ƏDƏBİYYAT
1.
Абибуллаев О.А. Енеолит и
бронза на территории Нахичеванской АССР. Баку: Элм,
1982, 316 s
2.
Алиев В.Г., Бахшалиев В.Б. Новые археологические находки по древней металлургии
Нахичевани / АЭИА, Баку, 1986, с. 11-14.
3.
Алиев Н. Нариманов И. Культура северного Азербайджана в эпоху позднего энеолита.
Баку: Agridag, 2001, 144 c.
4.
Ахундов Д.И. Об «энеолите» на Южном Кавказе. Археология и Этнография
Азербайджана, Баку, 2003, с. 34-39.
5.
Aşurov S.H. Naxçıvanda arxeoloji tədqiqatlar. Bakı: Nafta-Press, 2003, 120 s.
6.
Aşurov S.H., Baxşəliyev V.B., Marro C. Azərbaycan-Fransa birgə ekspedisiyasının 2006-cı ildə
Ovçulartəpəsində apardığı arxeoloji tədqiqatlara dair // 2006-2007-ci illərdə Azərbaycanda
aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunları. Bakı: Nafta-Press, 2007, s. 25-28.
7.
Aşurov S.H.,Baxşəliyev V.B., Hüseynova S.A., Əliyeva F.A, Əliyev O.K. Imaxta qədim yaşayış
yerində 2010-cu il qazıntıları. Azərbaycanda arxeoloji tədqiqatlar 2010. Bakı: Xəzər
Universiteti, 2011, s. 65-69.
8.
Baxşəliyev V., Marro C., Aşurov S. Ovçulartəpəsi. Bakı: Elm, 2010, 154 s.
9.
Baxşəliyev V. , Marro C., Aşurov S. Son Eneolit və Erkən Tunc dövrünə aid Ovçulartəpəsi
yaşayış yeri / Azərbaycanın erkən əkinçilik dövrü abidələri. Bakı, 2012, s.78-87.
10.
Бахшалиев В. Новые находки древней металлургии металлообработки в КюльтепеII //
ДАН Азербайджанской ССР, 1986 №2, с.86-89.
11.
Baxşəliyev V. Naxçıvanın metalişləmə sənətinə aid yeni tapıntı / Azərbaycan arxeologiyası,
2002, № 3-4, s. 114-116.
12.
Бахшалиев В.Б. Металлургия и металлообработка на территории древней Нахичевани.
Баку: Элм, 2005 120 с.
13.
Бибиков С.Н.Раннетрипольское поселение Лука-Врублевецкая на Днестре // МИА
СССР,М.-Л., 1953, № 38, 460 с.
14.
Джафарзаде И.М. Следы древнейшей культуры человека на территории Азербайджана.
SSRİ EA Azərbaycan filialının Xəbərləri, 1944, № 9, s. 62-66.
15.
Əliyev O.K. Azərbaycanın Ovçulartəpəsi Son Eneolit və ilk Tunc dövrü abidəsi. Tarix üzrə
fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya. Bakı, 2012, 210 s.
16.
Əkbərov R.A. Azərbaycan ərazisində erkən metallurgiya və metalişləmə. Tarix elmləri
namizədi alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı 1994,
25s.
17.
Farhang Khademi, Nadooshan and ect. Provenance Of PrehistoricObsidian artefacts
fromKulTepeNorthwestern Iran using X-ray fluorescence (XRF) analysis // Journal of
Archaeological Science, 2013, 40, p.1956-1965.
18.
Кашкай М.А. Селимханов И.Р. Исследование медно-мышьяковых предметов из ракопок
холма Кюльтепе в Нахичеванской АССР // Доклады АН Азербайджанской ССР, 1957, №
4, с. 449-454.
19.
Кушнарева К.Х., Чубинишвили Т.Н., Древние культуры Южного Кавказа. М. - Л.:
Наука, 1970, 190 c.
20.
Исмаилов Г.С. Новые материалы по древней металлургии и металлообработке с юго-
восточных салонов Молого Кавказа. Известия АН Аз.ССР. Серия истории, философии и
права, 1974, № 3, с. 84-91.
21.
Həbibullayev O.H. Kültəpələ arxeoloji qazıntılar. Bakı: Azərbaycan SSR EA nəşriyyatı, 1959,
134 s.
22.
Mаrrо C., Bаkhchaliyev V. Ashurov S. Excavation at Ovçulartepesi (Nakhchivan, Azerbaijan).
Second Preliminary Report: The 2009-2010 Seasons // Anatolia Antiqua, XIX, 2011, s. 53-100.
23.
Müseyibli N. Qədim Sədərək.Bakı:Nafta-Press, 2003, 104 s.
- 163 -
24.
Müseyibli N. Böyük Kəsik eneolit yaşayış məskəni. Bakı: Nafta-Press, 2007, 228 s.
25.
Нариманов И.Г., Ахундов Т.И., Алиев Н.Г. Лейлатепе. Баку, 2007, 128 c.
26.
Нариманов И.Г.,Рустамов Дж. Неолит в Тойретепе // ДАН Азерб. ССР, 1960, т. XVI, № 9,
с. 91-102.
27.
Нариманов И.Г., Культура древнейшего земледелъцеского - скотоведческого населения
Азербайджана. Баку: Элм, 1987, 260 c.
28.
Рустамов Д.Н. разведочные работы в Тойретепе // МКА, 1965, т. VI, с. 15-27
29.
Рагимова М.Н. Из истории использования свинца в древнем и средневековом
Азербайджане. Баку: Элм, 1978, 99 с.
30.
Сеидов А.Г. Памятники Куро-Аракской культуры Нахичевани. Баку, Билик,1993, 164 с.
31.
Селимханов И.Р, Торосян Р.М. Металлографический анализ древнейших металлов
Закавказъя // Советская археология,1969, № 3, с. 229-235.
ABSTRACT
Ruhiyye Rzayeva
Instruments of labour of the chalcolithic age of Sirabchay valley
Instruments of labor, including grinding stone and blade of sickles are one of the main indicators
of ancient agriculture of Azerbaijan. Despite the fact that to settlements of this region were seasonal,
however the revealed instruments of labor speak also about agriculture development. Probably, tribes
which occupied these settlements, were engaged in also not irrigation agriculture. It is undoubted that in
spring increase of water in the rivers Sirabchay and Kakhabchay created a favorable condition for the
irrigated agriculture. Blade of sickles from obsidian and flint also testify to development of agriculture.
Studying of a chemical composition of obsidians shows to Kültepe I that they are generally delivered
from Geyhasar and Sünik. Researches show that these fields in the ancient time were of great
importance for delivery of obsidian to the settlements of Nakhchivan and Urmia basin. It allows to
conclude that Daralagez and Zangezur mountains were summer pastures of tribes of Nakhchivan and the
Urmia basin. Nakhchivan's monuments located on intermediate situation by the Caucasus and the
Ancient East mattered and for delivery of copper ore. The actual materials testify to rapid development
of metallurgy in this region.
РЕЗЮМЕ
Рухиййе Рзаева
Орудия труда эпохи энеолита Сирабчайской долины
Орудия труда, в том числе зернотерки, терки и вкладыши серпов являются одним из
основных показателей древнеземледельческой культуры Азербайджана. Несмотря на то в
поселения этого региона были сезонные, однако выявленные орудия труда говорят также о
развитии земледелия. Видимо, племена, которые заселяли эти поселения, занимались также
неполивным земледелием. Несомненно, что в весне возрастание воды в реках Сираб чай и Кахаб
чай создавало благоприятное условие для орошаемого земледелия. О развитии земледелия
свидетельствуют также вкладыши серпов из обсидиана и кремня. Изучение химического состава
обсидианов Кюльтепе I показывает, что они в основном доставлены из Гегхасар и Сюник.
Исследования показывают, что эти месторождения в древности имели большое значение для
доставки обсидиана к поселениям Нахчывана и Урмийского бассейна. Это позволяет заключить,
что Даралагезские и Зангезурские горы были летними пастбищами племен Нахчывана и
Урмийского бассейна. Памятники Нахчыва
на, расположенные на промежуточном положении
Кавказом и Древним Востоком имели значение и для доставки медной руды. Фактические
материалы свидетельствуют о бурном развитии металлургии в этом регионе.
NDU-nun Elmi Şurasının 30 mart 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 08)
Məqaləni çapa təqdim etdi: AMEA-nın müxbir üzvü V.Baxşəliyev
- 164 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 2 (67)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ W О РКС , 2015, № 2 (67)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 2 (67)
İQTİSAD ELMLƏRİ
ASİF ŞİRƏLİYEV
Naxçıvan Dövlət Universiteti
UOT: 332.1
NAXÇIVAN REGİONUNDA SAHİBKARLIĞIN
İNKİŞAFI MƏSƏLƏLƏRİ
Açar sözlər: Sahibkar, mülkiyyət, qanunlar, iqtisadiyyat, iqtisadi fəaliyyət, gəlir, mənfəət,
risk
Key words: Owhership, property, low, economy, economic, activity, income, profit, risc.
Ключевые слова: Предприниматель, собственность, законы, экономика,
экономическая деятельность, дохода, прибыль, риск
Düşünülmüş, götür-qoy edilmiş tədbirlərin inamla icra edilməsi, davamlı və dayanıqlı
tərəqqi sayəsində bütünlükdə ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar
Respublikasında əsas iqtisadi göstərici olan ümumi daxili məhsul ardıcıl istiqamətdə artır, sosial-
iqtisadi göstərici inkişafın lazımi səviyyəsi təmin olunur, bu əsasda əhalinin həyat səviyyəsi
müntəzəm olaraq yüksəlməkdə davam edir. Bütün bu məsələlərin həllində başqa amillər və
səbəblərlə yanaşı sahibkarlıq və sahibkarlıq fəaliyyəti əsaslı və çox mühüm rol oynayır, ardıcıl
iqtisadi və xidməti sahələrdə onun fəaliyyəti daim genişlənir və möhkəm əsaslarla davam edir.
Ölkəmizin sosial-iqtisadi tərəqqisi birbaşa sahibkarlığın inkişafı, möhkəmləndirilməsi ilə bağlıdır və
hətta onunla şərtlənir. Çünki bütün dünya ölkələrində xüsusi və dövlət mülkiyyətin əsas formaları
və deməli sahibkarlığın da başlıca və aparıcı əsası kimi çıxış edir. Həmçinin buna “Mülkiyyət
haqqında” və “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublika Qanunları, digər fərman,
sərəncam və tədbirlər mülkiyyət mənsubiyyətindən asılı olaraq sahibkarlıq formalarının iqtisadi və
hüquqi əsaslarının müəyyən edilməsinə əsaslı təsir göstərir, belə sahibkarlığa möhkəm təminat və
əlverişli şərait yaradılır. Onu da diqqətə gətirmək çox zəruridir ki, məhz yuxarıda göstərilən
mühüm və əməli tədbirlər sayəsində qanunauyğun olaraq xüsusi mülkiyyətə əsaslanan xırda
(kiçik), orta və iri sahibkarlıq müəssisələri, ticarət və xidmət müəssisələri əsaslı fəaliyyət göstərir,
ölkənin iqtisadi və sosial inkişafında xüsusi rol oynayır və ölkədə istehsal olunan ümumi daxili
məhsulun həcmində öz gəlirinin çəkisinin daimi artırmaqda irəliləyirlər. Başqa sözlə ölkəmizdə
sosial –iqtisadi inkişafın nəticələri əsasən və başlıca olaraq sahibkarlığa güvənir və ona arxalanır.
Yeri gəlmişkən göstərmək olar ki, “sahibkar” ərəb sözü olub “yiyə və iş” daha doğrusu “iş yiyəsi”
mənasını verir. Onu da göstərmək zəruri hesab edilə bilər ki, Azərbaycan Respublikası Nazirlər
Kabineti və Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederassiyasının birgə qərarı ilə
“sahibkar” həm də “işə götürən” termini ilə birgə işlədilir. Əhalinin məşğulluğunun getdikcə
artmasında işsizliyin davamlı olaraq aradan qaldırılmasında və yoxsulluğun azaldılmasında gərgin
fəaliyyət kimi sahibkarlıq çox mühüm əhəmiyyət kəsb edir. Sahibkarlıq – işə götürənlər gəlir
götürmək, fayda və nəticə əldə etmək məqsədilə yenilikdən, risqdən iqtidarçılıqdan istifadə edilən
təsərrüfat, təsərrüfatçılıq fəaliyyətidir. Onu da göstərmək olar ki, fəallıq təşəbbüskarlıq, zərurilik və
s. daha geniş mənada sahibkarlıq mülkiyyətinə malik olan və təsərrüfatçılıq edən şəxsin fərdin risk
məsuliyyəti və yenilikliyə müşahidə olunan iqtisadi fəaliyyət növü və formasıdır. Sahibkarlığın əsas
zəhmətlərini səciyyələndirir. Diqqətə gətirmək çox vacibdir ki, Naxçıvan Muxtar Respublikasında
sahibkarlığın inkişafı, onun möhkəmləndirilməsi məqsədilə davamlı kompleks tədbirlər görülüb
həyata keçirilmiş və mühüm proses indi də davam etdirilməkdədir. Belə ki, “Dövlət mülkiyyətinin
özəlləşdirilməsi haqqında” Qanun götürülmüş və tapşırıqlara əməl edilmiş xüsusi sahibkarlıq
fəaliyyəti inkişaf etməyə başlamışdır. Bundan başqa Muxtar Respublikada sahibkarlığın hüquqi
- 165 -
əsasları və vəzifələri barəsində burada daim iş aparılır, sahibkarlarla görüşlər keçirilir. Bundan
başqa sahibkar olmaq, sahibkarlıq fəaliyyətinə başlamaq qaydaları və xüsusilə hüquq üzrə
sahibkarlar üçün daim fəaliyyət göstərən seminar yaradılmış və səmərəli fəaliyyət göstərməkdədir.
Eyni zamanda muxtar respublikanın müvafiq nazirlik və baş idarələri maliyyə orqanları tərəfindən
müntəzəm olaraq sahibkarlar üçün treninqlər, məşğələlər qaydaya salınmışdır.
Habelə, muxtar respublikada sahibkarlıq üzrə zəruri olan bütün məşğələlərə aydınlıq
gətirmək məqsədilə maliyyə hüququ təşkilatlarının, rəhbərlərinin cəlb edilməsi də məqsədəuyğun
sayılmışdır. Onu da göstərmək lazımdır ki, ildə bir dəfə Muxtar Respublika sahibkarlarının görüşü
keçirilir və belə tədbirlərdə sahibkarlıq subyektinin ehtiyacları öyrənilir və reallaşdırılması təmin
olunur. Bununla yanaşı Muxtar Respublikada sahibkarlığın inkişafının möhkəmləndirilməsi,
davamlı və dayanaqlı irəliləyişi üzrə işə köməklik məqsədilə 2006-cı ildə Naxçıvan Muxtar
Respublikası Sahibkarlıq Konfederasiyası təsis edilmiş və haliyədə də normal fəaliyyət göstərir.
Muxtar Respublikada sahibkarlığın müntəzəm olaraq maariflənməsi ilə əlaqədar Naxçıvan
şəhərində Biznes Mərkəzi yaradılmış və onun normal fəaliyyəti təmin edilmişdir. Biznes
Mərkəzində sahibkarlara lazımi məsləhət və tövsiyyələrin verilməsi davamlı səciyyə daşıyır. Bu
mərkəzdə sahibkarlara kömək məqsədilə alimlərin, mütəxəssislərin, hətta sahibkarlıqla xeyli
müddətdən bəri məşğul olan ayrı-ayrı subyektlərin də maarifləndirici imkanlarından, konkret
təcrübəsindən geniş və müntəzəm istifadə olunur, sahibkarlıq üzrə əməli təcrübə öyrədilir və digər
sahibkarlıq fəaliyyətlərində istifadə edilir.
Naxçıvan şəhər Biznes Mərkəzində sahibkarlar üçün müxtəlif mövzularda daimi fəaliyyətdə
olan məşğələlər keçirilməsi qayda və imkanlar da yaradılmışdır. Eyni zamanda muxtar
Respublikada 2008-ci ildən “Bir pəncərə” sistemi tətbiq edilmiş, hazırda da fəaliyyət göstərir və
lazımi səmərə ilə öz işini davam etdirir. Habelə muxtar respublikanın kütləvi informasiya
vasitələrində regionun sahibkarlarından olan verilişlər təşkil edilir və məqalələr dərc olunur. Onu da
xüsusi diqqətə gətirmək çox gərəklidir ki, xırda (kiçik), orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan
subyektlər üçün mərkəzləşdirilmiş qaydada texnologiyaların innovasiya və yeniləşdirilməsi
məsələsi barəsində yığıncaqlar da keçirilir. Bütün bunlardan başqa muxtar respublikada fəaliyyət
göstərən və sahibkarlıqla məşğul olan, subyektlərə daimi olaraq maliyyə yardımı göstərilir, onun
başında banklar və bank olmayan kredit müəssisələrdən təminatlı qaydada borclar verilməsinə
xüsusi diqqət və qayğı göstərilir. Belə ki, muxtar respublikada yeni yaradılan və fəaliyyətdə olan
sahibkarlara 2013-cü ildə 17 milyon 305 min manat məbləğində kredit verilmişdir ki, bunun da 6
milyona yaxını fərdi
sahibkarlığın inkişafına 11 milyon manatdan çoxu isə yeni sahibkarlıq
fəaliyyətinin yaradılmasına yönləndirilmişdir. Eyni zamanda 2014-cü ilin 9 ayı ərzində bank və digər
kredit təşkilatları tərəfindən sahibkarlara 3,5 milyon manat kredit verilmişdir ki, bu da keçən ilin həmin
dövründən 13,8 faiz artıqdır. Həmçinin 2014-cü ilin 9 ayında ümumilikdə sahibkarlıq fəaliyyəti
sahələrinin yaradılmasına 8 milyon 66 min manat kredit verilmişdir. Bütünlükdə isə son 10 ildə
regionda sahibkarlığın inkişafına 150 milyon manat kredit ayrılmış və istifadə edilmişdir.
Belə müəssisələrdə 8 mindən çox adam daimi iş yeri tapa bilmişdir. Onu da diqqətə gətirmək
olar ki, hazırda biznes fəaliyyəti göstərən müəssisə, şirkətlərin daha çox hissəsi xüsusi sahibkarlığın
boynuna düşür və muxtar respublikada istehsal olunan ümumi daxili məhsulun 87 faizi sahibkarlıq
fəaliyyəti göstərən müəssisələrin payına düşür. Cəmi regionda 105 növdə, 459 çeşiddə qeyri-ərzaq
məhsulu 231 növdə istehsal olunur ki, bunun da əksəriyyəti demək olar ki, çox hissəsi sahibkarlıq
müəssisələrində yaradılır.
Onu da göstərmək lazımdır ki, regionda davamlı və dayaqlı tədbirlərin həyata keçirilməsi
sayəsində regionda sahibkarlıqla məşğul olan subyektlərin sayı ildən-ilə artır. Belə ki, 2008-ci ilin
əvvəlindən 2011-ci ilin sentyabrı ərzində regionda 271 iri sahibkar və 1059 hüquqi olmadan fiziki şəxs
sahibkar qeydiyyatına alınmış, sonrakı illərdə də bu proses sürətlə davam etmişdir. Son 13 ildə 55
dövlət müəssisəsi səhmdar cəmiyyətinə çevrilmişdir. Təkcə son 10 ildə muxtar respublikada ümumi
daxili məhsul 13,9 dəfə, sənaye məhsulu 49 dəfə, kənd təsərrüfatı məhsulu 4,7 dəfə artırılmışdır ki,
bunların əksəriyyəti demək olar ki, qeyri-dövlət sahibkarlıq müəssisələrində yaradılmışdır. Keçən ilin
müvafiq dövrünə nisbətən kredit verilməsi 2014-cü ilin 9 ayı ərzində keçən ilin həmin dövrü ilə
müqayisədə 9 milyon 771 min manat təşkil etmiş, 2014-cü ilin yanvar sentyabr aylarında isə kredit
verilməsi 35,3 faiz artaraq 13 milyon 212 min manata çatmışdır. 2014-cü ilin axırıncı rübündə də bu
- 166 -
artımın xeyli çoxaldılması gözlənilir. Bu kreditlər kənddə kiçik və orta sahibkarlara verilmişdir. Onu da
nəzərə gətirmək olar ki, muxtar respublikada yeyinti və yüngül sənayesində sahibkarlıq üzrə 64
layihənin həyata keçirilməsi kreditləşdirilmişdir.
Sahibkarlıq müəsisələrinin təkcə Naxçıvan və rayon tabeli şəhərləri də deyil, muxtar
respublikanın bütün coğrafi ərazilərində yaradılması və inkişafına imkan verilir. Əhalinin bütün
fəsillərdə tələbatlarını tam ödəmək üçün ümumi tutumu 11720 ton olan 15 soyuducu anbar tikilmiş və
öz funksiyasını yerinə yetirmək üçün fəaliyyətə başlamışdır. Bununla yanaşı 4 iri heyvandarlıq
kompleksinin qurulması başa çatmış, istehsal gücü ayda 246 min ədəd yumurta 200 min cücə, 26 ton
toyuq əti sahibkarlıq müəssisəsinin istifadəsinə verilmiş, 8 balıq müəssisəsi yaxınlarda istifadəyə
veriləcəkdir. Bundan başqa “Asni” qızıl xallı ala balıq təsərrüfatı tərəfindən istehsal gücü ildə 360 ton
diri balıq və ayda 600 qab konservləşdirilmiş balıq bölməsi də istifadəyə yönləndirilmişdir. Muxtar
respublikanın kəndlərində də sahibkarlığın inkişafına əməlli köməklik göstərilir. Kənd yerlərində fermer
təsərrüfatlarının sayı 15 ötüb keçmiş hüquqi şəxs olmadan fiziki sahibkarlıqla məşğul olanların sayı
artmaqda və möhkəmləndirilməkdə davam etdirilir. Eyni zamanda heyvandarlıqla məşğul olanlara
2014-cü ilin 10 ayında keçən ilin həmin dövrünə nisbətən verilən kreditlərin həcmi 2 dəfə artırılmışdır.
Bütün bunların sayəsində mal-qaranın sayı ildən-ilə çoxalır. Belə ki, 2014-cü ilin son 10 ayında onların
sayı iribuynuzlu mal-qara üzrə 112587 başa, qoyun və keçinin sayı isə 668115 başa çatmışdır. Bütün bu
göstəricilər sayesində mühüm iqtisadi göstəricilərin də həcmi ildən-ilə artır. Belə ki, 2014-cü ilin son 10
ayında muxtar respublikada ümumi daxili məhsul 1 milyard 808 milyon 516 min manat olmuş, ilin
axırınadək onun 2,4 milyard manata çatması gözlənilir.
Həmin dövrdə 743 milyon 886 min manatlıq sənaye məhsulu, 296 milyon 201 min manatlıq
kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. Bu dövrdə işləyən əhalinin aylıq gəliri orta hesabla 316
manat olmuşdur. Muxtar respublikanın rəhbərliyi tərəfindən sahibkarlığı xüsusi çəkisinin getdikcə
artması və fəaliyyətinin gücləndirilməsi, məhsul istehsalının daha da çoxaldılması məqsədi ilə əlavə
əsaslı tədbirlərin həyata keçirilməsi sürətlə davam edir.
ƏDƏBİYYAT
1.
İqtisadi nəzəriyyə. Bakı, 1999-cu il
2.
Iqtisadi nəzəriyyə. Moskva, 2009
3.
Asaul, A.N.Şəkərəliyeva, A.I.Şirəliyev. Sahibkarlıq fəaliyyətinin təşkili. Bakı, 2006.
4.
Naxçıvan Muxtar Respublikası Statistika Komitəsinin materialları 2009/2014-cü illər.
ABSTRACT
A.İ.Shiraliyev
Developmental issues of avnership in the region of Nakhichivan.
The article explains the context of owhership activity, analyses the main role of provate
property forms in the ownership. The article analyses and investigates the ownership activity and its
efficiency in the basis of concrete forms in the Autonomal Republik of Nakhichivan.
РЕЗЮМЕ
А.И.Ширалиев
Вопросы развития предпринимательства в Нахчыванском регионе.
В статье рассматривается содержание предпринимательской деятельности, освещается
основная роль форм частной собственности в предпринимательской деятельности. В ней
классивицируются формы предпринимальства. На конкретном материале анализируeтся и
обобщаeтся предпринимательская деятельность и ее эффектиность в Нахчывaнской Автономной
Республике.
NDU-nun Elmi Şurasının 30 mart 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 08)
- 167 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 2 (67)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 2 (67)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 2 (67)
NAZİM ƏHMƏDOV
Naxçıvan Dövlət Universiteti
UOT: 330.1
HEYDƏR ƏLİYEVİN UĞURLU İNKİŞAF MODELİ
NAXÇIVANDA DİNAMİK İNKİŞAFI TƏMİN EDİR
Açar sözlər: Heydər Əliyev, İlham Əliyev, model, iqtisadi inkişaf, sənaye rabitə.
Key words: Heidar Aliyev, Ilham Aliyev, model, economic development, industry,
communication
Ключевые слова: Гейдар Алиев, Ильхам Алиев, модель, экономическое развитие,
промышленность, связь.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində ölkənin
iqtisadi inkişafını daim diqqət mərkəzində saxlamış və dinamik inkişafı təmin etmişdir. Ulu öndər
hələ ölkəyə rəhbərliyin birinci hakimiyyəti dövründə 5 mühüm qərarın qəbul olunmasına nail olmuş
və məhz bu qərarların yerinə yetirilməsi nəticəsində iqtisadiyyatın bütün sahələrində inkişaf dövrü
başlamışdır.
Keçən əsrin 70-80-ci illərində nəinki ölkə, onun regionları və xüsusilə Naxçıvan Muxtar
Respublikası daha sürətlə inkişaf edirdi. İttifaq əhəmiyyətli böyük müəssisələrin Naxçıvanda
tikilməsi nəticəsində sənaye potensialı xeyli artmışdı.
Hələ birinci hakimiyyəti dövründə Ulu öndər Heydər Əliyevin ölkədən ayrı düşmüş
Naxçıvana xüsusi diqqət yetirməsi öz bəhrələrini verirdi. Burada aparılan tikinti quruculuq işləri
nəticəsində Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun ümumi həcmi 1985-ci ildə 1970-
ci ilə nisbətən 4,6 dəfə artmışdır. Müqayisə üçün göstərək ki, həmin dövrdə Azərbaycanda sənaye
məhsulunun ümumi həcmi 2,9 dəfə artmışdı. Sənayedə baş verən bu yüksəliş nəticəsində
Azərbaycanın sənaye məhsulu istehsalında Naxçıvanın xüsusi çəkisi 1965-ci ildəki 0,7 faizdən
1985-ci ildə 2,3 faizə qalxmışdır [1, s.64].
Lakin sonrakı dövrdə 1988-ci ildən başlayan Azərbaycan – Ermənistan Dağlıq Qarabağ
münaqişəsi ölkədə olduğu kimi Naxçıvan MR iqtisadiyyatını da böhran vəziyyətə salmışdır. Artıq
1991-ci ildə keçmiş SSRİ dağılmış, respublikalar öz müstəqilliyini əldə etmiş və bazar iqtisadiyyatı
yolu ilə getməyə başlamışlar. Müstəqilliyimizin ilk illərndə ölkədə baş vermiş böhran daha da
dərinləşməyə başlamış, istehsal daima aşağı düşmüşdür. Ölkə ərazisinin 20 faizinin Ermənistan
tərəfindən işğal edilməsi və bir milyona yaxın əhalinin qaçqın və köçgün vəziyyətə düşməsi də
iqtisadi vəziyyəti daha da gərginləşdirmişdir. Məhz belə bir şəraitdə xalq Azərbaycanın nicat
yolunu Ulu öndərin hakimiyyətə gətirilməsində görürdü.
Beləliklə, Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycana hakimiyyətə
gətirildi və böhrandan çıxış yolları axtarılmağa başladı. Ulu öndər ölkənin inkişafını islahatların
aparılmasında görürdü. Çünki dərin iqtisadi böhrana düçar olmuş respublikamızı bu böhrandan
çıxarmaq və yeni inkişaf yoluna salmaq yalnız islahatlar yolu ilə mümkün ola bilərdi. Ona görə də
Heydər Əliyev hakimiyyətə gələn kimi çıxışlarının birində bəyan etdi ki, “Azərbaycan dövlətinin
strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması və bazar
iqtisadiyyatı, sahibkarlıq yoludur” [2, s.21].
Ümummilli liderimiz H.Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyası ötən
dövrlərdə ardıcıl şəkildə həyata keçirilmiş və dinamik inkişafı təmin etmişdir.
Deyə bilərik ki, Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf modeli Azərbaycana böyük
uğurlar gətirmişdir. O dövrdə Ulu öndərin yeritdiyi müdrük siyasətin nəticəsidir ki, çox qısa zaman
kəsiyində ölkəmiz uğurlu inkişaf yolu keçmiş, dünya dövlətləri arasında lider ölkələr sırasına daxil
- 168 -
olmuşdur. İftixarla demək olar ki, bu gün də Azərbaycan iqtisadi inkişaf sürətinə görə öz liderlik
mövqeyini qoruyub saxlamaqdadır.
Qətiyyətlə deyə bilərik ki, 2013-cü ildə Azərbaycan prezidenti seçilən İlham Əliyev Ulu
öndərin siyasi kursunu layiqincə davam etdirir.
Qeyd etmək lazımdır ki, İlham Əliyev ölkə prezidenti seçiləndən sonra 24 noyabr 2003-cü il
tarixdə “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında”
ilk fərmanını imzaladı. Bunun ardınca 11 fevral 2004-cü ildə “Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” qəbul olundu.
Baxmayaraq ki, regional inkişafın əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdu,
İlham Əliyev isə hakimiyyətə gələndən sonra regional siyasəti daha da genişləndirərək və
möhkəmləndirərək bu sahədə ilk regional Dövlət Proqramı qəbul etdi. Azərbaycan Prezidenti İlham
Əliyev Ulu öndərin 1993-2003-cü illərdə həyata keçirdiyi siyasətdən bəhs edərək demişdir: “Bu gün
Heydər Əliyevin siyasəti Azərbaycanda yaşayır, davam etdirilir və yeni formalarda zənginləşir” [3,
s.284].
Regional inkişaf təmin edilmədən bütövlükdə ölkə iqtisadiyyatının inkişafından söhbət belə
gedə bilməzdi. 2004-cü ildə qəbul olunmuş birinci regional Dövlət Proqramı 2008-ci ildə çox
müvəffəqiyyətlə yerinə yetirilmişdir. Beş il ərzində regionların inkişafı bir tərəfdən güclü,
infrastruktur yaradılmasına, iş yerlərinin yaradılmasına xidmət göstərmiş, digər tərəfdən isə
miqrasiya meyllərinin qarşısını almışdır. Habelə beş il ərzində regionların iqtisadiyyatına çox böyük
sərmayə qoymuş, özəl sektorun inkişafına güzəştli şərtlərlə kreditlər ayrılmış və habelə
sahibkarlığın inkişafına böyük dəstək verilmişdir.
Ümumiyyətlə 2009-cu il fevral ayının 23-də Bakının “Gülüstan” sarayında “Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)”
icrasının yekunlarına həsr olunmuş konfransda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev
demişdir: “...son beş ildə Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artmışdır, adambaşına düşən gəlir 5500
dollara çatmışdır. Azərbaycanda sənaye istehsalı 2,5 dəfə artmışdır və sənayeləşmə prosesi çox
geniş vüsət almışdır. Bunun nəticəsində 776 min yeni iş yeri açılmışdır ki, onlardan da 547 mini
daimi iş yeridir. Bunun nəticəsində yoxsulluğun səviyyəsi kəskin şəkildə azalmış, 49 faizdən 13,2
faizə düşmüşdür. Azərbaycanda aparılan uğurlu neft strategiyası və iqtisadi islahatlar nəticəsində
büdcə xərclərimiz 12 dəfədən çox artmışdır. İndi valyuta ehtiyatlarımız 18 milyard dollardan
çoxdur” [4].
Birinci regional inkişaf Proqramı ölkədə olduğu kimi onun regionlarında da, o cümlədən
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da müvəffəqiyyətlə
icra edilmişdir. Regional proqramın yerinə yetirilməsi sahəsində aparılmış məqsədyönlü quruculuq
işləri nəticəsində beş il ərzində muxtar respublikada Ümumi Daxili Məhsulun həcmi 4,3 dəfə,
sənaye məhsulunun istehsalı 9,3 dəfə, əsas kapitala yönəldilmiş investisiyaların həcmi 5,0 dəfə
çoxalmışdır. Kənd təsərrüfatında ümumi məhsul istehsalı 2,1 dəfə artmışdır. Bu dövrdə 37073 yeni
iş yeri açılmış, əhalinin real pul gəlirləri 4,0 dəfə artmışdır.
Qeyd etmək lazımdır ki, 2009-cu ildə qəbul olunmuş “2009-2013-cü illərdə Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və onlara müvafiq olaraq bu
dövlət proqramlarının muxtar respublikada icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının
Regional İnkişaf Proqramı (2005-2008-ci illər” və “Naxçıvan Muxtar Respublikasının 2009-2013-
cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” muxtar respublikada investisiya potensialından
tam və kompleks şəkildə istifadə olunmasını, yeni sənaye, kənd təsərrüfatı, xidmət müəssisələrinin
yaradılmasını, məşğulluq probleminin həll edilməsini və sosial məsələlərin həllini şərtləndirmişdir.
Muxtar respublikada iki Dövlət Proqramının icrası və ümumiyyətlə 2003-2013-cü illəri
əhatə edən 10 ilin statistik materiallarının təhlili göstərir ki, 2013—cü ildə 2,3 milyard manatlıq
ÜDM istehsal olunmuşdur ki, bu da 2003-cü illə müqayisədə 8,4 dəfə çoxdur. 2013-cü ildə hər
nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2003-cü ilə nisbətən müqayisəli qiymətlərlə 6,9 dəfə
artaraq 5423 manata çatmışdır.
- 169 -
Muxtar respublikada 2003-2013-cü illəri əhatə edən son 10 il ərzində sənaye məhsulunun
həcmi 49 dəfə, əsas kapitala yönəldilən investisiyalar 16,4 dəfə, kənd təsərrüfatının ümumi məhsulu
4,7 dəfə, nəqliyyat sektorunda yük daşınması 2,6 dəfə, informasiya və rabitə xidmətləri 10,3 dəfə,
pərakəndə əmtəə dövriyyəsi 11,1 dəfə, əhaliyə göstərilən pullu xidmətlər 12,9 dəfə, ixracatın həcmi
96,6 dəfə, icmal büdcənin həcmi 12,7 dəfə, əhalinin gəlirləri 10,2 dəfə, hər bir nəfərə düşən gəlirlər
8,8 dəfə, orta aylıq əməkhaqqı isə 9,8 dəfə artmışdır.
Məlumdur ki, sənaye iqtisadiyyatın ən aparıcı sahələrindən biri hesab edilir. Ona görə də
muxtar respublikada da sənayenin inkişafına xüsusi diqqət yetirilir. İnkişaf etmiş sənaye ölkələrində
sənaye parklarının yaradılması artıq bir ənənə şəklini almışdır. Bu sahədə ölkəmizdə və muxtar
respublikamızda da müəyyən işlər görülməkdədir. Aparılan iqtisadi siyasətin davam etdirilməsi və
sənayenin modernləşdirilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədrinin 2013-cü il 6 iyun tarixli fərmanı ilə “Sənaye parkları haqqında Əsasnamə”
təsdiq olunmuşdur.
Qeyd etmək lazımdır ki, Ulu öndər Heydər Əliyevin iqtisadi inkişaf modelinə uyğun olaraq
muxtar respublikada sənayenin inkişafı prioritet istiqamət kimi daim diqqət mərkəzində saxlanılır,
sənaye müəssisələrinin sayı və potensialı artmaqda davam edir. Belə ki, son 10 il ərzində sənaye
müəssisələrinin sayı 7 dəfə artaraq 2003-cü ildəki 66-dan 2013-cü ildə 438 müəssisəyə çatmışdır.
Məhz bu artımın nəticəsində 2013-cü ildə muxtar respublikada 863 milyon manatlıq sənaye
məhsulu istehsal edilmişdir ki, bu da 2003-cü illə müqayisədə 49 dəfə çoxdur.
Muxtar respublikada aqrar sektorun inkişafı da daim diqqət mərkəzində saxlanılır. Aqrar
sahədə aparılan radikal islahatlar, bu sahədə qəbul olunan üç dövlət proqramı, o cümlədən 2005-
2010-cu illəri əhatə edən Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə, 2008-
2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına
dair və 2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin
inkişafı üzrə dövlət proqramları qəbul olunmuş və aqrar sektorun inkişaf istiqamətləri
müəyyənləşdirilmişdir. Məhz bu dövlət proqramlarının həyata keçirilməsi nəticəsində muxtar
respublikada dinamik inkişaf təmin edilmişdir. 2003-2013-cü illəri əhatə edən son 10 il ərzində
muxtar respublikada kartof istehsalı 2,9 dəfə, taxıl istehsalı 41 faiz, tərəvəz istehsalı 24,6 faiz,
meyvə və giləmeyvə istehsalı 46 faiz, bal istehsalı isə 2003-cü illə müqayisədə 8,4 dəfə artmışdır.
Muxtar respublikada heyvandarlığın baş sayının artması heyvandarlıq məhsullarının da
artmasına səbəb olmuşdur. Beləliklə, muxtar respublika əhalisinin bitkiçilik və heyvandarlıq
məhsullarına olan tələbatı əsas etibarilə yerli istehsal hesabına ödənilməkdədir.
Ölkə iqtisadiyyatının mühüm sahələrindən olan nəqliyyat, rabitə və informasiya
kommunikasiya sektorunun da əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Hələ
sovetlər birliyi dövründə respublikanın sənaye potensialının gücləndirilməsi, xüsusən də
elmtutumlu sahələrin genişləndirilməsi ilə birbaşa bağlı olduğunu görən Heydər Əliyev XX
yüzilliyin 70-ci illərində bu sahəyə diqqət yetirmiş, informasiya və kommunikasiya texnologiyaları
sektorunun bu günkü inkişafının təməlini qoymuşdur.
Azərbaycanda olduğu kimi Naxçıvanda da bu sahədə çox böyük işlər görülmüşdür.
Naxçıvan
Muxtar
Respublikası
Ali
Məclisinin
Sədri
informasiya-kommunikasiya
texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışarkən demişdir: “Bu gün
muxtar respublikada informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük layihələr həyata
keçirilir.
1997-ci
ildən
başlayaraq
muxtar
respublikada
bütün
telefon
stansiyaları
avtomatlaşdırılmış, fiber-optik kabellər çəkilmiş, yeni poçt şöbələri yaradılmış və digər tədbirlər
həyata keçirilmişdir. Qısa zaman kəsiyində görülən işlər muxtar respublikanın informasiya
blokadasından çıxmasına səbəb olmuşdur” [5, s.92-93].
Davos Dünya İqtisadi Forumunun “Qlobal informasiya texnologiyaları” hesabatında
ölkəmiz Polşa, Bolqarıstan, Türkiyə, Filippin, İndoneziya, Misir, Pakistan kimi iddialı ölkələri də
qabaqlamışdır. Həmçinin Beynəlxalq Kommunikasiya İttifaqının hesabatında İKT-nin inkişaf
səviyyəsinə görə Azərbaycan son beş ildə inkişaf dinamikasına görə dünyanın ilk 10 ölkəsi arasında
yer tutmuşdur. Bütün bunlar onu göstərir ki, ümummilli liderimiz Heydər Əliyevin
- 170 -
müəyyənləşdirdiyi və ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi
inkişaf modeli iqtisadiyyatın bütün sahələrində öz bəhrəsini vermişdir.
Hesab edirəm ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun
Naxçıvanda yeritdiyi uğurlu iqtisadi siyasət məhz Heydər və İlham Əliyevlərin yeritdikləri iqtisadi
siyasətin davamı kimi qiymətləndirilməlidir.
ƏDƏBİYYAT
1.Əhmədov N.H. Naxçıvan iqtisadiyyatı inkişaf yollarında. Bakı, “Elm”, 2005,
s.64,
2.Dövlət idarəçiliyi: sosial-iqtisadi aspektlər. Bakı, 2002, s.21.
3.Nuriyev Ə.X. Regional idarəetmənin əsasları. Bakı, “Elm”, 2007, s.284.
4. “Gömrük xəbərləri” qəzeti. 29 fevral 2009-cu il, № 8.
5.İsmayıl Hacıyev, Bəxtiyar İsmayılov. Naxçıvan Muxtar Respublikası,
“Əcəmi”, 2014, s.92-93.
6.Nazim Əhmədov. Heydər Əliyevin inkişaf modeli və Naxçıvanda dinamik
inkişaf. Bakı, “Elm və təhsil”, 2010, 148 s.
ABSTRACT
Nazim Ahmedov
Heidar Aliyev’s successful development model provides dynamic development in Nakhchivan
The development model worked out by Heidar Aliyev brought great successes not only to
Azerbaijan, but also to the Nakhchivan Autonomous Republic, the constituent part of Azerbaijan.
The article analyzes all the fields of the economy in Nakhchivan, and draws attention to the
establishment of industrial parks as a priority direction.
РЕЗЮМЕ
Назим Ахмедов
Успешная модель развития Гейдара Алиева
обеспечивает динамическое развитие Нахчывана
Подготовленная Гейдаром Алиевым модель развития принесла успех не только
Азербайджану, но и Нахчыванской Автономной Республике, являющейся её неотъемлемой
Dostları ilə paylaş: |