ЛИТЕРАТУРЫ
1.
Емельянов Г.В., Стрельцов А.А. Информационная безопасность (учебное пособие).
М., 1999.
2.
Кардашова И.Б. МВД России в системе обеспечения национальной безопасности
Российской Федерации: Автореф. дис. … д-ра юрид. наук: 12.00.14. Всерос. научн.-
исслед. ин-т МВД России. М., 2006.
3.
Послание Президента РФ Федеральному Собранию «О национальной безопасности».
М., 1996.
4.
Российская газета, № 32, 08.02.1992.
5.
СЗ РФ, 2000, № 23, ст. 2349.
6.
СЗ РФ, 2001, № 52 (ч. I), ст. 4921.
7.
СЗ РФ, 2002, № 30, ст. 3031.
8.
Стрельцов А.А. Принципы и структура правового обеспечения информационной
безопасности Российской Федерации. Право – информация – безопасность, 2001, № 1.
XÜLASƏ
Ramil Aslanov
İnformasiya təhlükəsizliyinə müasir təhdidlə r
Bu
məqalə
çərçivəsində
informasiya
təhlükəsizliyinə
müasir
təhdidlər
nəzərdən
keçirilməklə,
informasiya
resurslarına
və
dövlətin
mühüm
əhəmiyyətli
strukturlarına
təhlükə törədən beynəlxalq terrorçu, ekstremist və cinayət birləşmələrinin, təşkilatların,
qrupların və ayrı-ayrı hüquq pozucularının fəaliyyəti kimi mühüm təhdidlərin müəyyən
olunması
və
qarşısının
alınması
zəruri
hesab
edilir.
Qeyd
edilir
ki,
informasiya
cinayətkarlığı və informasiya terrorçuluğu hüquqazidd əmllər hesab edilir, lakin onlar
qarşıya qoyulan məqsədlərinə götə fərqlənirlər. Müəllif belə nəticəyə gəlir ki, internetdən
terrorçu və ekstremist, eləcə də digər hüquqazidd məqsədlərlə istifadənin qarşısının
alınması
problemlərinin
hüquqi
tənzimlənməsi
şəxsiyyətin,
cəmiyyətin
və
dövlətin
informasiya təhlükəsizliyinin təmin olunması üçün zəruridir.
ABSTRA CT
Ramil Aslanov
Modern threats of information security
Considering
under
this
Article,
modern
threats
of
information
security,
it
is
necessary to identify and prevent threats, such as the activities of international terrorist,
extremist and criminal communities, organizations, groups and individual offenders, which
represents a threat to information resources and crucial structures of states. It is noted that,
the information crime, information terrorism are illegal actions, but they differ in the
character objectives pursued. The author concludes that, the legal settlement of problems,
countering the use of the Internet for terrorist and extremist as well as other illegal
purposes, is necessary to ensure the information security of individuals, society and the
state.
NDU-nun Elmi Şurasının 30 mart 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 08)
Məqaləni çapa təqdim etdi: Professor Ə.Əliyev
- 132 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 2 (67)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 2 (67)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 2 (67)
ELNUR HACALIYEV
AMEA Fəlsəfə və Hüquq İnstitutu
E-mail: elnurhacali@mail.ru
UOT:316.6
SİYASİ MODERNLƏŞMƏ SİYASİ PROSES KONTEKSTİNDƏ
Açar sözlər: siyasi modernləşmə, proses, siyasi proses, siyasi iştirakçılıq.
Keywords: political modernization, process, political process, political participation.
Ключевые слова: политическая модернизация, процесс, политический
процесс, политическое участие.
Cəmiyyətin siyasi modernləşməsi siyasi proseslə sıx bağlıdır. Siyasi prosesdə cəmiyyətin,
onun siyasi sisteminin keyfiyyətli inkişafı, dinamikası və müasirləşməsi təzahür edir. Tarixi
təcrübə göstərir ki, cəmiyyətin inkişafı bir qayda olaraq sadə strukturlardan mürəkkəb strukturlara
doğru istiqamətlənir. Buna görə siyasi proses siyasi elmdə idarə edənlərlə (fəal azlıqla-elita ilə)
idarə olunanlar (passiv çoxluq-xalq) arasında qarşılıqlı fəaliyyət nəticəsində cəmiyyətin siyasi
sisteminin bir vəziyyətdən digərinə transformasiyasi başa düşülür. Ənənəvi cəmiyyətdən müasir
cəmiyyətə keçid də buna aiddir. Bütövlükdə siyasi proses siyasi sistemin hərəkətini, dinamikasını,
təkamülünü açıqlayır, zaman və məkan etibarilə onun vəziyyətinin dəyişməsini üzə çıxarır. Siyasi
proses siyasi praktika, mütəşəkkil və nəzarət edilən fəaliyyət, konkret idarəetmə, kadrların
seçilməsi və yerləşdirilməsi, qərarların müzakirəsi və qəbulu, siyasi prosesin subyektləri arasında
informasiya mübadiləsi və digərləri kimi səciyyələnir. Bütün bunlar isə bütövlükdə cəmiyyətin
siyasi modernləşməsinin məzmununa, xarakterik xüsusiyyətlərinə pozitiv təsir göstərir. Siyasi
proses hər şeydən əvvəl, başlıca siyasi qərarları qəbul edən və hakimiyyətdə qərarlaşan qüvvələr
vasitəsilə formalaşır və istiqamətlənir.
Tədqiqatçılar siyasi proses kateqoriyasını müxtəlif mövqelərdən müəyyənləşdirirlər.
Məsələn, R.Douz siyasi prosesi bütövlükdə siyasət anlayışı ilə eyniləşdirir, T.Parsons siyasi
proseslərin spesifikliyini siyasi sistemin fəaliyyətinin nəticələrilə, R.Darendorf statuslar və
hakimiyyətin resursları uğrunda qrupların mübarizəsi və rəqabətinin dinamikası ilə əlaqələndirir,
Ç.Merriam isə subyektlərin öz maraq və məqsədlərini reallaşdırmasının gündəlik aspekti kimi
dəyərləndirir. Bütövlükdə siyasi proses barədə ümumi qəbul edilmiş belə bir fikir mövcuddur ki, o,
spesifik rolunu və funksiyasını reallaşdıran fərdlərin, qrupların, hakimiyyət təsisatlarının bütün öz
stereotipləri, məqsədləri, dini baxışları ilə bir-biri və dövlətlə necə qarşılıqlı fəaliyyət göstərdiyini
göstərir (1, s. 343).
Siyasi proses siyasi sistemin həm səthi və eləcə də dərin dəyişikliyə məruz qalmasını
açıqlayır, onun bir vəziyyətdən digərinə keçməsini səciyyələndirir. Bunun sayəsində siyasi proses
üçün ən əhəmiyyətli olan bundan ibarətdir ki, o, dəyişiklikləri əks etdirən ardıcıllığa və
qısamüddətli müvəqqəti mərhələlərə malik olur.
Siyasi modernləşmə baxımdan siyasi prosesin əhəmiyyəti ondan ibarətdir ki, sosial
dəyişiklikləri stimullaşdırır. İnsanlar öz fəaliyyəti prosesində siyasi sistemə təsir göstərirlər, onun
müəyyən elementlərini təkrar istehsal edir, digərlərini isə dağıdırlar, bəzi siyasi qüvvələri müdafiə
edirlər və onları hakimiyyətə gətirirlər (digərlərinə inamı itirərək). Eyni zamanda bu və ya digər
sosial qrupların tələbatını, müxtəlif dəyişiklikləri əks etdirən dövlət siyasəti kursu formalaşır, bu
kurs eləcə də ictimai həyatın ayrı-ayrı sferalarında müasirləşməni reallaşdıran tədbirləri nəzərdə
tutur.
Beləliklə, siyasi proses qrupların qarşılıqlı təsirinin nəticəsi, hökumətin fəaliyyəti və
onların cəmiyyətin vəziyyətinə təsiri kimi çıxış edir. Siyasi proses cəmiyyətin siyasi sisteminin
fəaliyyəti formasıdır, hakimiyyətin həyata keçirilməsi və cəmiyyətin yeniləşməsi texnologiyasıdır.
- 133 -
Elmi ədəbiyyatda siyasi prosesin mövcudluğunun üç rejimi fərqləndirilir: fəaliyyət, inkişaf və
tənəzzül rejimləri (2, s. 143-144).
Fəaliyyət rejimi şəraitində siyasi sistem vətəndaşla dövlət, elita ilə kütlə arasında təşəkkül
tapan, təkrarlanan münasibətləri təkrar istehsal edir. Hakimiyyət strukturları yeniliklərin
tətbiqindən daha çox ənənələri müdafiə edir, köhnəlmiş adət halını alan hökmranlıq,
mexanizmindən, siyasi əlaqələrin inkişafında varislikdən istifadə edir.
İnkişaf rejimi şəraitində hakimiyyət siyasəti yeni səviyyədə həyata keçirməyə, həm
cəmiyyət daxilində və eləcə də beynəlxalq aləmdə baş verən dəyişikliklərə uyğun gələn idarəetmə
metodlarını tətbiq etməyə çalışır. Buna baxmayaraq, siyasi inkişaf müxtəlif meyllərin və ideoloji
cərəyanların mübarizəsi ilə müşayiət edilir. Belə ki, Qərbi Avropa dövlətlərinin İkinci Dünya
Müharibəsindən
sonrakı
inkişafı
əhalinin
sosial
müdafiəsinin
güclənməsi,
kapitalizmin
ziddiyyətlərinin yumşalması xətti ilə getmişdir.
Zamanın çağırışına öz vaxtında cavab vermək inkişaf etmiş dövlətlərə yeni şəraitə
uyğunlaşmaq, böhranları aradan qaldırmaq, ciddi sosial qarşıdurmalardan uzaqlaşmaq imkanı
yaradır.
Siyasi bütövlüyün tənəzüllü, sükutu rejimi mərkəzdən qaçma meyllərinin inteqrasiyadan
üstünlüyü kimi səciyyələndirir. Hakimiyyətin qəbul etdiyi qərar yerinə yetirilmir, hakimiyyətin
özü isə legitimliyini, xalqın inamını itirir. Sosial münasibətlərin siyasi tənzimlənməsinin bu və ya
digər formalarının cəmiyyət üçün əhəmiyyəti baxımdan siyasi proseslər baza və periferiya
xarakterli iki növə ayırmaq olar. Onlardan birinçisi geniş sosial təbəqələrin dövlətlə münasibətə
cəlb olunmasının müxtəlif usullarını, idarəetmə qərarlarında əhalinin maraq və tələblərinin
dəyişdirilməsi formalarını, siyasi elitanın formalaşmasının tipik vasitələrini səciyyələndirir. Bu
mənada siyasi iştirakçılıq prosesləri və dövlət idarəçiliyi (qərarların qəbulu, qanunverici proses və
b.) haqqında danışmaq olar. Periferiya xarakterli siyasi proseslər ayrıca siyasi assosasiyaların,
xüsusilə
partiyaların,
təzyiq
qruplarının
formalaşması
dinamikasını,
yerli
özünüidarənin
inkişafının, eləcə də siyasi sistemdə bəzi əlaqə və münasibətləri açıqlayır. Müxtəlif əhəmiyyətli
siyasi proseslərin bütün iştirakçılarının başlıca vəzifəsi ondan ibarətdir ki, dövlət hakimiyyəti
təsisatlarının idarəetmə qərarlarında öz maraqlarını və tələblərini əks etdirə bilsin.
Qeyd etmək vacibdir ki, siyasi elmə aid ədəbiyyata konkret siyasi proseslərin
ümumiləşdirilmiş təhlilinə müxtəlif aspektlərdə yanaşılır və bu prosesin müəyyən modelləri
müəyyənləşdirilir. Siyasi prosesin modellərinə aid təsnifatlarda qlobal və xüsusi modelləri daha
məqsədəuyğun
hesab etmək olar. Qlobal siyasi prosesin məzmunu siyasi sistemin
formalaşmasından, fəaliyyətində, dəyişməsində və inkişafında öz ifadəsini tapan siyasət
subyektlərinin məcmusunu əks etdirir.
Siyasi prosesə aid xususi model isə cəmiyyətin müxtəlif sferaları çərçivəsində – siyasi,
ideoloji-siyasi, siyasi-hüquqi və digər proseslər formasında çıxış edir. Siyasi proseslərə qlobal və
xüsusi mövqelərdən yanaşılması bütövlükdə siyasi sistemin qabiliyyətinin və funksiyalarının
reallaşdırılmasını, onun təsisatlarının fəallığını səciyyələndirir. Həm qlobal, və eləcə də xüsusi
siyasi proseslər hakimiyyətin cəmiyyəti idarə etməsi və ona rəhbərliyi vasitəsi kimi çıxış edir.
Cəmiyyətin idarə edilməsi və siyasi modernləşməyə, bütövlükdə strateji modernləşməyə xidmət
edir.
Baza
xarakterli
siyasi
prosesin
əhəmiyyətli
istiqamətlərindən biri məhz siyasi
modernləşmənin məzmununda xüsusi yer tutan siyasi iştirakçılıqdır, başqa sözlə sosial qrupların
və şəxsiyyətin siyasi həyata, sosial-siyasi dəyişikliklər prosesinə geniş cəlb edilməsidir. Dövlət
hakimiyyətinin
həyata
keçirilməsi
sferasında
vətəndaşların praktiki fəaliyyətinin müxtəlif
üsullarının məcmusu siyasi iştiarkçılıq adlanır. Bu anlayış mahiyyət etibarilə «siyasi insanın» baza
xususiyyətlərini açıqlayır.
Siyasət nəzəriyyəsində tədqiqatçılar tərəfindən fərdin siyasətə cəlb olunmasının hər şeydən
əvvəl, aşağıdakı səbəbləri göstərilir:
-
insanın şüurunun bu və ya digər vəziyyəti, məsələn, öz ictimai vəziyyəti üçün təhlükə hiss
etməsi (Lassuell);
-
öz maraqlarını rasional və ehtiyatlı dərk etmək və yeni status əldə etmək zərurəti (Leyn);
- 134 -
-
həyat uğurları istəyi və ictimai nüfuz (Douns);
-
siyasi azadlığı siyasi mədəniyyətin ən qiymətli ünsürü kimi dəyərləndirmək (Rouz);
-
azad siyasi fəaliyyəti fəallığın yüksək, daha ardıcıl təcəssümü kimi başa düşmək (Kaqan).
Siyasi iştirakçılıq eləcə də mövcud cəmiyyət üzvlərinin fərdi, sinfi-qrup halında, milli-
etnik, dini və ya digər əsaslarda yüksək-hakimiyyət münasibətlərinə cəlb olunması kimi araşdırılır.
İnsanların siyasətdə iştirakı onların mənafeyinin ifadəsi və reallaşması vasitəsi kimi çıxış edir.
İctimai həyatda hər cür iştirak siyasi xarakter daşımır. Əgər insanlar istehsal, peşə problemlərinin,
texniki qərarların həllində, texnikanın idarə olunmasında iştirak edirlərsə, bu heç də sırf siyasi
iştirakçılıq hesab edilmir. İştirakçılıq o halda siyasi keyfiyyət kəsb edir ki, şəxsiyyət, qrup, təbəqə,
sinif siyasət-hakimiyyət problemlərinə, siyasi xarakter daşıyan qərarların qəbulu və idarəetmə
prosesinə cəlb olunur.
Siyasi iştirakçılıq vətəndaşın, ayrıca təbəqənin, qrupun, sinfin real rolunu nəinki yerli
səviyyədə, eləcə də cəmiyyətin siyasi sistemi səviyyəsində üzə çıxarır. Əgər vətəndaş elitanın
formalaşmasında,
siyasətin
başlıca
məqsədlərinin
müəyyənləşdirilməsində,
onun
həyata
keçirilməsində nəzarətdə fəal iştirak edirsə, belə siyasi sistemin siyasi iştirakçılığa əsaslandığını
düşünmək olar.
Siyasi iştirakçılıq siyasi rejimdən asılıdır. Belə ki, demokratik cəmiyyətə siyasi iştirakçılıq
vətəndaşların mənafeyinə aid olan qərarların qəbulunda hamılıqla, azad, təşəbbüskar və təsirli iştirak
etməkdir. Bu vətəndaşların məqsədlərinə nail olması, özünü ifadəsi və özünü təsdiqi tələbatının
vasitəsi kimi səciyyələnir. Demokratik dövlət belə azad iştirakçılığı hüquqi normalar və
prosedurlarla təmin edir. Demokratik cəmiyyət eləcə də vətəndaşların etiraz formaları sayılan
mitinqlərə, nümayişlərə, piketlərə, tətillərə, kollektiv ərizələr göndərməsinə və digərlərinə imkan
yaradır.
Avtoritar rejim əhalinin bir hissəsini tam və ya qismən siyasətdən kənarlaşdırır. Totalitar
rejim isə rejimi müdafiə etmək məqsədilə kütlələri mərasim formasında hərəkət etməyə səfərbər
edir. Vətəndaşlar cəzalanma və iqtisadi sanksiyalar qorxusu ilə mitinqlərə, nümayişlərə (elitanın
təşkil etdiyi) getməyə məcbur olurlar. Diktatura-totalitar xarakterli cəmiyyətdə siyasi etirazın bütün
formaları qadağan edilir, başqa sözlə siyasi modernləşmənin çox əhəmiyyətli tərkib hissəsi kimi
mənalanan şəxsiyyətin, qrupların, və təbəqələrin ümumi, azad siyasi iştirakçılığına yol verilmir,
beləliklə mövcud cəmiyyət sivil, demokratik dəyərlərdən məhrum olunur.
E.V.Şestopol tərəfindən işlənib hazırlanan siyasi iştirakçılıq sxemi aşağıdakı elementləri
özündə əks etdirir: (3, s. 24-37);
- hər hansı fəaliyyətdə iştirak etmək zərurəti ilə bağlı olmayan, siyasi sistemdə baş verən səbəblərə
reaksiya;
- səlahiyyətli seçkilərdə iştirak etmək – elektoral davranış;
- siyasi və digər təşkilatların fəaliyyətində iştirak etmək;
- dövlət və digər siyasi təsisatlar çərçivəsində (o cümlədən müxalifət partiyalarında) siyasi
funksiyaların yerinə yetirilməsi. Bunlar peşəkar siyasətçilərə, vəzifəli şəxslərə, deputatlara,
liderlərə və partiya funksionerlərinə aiddir;
- birbaşa fəaliyyət (mitinqlərdə, nümayişlərdə və b. iştirak etmək).
İnsanların fəallığı mövcud qaydaların müdafiəsinə istiqamətlənirsə, belə halda siyasi sistem
həmin fəallığı müdafiə edir. Qeyd etmək vacibdir ki, modernləşmiş müasir strategiya nəinki
cəmiyyət üzvlərinin siyasi fəallığına imkan yaradır, eləcə də iqtisadi və sosial siyasətin effektli
istiqamətlərinin müəyyənləşdirilməsinə vətəndaşların cəlb olunması mövqeyindən çıxış edir.
Hakimiyyət müəyyənləşdirilən məqsədlərin həyata keçirilməsi üçün birbaşa zorakılığın tətbiqini
mümkün hesab etmir. Lakin güman edir ki, əhali ilə səmərəli dialoq dövlətin öz qarşısına qoyduğu
miqyaslı məsələlərin həllini pozan, ölkənin daha da tərəqqisinə və müasirləşməsinə mane olan
halların, mövqelərin konstruktiv razılaşdırılması və əlaqələndirilməsi yolu ilə aradan qaldırılması
mümkündür. Bu daha çox dövlətlə vətəndaş cəmiyyətin rasional qarşılıqlı fəaliyyətinə aid edilə
bilər (4, s. 383).
Ədalətli strategiya çərçivəsində vətəndaş cəmiyyətinin zəifliyi onun inkişafdan qalmasını
ifadə edir, bu isə dövlətlə vətəndaş cəmiyyəti arasında səmərəli dialoqun olmaması ilə izah olunur.
- 135 -
Onun ehtimal olunan həlli üsulu yuxarıdan vətəndaş təşkilatlarının – dövlətdən cəmiyyətə «ötürücü
qayışın» yaradılması olacaq, başqa sözlə hakimiyyətin formalaşdırdığı gündəlik məsələnin həlli
nəzərdə tutulur. Vətəndaşların siyasi qərarların qəbul edilməsinə və idarəetmə prosesinə cəlb
edilmələri onların cəmiyyət həyatının sosial, iqtisadi və mədəni sferalarında bu və ya digər
dərəcədə siyasiləşməsini şərtləndirir, başqa sözlə siyasi modernləşmənin mükəmməl xarakterik
xüsusiyyət kimi səciyyələnir.
Demokratik cəmiyyətə şəxsiyyət, sosial qruplar geniş hüquq və azadlıqlardan istifadə edərək
bütün siyasi proseslərdə hər hansı səviyyədə, bu və ya digər formada və müxtəlif mərhələlərdə
iştirak edə bilər. Hər şeydən əvvəl, dərk olunmuş məqsədlər baxımdan siyasətdə iştirakın
səviyyələrini açıqlamaq vacibdir.
Vətəndaşların siyasətdə iştirakı başlıca olaraq dörd səviyyədə nəzərə çarpır: 1.Funksional
səviyyə. 2. Bilavasitə və ya dolayısı ilə iştirak səviyyəsi. 3. Sırf siyasi və qeyri-siyasi səviyyə. 4.
Siyasi proseslər mərhələsindən asılı olan səviyyə. Bu səviyyələr elmi ədəbiyyatda daha çox
E.V.Şestopol tərəfindən vurğulanır.
Funksional
səviyyə
siyasi
hakimiyyətin
strukturunun
müəyyənləşdirilməsində,
bu
hakimiyyətin siyasi təsisatlar, dövlət orqanları və digər vəzifəli iyerarxiyalar arasında
bölüşdürülməsini dərk etməkdə şəxsiyyətin rolunu üzə çıxarır. Funksional səviyyəyə eləcə də
aiddir:
- siyasi sistemin nomrativ zəmininin təşəkkülü, formalaşdırılması və təkmilləşdirilməsində,
dövlət hakimiyyətinin və idarəetmə orqanlarının şəxsi heyətinin komplektləşdirilməsində həmçinin
digər siyasət-hakimiyyət strukturlarının təşəkkülündə şəxsiyyətin rolunu başa düşmək;
- konkret siyasət – idarəetmə qərarlarının qəbul edilməsi;
- daxili və xarici siyasət kursunun işlənib hazırlanması və həyata keçirilməsi;
- siyasi həyata aid problemlərin vətəndaşlar tərəfindən dərk edilməsi.
Şəxsiyyətin siyasətdə iştirakını əks etdirən ikinci səviyyə (bilavasitə iştirak) ən əhəmiyyətli
dövlət və ictimai həyat məsələlərinin həllinə vətəndaşların bilavasitə cəlb olunduğunu təcəssüm
etdirir. Siyasi həyatda bu cür iştirakçılığın əsas formaları seçkilər, referendum, yığıncaqlar və
digərləridir. Siyasətdə, siyasi həyatda iştirak eləcə də dolayı yolla həyata keçirilir. Başqa sözlə,
insanların siyasi iştirakçılığı seçkili orqanlar hesab olunan parlament, hakimiyyətin yerli orqanları,
ictimai-siyasi təşkilatların seçkili orqanları vasitəsilə təmin edilir. Seçkilər müasir demokratik
cəmiyyətdə siyasi prosesin ayrılmaz hissəsidir. O, böyük siyasətə meyl edən insana əlverişli imkan
yaradır. Bununla yanaşı, seçkilər zamanı vətəndaşlar fəal siyasi həyata cəlb edilir, onlar ali dövlət
orqanlarının şəxsi tərkibinə təsir göstərmək imkanları baxımından özlərinin əhəmiyyətini hiss
etməyə başlayırlar.
Siyasi həyatda iştirakın üçüncü səviyyəsi sırf siyasi və sırf qeyri-siyasi mahiyyət kəsb edir.
Sırf siyasi səviyyə vətəndaşların siyasət-hakimiyyət münasibətlərinə cəlb olunmasını əks etdirir.
Bu xüsusiyyət siyasi demokratiyanı və təbii ki, bütövlükdə siyasi modernləşməni səciyyələndirir.
Sırf qeyri-siyasi fəaliyyət ancaq inkişaf etmiş sivil cəmiyyətdə reallaşır. Bu cür cəmiyyətlərdə,
insanlar ictimai həyatın yalnız siyasi deyil, o cümlədən iqtisadi və sosial sferalarının idarə
olunmasında iştirak edirlər (5, s. 679-680). Bu xüsusiyyətlər isə iqtisadi və sosial demokratiyanın
(müasirləşmənin) təcəssümüdür. İqtisadi demokratiya cəmiyyətin iqtisadi sferasında demokratik
prinsiplərin bərqərar olmasını əks etdirirsə, sosial demokratiya vətəndaşlıq statusu baxımdan
cəmiyyət üzvlərinin sosial bərabərliyini səciyyələndirir.
Nəhayət, siyasi iştirakçılığın üçüncü səviyyəsi siyasi proseslərin mənbələri ilə şərtlənir.
Siyasi proseslərin bütün mərhələlərində vətəndaşlar fəaliyyət subyekti kimi çıxış edirlər. Siyasət-
idarəetmə prosesi özündə bir neçə mərhələni: qərarların hazırlanmasını və qəbul olunmasını,
onların yerinə yetirilməsini və icrasına nəzarəti ifadə edir. Avtoritar cəmiyyətdə siyasi prosesin bu
və ya digər mərhələsində bir qayda olaraq şəxsiyyətin, sosial qrup və təbəqələrin rolu
məhdudlaşdırılır, vətəndaşların hüquq və azadlıqları formal xarakter kəsb edir. Sivil hüquqi
cəmiyyətdə isə vətəndaşların siyasi həyata fəal, məqsədyönlü nüfuz və müdaxilə etməsi təmin
olunur. Cəmiyyət üzvlərinin siyasi iştirakçılığının formalarını, üsullarını, səviyyəsini, motivlərini,
hər şeydən əvvəl isə miqyasını, nəticələrini təhlil etmək siyasi hökmranlığın, hakimiyyət uğrunda
- 136 -
belə mübarizə metodunun məzmununun və şəxsiyyətlərinin tam açıqlanmasına imkan yaradır. Belə
təhlil həmçinin, siyasi-idarəetmə qərarlarının işlənib hazırlanmasına, qəbul olunmasına və
reallaşmasına, siyasi elitanın seçilməsinə və fəaliyyətinə, siyasi münaqişələrin həllinə mühüm təsir
göstərir.
Siyasi iştirakçılıq vətəndaşların, müxtəlif təbəqələrin, siniflərin, sosial qrupların dar mənada
yerli səviyyədə, geniş mənada isə cəmiyyətin siyasi sistemində real rolunu təzahür etdirməyə
imkan yaradır. V.Pareto qeyd edirdi ki, sosial bərabərliyin tədqiqində sinifləri müəyyənləşdirərkən
öz fəaliyyət sferasında daha yüksək indeksə malik olanı nəzərə almaqla, sinfi iki hissəyə
ayırmalıyıq: cəmiyyətin idarə olunmasında birbaşa və ya dolayısı ilə mühüm rol oynamaqla idarə
edən elitanı təşkil edən və idarə edən elitanı təşkil etməyən.
Vətəndaşların siyasi iştirakçılığı tarixən mövcud olan və müasir siyasi sistemlərin, onların
demokratikləşməsinin
keyfiyyət xüsusiyyətlərinin başlıca göstəricisidir. Siyasi həyata cəlb
olunmaq demokratik cəmiyyətdə ümumi, azad, təşəbbüskar və təsirli xarakter daşıyır,
vətəndaşların maraqları ilə bağlı məsələlərin həllinə istiqamətlənir. Siyasətdə iştirak mahiyyət
etibarilə, insanların məqsədlərinə nail olması vasitəsidir, özünümüdafiə və özünütəsdiq tələbatının,
vətəndaş hissinin reallaşmasıdır. Bu cür iştirakçılıq müəyyən dövlət – hüquq təsisatları və
normaları ilə təmin olunur. Onların məcmusu isə hüquqi dövlətin, əsl demokratik siyasi rejimin
əsasını təşkil edir.
Siyasi rejimdən, ənənələrdən, ərazinin həcmindən və əhalinin sayından, nəqliyyat və
kommunikasiya vasitələrinin inkişaf dərəcəsindən asılı olaraq bu və ya digər cəmiyyətdə siyasi
iştirakçılığın birbaşa və dolayısı yolla (nümayəndəli) əlaqələndirilməsi müxtəlif şəkildə ifadə
edilir. Vətəndaşların siyasi iştirakçılığının ən əhəmiyyətli formaları siyasi partiyalar, ictimai-siyasi
təşkilatlar və hərəkatlardır. Sosial subyektlərin siyasi həyatda iştirakçılığının digər başlıca vasitəsi
ilə seçkilərdir.
Bu və ya digər siyasi rejimdə vətəndaşların siyasi həyatda iştirakı fərqli xüsusiyyətlər kəsb
edir. Məsələn, qeyri-demokratik rejimlər olmaq etibarilə, avtoritar rejimdə əhali siyasətdə
iştirakdan tamamilə və ya qismən uzaqlaşdırılırsa, totalitar cəmiyyətdə əhalinin böyük əksəriyyəti
mövcud rejimi müdafiə etmək məqsədilə mərasim mahiyyətli səfərbərlik sayəsində siyasətdə
iştirakçılığa cəlb olunur. Demokratik rejimdə isə siyasi iştirakçılıq siyasi sosiallaşma və siyasi
tərbiyə funksiyalarını həyata keçirir. Əgər totalitar cəmiyyətdə siyasi etirazların və narazılığın
formaları qadağan olunursa, demokratik rejimdə siyasi etirazların formalarına yol verilir. Vaxtilə
Platon və Aristotel vətəndaşların polisin (dövlətin) işlərində iştirakının zəruri olub-olmadığını
təhlil etmək əsasında belə qənaətə gəlmişlər ki, bir dövlət quruluşundan digərinə keçmək üçün
siyasətdə iştirakın özünəməxsus əhəmiyyəti vardır.
Yeni dövrdə siyasi həyatda iştirakın əhəmiyyətli ideyası daha da zənginləşir. Siyasi həyatda
iştirak hakim dairələrin siyasi strategiyasının ideal modelini yaratmaq üçün vasitə (Makiavelli),
suverenliyin və müxtəlif idarəetmə üsullarının daşıyıcısı (Boden), idarəetmənin forma və prinsipi
(Monteskye) kimi çıxış edir. Müasir siyasi elmdə siyasətdə iştiraka aid nəinki xüsusi nəzəriyyə
işlənib hazırlanmışdır, eləcə də politoloji konsepsiyaların formalaşmasında siyasətdə iştirakçılıq
ideyasından istifadə edilir.
Vətəndaşların siyasətdə iştirakının konkret növləri, üsulları, səviyyəsi və formaları, həmin
iştirakçılığın
intensivliyi
və
nəticələri
mövcud
cəmiyyətin
siyasi
sisteminin
funksional
xüsusiyyətlərini, onun siyasi rejiminin spesifikliyini və xüsusilə cəmiyyətin siyasi mədəniyyətinin
səciyyəvi xüsusiyyətləri ifadə edir və həmçinin müəyyənləşdirir. Demokratiyanın tərəqqisi və
cəmiyyətin müasirləşməsi xeyli dərəcədə vətəndaşların siyasi sferada iştirakının genişlənməsi ilə
bağlıdır.
Qeyd etmək vacibdir ki, bütövlükdə siyasi fəaliyyət siyasi mədəniyyətin təzahürünün son
nəticəsi kimi çıxış edir. Bu cəhət siyasi iştirakçılığa da aiddir. Siyasi mədəniyyət siyasi sistemin
fəaliyyəti prosesində siyasi münasibətlərin xarakteristikası kimi çıxış edir. Bu mənada o, siyasi
modernləşmənin məzmununa aid olan xüsusi mənəvi fenomen kimi səciyyələnir. Cəmiyyətin
sosial-siyasi təsisatları məhz, maddi və mənəvi mədəniyyətin «qovuşuğunda» yerləşir. Bu cəhət
siyasi mədəniyyətin xüsusiyyətlərində özünü daha aydın göstərir.
- 137 -
Dostları ilə paylaş: |