununla  yanaşı  tarazlaşdırılmış  xarici  siyasətinin  çoxşaxəliliyini  vurğulayan, 

 
 
- 182 - 
Azərbaycan  Respublikasında  şəxsiyyət,  cəmiyyət  və  dövləti  xarici  və  daxili  təhdidlərdən  qorumağa 
yönəlmiş  siyasət  və tədbirlərin  məqsəd,  prinsip  və  yanaşmalarının  məcmusudur  (2).  
Azərbaycan  Respublikası  Prezidentinin  2012-ci  il  29  dekabr  tarixli  Fərmanı  ilə  təsdiq 
edilmiş  “Azərbaycan  2020:  gələcəyə  baxış”  inkişaf  konsepsiyasında  da  qloballaşmanın  müsbət 
amilləri  ilə  yanaşı  mənfi  yüklü  iqtisadi  proseslərin  də  yayılmasına  diqqət  çəkilmiş,  bu  proseslərin 
ümumdünya  təsərrüfat  inteqrasiyasına  cəlb  olunmuş  ölkəmiz  üçün  yaratdığı  təhdidlərdən  qorunmaq, 
iqtisadi  təhlükəsizliyin  daha  da  gücləndirilməsi,  yüksək  rəqabət  qabiliyyətli  iqtisadiyyatın 
formalaşdırılması,  ərzaq,  enerji,  nəqliyyat,  informasiya  təhlükəsizliyinin,  demoqrafik  və  ekoloji 
təhlükəsizliyin  yüksəldilməsi  üçün  fəaliyyətin  konseptual  istiqamətləri  müəyyən  edilmişdir  (3). 
Naxçıvan  Muxtar  Respublikasının  inkişafın  yeni  keyfiyyət  mərhələsinə  yüksəlməsində  son 
20  ildə  aparılan  islahatlar  və  sosial-iqtisadi  inkişafla  bağlı  qəbul  edilmiş  dövlət  proqramlarının 
uğurlu  icrası  böyuk  əhəmiyyət  kəsb  etmişdir.  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin 
müvafiq  Sərəncamları  ilə  təsdiq  edilmiş  “Naxçıvan  Muxtar  Respublikasının  regional  inkişaf 
Proqramı  (2005-2008-ci  illər),  “Naxçıvan  Muxtar  Respublikasında  kartofçuluğun  inkişafı  üzrə 
Dövlət  Proqramı  (2005-2010-cu  illər),  “2008-2015-ci  illərdə  Naxçıvan  Muxtar  Respublikasında 
əhalinin  ərzaq  məhsulları  ilə  etibarlı  təminatına  dair  Dövlət  Proqramı,  “Naxçıvan  Muxtar 
Respublikasının  2009-2013-cü  illərdə  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı”,  “2012-2015-ci 
illərdə  Naxçıvan  Muxtar  Respublikasında  meyvəçiliyin  və  tərəvəzçiliyin  inkişafı  üzrə  Dövlət 
Proqramı”  və  digər  sənədlərlə  muxtar  respublikada  iqtisadi  inkişaf  trayektoriyası  məqsədli 
proqramlar  müstəvisində  müəyyən  edilmiş  və  bu  çərçivədə  icra  edilmiş  layihələr  iqtisadiyyatın  ən 
müxtəlif  sahələri  üzrə  regionun  istehsal  potensialını  və  iqtisadi  təhlükəsizliyini  daha  da 
möhkəmləndirmişdir. 
Qəbul  edilmiş  dövlət  proqramlarının  uğurlu  icrası  nəticəsində  muxtar  respublikada  real 
sektorun  inkişafının  sürətləndirilməsinə,  iqtisadiyyatın  diversifikasiyasına,  tarazlı  və  davamlı 
inkişafa, 
kommunal 
xidmət 
və 
sosial 
infrastruktur  təminatının  yaxşılaşdırılmasına,  yeni 
müəssisələrin  və  iş  yerlərinin  yaradılması  nəticəsində  əhalinin  məşğulluq  səviyyəsinin  artırılmasına 
və həyat  səviyyəsinin  yüksəldilməsinə  nail  olunmuşdur.   
Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin    01  sentyabr  2014-cü  il  tarixli  Fərmanı 
ilə  təsdiq  edilmiş    “Naxçıvan  Muxtar  Respublikasının  2014-2018-ci  illərdə  sosial-iqtisadi  inkişafı 
Dövlət  Proqramı”  makroiqtisadi  artım  dinamikasının    gücləndirilməsi,  iqtisadi  təhlükəsizliyin  təmin 
edilməsi  üçün  mühüm  əhəmiyyət  kəsb  edən  dövlət  sənədidir.  Bu  proqramda  növbəti  inkişaf 
mərhələsinin  hədəfləri  aşağıdakı  istiqamətlərdə  nəzərdən  keçirilir: 
-
 
Ümumi  Daxili  Məhsul  üzrə  büdcəyə  daxil  olan  gəlirlərin  həcminin  artırılması; 
-
 
sosial  siyasətin  davam  etdirilməsi  və  sosial  öhdəliklərin  yerinə  yetirilməsi  üçün  xərclərin 
investisiya  və  sosialyönümlülüyünə  üstünlük  verilməsi; 
-
 
daxili  bazarın  qorunması,  ərzaq  məhsullarına  olan  tələbatın  yerli  istehsal  hesabına  tam 
ödənilməsi  və  ərzaq  təhlükəsizliyinin  təmin  edilməsi  məqsədilə  yerli  istehsalçıların 
stimullaşdırılması  istiqamətində  həyata  keçirilən  tədbirlərin  davam  etdirilməsi; 
-
 
sosial 
infrastruktur 
sahələrin 
inkişafına 
yönəldilmiş 
məqsədyönlü 
tədbirlərin 
davamlılığının  təmin  edilməsi,  bu  sahələr  üzrə  müəyyənləşdirilmiş  prioritetlərin  diqqət 
mərkəzində  saxlanılması; 
-
 
qarşıya  qoyulmuş  vəzifələrin  yerinə  yetirilməsi  üçün  daxili  imkanların  səfərbər  edilməsi 
və büdcə vəsaitindən  istifadənin  səmərəliliyinin  təmin  edilməsi  (5, s.11). 
Göründüyü  kimi,  proqramın  əsas  hədəfləri  iqtisadi  təhlükəsizliyin  müxtəlif  istiqamətlərdə 
təmin  edilməsinə  xidmət  edir.  Ərzaq  təhlükəsizliyinin  təmin  edilməsi  bütün  ölkələrin  iqtisadiyyatı 
qarşısında  duran  ən  mühüm  və  həlli  vacib  olan  iqtisadi  problemlərdən  biridir.  Nəzərdən  keçirilən 
dövrdə  muxtar  respublikada  əsas  ərzaq  malları  üzrə  tələbatın  ödənilməsi  mənbələrinin  və  özünü 
təminetmə  səviyyəsinin  təhlili  göstərir  ki,  respublika  əhalisinin  mal  əti  və  qoyun  əti,  quş  əti, 
yumurta,  süd  və süd məhsulları,  habelə  meyvə  və tərəvəzlə  təmin  olunma  dərəcəsi  qənaətbəxşdir.   
Ərzaq  təhlükəsizliyinin  təmin  olunması  üçün  bitkiçilik  və  heyvandarlıq  sahələri  inkişaf 
etdirilmiş,  ərzaq  məhsulları  ilə  özünü  təminetmə  səviyyəsi  daha  da  yaxşılaşdırılmışdır.  Yerli 
istehsal  sahələrinin  yenidən  qurulması  və  aqrar  islahatların  uğurla  aparılması  bir  sıra  qida 

 
 
- 183 - 
məhsullarının  yerli  istehsalının  artmasına  və idxalın  azalmasına  səbəb olmuşdur.   
Enerji  təhlükəsizliyinin  təmin  edilməsi  blokada  şəraitində  fəaliyyət  göstərən  Naxçıvan  Muxtar 
Respublikası  üçün  olduqca  vacib  və  həyati  məsələdir.  Bu  istiqamətdə  son  illərdə  böyük  uğurlar 
qazanılmışdır.  Əhalinin  elektrik  enerjisinə  olan  tələbatını  daha  rentabelli  olan  su  elektrik 
stansiyaları  hesabına  təmin  etmək  üçün  ötən  beş  il  ərzində  Ordubad  rayonunda  Gilançay  üzərində 
22  meqavat  gücündə  Biləv  Su  Elektrik  Stansiyasının  və  Şərur  rayonunda  20,5  meqavat  gücündə 
Arpaçay  Su  Elektrik  Stansiyasının,  1,4  meqavat  gücündə  “Arpaçay-2”  Su  Elektrik  Stansiyasının  
tikintisi  başa  çatdırılmış  və  36  meqavat  gücündə  Ordubad  Su  Elektrik  Stansiyasının  tikintisi  davam 
etdirilmişdir.  Təbii  qaz  təminatı  üzrə  görülmüş  işlər  nəticəsində  muxtar  respublikada  1  yanvar 
2015-ci il  tarixə  muxtar  respublikada  82 min  352 əhali  abonenti  mavi  yanacaqla  təmin  olunmuşdur.   
Muxtar  respublika  müəssisələrinin  xarici  bazarlarda  möhkəmlənməsinin  və  yeni  bazarlar 
əldə  etməsinin  ən  mühüm  prinsiplərindən  biri  region  iqtisadiyyatının  xarici  iqtisadi  əlaqələr 
sisteminə  səmərəli  və  uğurlu  inteqrasiya  edilməsindən  ibarətdir.  İstər  daxili,  istərsə  də  xarici 
bazarlarda  regionun  maraq  və  mənafelərinin  tarazlaşdırılması  zəruri  məhsullara  görə  daxili  bazarın 
ehtiyaclarının  əsasən  yerli  mənbələr  hesabına  ödənilməsini,  xarici  valyutaya  olan  tələbatın  isə  ixrac 
yönümlü  fəaliyyət  hesabına  təmin  edilməsini  nəzərdə  tutur. 
Regionun  xarici  ölkə  bazarlarına  yüksək  rəqabət  qabiliyyətinə  malik  məhsullar  ixrac  etməsi 
onun  tədiyyə  balansında  müsbət  saldonun  yaranmasına,  büdcəyə  daxilolmaların  həcminin 
artmasına,  iqtisadiyyatın  kapital  və  investisiya  resurslarına  olan  tələbatının  daxili  mənbələr  hesabına 
ödənilməsinə  imkan  yaradır.  Muxtar  respublikanın  strateji  iqtisadi  maraqlarının  qorunması  onun 
xarici  iqtisadi  əlaqələr  sisteminə  hansı  səviyyədə  inteqrasiya  edilməsindən  asılıdır.  Məhz  bu 
baxımdan  daxili  və  xarici  bazarlarda  aparılan  səmərəli  ticarət  siyasəti,  yerli  əmtəə  istehsalçılarının 
iqtisadi  maraqlarının  ardıcıl  sürətdə  qorunması  və  onların  iqtisadi  cəhətdən  stimullaşdırılması 
muxtar  respublikanın  iqtisadi  təhlükəsizlik  sisteminin  əsasını  təşkil  edir. 
 
Naxçıvan Muxtar Respublikasının  xarici  ticarət 
əlaqələrinin  dinamikası 
min  ABŞ dolları  ilə   
 
 
Müqayisə   
predmeti 
2005 
2008 
2009 
2011 
2012 
2013 
2014 
 Ticarət  dövriyyəsi 
53535,6  103747,8  220046,5  400860,8  450914,6  511988,9 
 
517427,2 
    o cümlədən:   idxal  50894,0  63473,7  107759,3  78248,5  77432,2  109573,3 
 
108786,9 
İxrac 
2641,6 
40274,1  112287,2  322612,3  373482,4  402415,6 
 
408640,3 
saldo 
-48252,4  -23199,6  4527,9 
244363,8  296050,2  292842,3 
 
299853,4 
Əvvəlki  ilə  nisbətən, 
faizlə 
137,0 
112,6 
212,1 
155,4 
112,5 
113,5 
 
101,1 
 o cümlədən:  idxal 
150,4 
91,7 
169,8 
169,3 
99,0 
141,5 
 
99,3 
                      ixrac 
50,4 
176,0 
278,8 
152,4 
115,8 
107,7 
 
101,5 
         Mənbə:  Naxçıvan  Muxtar  Respublikası  Dövlət  Statistika  Komitəsinin  hesabatları  (2005-2014) 
Son  illər  muxtar  respublikada  rəqabətqabiliyyətli  iqtisadiyyatın  qurulması,  daxili  və  xarici 
ticarət  fəaliyyətinin  liberallaşdırılması  və  region  iqtisadiyyatın  dünya  təsərrüfatçılıq  sisteminə 
inteqrasiyası  sahəsində  mühüm  tədbirlər  həyata  keçirilmişdir.  Bu  tədbirlər  mövcud  xarici  iqtisadi 
fəaliyyətin  və  region  iqtisadiyyatının  beynəlxalq  münasibətlər  sisteminə  inteqrasiyasının  iqtisadi 
səmərəliliyinə  xidmət  edir.  Təcrübə  göstərir  ki,  muxtar  respublikada  xarici  iqtisadi  fəaliyyətin 

 
 
- 184 - 
səmərəliliyi  bu  prosesdə  regionun  maraqlarının  qorunması  səviyyəsindən  asılıdır.  Xarici  iqtisadi 
fəaliyyətdə  dövlətin  tənzimləyici  rolu  aşağıdakı  parametrlərlə  münasibətdə  üzə  çıxır: 
- iqtisadiyyatın  inkişafının  və istehlakçıların  tələbatlarının  idxaldan  asılılıq  dərəcəsi; 
- idxal  və ixrac  arasındakı  nisbətin  mövcud  vəziyyəti; 
- yerli  istehsalçıların  iqtisadi  cəhətdən  stimullaşdırılması  və müdafiə  edilməsi. 
Muxtar  respublikada  son  20  ildə  aparılmış  irimiqyaslı  tədbirlər  qeyd  edilən  hər  3  parametr 
üzrə  iqtisadi  situasiyanı  xeyli  yaxşılaşdırmışdır.  Artıq  daxili  bazarda  ehtiyac  duyulan  əsas  ərzaq  və 
qeyri-ərzaq  məhsullarının,  tukinti  materiallarının  böyük  əksəriyyəti  muxtar  respublika  daxilində 
istehsal  olunur.  Yerli  istehsalın  inkişafı  nəticəsində  2014-cü  ildə  muxtar  respublikada  352  növdə 
məhsul  istehsal  olunmuşdur.  Bu  məhsulların  117  növü  ərzaq,  235  növü  qeyri-ərzaq  məhsullarıdır. 
107  növdə  ərzaq,  229  növdə  qeyri-ərzaq  məhsulları  olmaqla,  ümumilikdə,  336  növdə  məhsula  olan 
tələbatın  yerli  istehsal  hesabına  ödənilməsi  təmin  edilmişdir. 
Xarici  ticarətdə  uzun  illər  davam  edən  idxalın  ixracı  üstələmə  tendensiyası  2009-cu  ildən 
başlayaraq  dəyişilmiş,  xarici  ticarət  dövriyyəsi  müsbət  saldo  ilə  yekunlaşmışdır.  Son  5  ildə  isə 
ixracın  idxala  nisbəti  xeyli  yüksəlmişdir.  Əgər  2009-cu  ildə  bu  nisbət  təxminən  1-ə  bərabər  idisə, 
2014-cü ildə  ixrac  idxalı  3,75 dəfə üstələmişdir. 
Yerli  istehsalçıların  iqtisadi  cəhətdən  stimullaşdırılması  sahəsində  görülən  işlərin  miqyası  da 
genişlənmişdir.  Müasir  texnologiyalarla  təchiz  olunmuş  yeni  sənaye  müəssisələrinin  yaradılması, 
sənayenin  infrastruktur  təminatının  yaxşılaşdırılması  sənaye  məhsulunun  dinamik  artımını  təmin 
etmişdir.  2014-cü  ildə  muxtar  respublikada  sahibkarlıq  fəaliyyəti  üçün  verilən  kreditlərin  həcmi  33 
milyon  548  min  500  manat  təşkil  etmişdir.        Təkcə  2014-cü  ildə  muxtar  respublikada  dövlət  dəstəyi 
ilə  47  layihə  üzrə  istehsal  və  xidmət  obyektləri  istifadəyə  verilmiş,  iqtisadi  fəaliyyətin  müxtəlif 
sahələrində  30 layihə  üzrə  istehsal  və xidmət  obyektlərinin  qurulması  isə davam  etdirilmişdir.   
Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin  2008-ci  il  17  sentyabr  tarixli  Sərəncamı 
ilə  təsdiq  olunmuş  “2008-2015-ci  illərdə  Naxçıvan  Muxtar  Respublikasında  əhalinin  ərzaq 
məhsulları  ilə  etibarlı  təminatına  dair  Dövlət  Proqramı”nın  qəbul  olunduğu  2008-ci  illə  müqayisədə 
bitkiçilik  məhsullarının  həcmi  2,4  dəfə  artaraq  229  milyon  646  min  manata,  heyvandarlıq 
məhsullarının  həcmi  isə  2,1  dəfə  artaraq  125  milyon  511  min  manata  çatmışdır  (7).  Məhsul 
istehsalçılarının  kənd təsərrüfatı  maşın  və mexanizmləri  ilə  təchizatı  davamlı  olaraq yaxşılaşdırılır.   
Yaşadığımız  blokada  şəraiti  muxtar  respublikanın  iqtisadi  təhlükəsizliyinin  təmin  edilməsi 
baxımından  aşağıdakı  məsələlərin  həlli  ön plana  keçirmişdir: 
- daxili  bazarda  yerli  məhsulların  daha  çox hakim  mövqe  tutmas ı; 
-  yerli  istehsalçıların  tədricən  dövlət  tərəfindən  proteksionist  təmayülə  malik  məqsədli 
proqramlar  vasitəsilə  müdafiə  edilməsi; 
- iqtisadiyyatda  struktur  siyasətinin  sürətləndirilməsi  və səmərəliliyinin  yüksəldilməsi; 
- xarici  bazara  məhsul  ixracının  funksional  strukturunun  təkmilləşdirilməsi. 
İqtisadiyyatda  xarici  rəqabətin  əlverişsiz  təsirlərinin  neytrallaşdırılması,  idxalın  və  ixracın 
funksional  strukturunun  muxtar  respublikanın  strateji  maraqlarına  cavab  verməsi,  muxtar  respublika 
iqtisadiyyatının  xarici  bazar  konyukturundan  asılılığının  qarşısının  alınması  istiqamətində  aparılmış 
məqsədyönlü  işlər  xarici  iqtisadi  fəaliyyətdə  muxtar  respublikanın  iqtisadi  təhlükəsizliyinin 
yüksəldilməsinə  mühüm  töhfələr  vermişdir. 
Muxtar  respublika    iqtisadiyyatının  xarici  təhdidlərdən  müdafiəsi  üçün  təcrübədə  başlıca 
olaraq  idxaldan  asılılıq  dərəcəsini  azaltmağa  imkan  verən  yerli  məhsul  istehsalının  sahmana 
salınması  və  genişləndirilməsi  müsbət  nəticələrini  vermişdir.  Lakin,  açıq  iqtisadiyyat  kursu  idxalın 
əvəz  olunma  probleminə  üstünlük  verməklə  iqtisadi  təhlükəsizliyin  xarici  təhdidlərdən  qorunması 
yoluna  alternativlərin  tapılmasını  da  tələb  edir.  Odur  ki,  mövcud  potensial  təhdidləri  yenidən 
qiymətləndirmək  və  onların  aradan  qaldırılması  üçün  tədbirlər  işləyib  hazırlamaq  tələb  olunur. 
Fikrimizcə,  bu  istiqamətdə  muxtar  respublikanın  maraqları  ən  ümumi  şəkildə  onda  ifadə  oluna  bilər 
ki,  birincisi,  xarici  iqtisadi  əlaqələr  iqtisadiyyata  sabitləşdirici  təsir  göstərsin,  onun  struktur 
dəyişikliklərinin  əsas  amili  kimi  çıxış  etsin  və  ikincisi,  yerli  firmaların  xarici  bazarlarda  mövqeyinin 
möhkəmlənməsinə  və  genişlənməsinə,  onun  dünya  təsərrüfatı  əlaqələrində  rolunun  artmasına 
kömək  etsin. 

 
 
- 185 - 
İqtisadi  təhlükəsizliyin  səviyyəsi  miqdar  qiymətləndirilməsində  üzə  çıxır.  O,  xarici  iqtisadi 
əlaqələrin  əmtəə  strukturunu  və  coğrafiyasını,  ticarət  və  tədiyyə  balanslarının  vəziyyətini,  daxili 
bazarda  xarici  rəqabət  miqyasını,  satış  və  tədarük  bazarlarının  diversifikasiya  dərəcəsini  və  s.  əks 
etdirən  kifayət  qədər  geniş  göstəricilər  dəsti  ilə  xarakterizə  oluna  bilər.  Bu  göstəricilərin 
yaxşılaşması  son  nəticədə  təkrar  istehsalın  həyata  keçirilməsi,  iqtisadi  artımın  təmin  edilməsi 
imkanlarının  genişlənməsindən  xəbər  verir.  Bununla  əlaqədar  olaraq  iqtisadi  təhlükəsizlik 
səviyyəsinin  daimi  monitorinqinin  həyata  keçirilməsi  vacib  hesab  edilir. 
Muxtar  respublikanın  xarici  iqtisadi  əlaqələri  inkişaf  etdikcə  bu  sferada  iqtisadi  təhlükəsizlik 
tədbirlərinin  genişləndirilməsinə  də  ehtiyac  vardır.  Təsadüfi  deyil  ki,  2014-2018-ci  illərdə  muxtar 
respublikada  xarici  ticarət  fəaliyyətinin  prioritetlərinə  uyğun  olaraq  aşağıdakı  tədbirlərin  həyata 
keçirilməsi  nəzərdə  tutulmuşdur: 
-
 
muxtar  respublikanın  ixrac  potensialının  gücləndirilməsi,  ixracın  stimullaşdırılması 
istiqamətində  həyata  keçirilən  əməli  tədbirlərim   davam  etdirilməsi;   
-
 
muxtar  respublikada  daxili  bazarın  qorunmasını  təmin  edən  və  iqtisadi  inkişafa  əlverişli 
şərait  yaradan  idxal  tənzimlənməsinin  həyata  keçirilməsi; 
-
 
ixracatda  elektron  ticarət  xidmətlərindən  geniş  istifadə  imkanlarının  araşdırılması  və 
inkişaf  etdirilməsi  istiqamətində  müvafiq  işlərin  görülməsi; 
-
 
xarici  ticarətin  inkişafı  üçün  infrastruktur  təminatının  daha  da  yaxşılaşdırılması  və 
təkmilləşdirilməsi  istiqamətində  müvafiq  tədbirlərin  görülməsi; 
-
 
istehsal  olunan  malların  xaricdə  tanınması  üçün  beynəlxalq  sərgi  və  yarmarkalarda 
iştirakın  stimullaşdırılması; 
-
 
xarici  ticarət  sahəsində  uyğun  beynəlxalq  təcrübədən  maksimum  dərəcədə  istifadə 
edilməsi  (5, s.17-18). 
Muxtar  respublikada  son  illər  iri  miqyaslı  investisiya  layihələrinin  reallaşdırılması  ilə  bağlı 
olaraq  idxalın  strukturunda  istehsal  təyinatlı  malların  artımı  müşahidə  olunur.    Son  illərdə  muxtar 
respublikanın  sosial-iqtisadi  inkişafı  ilə  bağlı  qəbul  edilmiş  müxtəlif  dövlət  proqamlarında  nəzərdə 
tutulmuş  aşağıdakı  tədbirlərin  həyata  keçirilməsi  gələcəkdə  xarici  iqtisadi  fəaliyyət  sahəsində 
təhlükəsizliyin  astana  kəmiyyətindən  yüksək  səviyyəsinin  əldə edilməsini  təmin  edəcəkdir: 
-
 
investisiyanın  idarə  olunması  prosesinin  yaхşılaşdırılması; 
-
 
iqtisadiyyatın  bütün  sahələrinə  investisiya  qoyuluşuşlarının  genişləndirilməsi; 
-
 
müasir  istehsal  avadanlıqlarının  idхalının  təşviqi  istiqamətində  müəssisələrin    investisiya 
fəaliyyətinin  dəstəklənməsi; 
-
 
investisiya  resurslarının  yerləşdirilməsi  üçün  rəqabətli  müsabiqə  meхanizmlərindən  geniş 
istifadə  edilməsi,  Naхçıvan  Muхtar  Respublikasının  inkişaf  proqramlarının  hazırlanıb 
həyata  keçirilməsində  yerli  və хarici  investorlar  üçün  stimulların  müəyyənləşdirilməsi; 
-
 
yaradılacaq  sənaye  parklarına  yerli  və xarici  investisiyaların  cəlb  edilməsi; 
-
 
ixracyönümlü  istehsal  sahələrinin  inkişafına  yönəldilən  investisiyaların  artırılması. 
Muxtar  respublikanın  sosial-iqtisadi  inkişafını  iqtisadi  təhlükəsizlik  baxımından  xarakterizə 
edən  analitik  indikatorlar  demək  olar  ki,  bütün  sahələr  üzrə  ilbəil  yaxşılaşmaqda  davam  edir. 
İqtisadi  təhlükəsizliyin  yüksəldilməsinin  səmərəli  mexanizmlərinin  tətbiqi  istiqamətində  həyata 
keçirilməsi  nəzərdə  tutulan  tədbirlər  bu  sahədə  daha  optimal  situasiyanın  yaranmasına  əlverişli 
şərait  yaradır.    
1   ...   21   22   23   24   25   26   27   28   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə