Scientific works



Yüklə 5.01 Kb.
PDF просмотр
səhifə20/32
tarix24.04.2017
ölçüsü5.01 Kb.
1   ...   16   17   18   19   20   21   22   23   ...   32

10.  Səkinə.  Səkinənin  adı  Ordubad  şəhərindəki  “Malik  İbrahim”  qəbiristanlığında  dəfn 
olunduğu  qəbrin  üzərində  qoyulan  başdaşı  tipli  qəbirüstü  xatirə  abidəsi  üzərindəki  kitabədən  məlum 
olmuşdur.    Mətni  Quran  ayəsi  və  mənzum  parçadan  ibarət  olan  kitabədən  aydın  olur  ki,  o  Şeyx 
Molla  Kərimin  qızı  olmuş  və hicri  1119-cu ildə  (04.04.1707 – 22.03.1708) vəfat  etmişdir  (5, s. 84 ). 
Daşıdığı  “Şeyx”  və  “Molla”  titulları  göstərir  ki,  Səkinənin  atası  Kərim  məşhur  din  xadimi 
olmuş,  Ordubad şəhərinin  sosial-siyasi  və mədəni  həyatında  yaxından  və fəal  iştirak  etmişdir. 
11.  İzz  Şərəf  xanım.  Nəsirəddin  Tusi  nəslinə  mənsub  olan  bu  qadının  adı  Ordubad  şəhər 
Came  məscidinin  ətrafında  abadlıq-bərpa  işləri  aparılarkən  torpağın  altından  aşkar  edilən  və 
mühafizə  üçün  Naxçıvan  Tarix  Muzeyinə  təhvil  verilən  mərmərdən  hazırlanmış  başdaşı  tipli 
qəbirüstü  xatirə  abidəsi  üzərindəki  epitafiyadan  məlum  olmuşdur.  Məzar  kitabəsinin  mətni  belədir: 
“Quran  LV-26.  Mərhum,  bağışlanmış  Mirzə  İnayət  ən-Nəsiri  ət-Tusinin  qızı,  mərhumə,  günahları 
bağışlanmış  İzz  Şərəf  xanımın  vəfat  tarixi:  rəcəbəl-mürəccəb  ayının  əvvəli,  çərşənbə  günündə.  1169 
(07.04.1756-cı il)”  (5, s. 93; 13, s. 65-66). 
Kitabədən  göründüyü  kimi  xatirəsinə  mərmərdən  gözəl  başdaşı  hazırlanmış  İzz  Şərəf  xanım 
görkəmli  alim  Nəsirəddin  Tusi  nəslindən  olan  Mirzə  İnayət  adlı  adamın  qızı  olmuşdur.  Səfəvilər 
zamanından  başlayaraq  irsi  olaraq  Ordubad  şəhərini  idarə  edən  Nəsirəddin  Tusi  nəsli  Ordubadın 
sayılıb-seçilən  tayfalarından  olmuşdur.  Onlar  Ordubad  şəhərini  irsən  idarə  etməklə  bərabər  həm  də 
bölgənin  iri  feodalları  kimi  çoxlu  kəndlərə,  torpaq  sahələrinə  malik  olmuşlar.  Ehtimal  etmək  olar  ki, 
Mirzə  İnayət  də  Ordubad  şəhərinin  siyasi,  iqtisadi  və  mədəni  həyatında  mühüm  rolu  olan  şəxsiyyət 
olmuşdur.   
İzz  Şərəf  xanımın  şəxsiyyəti  haqqında  tutarlı  fikir  söyləmək  mümkün  olmasa  da,  şəhərin  baş 
məscidi  olan  Came  məscidinin  yanında  dəfn  olunması  onun  heç  də  sıradan  bir  vətəndaş  olmadığını 
göstərir.  Müsəlman  şərqində  Came  məscidləri  yanında  əsasən  görkəmli  şəxsiyyətlər  dəfn 
olunduğundan  burada  dəfn  olunması  onun  nüfuzlu  ailəyə  mənsub  olmasından  irəli  gəlməklə  yanaşı, 
özünün  cəmiyyətin  həyatında  mənsub  olduğu  mövqedən  də qaynaqlana  bilərdi. 
12.  Bacıxanım.  Bu  qadının  adı  Ordubad  şəhərinin  “Malik  İbrahim”  qəbiristanlığında  olan 
qəbrinin  üstünə  qoyulan  başdaşı  üzərində  həkk  edilən  kitabədə  aşkar  olunmuşdur.  Mərhumə 
Bacıxanım  kitabədə  belə  təqdim  olunmuşdur:  “Şeyx  Məhəmmədin  qızı  Bacıxanım  təkəbbür 
dünyasından  köçdü. 1233 (11.11.1817 – 30.10.1812-cı il)”  (5, s. 106; 13, s. 78). 
Kitabədən  məlum  olur  ki,  Bacıxanımın  atası  “şeyx”  olmuşdur.  Bu  titulun  sufi  anlamını  əsas 
götürərək  deyə  bilərik  ki,  mərhumə  Bacıxanımın  atası  Məhəmməd  sufi  şeyxi  olmuş  və  Ordubad 
şəhərində  fəaliyyət  göstərən  sufiliklə  bağlı  mərkəzlərdən  birinin,  ehtimal  ki,  elə  Malik  İbrahim 
qəbiristanlığının  mərkəzində  yerləşən  XIV  yüzillikdə  Şeyx  Əbu  Səid  tərəfindən  yaradılan,  XVIII 
yüzillikdə  də fəaliyyət  göstərən  xanəgahın  rəhbər  şeyxlərindən  olmuşdur  (5, s. 135).  
Orta  əsrlər  zamanı,  islam  dini  ehkamlarının  hökmran  olduğu  bir  dövrdə  Naxçıvan  ərazisində 
yaşayan  və  vəfat  etdikdən  sonra  qəbirlərinin  üstünə  qoyulan  abidələrdə  adlarının  qeyd  olunmasını 
heç  də  təsadüfi  hal  kimi  qiymətləndirmək  olmaz.  Müsəlman  epiqrafikası  üzrə  tanınmış 
tədqiqatçılardan  olan  tacik  alimi  A.Muxtarovun  (        s.  69)  və  dağıstanlı  alim  Ə.Şıxsəidovun  (        s. 
328)  fikrincə  orta  əsrlər  dövründə  bir  sıra  qadınların  xatirəsinə  möhtəşəm  xatirə  abidələrinin 
hazırlanması,  onların  əcdadlarının  və  ya  özlərinin  sosial  vəziyyəti,  kübar  mənşəyi  ilə  əlaqədar 
olmuş,  həmin  qadınlar  əsasən  vəzifəli,  imkanlı  və  zəmanəsinin  sayılıb-seçilən  şəxsiyyətlərinin  ailə 
üzvləri  olmuşlar.  Bu  fikri  olduğu  kimi  haqqında  bəhs  etdiyimiz  qadınlara  da aid etmək  olar. 
 
ƏDƏBİYYAT 
1.
 
Naxçıvan  ensiklopediyası. 2 cilddə, cild 2. Naxçıvan:  2005, 376 s. 
2.
 
Səfərli  H.F. Culfa  bölgəsinin  epiqrafik  abidələri.  Bakı:  Elm,  2002, 80 s. 

 
 
- 143 - 
3.
 
Səfərli  H.F. Naxçıvanda  sosial-siyasi  və ideoloji  mərkəzlər.  Bakı:  Elm,  2003, 392 s. 
4.
 
Səfərli  H.F.  Kаmil  Şеyх  Hаcı  Hilаlullаh.  АMЕА  Nахçıvаn  Bölməsinin  Хəbərləri.  Nахçıvаn, 
2008, № 1, s. 21-27. 
5.
 
Səfərli  H.F. Ordubad şəhərinin  müsəlman  epiqrafikası  abidələri.  Bakı:  MBM, 2009, 192 s. 
6.
 
Səfərli  H.F. Naxçıvanda  sufiliklə  bağlı  mərkəzlər  Bakı:  Elm  və  təhsil,  2013, 328 s. 
7.
 
Əbu Bəkr əl-Qütbi  əl  Əhəri.  Tarix-e  Şeyx  Uveys.  Bakı,  1984. 
8.
 
Алескерзаде  А.А.  Надписи  архитектурных  памятников  Азербайджана.  Эпохи  Низами 
/ Архитектура  Азербайджана. Эпохи Низами. Москва-Баку,  1947, с. 369-390. 
9.
 
Мухтаров  А.  Намогильные  кайраки  с  женскими  именами  (ХЫВ-ХВЫ  вв).  В  кн. 
Древность и средневековье народов Средней Азии. История и культура. Москва, 1978, с. 69-
76 
10.
 
Неймат  М.  Корпус  эпиграфических  памятников  Азербайджана.  Том  3,  Баку,  Yeni 
nəşrlər  evi,  2001, 216 с. 
11.
 
Рашид-ад-дин Ф. Джати ат-Таварих (Сборник летописей). Том III, Баку,  1957. 
12.
 
Сафаров  Ф.Я.  Эпиграфические  памятники  из  Ханикаха  на  Алинджачай 
Нахичеванской  АССР  /  Археологические  и  этнографические  изыскания  в  Азербайджане 
(1976). Баку:  Элм, 1979, с. 57-59. 
13.
 
Сафаров  Ф.Я.  Арабо-персоязычные  надписи  Нахичеванской  АССР  (XVI-XIX  вв)  как 
историко-культурные памятники. Диссертация на сосискание ученой степени канд. ист. наук. 
Баку,  1987, 179 с. НАИИ  НАН  Азербайджана. Инв. № 8383. 
14.
 
Шихсаидов  А.  Эпиграфические  памятники  Дагестана  Х-ХВЫЫ вв. как исторический 
источник. Москва, Наука,  1984, 464 c.  
 
ABSTRACT 
                                                                                                 Fakhraddin  Safarli 
 
eminent  personalities obtained  in the epigraphic  monuments  
       The  article  deals  with  the  prominent  fiqures  in  the  scientific  revolution  has  reached  till 
nowadays  through  epigraphic  monuments  (Momina  khatun,  Qudi  khatun,  Havva  Badr  Bika  khatun, 
Mikeysa  khanum,  Bika  Sultan  and  so  on.)  in  the  territory  of  Azerbaijan.    Reserches  showed  that 
these  personalities  mainly  belonged  to  the  aristocratic  families  and  they  played  an  important  role  in 
the  political  and social  life  of their  lives. 
 
РЕЗЮМЕ                                                                   
                                                                                                Фахреддин Сафарли 
 
выдающийся личности, имя которые выявлены в эпиграфических памятниках 
                В  статье  рассматриваются  о  выдающихся  личностях  (Мумине  хатын,  Гуди  хатын, 
Хавва  Бадр  Бике  хатын,  Микейса  ханым,  Бике  Султан  и  др.),  имени  которые  выявлены 
благодаря  эпиграфическим    памятникам,  дошедших  до  нас  на  территории  Нахчывана. Было 
известно,  что  эти  личности  принадлежали  к  аристократическим  семьям  и  играли  важную 
роль в социально – политической жизни своего времени. 
                                                                     
 
NDU-nun  Elmi  Şurasının  30  mart  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 08) 
          
 
 
 
 
 
 

 
 
- 144 - 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 2 (67) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 2 (67) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 2 (67) 
 
ZEYNƏB  QULİYEVA 
 
AMEA Naxçıvan Bölməsi 
zeyneb_guliyeva@yahoo.com.tr 
UOT:  902 
 
NAXÇIVANIN  DƏMİR DÖVRÜ KERAMİKASININ ORNAMENTAL  TƏHLİLİ 
 
 
Açar  sözlər: Naxçıvan,  muzey, Dəmir dövrü, ornament, keramika. 
Key words:  Nakhchivan, museus, Iron Age,  ornament,  ceramic. 
Ключевые слова: Нахчыван, музей,  Железний век, орнамент, керамиka. 
 
 
Naxçıvanın  maddi  mədəniyətinin  böyük  bir  hissəsi  burada  fəaliyyət  göstərən  tarix-
diyarşünaslıq  muzeylərində  mühafizə  olunmaqdadır.  Onların  timsalında  Naxçıvanda  mövcud  olmuş 
arxeoloji  mədəniyyətləri,  onların  özünəməxsus    xüsusiyyətlərini,  həmçinin  mədəniyyətlər  arası 
tarixi  əlaqəni  izləmək  mümkündür.    Hər  bir  diyarşünaslıq  muzeyi  aid  olduğu  regionun  tarixini  əks 
etdirir.  Şərur  və  Şahbuz  mezeylərində  saxlanılan  Dəmir  dövrü  keramikası  həmin  rayonların 
ərazisində  yerləşən  Aşağı  Daşarx  nekropolu  (1,  c.  15),  Qarabulaq  nekropolu,  Zeyvə  nekropolu, 
Dəmirçi  nekropolu  (8,  s.  245),  Çapacaq  kurqanları  (10,  s.  27)  Qazxan  nekropolu  (8,  s.  245,  249), 
Kolanı,  Kükü  nekropolları,  həmçinin  Sarıdərə,  Hakkıxlıq  kimi  arxeoloji  abidələrin  spesifik 
xüsusiyyətlərinin  ortaya  çıxarılması  baxımından  xüsusi  əhəmiyyət  daşıyır. 
 
Bu  dövrün  keramikası  üçün  əsasən  konik,  bikonik  formalı,  dəyirmi,    bəzən  də  halqadabanlı 
qablar,  ağız  hissədə  yerləşən  qulpşəkilli  çıxıntılar  və  göbələk  şəkilli  çıxıntılar,  həmçinin  bəzi 
qablarda  kiçik  üçkünc    formalı  ayaqlar    və    çıxıntı  şəkilli  oturacaqlar    xarakterikdir.  Bu  əlamətlər 
küpə, kasa, parç, çölmək,  qədəh, xeyrə  tipli  qablarda  nümayiş  olunur. 
 
Küpələri  boğaz  formalarına  görə  2  qrupa  bölmək  olar:  geniş  ağızlı,  silindirik  boğazlı  küpələr 
və  dar  boğazlı  ağzı  xaricə  doğru  qatlanmış  küpələr.    Birinci  tipə  aid  küpələrin  Dəmirçi 
nekropolundan  tapılan  nümunəsi  qısa  boğazlı  olub,  üzərindəki  bəzəmə  motivi  ilə  diqqət  çəkir. 
Qabın  boğazına  yaxın  yerdə  üçbucağı  xatırladan  bir  cərgə  çərtmə  naxış  və  dövrələmə  sünbülü 
naxışlar  salınmışdır.  Zeyvə  nekropolundan  aşkar  edilən  nümunə  isə  naxışsızdır  və  ağız  kənarları 
xaricə  doğru  meyilləndirilmişdir.  Silindrik  boğazlı  küpələrin  Dəmirçi  nekropolundan  tapılan 
nümunələrindən  birinin  çiyni  üzərindəki  göbələkvari  çıxıntı  Xocalı-Gədəbəy  mədəniyyətinin 
təsirini  əks  etdirir.  Şahbuz  muzeyində  saxlanılan  nümunələrdən  biri  tək  qulplu  olub  oturacağından 
gövdəsinə  doğru  xəfif  konnelyur  ornament  çəkilmişdir.  Silindirik-konik  boğaza  malik  olan  kiçik 
həcmli  küpənin  hündürlüyü  8  sm,  ağız  diametri  5,5  sm,  oturacaq  diametri  isə  4  sm-dir 
(ŞahbuzTDM,  inv.  №2813).  Bu  tip  qabların  bənzərlərinə  Elazığ  bölgəsinin  materialları  arasında 
rastlanmışdır  (14,  resim  4,  7).  Dar  boğazlı  küpələrin  Şahbuz  muzeyindəki  nümunələrindən  biri  boz-
qəhvəyi  rəng  üzərində  səliqə  ilə  və  dəqiqliklə  çəkilmiş    ornamentləri  və  hündür  dar  boğazı  ilə 
fərqlənir.  Küpənin  hündürlüyü  14,5  sm,  ağız  diametri  7,5  sm,  oturacaq  diametri  5,5  sm-dir  (İnv. 
№8).  Dəmirçi  Qarabulaq  və  Zeyvə  nekropollarının  materialları  arasında  yer  alan  bu  tip  küpələrin 
analoqları  isə  Anadolu  abidələrindən  məlumdur  (12, resim  23,8).  
 
Şəkil  1. Şahbuz  muzeyinin  Dəmir  dövrü  keramikası 

 
 
- 145 - 
(inv.  1-№2718; 2-№2507; 3-№852; 4-№1720). 
Kasalar  əsasən  ağız  quruluşuna  görə  fərqlənirlər:  ağzı  kənara  doğru  genişləndirilmiş  kasalar, 
ağzı  az  miqdarda  içəriyə  doğru  yığılan  kasalar,  düz  ağızlı  olanlar.  Birinci  tip  kasalar  Qarabulaq  və 
Dəmirçi  keramikası  içərisində  üstünlük  təşkil  edir,  prototiplərinə  isə  Yıldıztəpə,  Diləktəpə, 
Koyunuşağı  abidələrində  rast  gəlinmişdir  (11,  resim  39,  9-10;    resim  10,  1-2;  resim  3,  11;    resim  33, 
6).  Düz  boğazlı  kasalar  daha  çox  Zeyvə,  Dəmirçi  nekropollarından  aşkar  edilmiş  və  quruluş 
baxımından  Yıldıztepe  keramikası  ilə  yaxındır  (10,  resim  39,  15-16).  Lakin  Yıldıztəpə 
keramikasından  fərqli  olaraq  daxildən  və  xaricdən  kannelyur  formalı  batıq  naxışlarla  bəzədilmişdir. 
Ağzı  az  miqdarda  içəriyə  doğru  yığılan  kasalara  Dəmirçi,  Qarabulaq,  Zeyvə    materialları  arasında 
rastlanmışdır.  Zeyvədən  tapılan  kasa  dəyirmi  gövdəyə  və  ayrıca  çıxıntı  şəklində  olan  kiçik 
oturacağa  malik  olması  ilə  diqqət  çəkir.  Bu  tip  qabın  Dəmirçi  nekropolundan  tapılan  nümunəsi  isə 
dəyirmi  gövdəli  olsa  da  oturacaq  hissəsində  üçkünc  formalı  kiçik  ayaqları  və  bir  tərəfində  yerləşən 
uzun  dəstəyinin  olması  ilə  fərqlənir.  Bu  tip  uzun  dəstəkli  qabın  bənzəri  Kolanı  nekropolundan 
məlumdur  (7,  şəkil  25,  13).  Qeyd  etmək  lazımdır  ki,  bu  tipdə  olan  qablar  az  miqdarda  aşkar 
edilmişdir.  Naxçıvan  abidələrindən  yalnız  Şahtaxtı  materialları  içərisində  1  nümunə  ilə  təmsil 
olunmuşdur.  Şərqi  Anadolu  ərazisində  isə  bu  tip  qabların  bənzərləri  Yıldıztəpədən  və 
Samantəpədən  aşkar edilmişdir  (12, resim  39, 21). 
Naxçıvan  muzeylərinin  Dəmir  dövrü  materialları  arasında  bir  neçə  nümunə  ilə  təmsil  olunan 
parçlardan  biri  silindrik  boğazlı,  dəyirmi  gövdəli  olub,  çiyin  hissəsini  gövdəsi  ilə  birləşdirən  ziqzaq 
şəkilli  qulpu  ilə  diqqət  çəkir.  Qulpu  istisna  olmaqla,  belə  parçların  bənzərləri  Taşlıcabayır  məzar 
təpəsindən  tapılmışdır  (14,  s.  158-159,  fig.  1).  Digər  parç  Qarabulaqdan  tapılan  qulpsuz  və  naxışsız, 
silindrik  formalıdır  (ŞTDM.  Inv.№451). 
Çölmək  tipli  qabların  əksəriyyətinin  çiyni  üzərində  olan  göbələkvari  rudimentar  qulplar 
onların  Xocalı-Gədəbəy  mədəniyyətinin  məhsulu  olduğunu  özündə  əks  etdirir.  Bu  qabları  boğazlı 
və  boğazsız  olmaqla  iki  tipə  ayırmaq  olar.  Birinci  tipə  aid  olan  çölməklərdən  biri  Dəmirçi 
nekropolundan  üzə  çıxarılan  boz-qara  rəngli,  boğazsız  qabdır.  Ağzı  içəriyə  doğru  yığılmış,  dəyirmi 
quruluşa  malik  olan  bu  qabın  boğaza  yaxın  hissəsində  üfüqi  istiqamətdə  olan  iki  qulpu  da  ortadan 
şaquli  istiqamətdə  və  kiçik  ölçüdə  deşilmişdir.  Bu  qabın  bənzərinə,  lakin  tək  qulplu  formasına 
Elazığ-Bingöl  abidələrindən  olan  Çinaz  I  yaşayış  yerində  rast  gəlinir  (12,  resim  5,  1).  İkinci  tipə  aid 
olanlar  qısa  və  az  miqdarda  xaricə  doğru  qatlanmış  boğazları  ilə  fərqlənirlər.  Bu  tipli  çölməklər 
müxtəlif  ornamentlərlə  naxışlanmış  nümunələrlə  təmsil  olunur  və  çoxluq  təşkil  edirlər.  Dizə, 
Qarabulaq,  Qazxan  nekropolunda  bu  qabların  müxtəlif  çeşidləri  aşkar  edilmişdir.  Zeyvə 
nekropolundan  tapılan  bu  tip  qablardan  biri  bikonik  formaya  malik  olub,  boz-qara  rəngdədir.  Qabın 
genişlənmiş  hissəsində  dövrələmə  çəkilmiş  basma  xətt    istisna  olmaqla  naxışsızdır  (ŞTDM.  Inv. 
№103). 
Xeyrələr  iki  forma  ilə  diqqət  çəkir.  Bunlardan  birincisi  kiçik  oturacağa  malik  olub  ağız 
hissəyə  doğru  getdikcə  genişlənir.  Konik  formada  olan  bu  qab  xaricdən  kannelyur  formalı  cızma 
xətlərlə  naxışlanmış,  oturacağında  isə  çərxifələk  işarəsi  təsvir  edilmişdir.  İnteryeri  oturacaq  hissədə 
naxışsız  olsa  da  ağız  kənarında  qabı  dövrələyən  iki  cərgə  xətt  çəkilmiş,  içərisi  çiçək  ləçəklərini 
xatırladan  yarımdairələrlə  doldurulmuşdur.  İkinci  tip  qab  üçayaqlı  olması  ilə  fərqlənir  (Şəkil  1,  3). 
Ağız  kənarı  2  qoşa  dairə  şəklində  kiçik  ölçüdə  deşilmiş,  interyerinə  ziqzaq  şəkilli  cızma  ornament 
çəkilmişdir.  Boz  rəngli  gildən  hazırlanmış  bu  qabın  ağız  diametri  27  sm,  hündürlüyü  6  sm-dir 
(ŞahbuzTDM,  inv.  №12). 
Qədəhlər  digər  qablarla  müqayisədə  azlıq  təşkil  edir.  Şahbuz  rayon  Tarix  Diyarşünaslıq 
muzeyinin  Dəmir  dövrü  eksponatları  arasında  onların  qulplu  və  qulpsuz  formaları  əsasən  boz  və 
qara  rənglərlə  təmsil  olunur  (Şəkil  1,  1).  Şərur  rayon  Tarix  Diyarşünaslıq  Muzeyində  mühafizə 
edilən  belə  qablardan  biri  boz-qara  rəngdə  olub,  tək  qulpludur.  Qabın  ornamentasiyası  xaricdən 
boğaz  hissəsini  dövrələyən  iki  cərgə  batıq  xətdən  ibarətdir.  İnteryerdən  isə  qabın  oturacağı  ətrafına 
çəkilmiş  iç-içə  dairələr  və  şaqli  formada  qabın  gövdəsinə  doğru  qaldırılmış  simmetrik  xətlərlə 
naxışlanmışdır.  Gövdəsində  yerləşdirilmiş  tək  qulpu  sınmışdır.  Qeyd  etmək  lazımdır  ki,  bu  tip  qabın 
naxışsız  və  bir  qədər  primitiv  qaydada  hazırlanmış  nümunəsinə  Şahtaxtı  nekropolunda  (11,    şəkil  4, 

 
 
- 146 - 
8),  qulplu  və  basma  xətlərlə  naxışlanmış  formasına  isə  Culfa  keramikasında  rastlanmışdır  (5,  şəkil 
1, 42, 49).   
Çıraqlar  bu  dövrün  qabları  içərisində  orijinal  quruluşu  ilə  fərqlənir.  Onların  Şahbuz 
muzeyində  mühafizə  edilən  nümunəsi  boz-qəhvəyi  rənglidir.  Qabın  bir  tərəfində  rudimentar  qulp, 
əks  tərəfində  isə  çaynikə  məxsus  lüləyi  var  (Şəkil  1,  2).  Gövdəsində  3  cərgə  batıq  xətt  çəkilmiş  bu 
qabın  hündürlüyü  12,5  sm,  ağız  diametri  27  sm,  oturacaq  diametri  isə  8,5  sm-dir  (İnv.  №10).  Digər 
çırağın  ağzı  sınsa  da ümumi  formasını  qoruyub  saxlamışdır  (ŞTDM  DK-01). 
Qabların  ornamentasiyasında  orijinallıq  daha  çox  müşahidə  olunur.  Bu  dövrün 
ornamentasiyası  əsasən  4 formada  tətbiq  edilmişdir:   
1.
 
Qabartma  üsulu  ilə  çəkilmiş  ornamentlər; 
2.
 
Batıq  formalı  ornamentlər; 
3.
 
Çərtmə  üsulu  ilə  çəkilmiş  ornamentlər; 
4.
 
Cızma  xətlərlə  çəkilmiş  ornamentlər  (Şəkil  2, I,II,III,IV). 
Birinci  qrupa  aid  olan  bəzəmə  stili    relyefik  ornamentlərlə  təmsil  olunmaqla  əsasən  ilana 
bənzər  və  dairələrlə  ifadə  olunmuşdur  (Şəkil  1,  3;  Şəkil  2,  1,  2).  Heydərabad  Tarix  Diyarşünaslıq 
muzeyindəki  fraqmentin  üzərində  qabartma  üsulla  çəkilmiş  ilanvari  ornament  istər  forması,  istərsə 
də  üslubuna  görə  Erkən  və  Orta  Tunc  dövrü  ornamentasiyası  ilə  oxşarlıq  təşkil  edir.  Şahbuz  rayon 
Tarix  Dioyarşünaslıq  muzeyinin  eksponatlarından  olan  Dəmir  dövrü  küpəsi  üzərində  çəkilmiş 
üçbucaqların  künclərində  olan  qabarıq  dairələr  düymə  şəkilli  və  yastı  forması  ilə  fərqlənsə  də  Erkən 
Tunc  dövründə  tətbiq  edilən  qabartmaların  bir  qədər  dəyişik  forması  hesab  edilə  bilər.  Boz  rəngli 
gildən  hazırlanmış  bu  qabın  hündürlüyü  11  sm,  ağzının  diametri  8  sm,  oturacağının    diametri  isə  7 
sm-dir  (ŞTDM,  inv.№852). 
 
    
   
Şəkil  2. Dəmir  dövrü  keramikasındakı            Şəkil  3. Dəmir  dövrü  keramikasındakı             
ornamentlərin  tətbiq  etmə  üslubları.                  ornamentlərin  növləri 
İkinci  üslub  qabların  üzərində  çəkilmiş  batıq  şəkilli  ornamentlərlə  təmsil  olunur.  Onların 
içərisində  batıq  üçbucaqlar,  dairələr,  dalğavari  və  novşəkilli  formalar  üstünlük  təşkil  edir  (Şəkil  2, 
3,4;  Şəkil  3,  2,4,5,6).  Şahbuz  muzeyinin  eksponatlarına  aid  olan  boz  rəngli  qədəhin  gövdəsində  8 
ədəd  novşəkilli  ornament  çəkilmişdir  (Şəkil  1,  1).  Tək  qulplu  olan  bu  qabın  hündürlüyü  14  sm, 
ağzının  diametri  8  sm,  oturacağının  diametri  6  sm-dir  (İnv.  №2718).  Muzeydəki  Dəmir  dövrünə  aid 
küpələrdən  birinin  fraqmenti  üzərində  çəkilmiş  batıq  ovalvari  dairələr  simmetrikliyi  ilə  diqqəti  cəlb 
edir  (İnv.  №88).  Bu  dövrün    relyefik  bəzəmə  üslubunun  Kür-Araz  ornamentasiyası  ilə  oxşarlıq 
təşkil  etməsi  Dəmir  dövrü  mədəniyyətinin  mənşəyi  ilə  bağlı  bəzi  məsələlərə  aydınlıq  gətirə  biləcək 
faktlardan  sayıla  bilər.   
 

 
 
- 147 - 
Şəkil  4. Dəmir  dövrünün  relyefik  (1), cızma  (2), konnelyur  (3) və çərtmə  (4) naxışlı  keramikası. 
Çərtmə  üslubla  çəkilmiş  ornamentasiya  Dəmir  dövründə  geniş  yayılmışdır.  Maraqlı  cəhət  bu 
üslubun  özündə  müxtəlif  kompozisiyaların  yaradılmasıdır.  Keramika  üzərində  bu  üsulla  tətbiq 
edilən  ornamentlər  sünbül  şəkilli,  dalğavari,  ziqzaqlar  və  paralel  xətlərlə  ifadə  olunmuş  növlərinə 
rast  gəlinir  (Şəkil  2,  5,6;  Şəkil  3,  4).  Bu  tip  ornamentasiya  Kolanı,  Kükü,  Zeyvə,  Sədərək  abidələri 
və digərlərinin  Dəmir  dövrü  keramikasında  kifayət  qədər tətbiq  edilmişdir. 
Dördüncü  tipə  aid  olan  cızma  naxışlara  Dəmir  dövrü  ilə  bərabər  Erkən  Tunc  dövrü 
keramikasında  da  rast  gəlinir.  Şahbuz  muzeyinin  Dəmir  dövrünə  aid  olan  eksponatlarından  biri 
üzərində  cızma  üslubla  ziqzaq  ornamentasiya  çəkilmişdir  (ŞTDM  DK-8).  Digər  iki  qabın  üzərində 
isə  bu  üsulla  kannelyur  formalı  xətlər  çəkilmişdir.  Bunlardan  biri  kiçik  ölçülü  bikonik  formalı  küpə 
olub,  hündürlüyü  8  sm,  ağız  diametri  5,5  sm,  oturacaq  diametri  isə  4  sm-dir  (ŞTDM,  inv.  №2507). 
Tək  qulplu,  silindirik  boğazlı  digər  küpənin  isə  hündürlüyü  10,5  sm,  ağız  diametri  6,5  sm,  oturacaq 
diametri  isə  3,5 sm-dir  (ŞTDM  DK-7).   
Ümumiyyətlə,  Naxçıvanın  Dəmir  dövrü  keramikasının  ornamentasiyasında  tətbiq  edilən  4 
üsuldan  3-ü  Erkən  Tunc  dövrü  ilə  az  və  ya  çox  dərəcədə  analogiya  yaradır.  Bu  fikir  ornament 
tiplərində  də  öz  təsdiqini  tapır.  Dalğavari  ornamentlərin  qabarıq  və  batıq  növləri,  ziqzaqlar,  romblar 
(Şəkil  2,  7,  8)  və  digər  ornamentlər  hər  iki  dövrün  sevilən  bəzək  növləri  olmuşdur  (Şəkil  3,  6,7). 
Erkən  Tunc  dövründə  geniş  yayılmış  damğalar    Dəmir  dövründə  kəmiyyətcə  azalmış  olsa  da 
keyfiyyətcə  daha  təkmil  formada  mövcud  olmuşdur.  Buna  6  ədəddən  ibarət  batıq  üçbucaq  şəkilli 
qrafemləşmiş  damğanın,  həmçinin  konsentrik  dairə  içərisində  çəkilmiş  çərxi-fələk  işarələrinin 
timsalında  misallar  göstərmək  olar  (Şəkil  3,8).  
 Dəmir  dövrünün  ornamentasiyası  bu  dövrün  əsas  parametrlərini  əks  etdirən  ziqzaq,  çərtmə, 
kannelyur,  dalğavari  ornamentlərlə,  bəzən  də  çərxifələk  işarələri  və  digər  simvollarla  təmsil  olunan 
fərqli  impulslarla  diqqət  çəkirlər.  Xələcin  Dəmir  dövrü  təbəqəsinin  materialları  arasında  yer  alan 
fraqmentin  (ŞTDM  №3443)  və  Zeyvə  keramikalarından  birinə  aid  olan  fraqmentin  maraqlı 
cəhətlərdən  biri  naxışlamada  günəşin  şüalarını  xatırladan  batıq  enli  xətlərlə  salınan  ornamentlərin 
meydana  çıxmasıdır  (Şəkil  3,  7).    Həmçinin  Aşağı  Daşarx  keramikası  üzərində  salınan  sünbülşəkilli 
çərtmə  naxışlar  orijinallığı  ilə  diqqəti  cəlb  edir  (ŞTDM  №755).  Qabların  oturacaqlarında  salınan 
çərxifələk  işarəsi  dini-fəlsəfi  motivdə  olmaqla,  qədim  dövr  insanlarının  dünya  və  axirət  həyatı 
haqqında  düşüncələrini  əks  etdirir.  Günəşi  simvolizə  edən  şüaşəkilli  elementlər  səma  cisimlərinə 
sitayişlə  bağlı  olmuş,  sünbülü  naxışlar  insanların  məşğuliyyətində  taxılçılığın  mühüm  yer  tutduğunu 
göstərir  (Şəkil  3,  4,7).  Bir  sözlə,  qədim  yerli  tayfalar  suyun  dalğasını,  yaxud  ilan  müdrikliyini 
(dalğavari  naxışlar),  ildırımın  çaxmasını  (ziqzaqlar),  günəşin  möhtəşəmliyini  (saçaqvari-şüaşəkilli 
naxışlar),  axirət  həyatına  inanclarını  (çərxifələk  işarəsi),  əkinçilik  (sünbülü  naxışlar)  və  maldarlığın 
(qoç-keçi  fiqurları)    başlıca  məşğuliyyət  sayılmaqla,  ictimai-iqtisadi  həyatlarının  əsas  nüanslarını 
keramikaların  “şəkil  dili”  ilə  xələflərinə  çatdırmışlar. 
Beləliklə,  Naxçıvanın  Dəmir  dövrü  abidələrindən  əldə  edilən  keramikanın  muxtar  respublikanın 
rayonlarında  yerləşən  Tarix-Diyarşünaslıq  muzeyində  saxlanılan  nümunələrinin  timsalında  bu 
dövrün  ornamentasiyasında  lokal  xüsusiyyətlərlə  yanaşı  Azərbaycanın  digər  regionları  ilə,  o 
cümlədən  Xocalı-Gədəbəy  mədəniyyəti  ilə  ənənəvi  bağlılığını  izləmək  mümkündür.  Digər  tərəfdən 
bu  dövrün  ornamentasiyası  Dəmir  dövrü  mədəniyyətində  əvvəlki  arxeoloji  mədəniyyətlərin  bəzi 
parametrlərinin  davam  etdiyini  nümayiş  etdirir  ki,  bu  da  bəhs  edilən  dövrün  mənşəyinin  öyrənilməsi 
baxımından  xüsusi  əhəmiyyətə  malikdir. 
 
1   ...   16   17   18   19   20   21   22   23   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə