Scientific works



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/32
tarix24.04.2017
ölçüsü5,01 Kb.
#15631
1   ...   15   16   17   18   19   20   21   22   ...   32

ƏDƏBİYYAT 
 
1. 
Данилов  А.Н.  Переходное  общество:  Проблемы  системной  трансформации  
А.Н.Данилов. – Мн: Университетское, 1997, 360 c. 
2. 
Основы политической науки.  Часть II. М, Аспект-пресс. 1993, 240 c. 
3. 
Шестопал Е.Б. Очерки политической психологии. М.: Наука,  1990, 120 c. 
4. 
Токвиль А.де. Демократия в Америке. М., Аспект-пресс, 1993, 490 c. 
5. 
Əfəndiyev  М. Siyasi  elm.  Bakı:Siyasət,  2010, 700 s. 
                 
                                                                                          
ABSTRACT 
    Elnur  Hajaliyev 
Political  modernization  in the context of political  process 
     In  article  the  essence  of  concept  of  political  process  reveals.  Essence,  the  contents,  features  and 
stages  of  political  process,  proceeding  from  the  general  concept  of  process.  The  special  attention  of 
political  modernization  in  the  context  of  political  process  is  here  too  paid,  the  interrelation  of  these 
two  processes  is  investigated.  The  author  especially  allocates  political  participation  as  the  basic 
element  of  the  content  of  the  political  modernization  connected  with  political  process  locates 
communication  of political  participation  with  a political  regime. 
 
РЕЗЮМЕ 
Эльнур Гаджалиев 
Политическая модернизация в контексте политического процесса 
     В  статье  раскрывается  сущность  понятия  политического  процесса.  Сущность, 
содержание,  особенности  и  этапы  политического  процесса,  исходя  из  общего  понятия 
процесса.  Здесь  также  уделяется  особое  внимание  политической  модернизации  в контексте 
политического  процесса,  исследуется  взаимосвязь  данных  двух  процессов.  Автор  особо 
выделяет  политическое  участие  как  основной  элемент  содержания  политической 
модернизации,  связанной  с  политическим  процессом,  обосновывается  связь  политического 
участия с политическим режимом.  
 
 
 
 
NDU-nun  Elmi  Şurasının  30  mart  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 08) 
         Məqaləni  çapa təqdim  etdi:  Fəlsəfə üzrə elmlər doktoru, professor 
M.Rzayev 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
- 138 - 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 2 (67) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 2 (67) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 2 (67) 
 
ARXEOLOGİYA  VƏ NUMİZMATİKA
 
 
FƏXRƏDDİN SƏFƏRLİ 
AMEA Naxçıvan  Bölməsi Tarix, Etnoqrafiya 
və Arxeologiya İnstitutu                                                                            
                                                                                               E-mail:  hacifexreddin@yahoo.com.tr 
UOT:  572.9 
ADLARI  EPİQRAFİK   ABİDƏLƏRDƏ AŞKAR EDİLMİŞ   
GÖRKƏMLİ  ŞƏXSİYYƏTLƏR 
(III məqalə) 
        
            Açar  sözlər:  Epiqrafik abidə, kitabə, şəxsiyyət, Möminə xatın, Bikə Sultan.  
        
Key words:  Epigraphic monument, inscription, indentify, Momina khatun, Bika Sultan. 
            Ключевые  слова:    Эпиграфический    памятник,  надпись,  личность,  Момине  хатун,  
Бике Султан.                                                                                                          
 
Naxçıvan  Muxtar  Respublikası  ərazisində  orta  əsrlərdən  indiyədək  gəlib  çatan  epiqrafik 
abidələrdə  adları  qalan  şəxsiyyətlərin  bir  hissəsi  qadınlardır.  Feodal  üsul  idarəsinin  və  şəriət 
qanunlarının  hakim  olduğu  orta  əsrlər  zamanı  hicaba  uyğun  olaraq  qadınlar  üçün  bir  sıra  qadağalar 
qoyulmasına  baxmayaraq  Naxçıvan  bölgəsində  qadın  məzarları  üstündə  də  yazılı  abidələr 
qoyulmuşdur.  Bölgə  ərazisində  indiyədək  qadınların  xatirəsinə  həsr  olunmuş  50-yə  yaxın  kitabə 
tədqiq  olunmuşdur.  Bu  qadınların  bir  hissəsi  sadə  vətəndaşlar  olsa  da  onların  içərisində  bir  sıra 
görkəmli  şəxsiyyətlərin,  o  cümlədən  dövlət  başçılarının,  sufi  təriqətlərinə  mənsub  xanəgah 
şeyxlərinin  arvadlarına,  analarına,  əsilzadələrə  və  başqalarına  da  təsadüf  olunur.  Bu  qadınların 
bəziləri  yaşadıqları  dövrün  ictimai-siyasi  və  mədəni  həyatında,  hətta  dövlətin  idarə  olunmasında 
fəal  iştirak  edir,  xeyirxah  əməllərlə  məşğul  olurdular.  Bu  məqalədə  həmin  qadınlardan  bəziləri 
haqqında  bəhs olunacaqdır. 
1.  Möminə  xatın.  Bu  görkəmli  qadın  –  şəxsiyyətin  adı  Naxçıvan  şəhərində,  Atabəylər 
meydanında,  indiki  Əcəmi  seyrəngahında  əzəmətlə  ucalan  Möminə  xatın  türbəsinin  üzərindəki 
kitabələrdən  birində  qalmışdır.  Möminə  xatın  İraq  Səlcuq  sultanı  II  Toğrulun  arvadı  olmuşdur. 
Sultan  Toğrul  1135-cı  ildə  vəfat  etdikdən  sonra  taxt-tacda  onu  əvəz  edən  Sultan  Məsud  onun  dul 
arvadı  Möminə  xatını  vaxtilə  vəzir  əs-Sumayrami  tərəfindən  qul  kimi  satın  alınan,  II  Toğrulun 
sarayında  yüksək  qabiliyyəti,  bacarığı  sayəsində  böyük  nüfuz  qazanan,  bu  səbəbdən  də  Sultanın 
şəxsi  məmlükləri  sırasına  keçirilən  və  Sultan  mətbəxinin  başçısı  vəzifəsinə,  həmçinin  Sultanın 
azyaşlı  oğlu  Arslanşahın  atabəyi  təyin  edilən,  artıq  bu  zamanlardan  Sultanın  arvadı  Möminə  xatının 
hörmət  və  ehtiramını  qazanan,  beləliklə  sarayda  böyük  nüfuz  sahibi  olan,  hətta  əmir  rütbəsinədək 
yüksələn  Şəmsəddin  Eldənizlə  evləndirir.  Möminə  xatının  Atabəy  Şəmsəddin  Eldənizlə  bu 
izdivacından  Atabəy  Məhəmməd  Cahan  Pəhləvan  və  Qızıl  Arslan  adlı  iki  oğlu  və  bir  qızı  dünyaya 
gəlir.  Möminə  xatın  1175-ci  ildə  vəfat  etmişdir.  Ölümündən  sonra  Naxçıvan  şəhərində  dəfn  olunan 
Möminə  xatının  qəbri  üzərində  əri  Atabəy  Şəmsəddin  Eldəniz  əzəmətli  türbə  ucaldılması  haqqında 
əmr  vermişdir.  Ancaq  Şəmsəddin  Eldəniz  özü  də  Möminə  xatının  ölümündən  bir  ay  sonra  dünyasını 
dəyişdıyı  üçün,  türbə  atasını  hakimiyyətdə  əvəz  edən  Atabəy  Məhəmməd  Cahan  Pəhləvan 
tərəfindən  inşa  etdirilmiş  və  onun  inşası  hicri  qəməri  təqvimi  ilə  582-ci  ilin  məhərrəm  ayında  (24.03 
– 23.04.1186-cı il)  başa çatdırılmışdır. 
Şəmsəddin  Eldəniz  hələ  Arslanşahın  atabəyi  olduğu  zamanlardan  dövrünün  görkəmli 
şəxsiyyətlərindən  biri  və  İraq  Səlcuq  sultanlığının,  sonralar  isə  Atabəylər  sarayında  böyük  nüfuz  və 
söz  sahibi  olan  Möminə  xatının  hörmət  və  ehtiramını  qazanmış  və  bu  ağıllı  qadın  onun  ən  yaxın 

 
 
- 139 - 
məsləhətçisinə  çevrilmişdi.  Şəmsəddin  Eldəniz  isə  öz  növbəsində  bütün  ömrü  boyu  Möminə  xatının 
tövsiyə  və  tapşırıqlarını  nəzərə  almış,  məhz  buna  görə  də  heç  bir  vaxt  saray  intriqalarına,  fitnə-
fəsadlara,  çəkişmələrə  uymamışdı.  Şəmsəddin  Eldəniz  Atabəylər  dövlətini  yaratdıqdan  sonra  da  bu 
vəziyyət  beləcə  davam  etmiş,  Möminə  xatın  dövlətin  siyasi  həyatında  fəal  rol  oynamışdır.  O  ağlı  və 
bacarığı  sayəsində  sarayda  yaranan  ziddiyyətləri  aradan  qaldıra  bilmiş,  hətta  1161-ci  ildə  İraq 
sultanlığında  hakimiyyətə  keçmiş  oğlu  Arslanşahla  əri  Şəmsəddin  Eldəniz  arasında  yaranan 
ziddiyyətləri  aradan  qaldıra  və  onlar  arasında  normal  münasibətlərin  yaranmasına  nail  olmuşdu. 
Möminə  xatının  oğlu  Arslanşaha  dediyi  və  qaynaqların  bizə  çatdırdığı  aşağıdakı  sözlər  onun  nə 
qədər  ağıllı,  diplomat  bir  qadın  olduğunu  açıq-aydın  göstərir:  “Sən  Sultan  taxtındasan,  o 
(Şəmsəddin  Eldəniz)  və  onun  hər  iki  oğlu  da  (Atabəy  Məhəmməd  Cahan  Pəhləvan  və  Qızıl  Arslan) 
sənin  qulluğunda  durub,  düşmənlərinlə  vuruşur,  rəqiblərinə  qalib  gəlirlər,  sənin  canın  isə  bütün 
bunlardan  azaddır.  Atabəy  nə  eləyirsə  eləsin,  bağışlasın,  ya  tutub  assın,  bütün  bunlar  sənin 
məmləkətini  möhkəmlətmək,  hakimiyyətini  bərkitmək  üçündür...”  (1,  s.  48).  Bu  cür  ağıllı  və 
cəsarətli 
manevrləri 
sayəsində 
Möminə 
xatın 
Şəmsəddin 
Eldənizin 
hakimiyyətinin 
möhkəmlənməsinə  və  bütün  sultanlığın  gerçək  sahibinə  çevrilməsinə  nail  olmuş,  Arslanşah  isə 
dövlət  başçısı  rolunun  formal  icrası  ilə  məhdudlaşdırılmış  şəxsə  çevrilmişdi  (1, s. 48). 
Məhz  bu  müsbət  və  nadir  keyfiyyətlərinə  görə  bütün  ömrü  boyu  Naxçıvanda  yaşayan  və 
orada  da  torpağa  tapşırılan  Möminə  xatının  qəbri  üzərində  dahi  Azərbaycan  memarı  Əcəmi 
Əbubəkr  oğlu  Naxçıvani  tərəfindən  inşa  edilən  türbənin  əsas  kitabəsində  onun  adı  “dünyanın  və 
dinin  şöhrəti,  islamın  və müsəlmanların  sərəfi”  kimi  titul  və epitetlər  ilə  müşayiət  olunmuşdur. 
Bir  sıra  tədqiqatçıların  fikrincə  Möminə  xatın  Şəmsəddin  Eldənizin  deyil,  onun  oğlu  Atabəy 
Məhəmməd  Cahan  Pəhləvanın  arvadı  olmuşdur.  Ancaq  Azərbaycan  Atabəyləri  dövlətinin  gözəl 
tədqiqatçısı  akademik  Ziya  Bünyadov  sələflərinin  istinad  etdikləri  orta  mənbələrinin  və  dövriyyəyə 
yeni  daxil  olunan  qaynaqların  təqdim  etdiyi  məlumatları  müqayisəli  şəkildə  təhlil  etmiş  və  belə  bir 
nəticəyə  gəlmişdir  ki,  Möminə  xatın  Atabəy  Şəmsəddin  Eldənizin  arvadı,  Məhəmməd  Cahan 
Pəhləvanın  anası  olmuşdur. 
2.  Cahan  Qudi  xatın.  Bu  görkəmli  qadın  –  şəxsiyyətin  adı  Kəngərli  rayonunun  Qarabağlar 
kəndində  indiyədək  nisbətən  salamat  vəziyyətdə  gəlib  çatan  memarlıq  kompleksinə  daxil  olan  qoşa 
minarəni  birləşdirən  baştağın  üzərindəki  kitabədə  qalmışdır.  Kitabənin  mətninin  tərcüməsi  belədir: 
“Bu  binanın  [tikilməsini]  Cahan  Qudi  xatın  əmr  etdi  (8,  s.  390).  Cahan  Qudi  xatının  şəxsiyyəti 
hələlik  tam  olaraq  dəqiq  aydınlaşdırılmamışdır.  Orta  əsr  tarixçisi  və  dövlət  xadimi,  XIII-XIV 
yüzilliklərdə  yaşamış  Fəzlullah  Rəşidəddinin  “Cami  ət-Təvarix”  əsərində  verdiyi  məlumatlardan 
aydın  olur  ki,  monqol  hökmdarı,  Hülakülər  (Elxanilər)  dövlətinin  banisi  Hülakü  xanın  (1258-1265) 
arvadlarından  birinin  adı  Qutuy  xatın  olmuşdur  (11,  s.  16).  Qutuy  xatın  Elxanilər  sarayında  böyük 
nüfuz  və  söz  sahibi  olmuş,  ağlı  və  bacarığı  sayəsində  yaşadığı  dövrdə,  xüsusilə  oğlu  Sultan 
Əhmədin  hakimiyyəti  illərində  (1282-1284)  (7,  s.  18)  Hülakülər  dövlətinin  idarə  olunmasında 
yaxından  iştirak  etmişdir  (11,  s.  104).  Fikrimizcə  baştağın  üzərindəki  kitabədə  adı  çəkilən  Qudi 
xatınla  Qutuy  xatın  eyni  adamdır. 
Kitabədə  baştağın  inşa  tarixini  bildirən  tarix  qalmamışdır.  Ona  görə  də  XII  yüzillikdə  Əcəmi 
Naxçıvani  tərəfindən  inşa  edilməsi  ehtimal  edilən  minarələri  birləşdirən  baştağın  Qudi  xatının 
yaşının  kamillik  dövrünün  təsadüf  etdiyi  XIII  yüzilliyin  II  yarısında  inşa  edilməsini  ehtimal  etmək 
olar.   
3.  Həvva  Bədr  Bikə  xatın.  Bu  qadının  adı  isə  Culfa  bölgəsinin  Xanəgah  kəndindən 
təxminən  1  km  şərqdə  yerləşən  Xanəgah  kompleksinə  daxıl  olan  əsas  türbənin  cənub  tərəfində  XV 
əsrin  sonlarında  Həvva  Bədr  Bikə  xatının  özü  tərəfindən  inşa  etdirilən  türbə-məscidin  kitabəsində 
və  xanəgah  kompleksinin  şərq  divarının  yanındakı  qəbri  üzərində  qoyulan  sənduqə  tipli  xatirə 
abidəsinin  baş tərəfində  həkk edilən  epitafiyada  – məzar  kitabəsində  qalmışdır. 
Türbə-məscidin  ərəb  dilində  iki  sətirdə  həkk  olunmuş  kitabəsinin  məzmunundan  aydın  olur 
ki,  bu  abidəni  hicri  təqvimi  ilə  901-ci  ildə  (21.09.1495  –08.09.1496-cı  il)  bir  müddət  xanəgahda 
fəaliyyət  göstərən  sufi  təriqəti  mənsublarına  rəhbərlik  etmiş  Şeyx  Hacı  Lələ  Məliyin  qəbri  üzərində 
Həvva  Bədr Bikə  xatın  adlı  qadın  inşa  etdirmişdir  (6, s. 61, 260). 

 
 
- 140 - 
Bu  qadının  adına  ikinci  dəfə  keçən  yüzilliyin  80-ci  illərində  Əlincəçay  xanəgahının  şərq 
divarı  yanında  abadlıq  işləri  aparılarkən  torpağın  altından  aşkar  olunmuş  sənduqə  tipli  qəbirüstü 
xatirə  abidəsinin  üzərindəki  kitabədə  rast  gəlinmişdir.  Kitabənin  mətni  belədir:  “Bu  bağça  qazı 
Məcd əd-Dinin  qızı,  mərhumə  Həvva  Bədr Bikənindir”  (6, s. 63, 261; 8, s. 44). 
Xanəgahın  divarları  yanında  dəfn  olunması  göstərir  ki,  Həvva  Bədr  xatın  xanəgahda 
yaşamış,  öldükdən  sonra  orada  da  dəfn  olunmuşdur.  Orta  əsr  qaynaqları  təsdiq  edirlər  ki,  təriqət 
başçıları,  xanəgah  rəhbərləri  olan  şeyxlər  ailə  üzvləri  ilə  birlikdə  xanəgah  komplektlərinə  daxil  olan 
xüsusi  yerlərdə  yaşamışlar  və  öldükdən  sonra  isə  xanəgahda  və  ya  ətrafında  dəfn  olunmuşlar.  Bu 
fakta,  həmçinin  xatirəsinə  möhtəşəm  türbə-məscid  tikdirməsinə  söykənərək  ehtimal  etmək  olar  ki, 
Həvva  Bədr  Bikə  xatın  XV  əsrin  II  yarısında  xanəgahda  fəaliyyət  göstərən  sufi  təriqəti 
mənsublarına-dərvişlərə  rəhbərlik  edən  Şeyx  Hacı  Lələ  Məliyin  arvadı  olmuşdur.  Görünür,  o  əri  ilə 
birlikdə  xanəgahda  yaşamış,  əri  öldükdən  sonra  isə  xatirəsini  əbədiləşdirmək  üçün  onun  qəbri 
üzərində  möhtəşəm  xatirə  abidəsi  – türbə-məscid  inşa  etdirmişdir. 
Həvva  Bədr  Bikə  xatının  qəbirüstü  xatirə  abidəsi  üzərində  tarix  həkk  edilməmişdir.  Ancaq 
inşa  etdirdiyi  türbə  məscidin  kitabəsinin  məlumatından  aydın  olur  ki,  1495-1496-cı  illərdə,  abidənin 
inşası  başa  çatan  vaxt  o  sağ  imiş.  Buradan  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  ərinin  ölümündən  sonra 
Həvva  Bədr  Bikə  xatın  bir  müddət  xanəgahda  yaşamış,  vəfatından  sonra  xanəgahın  şərq  divarı 
yanında  dəfn  olunmuşdur.  Bu  fakta,  həmçinin  xanəgah  ətrafından  tapılmış  dıgər  abidələrlə  oxşar 
cəhətlərinə  görə  müqayisəsinə  əsasən  ehtimal  etmək  olar  ki,  Həvva  Bədr  Bikə  xatın  XV  əsrin  sonu 
– XVI əsrin  əvvəllərində  vəfat  etmişdir. 
Xanəgah  rəhbəri  Şeyx  Hacı  lələ  Məliyin  arvadı  olmasına,  həmçinin  xatirəsinə  hazırlanmış 
qəbirüstü  abidənin  kitabəsinin  məlumatlarına  əsasən  demək  olar  ki,  Həvva  Bədr  Bikə  xatın  əsil 
nəcabətli  ailədən  çıxmış  bir  xanım  olmuşdur.  Türbə-məscidin  kitabəsində  adı  “kəramətli,  əzəmətli 
xatın”  epitetləri  ilə  müşayiət  olunan  Həvva  Bədr  Bikə  xatının  məzar  kitabəsində  isə  atası  Məcd  əd-
Din  “qazı”  titulu  ilə  təqdim  olunmuşdur.  Şəriət  hakimi  qazı  Məcd  əd-Din  kimi  görkəmli  şəxsiyyətin 
qızı  olan  Həvva  Bədr  Bikə  xatının  özü  xanəgahda  fəaliyyət  göstərən  sufi  təriqətinin  mənsubu, 
yaxud  da  təəssübkeşi  olmuşdur.  Şəriət  hakimi  –  qazı  qızı  olmasına,  həmçinin  ərinin  xatirəsinə 
möhtəşəm  türbə  məscid  tikdirməsinə  əsasən  demək  olar  ki,  o  çox  imkanlı  qadın  olmuşdur  və  bu 
səbəbdən  də  xanəgahda  fəaliyyət  göstərən  təriqət  mənsublarını  lazım  olduqda  yeməklə  və  pulla 
təmin  etmiş,  başqa xeyriyyəçilik  işlərini  də keçirmişdir  (6, s. 262). 
4.  Qureyş  Şahbanu.  Qureyş  Şahbanunun  adı  Culfa  böıgəsindəki  Əlincəçay  xanəgahında 
aşkar  olunmuş  və  Naxçıvan  Dövlət  Tarix  Muzeyinə  təhvil  verilmiş,  mərmərin  xüsusi  növü  oniksdən 
hazırlanmış  özünə  məxsus  sənduqə  tipli  qəbirüstü  xatirə  abidəsi  üzərindəki  məzar  kitabəsi  vasitəsi 
ilə  elmi  dövriyyəyə  daxil  olmuşdur  (1979).  Kitabənin  mətninin  tərcüməsi  belədir:  “Bu  bağça  əmir 
Ərəbşahın  qızı  Qureyş  Şahbanunundur.  848-də (20.04.1444 – 08.04.1445-ci il)”  (2, s. 34; 12, s. 58)     
Kitabədən  məlum  olur  ki,  Qureyş  Şahbanunun  atası  Ərəbşah  əmir  titulu  daşımışdır.  Deməli, 
yüksək  hərbi  rütbə  daşıyan  bu  adam  Qaraqoyunlu  dövlət  aparatında  böyük  məqam  sahibi  olmuşdur. 
Belə  yüksək  rütbəli  bir  şəxsiyyətin  qızı  olmasına,  həmçinin  xanəgah  ətrafında  dəfn  olunmasına 
əsasən  ehtimal  şəklində  olsa  da  demək  olar  ki,  Qureyş  Şahbanu  xanəgahda  fəaliyyət  göstərən 
dərvişlərin  rəhbərlərindən  birinin  arvadı  olmuş,  əri  və  ailəsi  ilə  birlikdə  xanəgahda  yaşamış, 
öldükdən  sonra orada da dəfn  olunmuşdur. 
5.  Mikeysə  xanım.  Mikeysə  xanımın  adı  Əlincəçay  xanəgahında  bərpa  işləri  zamanı 
torpağın  altından  tapılmış  və  mühafizə  üçün  Naxçıvan  Dövlət  Tarix  Muzeyinə  təhvil  verilmiş 
oniksdən  hazırlanmış  özünə  məxsus  sənduqə  tipli  qəbirüstü  xatirə  abidəsi  üzərində  həkk  olunmuş 
kitabədən  aşkar  olunmuşdur.  Kitabədən  aydın  olmuşdur  ki,  nəfis  şəkildə  hazırlanmış  “bu  bağça 
Kamil  Şeyx  Hacı  Hilalullahın  qızı,  mərhumə  Mikeysə  xanımındır”  (12, s. 57). 
Yaşadığı  dövrdə  tutduğu  mövqe  haqqında  fikir  yürütmək  üçün  kitabədə  Mikeysə  xanımın 
adına  elə  bir  titul  və  ya  epitet  əlavə  olunmamışdır.  Ancaq  onun  atası  kitabədə  “şeyx”,  həm  də 
“kamil  şeyx”  titulu  ilə  təqdim  olunmuşdur.  Bu  titul  göstərir  ki,  Hacı  Hilalullah  XV  yüzillikdə 
Əlincəçay  xanəgahının  rəhbər  şeyxlərindən  biri  olmuşdur  (4,  s.  21-27).  Bu  fakta  əsasən  demək  olar 
ki,  Mikeysə  xanım  atası  ilə  birlikdə  xanəgahda  yaşamış,  ehtimal  ki,  xanəgahın  rəhbər  şeyxlərindən 
birinə  ərə  getmiş  və  orada  yaşamasını  davam  etdirmişdir.  Öldükdən  sonra  isə  orada  dəfn 

 
 
- 141 - 
olunmuşdur.  Sənduqə  üzərindəki  başqa  bir  kitabədən  məlum  olur  ki,  o  hicri  897-ci  ildə  (14.11.1491 
– 22.10.1492) vəfat  etmişdir. 
6.  Bikə  Sultan.  Bu  qadının  adı  Culfa  rayonunun  Xanəgah  kəndinin  cənub-şərq  tərəfində 
yerləşən  qəbiristanlıqda  özünün  qəbri  üzərinda  qoyulmuş  qırmızımtıl  rəngli  dağ  daşından 
hazırlanmış  sənduqə  tipli  qəbirüstü  xatirə  abidəsi  üzərindəki  məzar  kitabəsi  vasitəsi  ilə  bəlli 
olmuşdur.  Kitabədə  yazılmışdır:  “Məlik  Məhəmmədin  qızı,  mərhumə  Bikə  Sultanın  vəfatı.  Doqquz 
yüz  dördüncü  il  (19.08.1498 – 07.08.1499)” (2, s. 42-43). 
Kitabədə  Bikə  Sultanın  şəxsiyyəti,  yaşadığı,  XV  əsrdə  tutduğu  mövqe  və  s.  haqqında  fikir 
söyləmək  üçün  əsaslı  bir  fakt  və  ya  nişanə  olmasa  da,  onun  xatirəsinin  üzərində  gözəl  kitabələr  və 
incə,  nəfis  ornamentlər  həkk  edilmiş  gözəl  xatirə  abidəsi  hazırlanması  göstərir  ki,  imkanlı  ailəyə 
mənsub  bir  adam olmuşdur. 
7.  Xanım  Əta  Mülk.  Bu  qadının  adına  Ordubad  şəhərinin  “Malik  İbrahim” 
qəbiristanlığında  özünə  məxsus  qəbrin  üzərində  qoyulmuş  başdaşı  tipli  qəbirüstü  xatirə  abidəsi 
üzərində  həkk  edilən  kitabədə  rast  gəlinmişdir.  Ərəb  dilində  altı  sətirdə  yazılan  kitabənin  mətni 
belədir:  “Bu  bağça  böyük  sədr  Rükn  əd-Din  amid  əl-Mülkün  –  onun  yatağı  sərin  olsun  –  qızı, 
mərhumə,  günahları  bağışlanmış  xanım  Əta  Mülkündür.  Onun  ölümü  səkkiz  yüz  on  birinci  il, 
məhərrəmin  on ikisində  [baş verdi]  (07.06.1408-ci il)”  (5, s. 66; 13, s. 42-43). 
Kitabədən  aydın  olur  ki,  mərhumə  xanım  Əta  Mülkün  atası  Rükn  əd-Din  XIV  əsr 
Azərbaycan  dövlət  aparatında  mühüm  vəzifələrdən  sayılan  “böyük  sədr”  vəzifəsində  çalışmışdır. 
Orta  əsr  müəllifləri  tərəfindən  “yüksək  vəzifə”  kimi  dəyərləndirilən  və  qaynaqlarda  “sədr”,  “sədr  əl-
əzəm”,  “sədr  əl-müəzzəm”,  “sədr  əl-kəbir”  və  s.  kimi  təqdim  olunan  sədr  vəzifəsini  tutan  adamlar 
böyük  imtiyazlara  malik  olaraq  bəzən  dövlət  aparatında  üçüncü  yeri  tutmuşlar. 
Kitabədə  mərhumənin  atası  böyük  sədr  Rükn  əd-Dinin  adına  əlavə  olunan  “amid  əl-mülk” 
titulu  isə  orta  əsrlər  zaman  dövlətin  əsas  vəzifələrindən  sayılan  vəzirlik  məqamını  tutan  adamlara 
verilirdi.  Bu  titul  göstərir  ki,  xanım  Əta  Mülkün  atası  Rükn  əd-Din  XIV  əsrin  sonu  –  XV  əsrin 
əvvəllərində  Azərbaycan  dövlət  aparatında  böyük  sədr və vəzir  vəzifəsini  icra  etmişdir. 
Ancaq  çox  təəssüf  ki,  belə  görkəmli  bir  şəxsiyyətin  qızı  olan  xanım  Əta  Mülkün  özü, 
yaşadığı  dövrdə  cəmiyyətin  həyatında  tutduğu  mövqe  və  s.  haqqında  müəyyən  fikir  söyləmək  üçün 
kitabədə  elə  bir  fakt  və  ya  işarə  yoxdur.  Ancaq  xatirəsinə  gözəl  bir  xatirə  abidəsi  düzəldilməsi  və 
qəbiristanlığın  mərkəzində  yerləşən  Şeyx  Əbu  Səidin  (xanım  Əta  Mülkdən  51  il  əvvəl  ölmüş  və 
həmin  qəbiristanlıqda  dəfn  olunmuşdur)  xanəgahının  yanında  dəfn  olunmasına  əsasən  ehtimal 
etmək  olar  ki,  o  zəmanəsinin  sayılıb-seçilən,  cəmiyyətin  həyatında  nüfuz  sahibi  olan  bir  şəxsiyyət 
olmuşdur. 
8.  Ziba  xanım.  Ziba  xanımın  adı  Ordubad  şəhərinin  şərq  tərəfində  yerləşən  “Malik  İbrahim” 
qəbiristanlığında  qeydə  alınmış  özünə  məxsus  sənduqə  tipli  qəbirüstü  xatirə  abidəsi  üzərindəki 
epitafiyanın  –  məzar  kitabəsinin  məlumatları  əsasında  elmi  dövriyyəyə  daxil  olmuşdur.  Kitabənin 
mətnində  oxuyuruq:  “Bu  bağça  əmir  Bədi  ül-Mülkün  qızı,  alim,  abid,  kəramətli  xatın  Ziba 
xanımındır”  (5, s. 68-69). 
Ziba  xanım  kitabədə  “alim”,  “abid”,  “kəramətli  xatın”  kimi  titul  və  epitetlərlə  təqdim 
olunmuşdur.  Həyatını  ibadətə  həsr  edən  səmimi  dindar  mənasına  gələn  “abid”  titulunun  sufi 
anlamını,  həmçinin  Ziba  xanımın  XIV  əsrdə  sufi  şeyxi  Şeyx  Əbu  Səid  tərəfindən  qəbiristanlığın 
mərkəzində  qurulan  xanəgahın  yaxınlığında  dəfn  olunmasına,  həmçinin  alim  olmasına  əsasən 
demək  olar  ki,  Ziba  xanım  yaşadığı  XV-XVI  yüzilliklərdə  həmin  xanəgahda  fəaliyyət  göstərən  sufi 
təriqətinin  üzvü  və  ya  təəssübkeşi  olmuşdur.  Yüksək  vəzifəli  şəxs,  hərbçi-sərkərdə  Əmir  Bədi  ül-
Mülk  kimi  görkəmli  şəxsiyyətin  qızı  olması  onun  imkanlı  şəxs  olduğunu  və  mənsub  olduğu 
xanəgaha  maddi  yardım  göstərdiyini  söyləməyə  əsas  verir.  Ehtimal  etmək  olar  ki,  o  da  haqqında 
bəhs  olunan  Həvva  Bədr  Bikə  xatın  kimi  xanəgah  rəhbərlərindən  birinin  arvadı  olmuşdur  (6,  s.  63-
64). 
9.  Xanbikə.  Bu  qadının  adı  Ordubad  şəhərindəki  “Malik  İbrahim”  qəbiristanlığında  tədqiq 
edilən  başdaşı  tipli  qəbirüstü  xatirə  abidəsinin  üzərində  həkk  edilən  kitabə  vasitəsi  ilə  elmi 
dövriyyəyə  daxil  olmuşdur.  Kitabənin  mətni  belədir:  “Ey  rəhmlilərin  rəhmlisi!  Bu  bağça  Sultan 
Sadi  bəyin  qızı,  mərhumə,  günahları  bağışlanmış,  pak  həyat  tərzi  keçirən,  salehə  [qadın] 

 
 
- 142 - 
Xanbikənindir.  Doqquz  yüz  səksən  birinci  il  (03.05.1573-22.04.1574-cü  il)”  (5,  s.  71-72;  13,  s.  47-
48). 
Kitabənin  məlumatlarından  aydın  olur  ki,  xatirəsinə  belə  bir  abidə  hazırlanmış  Xanbikə  bəy 
qızı  olmuşdur.  Həmçinin  onun  adına  əlavə  olunan  epitetlər  göstərir  ki,  o  dindar,  mömin  bir  qadın 
olmuş,  haramlardan  çəkinmiş,  özünün  pak  həyat  tərzi  ilə  tanınmış,  xeyirxah  əməlləri  ilə  məşhur 
olmuşdur. 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin